1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə8/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   4   5   6   7   8   9   10   11   ...   256

 

22

Müavininin( bu funksiya Avropadakı digər Baş Katib funksiyaları ilə müqayisə 



oluna bilər) birgə rəhbərliynə  verildi.Strategiya,siyasi prioritetlər və ehtiyatlar ay-

rılması kimi bütün məsələlər müdafiə nazirliyi əlində  cəmləndi. On ildən sonra,  

nazirlik içərisində gedən geniş proseslərin fövqündə nazirliyin bölünməsi ilə əlaqə-

dar bu xətlər daha da uzandı. Bütün əməliyyatlarla bağlı  məsələlər, o cümlədən 

qüvvət qolları komandanları  və  “İdarəetmə  və Büdcə Offisinə” bağlı olan bütün 

büdcələmə və idarəetmə öhdəlikləri Baş Qərərgaha verildi. 

1998 ci ildə həyata keşirilən Strateji Müdafiə İcmalı yeni dəyişikliklərə gətirdi. 

Əməliyyatlara rəhbərlik və onun icrasi sadəcə bir şəxsin BQR-nin ixtiyarına veril-

di.BQR-i müdafiə nazirinə və hökümətə baş hərbi məsləhətçi olmaqdan əlavə  qüv-

vət qollarının da ”peşəkar komandanı” vəzifəsini icra edir. İcmal,həmçinin, silahlı 

qüvvələrin siyasi məqsədlərini vurğulamaq baxımindan da əhəmiyətli olmuşdur: 

onlar resurs aparan yox, siyasi məqsədlərə xidmət etməlidir.Resurs məhdudiyyəti 

prioritetler müəyyən etməklə və qarşıya qoyulan tapşırıqlar və tədbirləri bir- birinə 

birləşdirməklə asanlaşdırıldı. 

Hökümət daxilində, Kraliça rəsmi olaraq hərbi ierarxiyanın başında durur. Siya-

sət aparılması Kabinet-in”Müdafiə  və Xarici Siyasət Komitəsi” tərəfindən həyata 

keçirilir. BQR-i Komitənin görüşünə məsləhətçi kimi dəvət edilə bilər. Nazirliyin 

daxilində, Nazir, BQR-i və Daimi Dövlət Katibinin Müavini (baş mülki məmur) 

nazir başda olmaqla birgə  üçbucaq yaradır və BQR və Daimi Dövlət Katibinin 

Müavini eyni səviyyədə nazirdən aşağıda durur. Bu iki qurumun statusunun bəra-

bərliyi praqmatik yönümlü Britaniya üçün az problem yaradır, ancaq bu sistemi di-

gər Avropa ölkələrində  qəbul etmək çətindir. Bu ölkələrdə, həmən rolu ifa edən 

Baş Katib siyasi rəhbərlik üçün əsas məsləhətçi kimi  çıxış etməyə və hərbi məslə-

hətlər vermək hüququnun da olmasına iddia edir. 

Əməliyyat tədbirləri aparmaq üçün BQR-nin Nazirliyin bunkerinin altında yer-

ləşmiş hərbi Böhran İdarəetmə Mərkəzi vardır və ona BQR-nin Hərbi Əməliyyatlar 

üzrə müavini (Deputy Chief of Staff for Commitments) rəhbərlik edir. Onun məq-

sədi siyasi rəhbərliyə böhranın hərbi- strateji və siyasi aspektlərini anlatmaq,siyasi 

qərarlar hazırlamaq və uyğun hərbi qərargahlar üçün aydın istqamətlər müəyyən et-

məkdir. Bu əməliyyatda iştirak edən hərbi hissələr üzərində birbaşa komandanlığı 

nəzərdə tutmur; o adətən Britaniyanın rəhbərliyi altında aparılan Birləşmiş Komandan 

funksiyası daşıyan Birləşmiş  Əməliyyatların Komandanlığı altında Daimi Birləşmiş 

Qərərgaha tapşırılır. Bu birləşmiş, birgə və başqa cür olaraq çox- millətli ola bilir. O, 

həmçinin, Birləşmiş Krallıq qüvvələrinin başqa ölkələr və beynəlxalq təşkilatlar tərə-

findən rəhbərlik edilən missiyalarında operativ idarəetmə üçün də məsuldur. 

Britaniya sistemi təkcə aydın surətdə siyasi və hərbi aspektləri örtmə  məqsədi 

güdmür, o, həmçinin, sərt ierarxik yanaşmaya da məhdudiyyətlər qoyur və bu 

yanaşma tez –tez başqa ölkələrdə də tətbiq olunur. Qüvvət qollarının komandanla-




 

23

rının nazirə  və  hətta baş nazirə birbaşa çıxış hüquqları vardır. Son nümunə kimi 



BQR-i və onun həmkarlarının Baş Nazirlə görüşüb  İraq müharibəsində  iştirakın 

beynəlxalq hüquqa uyğun olduğunu  izah etmək olmuşdur. Onlar nazirliyin daxilin-

də    Qərərgah Rəislərinin Komitəsində  iştirak edir. Bu görüşlərdə  Daimi Dövlət 

Katibinin Müavini və Xarici İşlər Nazirliyinin nümayəndəsi də iştirak edir. Onların 

əməkdaşlığı nazirliyin eyni mərtəbəsində bütün hərbi rəsmilərin bir yerdə toplaşıb 

görüş keçirməklə ifadə olunur. 

Baş Qərərgah Komtəsinin yanında  planlaşdırma və büdcələmə işləri ilə məşğul 

olan Hərbi İdarəetmə Heyəti yerləşir. O da eyni şəxslərdən ibarətdir, ancaq bu dəfə 

Daimi Dövlət Katibinin Müavini burada sədrlik edir, Hərbi Təhcizatçi  İdarəsinin 

rəisi, Hərbi Logistik İdarəsinin rəisi və Baş Elmi Məsləhətçi də burada iştirak edir. 

Bu iki komitə Müdafiə Şurasının altında çalışır və ora dövət nazirləri və parlament 

katibi müavini və yuxarıda sadalanan çoxlu şəxsiyyətlər daxil olur və Şura nazirlik-

də  ən yüksək rəsmi orqan sayılır. Müdafiə nazirliyinə 5500 nəfər daxildir, mülki 

məmurlar və zabitlər  təqribən bərabər nisbət bölüşürlər. 

 

•  Kanada 



 

Kanada “birgəlik” üzrə öncül olmuşdur. 1964- cü ildə qəbul olunan Millli Müdafiə 

Aktı öz nazirləri və komandanları olan və 200-ə yaxın birləşmələr- arası komitələrlər-

dən təşkil olunan üç ayrı hərbi birləşmələnin mövcudluğuna son qoymuşdur. Hər üç 

birləşmə BQR-nin komandanlığı altına qoyuldu və logistika və təlim birləşdirildi. Tam 

birləşmə 1968- ci ildə də davam etdi və 1972- ci ildə bu inqilab hələ də tamamlanma-

mışdır, hər bir qanad hələ də öz rütbə və hərbu formasını daşıyırdı. 

Britaniya sistemində olduğu kimi BQR-i və Nazir Müavini adlanan baş mülki 

məmur eyni səviyyədədirlər, lakin BQR-nin Baş Nazirə və Kabinetə birbaşa olaraq 

mühüm hərbi gedişlərlə bağlı məsləhət vermək hüququ vardır. BQR və qüvvət qol-

larının komandanları  və nazir müavini Milli Ordu Qərərgahında yerləşirlər və 

qərargahın hərbçi və mülki olaraq 8500 işçisi vardır.Siyasət və hərbi planlaşdırma 

idarəsinin 300-ə yaxın işçisi vardır. Adi əməliyyatlardan fərqli xaraketrli 

əməliyyatlar birgə komandanlıq tərəfindən aparılır və qüvvələrin yeridilməsinə 

BQR-nin müavini başçılıq edir. 

Hərbi planlaşdırma, BQR və Nazir Müavini tərəfindən “Hərbi İcmal” əsasında bir-

gə hazırlanır və nazir tərəfindən bəyənilir və adətən qarşıdakı on beş  və ya iyirmi il 

üçün nəzərdə tutulur. O strateji mühitin dəyərləndirməsini, Kanadanın müdafiə tələbat-

larını, hökümətin prioritetlərini və büdcə imkanları  və  məhdudiyyətlərini təmin edir. 

Bu analizlərdən yola çıxaraq hərbi tələblər, lazımi hərbi qabiliyyət, onların həyata keçi-

rilməsi variantları və maliyyə, şəxsi heyət və ehtiyatlara təsiri və onların nəticələri mü-

əyyən edilir. Hər iki ildən bir qarşıdakı beş il üçün Hərbi Plan müəyyən edilir və o da 

öz növbəsində qüvvət komandanları üçün iş planının əsasını təşkil edir. 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə