1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

Əbədiyyət yolçuları 
 
  
58 
 
 
 
 
 
 
MALİK BAĞIŞOV 
(1974-1995) 
 
 
Bağışov Malik Sədaqət oğlu - 
1974-cü  ildə  Lerik  rayonunda 
anadan  olub.  1981-ci  ildə  Lerik 
qəsəbə  3  saylı  orta  məktəbinin 
birinci  sinfinə  daxil  olub,  1991-ci 
ildə Lerik qəsəbə 1 saylı orta məktəbin onuncu sinfini bitirib. 
Elə həmin ildə də Bakı Maşınqayırma Texnikumuna daxil olub. 
 
1992-ci  ildə  təhsilini  yarımçıq  qoyaraq  Vətənin  dar 
günündə  onun  müdafiəsinə  qoşulub.  Beləliklə,  qısa  hərbi 
təlim  keçdikdən  sonra  ön  cəbhəyə,  düşmənlə  mübarizəyə 
yollanıb.  
 
 
 
 
 
 
Malik  Bağışov  Ağdam,  Fizuli,  Xocəvənd,  Beyləqan 
rayonunun Haramı düzündə düşmənə qarşı mübarizədə fəal 
iştirak  etmişdir.  Döyüşlərdə  fərqləndiyinə  görə  dəfələrlə 
komandirlərinin təşəkkürlərinə layiq görülmüşdür.  
 
Malik  Şişqaya  ətrafındakı  döyüşlərdə  xüsusiylə  fərq-
lənir,  cəsur  döyüşçü  kimi  Vətən  yolunda  canından  keçməyə 
hazır olduğunu bir daha nümayiş etdirir.    
 
Yurdumuzun  igid  oğlu  20  fevral  1995-ci  ildə  döyüş 
tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olur.  
 
Lerik qəsəbə 3 saylı orta məktəbi Bağışov Malik Səda-
qət oğlunun adını daşıyır. 
 
 
 
 
 
Böyük  qardaşı  Namiq  Bağışov  Qarabağ  müharibəsi 
veteranıdır. 
 
 


Əbədiyyət yolçuları 
 
  
59 
 
 
 
 
 
 
KATİBƏLİ HƏMİDOV 
(1961-1992) 
 
 
Həmidov  Katibəli  Tərlan  oğlu  – 
1961-ci  ildə  Lerik  rayonunun 
Perzəküçə kəndində anadan olub. 
1968-ci  ildə  Perzəkücə  kənd  orta 
məktəbinin  birinci  sinfinə  daxil 
olub, 1978-ci ildə həmin məktəbin onuncu sinfini bitirib.  
 
Orta  məktəbi  bitirdikdən  sonra  hərbi  xidmətə  çağrıla-
raq Sovet ordu sıralarına yola salınır. Ordudan tərxis olunduq-
dan  sonra  Qaradağ  rayonuna  köçərək  Ələt  qəsəbəsində 
məskunlaşır.    
 
 
 
 
 
 
1992-ci  il  iyun  ayının  21-də  könüllü  olaraq  milli  ordu 
sıralarına yazılır. Katibəli Kəlbəcər uğrunda gedən döyüşlərdə 
misilsiz  şücaətlər  göstərir.  Bunu  komandirlərinin  məktubları 
da təsdiqləyir.  
 
 
 
 
 
Düşmənə  qarşı  keçirilən  döyüş  əməliyyatlarında  hər 
zaman öndə gedən, dəfələrlə sərrast atəşləriylə düşmənin çox 
sayda  canlı  qüvvəsini  məhv  edərək  sıradan  çıxaran  Katibəli 
əsgəri borcunu şərəflə yerinə yetirib. 
 
 
 
Katibəli  Həmidov  1992-ci  il  avqustun  21-də  Kəlbəcər 
uğrunda  gedən  döyüşlərdə  düşmən  gülləsinə  tuş  gələrək 
qəhrəmancasına şəhid olub. Şəhidin cənazəsi doğulduğu kəndə 
gətirilərək torpağa tapşırılıb.  
 
 
 
Ölümündən sonra Anbu kənd orta məktəbinə Həmidov 
Katibəli Tərlan oğlunun adı verilib. 
 
 


Əbədiyyət yolçuları 
 
  
60 
 
 
 
 
 
 
TELMAN İSMAYILOV 
(1974-1993) 
 
 
İsmayılov Telman Bayraməli oğlu 
– 1974-cü ilin mart ayında Lerik 
rayonunun  Buruq  kəndində  ana-
dan olub. 1981-ci ildə Buruq kənd 
orta  məktəbinin  birinci  sinfinə 
daxil olub, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılır.  Telman 
İsmayılov  1992-ci  il  oktyabr  ayının  12-də  Ağdam  cəbhəsinə 
yola salınır.    
 
 
 
 
 
Telman  Hərbi  xidmətə  Ağdam  rayonunda  yerləşən 
Eldar Bağırov adına 846 saylı hərbi hissədə başlayır.  
 
Hərbi təlim keçdikdən sonra qaynar döyüş nöqtələrinə 
göndərilən Telman döyüşlərdə fəallıq göstərərək düşmən həm-
lələrinin qarşısının alınmasında böyük igidlik nümayiş etdirir.
 
Ağdam  rayonu  uğrunda  gedən  döyüşlərdə  qəhrə-
manlıqlarıyla  ad  çıxaran  Telman  İsmayılov  1993-cü  il  iyun 
ayının  19-da  düşmən  gülləsinə  tuş  gələrək  şəhidlik  zirvəsinə 
ucalır.  Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək  şərəflə 
torpağa tapşırılıb. 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
61 
 
 
 
 
 
 
RAMİZ ƏKBƏROV 
(1963-1994) 
 
 
Əkbərov  Ramiz  Əzizxan  oğlu  – 
1963-cü  ildə  Lerik  rayonunun 
Murya  kəndində  anadan  olub. 
1971-ci  ildə  Murya  kənd  orta 
məktəbinin birinci sinifinə qəbul 
olunub, 1981-ci ildə hənin məktəbin onuncu sinfini bitirib. 
 
Ali  təhsil  almaqdan  ötrü  sənədlərini  Bakı  Yüngül 
Sənaye Texnikumuna verərək ora qəbul olunub. 
 
Texnikumu  bitirdikdən  sonra  Ramiz  təyinatla  Ələt 
qəsəbəsindəki  Ağac  emalı  kombinatına  göndərilib.  Bu 
kombinatda  işlədiyi  müddətdə  o,  kollektivin  rəğbətini 
qazanmış,  mülayim  rəftarına  görə  hər  kəs  ona  hörmət  və 
sevgiylə yanaşıb.  
 
 
 
 
Kombinatda işləməyinə baxmayaraq Qarabağda xain 
düşmənin  törətdiyi  vəhşiliklər  biran  olsun  belə  Ramizi 
rahat  buraxmırdı.  Ən  nəhayət,  ölkə  prezidentinin  1993-cü 
ilin dekabr ayında xalqa etdiyi müraciətindən sonra Ramiz 
Əkbərov könüllü olaraq milli ordu sıralarına qoşulub.  
 
Kəlbəcər  uğrunda  gedən  ölüm-dirim  savaşında  işti-
rak edən Ramiz silahdaşlarıyla birgə düşmənə qarşı müba-
rizə aparıb və döyüşlərdə şəxsi igidlik göstərib. 
 
Ramiz  Əkbərov  1994-cü  ildə  Kəlbəcər  rayonu  uğr-
unda  gedən  qanlı  müharibələrin  birində  qəhrəmancasına 
şəhid olub.  
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə