1 xalid mahmud



Yüklə 2.98 Kb.

səhifə1/37
tarix11.07.2018
ölçüsü2.98 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   37


Əbədiyyət yolçuları 
 
  

 
 
 
 
XALİD MAHMUD 
 
 
 
 
 
 
 
 
 
ƏBƏDİYYƏT YOLÇULARI 
(qısa  ensiklopedik  toplu) 
 
 
 
 
 
 
 
Bakı - 2016 
 


Əbədiyyət yolçuları 
 
  

 
 
 
 
MƏSLƏHƏTÇİ: 
Eldar İSKƏNDƏRZADƏ 
Şair, AYB-nin, AJB-nin və Azərbaycan  
Kinematoqrafçılar İttifaqının üzvü. 
 
 
 
 
 
 
 
 
 
 
Xalid MAHMUD.
«Əbədiyyət yolçuları » 
Bakı, “Nəşriyyat”,  2016, 160səh. 
 
 
Bu kitabda dövlətimizin ərazi bütövlüyü uğrunda döyüşərək 
qəhrəmanlıqlar göstərən və bu yolda canlarından keçərək şəhid-
lik  zirvəsinə  ucalan  Lerik  rayonunun  mübariz  övladlarının  qısa 
həyat  yolu  əks  olunub.  Kitab  geniş  oxucu  kütləsi  üçün  nəzərdə 
tutulub. 
 
_____________ гриф. 
 
 
 
 
 
 
 
 
 
©  Nəşriyyat, 2016 
©  X. Mahmud, 2016 
 


Əbədiyyət yolçuları 
 
  

 
 
 
 
 
 
ÖLÜM SEVİNMƏSİN... 
 
«Mən ölümü xoşbəxtlik, 
zalımlara tabe halda 
yaşamağı isə zillət sayıram». 
 
Hz. İmam Hüseyn (ə) 
 
 
 


Əbədiyyət yolçuları 
 
  

 
 
 
 
 
 
FƏXRƏDDİN ŞAHBAZOV 
(1950-1991) 
 
Şahbazov Fəxrəddin İbrahim oğlu
22 yanvar 1950-ci ildə Bakı şəhə-
rində anadan olub. Əslən Lerik ra-
yonunun  Göydərə  kəndindən  olan 
Fəxrəddin  1957-1967-ci  illərdə 
Bakı  şəhərindəki  20  saylı  orta 
məktəbdə  təhsil  alıb.  1969-1971-ci  illərdə  sovet  ordu  sırala-
rında  xidmət  edib.  1972-ci  ildən  Azərbaycan  Teleradio 
Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz olaraq operator 
peşəsində çalışıb. 
 
 
 
 
 
1988-ci  ildən  başlayaraq  ermənilərin  azərbaycanlıları 
Dağlıq  Qarabağ  və  eləcə  də,  Qərbi  Azərbaycan  torpqlarından 
zorla  çıxarması  Fəxrəddini  də  narahat  edirdi.  Fəxrəddin 
könüllü  olaraq  cəbhəyə  gedib  qaynar  döyüş  meydanlarından 
reportajlar  hazırlayar  və  xalqa,  eləcə  də  xarici  ölkələrə  çatdı-
rardı. 1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz 
vəhşiliklər  törədərək  dinc  sakinləri  qətlə  yetirib,  kəndlər 
yandırmışdılar.  20  noyabr  1991-ci  ildə  dövlət  nümayəndələri 
hadisəni  araşdırmaq  üçün  Mİ-8vertolyotu  ilə  Xocavənd 
rayonuna yola düşürlər. 
 
 
 
 
Xocavəndin Qarakənd kəndi yaxınlığında erməni terro-
ru  nəticəsində  vertolyot  vurularaq  yerə  salınır.  Vertoliyotun 
bütün  heyyəti  ilə  bərabər  Şahbazov  Fəxrəddin  də  şəhid  olur. 
Azərbaycan  Respublikası  prezidentinin  4  dekabr  1992-ci  il 
tarixli  344  saylı  fərmanı  ilə  Şahbazov  Fəxrəddin  İbrahim 
oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı 
verilir. 


Əbədiyyət yolçuları 
 
  

 
 
 
 
 
 
VALEH MÜSLÜMOV 
(1968-1992) 
 
Müslümov Valeh Əlizaid oğlu-  
2 sentyabr 1968-ci ildə Lerik rayo-
nunda doğulub. 1983-ci ildə 2 saylı 
Lerik rayon orta məktəbinin səkki-
zinci  sinfini  bitirib  və  Sumqayıt
 
şəhər  17  saylı  peşə  məktəbində 
dülgər ixtisasına yiyələnib. Bir müddət Tikinti Trestinin Səyyar 
Mexanikləşdirilmiş  dəstəsində  çalışııb.  1986-1988-ci  illərdə 
hərbi xidmətdə olduqdan sonra Sumqayıta qayıdıb. 1991-ci ilin 
avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstə-sində xidmətə 
başlayıb. Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyat-
larında iştirak edib.   
 
 
 
 
 
14  aprel  1992-ci  ildə  Marquşevan
 
kəndi  yaxınlığında 
erməni silahlıları çoxlu sayda texnika və canlı qüvvə ilə kəndə 
hücuma keçirlər. Valeh öz dəstəsilə ilk olaraq döyüşə atılır. O, 
Həm  vuruşur,  həm  də  yaralı  əsgərləri  döyüş  meydanından 
çıxarır.  Qeyri-bərabər  döyüşdə  Valeh  yaralanır,  buna  baxma-
yaraq  on  bir  nəfər  yaralı  əsgəri  də  döyüş  meydanından  xilas 
edə  bilir.  Əfsus  ki,  çoxlu  qan  itirdiyindən  onun  həyatını  xilas 
etmək mümkün olmur. 
 
 
 
 
AzərbaycanRespublikası Prezidentinin 6 iyun 1992-ci il 
tarixli  831  saylı  fərmanı  ilə  Müslümov  Valeh  Əlizaid  oğluna 
ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. 
Lerik  şəhər  iki  saylı  orta  məktəbi  Müslümov  Valeh  Əlizaid 
oğlunun adını daşıyr. 
 
 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə