1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə5/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   2   3   4   5   6   7   8   9   ...   256

 

16

yindən həmin qüvvələrin keyfiyyət dərəcəsini də yoxlaya bilmir. Bu cür əlverişsiz 



vəziyyət NATO Cavab Qüvvələri(NATO Response Force) və AB Döyüş Qrupları 

(EU Battle Groups) yaradılan zaman nəzərə alinmışdir və nəticədə bəlli bir zaman 

üçün tərkib müəyyən edilmişdir və onların qabiliyyətini yoxlama fürsəti də vardır. 

Eyni zamanda, çoxlu ölkələr bu cür hərbi qüvvələr üçün modullu deyilən çeviklili-

yi artıran və üç xidmət arasında yaxın əməkdaşlığı qiymətləndirən yanaşmanı qəbul 

edirlər. Hər bir müdafiə təşkilatı üçün birləşmiş(ölkələr arası) və birgə ( xidmətlər 

arası) konsepsiyalar həlledici konsepsiyaya çevrilmişdir.  Müdafiə akademiyaları-

nın yaşıl,mavi və tünd-göy hərbi  formaları ilə bir yerə gətirdiyi zabitlərin hazırlıq 

mərhələsində bu konsepsiya təhsil və təlimə birbaşa təsir edir. Eyni şey hərbi ştab-

da da baş verir, çünki burada ümumi xidmətlər inteqrasiya olmuşdur və artıq hər 

bir xidmət növündə onlar təkrarlanmır.  Monolit olmaq çox mühümdür, lakin bir-

liklər xüsusi missiyaya göndərilməzdən öncə bu gündəlik adi hala çevrilməlidir  

 

Müdafiə Təşkilatı  

 

İstənilən hərbi təşkilatın ahənglə çalışması üçün bir neçə məsələyə aydınlıq gəti-



rilməlidir: 

 

1.  Hərtərəfli müdafiə planlaşdıması necə həyata keçiriləcək? 



2.  Əməliyyat rəhbərliyinə kim cavabdehdir? 

3.  Baş Qərargah Rəisinin mövqeyi( və ya ən yüksək rütbəli hərbçiyə verilən ad)? 

4.  Kim  nəzarət funksiyasıni yerinə yetirir? 

5.  Hərbi təşkilatın ümumi maraqlarının ayri-ayrı xidmətlərin maraqların-

danüstün olması prinsipi? 

6.  Nazirliyin mərkəzi təşkilatı və onun qolları arasındakı münasibətlər? 

7.  Hökümətin başqa idarələri ilə  məsləhətləşmələr necə baş verir və hansı 

mövzular müzakirə olunur? 

 

Baş Qərargah Rəisinin (BQR) əlində çox şey mərkəzləşir. Onun müdafiə naziri-



nə  ən yuksək vəzifəli məsləhətçi olması çoxlu funksiyanı daşımağa imkan verir

həm idarənin “birləşmiş planlayıcısi” və ən yüksək hərbi komandirı: bu vəzifələrin 

dəqiqliklə ayırd edilməsini və planlaşdırma və əməliyyatlar üçün müavinlərin təyin 

edilməsini tələb edən faktiki olaraq inanılmaz birləşmə. Planlaşdırmanın funksi-

yası, silahlı qüvvələrin ayrı -ayrı qollarıının arzuları arasında prioritetləri müəyyən-

ləşdirmək və təkcə ayrı-ayrı qolların fəaliyyət planına yox,nazirliyin bütöv fəaliy-

yət proqramına daxil edilməsini nəzərdə tutur. Bu planın əsasında büdcə müəyyən 

edilir. Lakin, büdcə ayrılana qədər cari layihələrə real təsir etmək də çox gec ola 

bilər, ancaq bu yanaşma da daimi nəzarətə imkan verən orta müddətli çərçivə proq-



 

17

ramı hazırlamağa imkan vermir. Əgər BQR funksiyası ierarxik hakimiyyət 



yox,sadəcə silahlı qüvvələrin qollarının sədri mənasındadırsa, o zaman onun birləş-

miş planı birləşmələrin planlarının qarışmış planlarından uzağa getməz. Əgər, digər 

tərəfdən, o özünün prioritetlərini müəyyən etmək iqtidarında olarsa –təbii sonda si-

yasi rəhbərlik tərəfindən bəyənilməlidir- onun həmkarları ilə işgüzar münasibətləri 

bıçağın ağzında olar. 

Bu hal münasibətləri çox incə  vəziyyətə  gətirir, çünki BQR əməliyyatda istifadə 

etməyə arzu etdiyi birliklərin döyüş qabiliyyəti, döyüşə göndərilməsi və dayanıqlığı ilə 

bağlı dəyərləndirmələr etməsi üçün aşağıdan gələn məlumatlardan asılıdır. Monolitlik 

bu problemi həll etmək baxımından yardımçı ola bilər, lakin təəssüf ki, silahlı qüvvələ-

rin çoxly sayda qollarında rütbə artımı,uzaq məsafədə olan müdafiə nazirliyinin əmək-

daşları  tərəfindən yox(orada həmən birləşmələrin sadiq zabitləri nazirliyin ümumi 

maraqlarına tabe etdirilməlidirlər), həmən qolların daxilində baş verir. 

Növbəti sual aşağıdakından ibarətdir:  BQR -ə qarşı kim əsas oyunçu kimi du-

rur? O nazirliyin baş katibidir, yoxsa maliyyə  və büdcələmə  işlərinə  məsul rəsmi 

şəxsdir? Və hansı  səviyyədə son qərar qəbul ediləcək?  Funksional və  əməliyyat  

xətlərinin kəsişdiyi sistemlərə uyğun olan matrisanın spesifikliyi ilə əlaqədar müx-

təlif cavablar verilir. Hər bir birləşmənin içərisində əməliyyatların, əsgəri qüvvələ-

rin, hərbi avadanlıq və maliyyə  nəzarəti funksiyalarının öz  xüsusi əhatə dairəsi 

vardır və birləşmə ştabı rəisinin səlahiyyətlərinin funksional xətlə mərkəzdən gələn 

göstərişlərlə uzlaşması haqda qərar qəbul edilməlidir. Niderlandiya bir çox onillik-

lər  ərzində matrisa formalı  hərbi nazirlikdən  əziyyət çəkmişdir.  Bu cür forma 

bütün maraqlı tərəflər arasında limitsiz müzakirələrə aparırdı və hansı qərara gəlin-

məsini də müəyyən edə bilmirdi. 

 

İslahatlar Dalğası 

 

1991 -ci ildən başlayaraq,demək olar ki, bütün Avropa ölkələrində islahatlar 



dalğasi bir- biri ilə yan-yana gedirdi. Hər bir dalğa çağırış modelinin sonuna gətir-

di. Üç fərqli dalğa ayırd edilə biıər

3



 



1. 

Əsasən maliyyə xərcləri və “sülh dövründən istifadə” ilə  əsaslandırı-

lan 1990-1995 silahlı qüvvələrin ixtisar edilməsi dalğası.Hərbi xidmət vaxtı azal-

dıldı, ağır hərbi texnika ya satıldı, ya da məhv edildi,kazarmalar bağlandı. 

2. 

Keçmiş Yuqoslaviyadakı müharibələrin və Küveyt böhranının təsiri 



ilə NATO orientasiyalı beynəlmiləlləşmə  və peşəkarlaşma mərhələsi 1996-

2000/01. Bu dövr üçün ordunun konseptual və strateji transformasiyası yeni 

                                                            

3

 Karl Haltiner və Paul Klein The European armed Forces in Transition, Peter Lang, 



Frankfurt am Main,2005 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə