1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   2   3   4   5   6   7   8   9   ...   37

Əbədiyyət yolçuları 
 
  
18 
 
 
 
 
 
 
MİKAİL İBADOV 
(1963 - 1992) 
 
 
İbadov Mikail Qubad oğlu – 
1963-cü  il  avqust  ayının  16-da 
Lerik  rayonun  Cəngəmiran  kən-
dində  anadan  olub.  1970-ci  ildə 
Cəngəmiran  kənd  orta  məktəbi-
nin  birinci  sinfinə  daxil  olub,  1980-ci  ildə  həmin  məktəbi 
bitirib.   
 
 
 
 
 
 
1981-ci  ildə  Sovet  ordusu  sıralarına  hərbi  xidmətə 
çağırılıb, 1983-cü ildə ordudan tərxis olunub. Hərbi xidmətini 
Rusiyanın  Xarkov  şəhərində  daxili  qoşunlarda  (VV)  kəskin 
nişançı (snayper) kimi keçib.   
 
 
 
Hərbi xidmətini başa vurduqdan sonra vətənə qayıdır. 
Sonra işləmək üçün Bakı şəhərinə gedərək 3 nömrəli evtikmə 
kombinatında işə düzəlir və burada işləyir.  
1992-ci  ilin  iyul  ayında  Suraxanı  rayon  Hərbi  Komis-
sarlığına  könüllü  olaraq  müraciət  edir  və  27  iyul  1992-ci  il 
tarixində  Qarabağ  cəbhəsinə  göndərilir.  Qarabağın  bir  çox 
bölgələrində  döyüşlərdə  kəskin  nişançı  kimi  döyüşür  və 
şücaətlər göstərir.    
 
 
 
 
1992-ci il oktyabrın 2-də Martuni (indiki Xocavənd) ra-
yonunun Muğanlı, Əmralılar və Kurapatkino kəndləri uğrunda 
gedən  döyüşlərdə  mühasirəyə  düşür  lakin  təslim  olmayaraq 
döyüş  sürsatı  bitənədək  döyüşür  və  sonda  qəhrəmancasına 
şəhid  olur.  Ərazi  mühasirədə  olduğundan  digər  döyüşçü 
yoldaşları kimi İbadov Mikail Qubad oğlunun da cəsədini götür-
mək mümkün olmur. 


Əbədiyyət yolçuları 
 
  
19 
 
 
 
 
 
 
ARZUMAN ƏSƏDULLAYEV 
(1970-1992) 
 
 
Əsədullayev Arzuman Azad oğlu 
-  1970-ci  ildə  Lerik  qəsəbəsində 
dünyaya göz açıb. Orta məktəbi bi-
tirdikdən sonra texniki-peşə mək-
təbində  oxuyub  və  maşinist peşə-
sinə yiyələnib.  
 
 
 
 
 
1987-ci  ildə  Lerik  rayon  Hərbi  komissarlığı  tərəfin-
dən  həqiqi  hərbi  xidmətə  çağrılan  Arzuman  keçmiş  Sovet 
ordu  sıralarına  yola  salınır.  1989-cu  ildə  hərbi  xidmətini 
başa vuraraq vətənə qayıdır.  
 
 
 
Ordudan tərxis olunduqdan sonra Bakı şəhərinin Xətai 
və Nizami rayon Daxili İşlər Şöbəsində polis olaraq xidmət edir. 
Qarabağ savaşı zamanı könüllü olaraq milli ordu sıralarına 
qoşulur.  
 
 
 
 
 
 
Arzuman  peşəkar  hərbçi  kimi  bir  çox  döyüş  əmə-
liyyatlarının  iştirakçısı  olub,  torpaqlarımızın  müdafiəsində 
şəxsi igidliklər göstərib. 
 
 
 
 
Vətənin qəhrəman oğlu 3 mart 1992-ci ildə döyüşlərin 
birində  düşmən  gülləsinə  tuş  gələrək  qəhrəmancasına  şəhid 
olur.   
 
 
 
 
 
 
Ölümündən sonra Lerik rayonunun mərkəzi küçələrin-
dən birinə Əsədullayev Arzuman Azadxan oğlunun adı verilir. 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
20 
 
 
 
 
 
 
NAZİM AĞAYEV 
(1969-1992) 
 
 
Ağayev Nazim Ziyad oğlu –  
1969-cu  ildə  Lerik  rayonunun 
Bülüdül  kəndində  anadan  olub. 
1976-cı  ildə  Bülüdül  kənd  orta 
məktəbinin  birinci  sinfinə  qəbul 
olunub,  1986-cı  ildə  həmin  məktəbin  onuncu  sinfini  bitirib. 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq 
keçmiş Sovet ordu sıralarına yola salınır.    
 
Hərbi  xidmətdən  qayıtdıqdan  sonra  1990-cı  ildə  Bakı 
Tibb Texnikumuna daxil olur.  
 
 
 
Qarabağ savaşı başlandığından təhsilini yarımçıq qoyan 
Nazim digər qeyrətli vətən oğulları kimi könüllü olaraq həm bir 
həkim, həm də bir əsgər kimi döyüşə yollanır.  
 
 
Nazim  Ağayev  Qarabağ  cəbhəsində  bir  sıra  uğurlu 
əməliyyatlarda iştirak edərək igidliklər göstərir, eyni zamanda 
bir  həkim  kimi  neçə-neçə  yaralını  ölümün  pəncəsindən  xilas 
edərək onları həyata qaytarır. 
 
 
 
Nazim  Ağayev  1992-ci  il  mart  ayının  27-də  Daşaltı 
əməliyyatında şəhid olaraq əbədiyyətə qovuşur.   
 
Hal-hazırda Bülüdül kənd orta məktəbi Nazim Ağayevin 
adını daşıyır. 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
21 
 
 
 
 
 
 
RZA RÜSTƏMOV 
(1963-1993) 
 
 
Rüstəmov Rza Sulduz oğlu
1963-cü  ildə  Lerik  rayonunun 
Bülüdül  kəndində  anadan  olub. 
1970-ci  ildə  Bülüdül  kənd  orta 
məktəbinin  birinci  sinfinə  qəbul 
olunub,  1980-cı  ildə  həmin  məktəbini  onuncu  sinfini  bitirib. 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq 
keçmiş Sovet ordu sıralarına yola salınır.   
 
Hərbi  xidmətdən  qayıtdıqdan  sonra  Qaradağ  rayonu-
nun Qızıldaş qəsəbəsinə köçərək burada məskunlaşır.  
 
1992-ci il dekabırın 24-də bir qrup könüllülərlə birlikdə 
Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra özü də könüllü ola-
raq milli ordu sıralarına qoşulur. 
 
 
 
Rzanın  döyüş  yolu  Tərtər  rayonundan  başlayır,  Tərtə-
rin  müdafiəsi  uğrunda  gedən  döyüşlərdə  iştirak  edərək 
şücaətlər  göstərir.  Sonra  Ağdərə  rayonuna  gələrək  burdakı 
əməliyyatlarda iştirak edir, döyüşlərdə xüsusi fəallığı ilə seçilir.
 
Rüstəmov Rza 18 yanvar 1993-cü ildə Sırxavənd uğrun-
da gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək qəhrəman-
casına şəhid olur. 
 
 
 
 
 
Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək  torpağa 
tapşırılır. 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə