1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   2   3   4   5   6   7   8   9   ...   37

Əbədiyyət yolçuları 
 
  

 
 
 
 
 
 
RÖVŞƏN ABDULLAYEV 
(1969-1993) 
 
Abdulayev  Rövşən  Əbdülhüseyn 
oğlu-16 yanvar 1969-cu ildə Lerik 
rayonunda  doğulub.  Orta  məktəbi 
burada  bitirdikdən  sonra  ailəsi  ilə 
birlidə  Lənkəran  şəhərinə  köçür. 
Rövşən  1987-ci  ildə  Sankt-Peter-
burq  Ali  Hərbi-Siyasi  məktəbinə  daxil  olur.  1991-ci  ildə  ali 
məktəbi  əla  qiymətlərlə  bitirərək  leytenant  rütbəsi  alır  və 
təyinatla Rostov şəhər DİŞ-nə göndərilir. Lakin o, təkidlə təyi-
natını  Azərbaycana  dəyişdirir.  Rövşən  Abdullayev  Azərbay-
cana  qayıdan  kimi  DİN-in  əməkdaşı  olaraq  daxili  qoşunların 
tərkibinə  qatılır.  Gənc  zabit  bir  müddət  sonra  Zəngilana  gön-
dərilir.  Rövşən  70  nəfərdən  ibarət  heyyətin  tağım  komandiri 
təyin edilir. Zəngilan rayonunun kəndlərini düşməndən qoru-
yan  Rövşənin  başçılıq  etdiyi  dəstə  öz  qəhrəmanlığı  ilə  ad 
çıxarır.  
 
 
 
 
 
 
 
13  setyabr  1993-cü  il  Zəngilan  rayonunun  Qazançı 
kəndi uğrunda gedən döyüşdə Rövşən Abdullayev igidlik gös-
tərərək qəhrəmancasına şəhid olur.   
 
 
 
Azərbaycan  Respublikasının  Prezidentinin  15  yanvar 
1995-ci  il  tarixli  262  saylı  Fərmanı  ilə  leytenant  Abdullayev 
Rövşən  Əbdülhüseyn  oğlu  ölümündən  sonra  “Azərbaycanın 
Milli Qəhrəmanı” adına layiq görülür.  
 
 
Lənkəran şəhərində, eləcə də Lerik rayonunda şəhidin 
abidəsi  ucaldılıb.  Lerik  rayonunda  Abdullayev  Rövşən  Əbdül-
hüseyn oğlunun adına mədəniyyət evi və küçə mövcuddur. 
 


Əbədiyyət yolçuları 
 
  

 
 
 
 
 
 
FƏRHAD AĞAYEV 
(1975-1995) 
 
 
Ağayev Fərhad İslam oğlu –  
4  avqust  1975-ci  ildə  Lerik  rayo-
nunun  Şivlə  kəndində  anadan 
olub.  Sonradan  ailəsi  ilə  birlikdə 
Sabirabad  rayonunun  Əlilənbəyli 
kəndinə köçərək burada yaşamağa başlayırlar. O, 1992-ci ildə 
Əlilənbəyli  kənd  məktəbini  bitirdikdən  sonra,  1993-cü  ildə 
Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən milli ordu sıra-
larına çağırılır.  
 
 
 
 
 
Fərhad Ağayev  24  yanvar  1994-cü ildə  cəbhəyə yola 
düşür. İlk döyüşlərini Fizuli rayonunun Seyidəhmədli kəndində 
keçirir.  Fərhad  Ağayev  Murovdağ,  Güzgü,  Ömərdağ  kimi 
əhəmiyyətli  ərazilərin  müdafiəsində  yaxından  iştirak  edərək 
igidliklər  göstərir.  Fərhad  həm  də  Prezident  Qvardiyasında 
xidmət edirdi.   
 
 
 
 
 
Fərhad  Ağayev  1995-ci  ilin  mart  ayında  qəhrəman-
casına  şəhid  olur.  Şəhidin  cənazəsi  yaşadığı  kəndə  gətirilərək 
Sabirabad rayonundakı şəhidlər xiyabanında dəfn olunur.  
 
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-
ci  il  tarixli  307  sayılı  fərmanı  ilə  Ağayev  Fərhad  İslam  oğlu 
ölümündən  sonra  “Azərbaycanın  Milli  Qəhrəmanı”  adına 
layiq görülür.   
 
 
 
 
 
Bitirdiyi orta məktəb onun adını daşıyır. Sabirabad və 
Lerik rayonlarında, eləcə də Əlilənbəyli kənd orta məktəbinin 
həyətində Fərhad Ağayevin büstü qoyulub. 
 


Əbədiyyət yolçuları 
 
  

 
 
 
 
 
 
 
ƏSGƏR ƏLİYEV 
(1974-1995) 
 
 
Əliyev  Əsgər  Ələkbər  oğlu  - 
1974-cü il noyabrın 8-də Lənkə-
ran  rayonunun  Ləj  kəndində 
anadan olub. Əslən Lerik rayonu-
nun  Mondigah  kəndindən  olan 
Əsgər  Əliyev  1981-ci  ildə  Ləj  kənd  orta  məktəbinin  birinci 
sinfinə qəbul olub, 1991-ci ildə həmin məktəbin onuncu sinfini 
bitirib.   
 
 
 
 
 
 
 
O,  orta  təhsilini  başa  vurduqdan  sonra  Bakı  Ali 
Ümumqoşun  Komandirlər  Məktəbinin  tank-artilleriya  fa-
kültəsinin tələbəsi olub. 
 
 
 
 
1995-ci  il  martın  17-də  Bakıda  hakimiyyəti  zorla 
devirmək  cəhdi  zamanı  Əsgər  Əliyev  4  yaralını  xilas  edər-
kən aldığı güllə yarasından həlak olub.    
 
Əsgər  Əliyevin  cənazəsi  Lənkərana  gətirilərək  Ləj 
kənd qəbiristanlığında dəfn edilmişdir.   
 
 
Azərbaycan  Respublikası  Prezidentinin  1995-ci  il  4 
aprel tarixli 307 saylı fərmanı ilə Əsgər Ələkbər oğlu Əliyev 
ölümündən  sonra  “Azərbaycanın  Milli Qəhrəmanı”  adına 
layiq görülüb.  
 
 
 
 
 
Lənkaran  şəhərində  şəhidin  adına  park  var.  Eyni  za-
manda, şəhərdə büstü ucaldılaraq xatirə lövhəsi vurulub. 
 
Haftoni qəsəbə orta məktəbində şəhidin”Xatirə guşəsi” 
yaradılıb. 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  

 
 
 
 
 
 
BÜNYADƏLİ PƏLƏNGOV 
(1957-1992) 
 
 
Pələngov Bünyadəli Qulam oğlu
1957-ci  ildə  Lerik  rayonunun 
Züvüc  kəndində  anadan  olub. 
1964-74-cü illərdə orta məktəb-
də təhsil alıb, orta məktəbi bitir-
dikdən  sonra  sovet  ordu  sırala-
rında xidmət edib. 1983-cü ildə sovet ordusunda gizir rüt-
bəsində  xidmət  edib.  1984-cü  ildə  Tbilisi  Ali  Hərbi  məktə-
bini, 1986-cı ildə M. F. Axundov adına Azərbaycan Dövlət Peda-
qoji İnstitutunu bitirib.  
 
 
 
 
1991-ci ildə Naxçıvan Muxtar Respublikasında hərbi 
xidmətdə olub, Sədərək döyüşlərində iştirak edərək şücaət-
lər göstərib.    
 
 
 
 
 
Qarabağ uğrunda  döyüş yolu isə 1992-ci ildə  başla-
yıb.  Qarabağın  Naxçıvanik  kəndi  uğrunda  gedən  qanlı 
döyüşlərdə komandir kimi döyüşçülərə nümunə olaraq də-
fələrlə yoldaşlarını mühasirədən qurtarıb. 
 
1992-ci il iyunun 26-da Aranzəmin yüksəkliklərində 
gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub. 
 
Şəhidin  cənazəsi  Şəhidlər  Xiyabanında  torpağa 
tapışrılıb.  Ölümündən  sonra  “İgidliyə  görə  qızıl  medal”la 
təltif olunub.   
 
 
 
 
 
Lerik  rayon  Züvüc  kənd  orta  məktəbi  və  Suraxanı 
rayon  285  saylı  tam  orta  məktəb  Pələngov  Bünyadəli 
Qulam oğlunun adını daşıyır. 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə