1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

Əbədiyyət yolçuları 
 
  
54 
 
 
 
 
 
 
ZƏFƏR SƏFƏROV 
(1975-1994) 
 
 
Səfərov Zəfər Ağayar oğlu - 
1975-ci  il  iyun  ayının  7-də  Lerik 
rayonunun  Blaband  kəndində 
anadan olub. 1982-ci ildə Blaband 
kənd orta məktəbinin birinci sinfi-
nə  daxil  olub,  1992-ci  ildə  həmin  məktəbin  onuncu  sinfini 
bitirib.   
 
 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq 
Qarabağ cəbhəsinə yola salınıb. 
 
 
 
 
Qarabağ  döyüşlərində  iştirak  edərək  qəhrəmanlıqlar 
göstərən  Zəfərin  son  döyüş  yeri  Murov  cəbhəsi  olub. 
 
Zəfər yoldaşları ilə çətin dağ şəraitində düşmənə qarşı 
mübarizə apararaq onların mövqelərinə ağır zərbələr endirir. 
Döyüşlərin birində yaralı əsgər yoldaşını döyüş meydanından 
uzaqlaşdırmış, lakin geri dönərkən xain düşmən gülləsinə tuş 
gəlib.    
 
 
 
 
 
 
Beləliklə, yurdumuzun qəhrəman oğlu 19 aprel 1994-cü 
ildə  Murovdağ  uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına 
şəhid olub. 
 
 
 
 
 
 
Blaband kənd orta məktəbi Səfərov Zəfər Ağayar oğlu-
nun adını daşıyır. 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
55 
 
 
 
 
 
 
SALEH BABAYEV 
(1972-1994) 
 
 
Babayev  Saleh  Azadxan  oğlu  – 
1972-ci  ildə  Lerik  rayonunun 
Bülüdül  kəndində  anadan  olub. 
1979-cu  ildə  Bülüdül  kənd  orta 
məktəbinin  birinci  sinfinə  daxil 
olmuşdur.  Sonradan  ailəsi  Biləsuvar  rayonuna  köçdüyündən 
orta təhsilini burada başa vurmalı olur.  
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonrahərbi  xidmətə  çağrı-
laraq Sovet ordu sıralarına yola salınır. 
 
 
 
 Ordudan  tərxis  olunan  kimi  könüllü  olaraq  milli  ordu 
sıralarına yazılır. Əmisi oğlu Rza ilə çiyin-çiyinə döyüşən Saleh 
Qubadlıda,  Zəngilanda,  Ağdərədə,  Murovdağda,  Ağdamda, 
Fizulidə, Qızılqayada düşmənə sarsıdıcı zərbələr endirir.  
 
Qızılqaya  döyüşündə  Rzanı  itirdikdən  sonra  düşmənə 
qarşı son gülləsinə  qədər  döyüşəcəyinə and içən Saleh  döyüş 
meydanına  atılaraq  yaralı  aslan  kimi  düşmən  mövqelərinə 
zərbələr  endirir.  Bu  döyüşlərdə  o  düşmənin  iki  piyada  döyüş 
maşınını və çoxlu canlı qüvvəsini məhv edir. Buna görə Saleh 
komandirliyin təsis etdiyi pul mükafatına sahib olur.  
 
Döyüşdən-döyüşə atılaraq peşəkar döyüşçü kimi püxtə-
ləşmiş  qəhrəman  vətən  oğlu  düşməni  susdurmaq  üçün  əsl 
qəhrəmanlıq nümayiş etdirib. 
 
 
 
 
Nəhayət, Saleh Babayev 17 yanvar 1994-cü ildə Ağdam 
uğrunda gedən döyüşlərdə xain düşmən gülləsinə tuş gələrək 
qəhrəmancasına şəhid olur. 
 


Əbədiyyət yolçuları 
 
  
56 
 
 
 
 
 
 
VALEH İBRAHİMOV 
(1973-1992) 
 
 
İbrahimov Valeh Allahyar oğlu –
1973-cü  ildə  Lerik  qəsəbəsində 
anadan  olub.  1980-ci  ildə  Lerik 
qəsəbəsindəki iki saylı orta mək-
təbin  birinci  sinfinə  daxil  olub, 
1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq 
Qarabağ cəbhəsinəyola salınıb.    
 
 
1992-ci  ilin  may  ayında  Valehin  döyüş  sınağı  baş-
layır. O, Qarabağ döyüşlərində bir çox uğurlu döyüş əməliy-
yatlarda iştirak edərək qəhrəmanlıqlar göstərib. 
 
Döyüşçü dostlarının dediyinə görə Valeh ölümlə üz-
üzə gəlməkdən heç vaxt qorxmazmış. Hər döyüşdə sərrast 
atəşləri ilə düşmənin çox sayda canlı qüvvəsini məhv edər, 
dostlarını qələbəyə səsləyərək ruhlandırarmış.  
 
Qəlbi vətən sevgisiylə çırpınan, vətən uğrunda şəhid 
olmağı  şərəf  sayan  Vətən  oğlundan  ancaq  bunu  gözləmək 
olardı.  
 
 
 
 
 
 
Döyüş meydanını  düşmən  üçün  cəhənnəmə  cevirən 
Valeh İbrahimov 1992-ci ilin noyabr ayında düşmən güllə-
sinə tuş gələrək qəhrəmancasına şəhid olub. 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
57 
 
 
 
 
 
 
NAMİQ ƏLİYEV 
(1973-1993) 
 
 
Əliyev Namiq Rəcəbəli oğlu - 
1973-cü  ildə  Lerik  rayonunun 
Osnağakücə  kəndində  anadan 
olub.  1980-cı  ildə  Osnağakücə 
kənd  orta  məktəbinin  birinci 
sinfinə daxil olub, 1990-cı ildə həmin məktəbin onuncu sinfini 
bitirib.   
 
 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq 
Qarabağ cəbhəsinə yola salınıb.  
 
 
 
 
Namiqin  döyüş  yolu  1993-cü  ilin  aprel  ayında  Ağdərə 
cəbhəsindən başlayıb. O Akop-Kamari, Tonaşen, Dastagir, Talış, 
Mehritaq,  Madagiz,  Levonark,  Verin-Çaylı,  Papravənd,  Ağdərə 
rayonları  və  bu  yaşayış  məntəqələrinə  bağlı  yüksəkliklər 
uğrunda  gedən  döyüşlərdə  bacarıqlı  kəşviyyatçı  kimi  iştirak 
edərək  neçə  əlverişli  mövqeyin  ələ  keçirilməsində  əsl  igidlik 
nümayiş  etdirib.  Namiq  Papravənd  vuruşmasında  mövqe-
lərimizə  xeyli  yaxınlaşan  düşmən  texnikasını  məhv  etmiş, 
Madagiz  ətrafındakı  qanlı  döyüşlərdə  isə  düşmənin  artlerya 
qurğularını sıradan çıxararaq döyüş yoldaşlarını ölümün pən-
cəsindən xilas edib.    
 
 
 
 
 
Namiq Əliyev 1993-cü il dekabr ayının 27-də Madagiz 
uğrunda  gedən  döyüşlərdə  düşmən  gülləsinə  tuş  gələrək 
qəhrəmancasına şəhid olub. 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə