1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

Əbədiyyət yolçuları 
 
  
38 
 
 
 
 
 
 
ƏBÜLFƏT KƏRİMOV 
(1975 – 1996) 
 
 
Kərimov Əbülfət Ağadədə oğlu 
-  1975-ci  ildə  Lerik  rayonunun 
Pirzəküçə  kəndində  anadan 
olub.  1982-ci  ildə  Anbu  kənd 
orta  məktəbinin  birinci  sinfinə 
daxil  olub,  1992-ci  ildə  həmin  məktəbin  onuncu  sinfini 
bitirib.  
 
 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq 
Qarabağ cəbhəsinə yola salınıb.    
 
 
Əbülfətin  döyüş  yolu  Qarabağ  cəbhəsinin  müxtəlif 
istiqamətlərindən  keçib.  Əbülfət  Tərtər,  Geranboy  və 
Ağdam  rayonlarında  gedən  döyüşlərdə  iştirak  edərək 
igidliklər  göstərib.  Torpaqlarımızın  müdafiəsində  göstər-
diyi rəşadət və hünər komandirləri tərəfindən həmişə qiy-
mətləndirilib.  
 
 
 
 
 
Əbülfət  Kərimov  1996-cı  ildə  Ağdam  rayonunda 
xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid 
olub. Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək torpağa 
tapşırılıb.
 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
39 
 
 
 
 
 
 
KƏNAN KƏRİMOV 
(1976 – 1998) 
 
 
Kərimov  Kənan  Əsgər  oğlu  -  
19 iyun 1976-cı ildə Lerik rayo-
nunun Pirzəküçə kəndində dün-
yaya  göz  açıb.  1983-cü  ildə 
Anbu kənd orta məktəbinin 1-ci 
sinfinə  daxil  olub,  1993-cü  ildə  həmin  məktəbin  onuncu 
sinfini bitirib.  
 
 
 
 
 
 
Orta məktəbi bitirdikdən sonra Lənkəran sürücülük 
məktəbinə  daxil  olub.  26  iyun  1995-ci  il  tarixində  Lerik 
rayon  Hərbi  komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə 
yola  salınıb.  Kənan  müxtəlif  hərbi  hissələrdə  qulluq  edib, 
xidməti  dövründə  özünü  nizam-intizamlı  əsgər  kimi 
göstərib,  komandirlərinin  rəğbətini  qazanaraq  manqa 
komandiri təyin edilib.  
 
 
 
 
 
15 sentyabr 1997-ci ildə döyüş bölgəsində yerləşən 
161 saylı hərbi hissəyə göndərilib.  
 
 
Torpaqlarımızın  keşiyində  ayıq-sayıq  dayanan 
Kənan  Kərimov  20  mart  1998-ci  il  tarixində  xidməti  vəzi-
fəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 
 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  05 
mart  1999-cu  il  tarixli  35  saylı  qərarına  əsasən  Kərimov 
Kənan Əsgər oğluna şəhid statusu verilib.  
 
Qardaşı  Kərimov  Şəhriyar  Qarabağ  müharibəsi 
veteranıdır. 
 
 


Əbədiyyət yolçuları 
 
  
40 
 
 
 
 
 
 
QƏDİR RAMAZANOV 
(1976-1995) 
 
 
Ramazanov  Qədir  İslam  oğlu-
1976-cı  il  oktyabr  ayının  20-də 
Lerik rayonunun Siyov kəndində 
doğulub.  Qədir  on  bir  uşaqlı 
ailənin  ikinci  övladı  idi.  Böyük 
qardaşı  Qabil  daxili  qoşunlarda  xidmət  edib.  1993-cü  ildə 
Ağdərə və Ağdam döyüşlərinin iştirakçısı olur, 1994-cü ilin 
yanvar ayında Fizuli cəbhəsində mina partlayışı nəticəsində 
yaralanıb  və  sağ  çiyini  sınır.  Hospitalda  müalicə  olun-
duqdan  sonra  xidmət  etdiyi  hərbi  hissədən  tərxis  edilib. 
Qədir  1983-cü  ildə  Siyov  kənd  orta  məktəbinin  birinci 
sinfinə  daxil  olub,  1993-cü  ildə  həmin  məktəbin  onuncu 
sinfini bitirib.  
 
 
 
 
 
1994-cü  il  noyabr  ayının  birində  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq 
Qarabağ cəbhəsinə yola salınıb.    
 
 
Qədirin  döyüş  yolu  Fizuli  rayonundan  başlayıb. 
Qədir  Ramazanov  bir  sıra  uğurlu  əməliyyatların  iştirakçısı 
olub, torpaqlarımızın müdafiə olunmasında şəxsi igidliklər 
göstərib.  
 
 
 
 
 
 
Qədir  Ramazanov  1995-ci  il  noyabr  ayının  10-da 
Beyləqan rayonunun Alayar kəndi uğrunda gedən döyüşlər 
zamanı  qəhrəmancasına  şəhid  olaraq  əbədiyyətə  qovuşub. 
Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək  torpağa  tap-
şırılıb
.
 
 


Əbədiyyət yolçuları 
 
  
41 
 
 
 
 
 
 
HƏMİD HƏMİDOV 
(1972-1994) 
 
 
Həmidov Həmid İsaq oğlu - 
1972-ci  ildə  Lerik  rayonunun
 
Cəngəmiran  kəndində  anadan 
olub. Cəngəmiran kənd orta mək-
təbinin  səkkizinci  sinfini  bitir-
dikdən sonra təhsilini peşə məktəbində davam etdirib.  
 
Peşə  məktəbini  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılan 
Həmid keçmiş Sovet ordu sıralarına yola salınıb. 
 
Qarabağ  savaşı  başlandığına  görə  hərbi  xidməti 
yarımçıq saxlayaraq vətənə qayıdıb və könüllü olaraq milli 
ordu sıralarına qoşulub.    
 
 
 
Həmid  Həmidovun  döyüş  yolu  Ağdam
 
rayonundan 
başlayır. Vətənin bu igid oğlu  Ağdamın
 
bir çox kəndlərinin 
müdafiəsində  igidliklər  göstərərək  düşmən  qüvvələrinə 
sarsıdıcı zərbələr endirir.   
 
 
 
 
6  yanvar  1994-cü  ildə  Ağdam  rayonunun    Güllücə 
kəndi  uğrunda  gedən  qızğın  döyuşlərdə  canını  vətənə 
qurban  verərək  şəhidlik  zirvəsinə  ucalır.  Şəhidin  cənazəsi 
Lerik  rayonunun  Cəngəmiran  kəndinə  gətirilərək  “Xəlifə 
Zəkəriyyə” qəbiristanlığının Şəhidlər kompleksində dəfn edilib.  
 
 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə