1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə9/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   5   6   7   8   9   10   11   12   ...   256

 

24

Kanada  sisteminin xüsusi xarakteri BQR-nin müavininin iki-şapkalı funksiyası-



dır. O həm BQR-nin, həm də nazir müavinin ofisinin rəhbəridir. Çəkindirmə və ta-

razlıq (Checks and balances) nazir müavini köməkçilərinin və qüvvət komandanla-

rının matrisalarının daxilində olur. Hərbi İdarəetmə Komitəsinin iclası  hər ay nazir 

müavini və BQR-nin sədrliyi altında keçirilir. Eyni hal Gündəlik İcraedici Komitə-

yə də aiddir. Silahlı Qüvvələr Şurası ardıcıl görüşərək BQR-ə komanda və nəzarət 

məsələləri ilə bağlı məsləhətlər verir. Vitse-BQR-nin rəhbərliyi altında Baş İdarəet-

mə Nəzarət Komitəsi  mühüm layihələr üzrə qərarlar hazırlayır. Həm BQR, həm də 

nazir Müavini Nümayəndələr Palatası və Senatın xüsusi komitələri qarşısında şəf-

faflıq və hesabatlılıq üzrə çıxış edir. Rəsmi qaydalar yoxdur. 

Bu dörd ölkənin nümunəsi siyasilərin,zabitlərin və mülki məmurların necə müx-

təlif yollarla öz müdafiə nazirliklərini idarə etmələrini nümayiş etdirdi.Onların ha-

mısı birləşmə və BQR –i üçün geniş səlahiyyətlər istiqamətində gedir. Kanada və 

Böyuk Britaniyada BQR-i və baş mülki məmur arasında nümunəvi  əməkdaşlıq 

mövcuddur. Bütün modellər planlaşdırma, siyasət və icranın önəmli funksiya oldu-

ğunu göstərir. Bir çoxları bu funksiyaların bölünməsini bəyan edirlər, lakin çox 

hallarda onlar arasındakı fərq kağız üzərində göstərilən diaqramın göstərdiyi kimi 

aydın deyil. Təhlükəsizlik sektorunun  polis, kəşfiyyat xidmətləri, sərhəd və sahil 

gözətçi xidməti kimi digər sahələrdə praktika çox fərqlidir. Ancaq onların səmərəli 

olması üçün, silahlı qüvvələr üzərində demokratik nəzarət kontekstində müdafiə və 

təhlükəsizlik sektorunun demokratiyada yeri ilə baglı yenə də bir ortaq kriteriyaya 

gəlmək mümkündür. Yenə də, demokratiyanın müxtəlif formaları var, ancaq onla-

rın hamısı hökümətlərin öz siyasətlərini və əməllərini necə açıqlayıb, izah edib və 

əsaslandıracağı bir mərkəzə söykənir.  

 

Kitabın Strukturu 

 

Bu kitab müdafiə təsisatlarının qurulması istiqamətində, Qərbi Avropada oturuşmuş 

praktikaların istifadəsi baxımından və həmçinin, yenicə NATO-ya qəbul olunmuş ölkə-

lərin son təcrübəsi baxımından mənbə kimi istifadə oluna bilər. Bütün yazılar əski və 

yeni NATO üzvü ölkələrində gedən və müdafiə sektorundakı vəziyyətin dəyişməsini 

ifadə  edən islahat proseslərini işıqlandırır. Təbii, qaçılmazdır ki, burada analiz və ye-

kun nəticələr bir-biri ilə üst-üstə düşə bilər, lakin ümumi istiqamətdə qeyri-adi ardıcıl-

lıq vardır.  Sülh Naminə Tərəfdaşlıq(SNT) və üzvlük fəaliyyət planları hərbi planlaşdır-

ma və hərbi əməkdaşlıq üçün ümumi yanaşma ortaya qoydu. Bu cür gediş köhnə bir 

atalar sözünü sübut etdi ki, diplomatlar və siyasətçilərdən fərqli olaraq hərbçilər hər 

hansı problemi həll etməyə çətinlik çəkmirlər. Başqa sözlərlə, ümumi problemlər üzrə 

birgə çalışmaq sabitlik və təhlükəsizliyin köklü elementləri olan qarşılıqlı anlaşma və 

inam üçün ən yaxşı yoldur.  



 

25

Oxucu, müdafiə və digər hökümət nazirlikləri arasında fərqlərin izah edildiyi bir 



neçə yerləri görəcəkdir. Bu giriş və mənim öz qanunverici nəzarət haqda yazdığım 

fəsil bu haqda danışır. Yan Trapans özünün “Demokratiya, Təhlükısizlik və Müda-

fiə Planlaşdirması” fəslində bunu müzakirə edir. Lakin fərqli olmaq demokratik 

proseslərdən uzaqlaşmaq anlamına gətirməməlidir, hətta əgər məsələlərin ciddiliyi 

risk daşıyırsa və məxvilik tələbləri tam şəffaflığa məhdudiyyət qoya bilərsə də. 

Kitab Fred Şreyerin (Fred Schreier) müdafiə və təhlükəsizlik sektorunda əmək böl-

güsü haqda yazdığı geniş analizlə başlayır. O, təhlukəsizlik təsisatlarının insan hüquq-

larına hörmətlə yanaşaraq, qanun aliliyi üzərində hərəkət edərək, təsirli demokratik nə-

zarət altında vətəndaşların, cəmiyyətin və dövlətin  təhlükəsizlik maraqlarına xidmət 

etməsini  ilkin əsas kimi təqdim edir. Onun fikirlərindən biri də Avropa ölkələrinin 

müxtəlif əqidəli terrorçularla mühüm əməliyyat təcrübələrinin olmasıdır. O, həmçinin, 

hərəkət sahəsi, müddət, əməliyyatın sürəti və dayanıqlığı kimi yaxşı hərbi bacarıq əldə 

etmək üçün güc planlaşdırılmasının qiymətini də vurğulayır. 

Hans Born bir çox ölkələrdə təhlükəsizlik sektorunun demokratik idarəçiliyinin 

norma və standartlarını və siyasi sistemin  və parlament müdafiə komitələrinin xa-

rakteristikalarını izləyir. Onun yekun nəticələri parlament və hökümətin xarici və 

təhlükəsizlik siyasətinə birgə məsuliyyət daşıması üzərində köklənir və bu birgə tu-

tum inam, açıq xəbərləşmə kanalları və qarşılıqlı hörmət üzərində arta bilər. Sonuc-

da, parlament legitimlik mənbəyidir. 

Çox şey ölkənin hərbi-mülki münasibətlərindən asılıdır.Bu giriş fəsili inkişaf et-

miş qərb ölkələrində mövcud olanformaların nümunəsini təqdim etmişdir. Bir çox 

ölkələrdə müdafiə naziri ilə BQR arasındakı münasibətlər ahəngdar deyil və siyasə-

tin üstünlüyünü təmin etmək üçün diqqətli yanaşma tələb edir.Polis və hüquqi 

əməkdaşlıq daxili və xarici təhlükəsizliyin bir- birinə qovuşduqu bir zamanda artan 

sürətlə beynəlxalq məsələyə çevrilir. Bu hal azadlığı  təhlükəsizliklə üz-üzə qoy-

maqla bərabər, hərbi qüvvələrin şəxsi heyətinin təhlükəsiziliyini də gündəmə gəti-

rir. Üçüncü Fəsil mülki təsirin təşfiq edilməsi ilə bağlı bölmə ilə bitir. 

Dördüncü Fəsildə təhlükəsizlik sektoru üzərində qanunvericilik nəzarəti haqqın-

da danışılır. Burada əsas məsələ, nəzarətin icra orqanının qərarına real təsir etmə 

dərəcəsidir. Parlament səlahiyyəti bu cür təsir üçün mühüm alətdir. Parlament razı-

lığı, hərbi qüvvələri xarici missiyaya göndərmək lazim gəldikdə “pul kisəsi haki-

miyyətindən” də uzağa gedir. Biz burada müdafiə komitəsinin xüsusi işini, həmçi-

nin, hərbi intizamın və cinayət hüququnun hüquqi aspektlərinin interpretasiyasını, 

həmçinin  ATƏT-in 1994- ci ildə qəbul olunmuş Davranış Kodeksinin mühüm nor-

ma yaradan təsirini görürük. Bu Fəsil yeni təhlükəsizlik gündəmi iə bağlı layihə 

formasi ilə başa çatır. Bu forma münaqişələrin qarşısının alınması, demokratikləş-

dirmə,insan haqlarının qorunması və inkişafla bağlı ardıcıl yanaşma irəli sürməyə 

imkan verir. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə