1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   2   3   4   5   6   7   8   9   ...   37

Əbədiyyət yolçuları 
 
  
10 
 
 
 
 
 
 
SƏXAVƏT HACIYEV
 
(1966-1993) 
 
 
Hacıyev Səxavət Əbi oğlu 
1 dekabr 1966-cı ildə Lerik rayo-
nunun  Rvarud  kəndində  anadan 
ol-ub.  1974-1984-ci  illərdə  Rva-
rud  kənd  orta  məktəbində  oxu-
yub.  1984-ci  ildə  Bakı  Politexnik  Texnukumuna  daxil  olub. 
1984-ci ilin noyabrından 1986-ci ilin noyabrına qədər həqiqi 
hərbi xidmətdə olub.   
 
 
 
 
Səxavət  Hacıyev  1992-ci  ilin  fevral  ayında  Bakıdakı 
Hərbi  Qərargaha  gedərək  könüllü  Qarabağcəbhəsinə  yola 
düşür. Səxavətin ilk döyüş yeri qədim və əzəmətli Şuşa şəhəri 
olur.  Sonralar  Naxçıvanada  Sədərək  uğrunda  döyüşlərdə 
böyük igidliklər göstərir, daha da mətinləşir.  
 
 
1992-ci  ilin  dekabr  ayında  Səxavət  yenidən  Milli 
Qurtuluş taqımının tərkibində Qarabağda ağır və qanlı döyüş-
lərin iştirakçısı olur. 17 yanvar 1993-ci il tarixində Səxavətin 
sonunucu  qəhrəmanlıq  döyüşu  olur.  Ağdərə  uğrunda  gedən 
döyüşlərdə ağır yaralanır. Bakıya aparılaraq M.Nağıyev adına 
xəstəxansına  yerləşdirilir.  Həkimlərin  8  günlük  səyi  və  ağır 
cərrahiyyə əməliyyatları nəticəsiz qalır.    
 
 
25  yanvar  1993-ci  il  tarixində  cəsur  döyüşçü  əbədi 
ölməzliyə  qovuşur.  Vətən  uğrundakı  vətən  borcunu  şərəflə 
yerinə yetirir və müqəddəs şəhidlik zirvəsinə ucalır. 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
11 
 
 
 
 
 
 
CƏBRAYIL AĞAYEV 
(1964-1993) 
 
Ağayev Cəbrayıl Atamalı oğlu 
1964-cü  il  iyunun  20-də  Lerik 
rayonunun Şivlə kəndində anadan 
olub.  1981-ci  ildə  Biləvər  kənd 
orta  məktəbin  10-cu  sinfini  bitir-
dikdən sonra hərbi xidmətə gedib 
və  keçmiş  Sovetlər  Birliyinin  Əfqanıstandakı  məhdud  qoşun 
kontingentinin  tərkibində  dörd  il  xidmət  edib.Onun  xidməti 
qiymətləndirilib, mükafatlara, medallara layiq görülüb. 
 
Əfqanıstanda  olduğu  illər  ərzində  bərkə-boşa  düşərək 
əsl hərbiçi kimi formalaşıb.    
 
 
 
Qarabağ  savaşı  başlananda  Milli  ordu  quruculuğunda 
fəal iştirak edib. Tağım komandiri kimi Cəbrayılın döyüş yolu 
Şuşa-Laçın, Kəlbəcər, Fizuli bölgələrindən keçib. Döyüş bacarığı 
və igidliyi ilə seçilən Cəbrayıl Ağayev döyüşlərin birində Fizuli 
tank  batalyonun  komandiri,  yaralanmış  Səyavuşu  xilas  etdik-
dən  sonra  döyüşçülər  arasında  şaşqınlıq  düşməsinə  yol  ver-
məyib,  döyüşə  özü  rəhbərlik  edir.  Şuşa-Laçın  dəhlizinə  bir 
müddət Cəbrayılgilin dəstəsi nəzarət edir. Cəbrayıl 33 kəndin 
geriyə  qayıtmasında  böyük  hünər  göstərir,  xidmətləri  “Azər-
baycan Bayrağı Ordeni”nə layiq görülüb.    
 
 
Cəbrayıl  Ağayev  1993-cü  ilin  yanvar  ayının  1-də  Kəl-
bəcər  uğrunda  gedən  qanlı  döyüşlərdə  qəhrəmancasınaşəhid 
olur. Təhsil aldığı Biləvər kənd orta məktəbi onun adını daşıyır. 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
12 
 
 
 
 
 
 
XAQANİ SALAYEV 
1971-1992) 
 
Salayev  Xaqani  Şəfəqqət  oğlu  -
1971-ci ildə Lerik rayonunun Raz
-
göv kəndində anadan olub. 1978-
ci  ildə  Rəzgöv  kənd  orta  məktə
-
binin  birinci  sinfinə  daxil  olub, 
1988-ci  ildə  həmin  məktəbin 
onuncu sinfini  bitirib. Orta  məktəbini  bitirdikdən sonra  sovet 
ordu sıralarına çağırılan Xaqani bir ildən sonra Çelyabinsk Ali 
Tank  məktəbinə  daxil  olur.  Qarabağ  müharibəsinin  ən  ağır 
dövründə  kursantı  olduğu  Çelyabinsk  Ali  Tank  Məktəbində 
təhsilini  yarımçıq  qoyaraq  Vətənə  qayıdır,  1992-ci  il  aprel 
ayının  14-də  könüllü  olaraq  Qarabağ  cəbhəsinə  yola  düşür.
 
Qarabağda  elə  ilk  döyüşlərdə  hərb  taktikasını  əla  mə-
nimsədiyi  nəzərə  alınaraq  Qarabağ  Könüllülər  Batalyonunun 
qərargah rəisi vəzifəsinə təyin ediir, bu mühüm postda yüksək 
komandirlik və insani keyfiyyətləri ilə hamının dərin rəğbətini 
qazanır. 
 
 
 
 
 
 
 
Xaqani Salayev Drambon, Qarakənd, Sərsəng su anbarı, 
Ağdərə,  Sırxavənd  uğrunda  gedən  döyüşlərdə  böyük  şücaət 
göstərir, adı dillər əzbərinə çevrilir.   
 
 
 
1992-ci ilsentyabr ayının 3-də Xaqani Salayevin rəhbər-
lik  etdiyi  batalyon  Sırxavənd  istiqamətində  hücuma  keçir. 
Həmin döyüşdə düşmənin çoxlu canlı qüvvəsi və döyüş texni-
kası məhv edilir. Bu ağır döyüşdə Xaqani Salayev ağır yarala-
naraq qəhrəmancasına şəhid olur. 
 
 


Əbədiyyət yolçuları 
 
  
13 
 
 
 
 
 
MEHMAN QAFAROV 
(1970-1993) 
 
Qafarov  Mehman  Yəhya  oğlu  – 
02 yanvar 1970-cı ildə Lerik rayo-
nunun  Siyov  kəndində  anadan 
olub.1977-ci  ildə  Siyov  kənd  orta 
məktəbinin  birinci  sinfinə  daxil 
olub,  1984-cü  ildə  həmin  mək-
təbin  yeddinci  sinfini  bitirib,  elə 
həmin  ildə  də  C.  Naxçıvanski 
adına  Ali  Hərbi  Litseyə  daxil  olub.1987-ci  ildə  oranı  bitirib, 
1988-ci ildə Kazan Ali Tank Qoşunları Komandirləri Məktəbinə 
daxil olub, 1991-ci ildə bu məktəbi əla qiymətlərlə bitirib.  
 
1991-ci  ilin  avqust  ayından  1992-ci  ilin  oktyabr  ayına 
qədər Minsk hərbi dairəsində xidmət edib.   
 
 
 Mehman Qafarov Qarabağda ermənilərin törətdiyi vəh-
şiliklərə dözə bilməyib xidmətinə xitam verərək vətənə qayıdır, 
704  saylı  hərbi  hissənin  tərkibində  743  saylı  tank  alayında 
düşmənə qarşı mübarizəyə başlayır.  
 
 
Mehmanın  döyüş  yolu  Fizuli,  Beyləqan  və  Ağcəbədi 
cəbhələrindən  keçir.  O,  təcrübəli  zabit  kimi  rəhbərlik  etdiyi 
alayla  dəfələrlə  düşmənə  sarsıdıcı  zərbələr  endirərək  xeyli 
canlı qüvvəsini və hərbi texnikasını sıradan cıxarır.  
 
Mehman Qafarov 1993-cü il aprelin 4-də qərərgah rəisi, 
həmin il iyunun 22-də alay komandiri təyin edilir.  
 
Qorxmazlığı və döyüş bacarığı ilə ad çıxarmış Mehman 
20  avqust  1993-cü  ildə  Ağcəbədi  rayonunun  Avşar  kəndi 
uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. 
 
Hal-hazırda oğlu onun yolunu davam etdirir. 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə