1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   2   3   4   5   6   7   8   9   ...   37

Əbədiyyət yolçuları 
 
  
22 
 
 
 
 
 
 
FƏZAİL AĞAYEV 
(1961-1994) 
 
 
Ağayev Fəzail Əmir oğlu – 
1961-ci  ildə  Lerik  rayonunun 
Musavar  kəndində  anadan  olub. 
1968-ci  ildə  Aran  kənd  dördillik 
məktəbinin  birinci  sinfinə  qəbul 
olunub,  1978-ci  ildə  Boykəndil  kənd orta məktəbinin  onuncu 
sinfini bitirib.   
 
 
 
 
 
 
Orta məktəbi bitirdikdən sonra Lerik rayon Hərbi ko-
missarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq  keç-
miş Sovet ordu sıralarına yola salınır. Hərbi xidmətini Ukray-
na Respublikasının Perm şəhərində başa vurur. 
 
Hərbi xitmətdən qayıtdıqdan sonra Bakı Energetika 
Texnikumunda təhsil alır. Texnikumu bitirdikdən sonra bir 
müddət Lerik elektrik şəbəkəsində işləyir.  
 
Qarabağ savaşı başlananda könüllü Milli ordu sıralarına 
yazılaraq  döyüşə  yollanır.  Döyüş  yolu  Geranboy  rayonundan 
başlayır.  Daha  sonra  Fizuli  rayonuna  göndərilərək  burdakı 
batalyonun tərkibində döyüşür. 
 
 
 
Fəzail Fizuli rayonundakı strateji yüksəklikləri ələ keçir-
mək uğrunda gedən qanlı döyüşlərdə iştirak edərək igidliklər 
göstərir,  döyüş  yoldaşları  ilə  bərabər  son  mərmisinə  qədər 
döyüşür. 
 
 
 
 
 
 
Vətəni anası kimi sevən Fəzail Ağayev 14 aprel 1994-cü 
ildə Fizuli rayonu uğrunda gedən döyüşlərdə düşmən gülləsinə 
tuş gələrək qəhrəmancasına şəhid olur. 
 


Əbədiyyət yolçuları 
 
  
23 
 
 
 
 
 
 
LƏTİF AĞAYEV 
(1970-1993) 
 
 
Ağayev Lətif Xeyrulla oğlu – 
1974  cü  il  may  ayının  2-də  Lerik 
rayonunun  Züvüç  kəndində  ana-
dan olub. 1981-ci ildə Lerik rayon 
Züvüç kənd orta məktəbinin birin-
ci  sinfinə  daxil  olub,  1991-ci  ildə  adıçəkilən  orta  məktəbin 
onuncu sinfini bitirib.  
 
 
 
 
1992-ci  ilin  aprel  ayında  Lerik  rayon  Hərbi  komis-
sarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq  Milli  ordu 
sıralarına  yola  salınır.  Xidmət  dövrünün  ilk  üç  ayını  Daxili 
qoşunların  Hacıqabul  rayonunda  yerləşən  hissəsində  çəkir, 
sonra isə Qarabağ cəbhəsinə göndərilir.  
 
Vətənpərvərliyi  və qorxmazlığı ilə  seçilən bu  igid qəh-
rəman  Ağdam  və  Ağdərə  uğrunda  gedən  döyüşlərdə  iştirak 
edir, döyüşçülər arasında öz döyüş bacarığı ilə seçilir. 
 
Əsgərlər  arasında  “Dağ  Qartalı”  adı  ilə  tanınan  Lətif 
Ağayev dəfələrlə döyüş əməliyyatlarında iştirak edərək düşmə-
nə sarsıdıcı zərbələr endirir.   
 
 
 
Vətənin  qəhrəman  oğlu  1993-cü  il  mart  ayının  9-da 
Ağdərənin  Manikli  kəndi  uğrunda  gedən  döyüşlərdə  qəhrə-
mancasına  şəhid  olur.  Şəhidin  üç  rəngli  bayrağa  bürünmüş 
cənazəsi  doğulduğu  Züvüç  kəndinə  gətirilərək  torpağa 
tapşırılır. 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
24 
 
 
 
 
 
 
 
QADİR ƏLİYEV 
(1970-1994) 
 
 
Əliyev Qadir Ağababa oğlu- 
1973-cü  ildə  Lerik  rayonun  Şivlə 
kəndində  anadan  olub.  Sonradan 
ailə  Biləsuvar  rayonunun  Aşağı 
Cürəli  kəndinə  köçərək  burada 
məskunlaşirlar.  Qadir  Əliyev  1980-ci  ildə  Aşağı  Cürəli  kənd 
məktəbinin  birinci  sinfinə  daxil  olaraq  orta  məktəbi  burda 
oxumalı olur.    
 
 
 
 
 
Biləsuvarda  məskunlaşmalarına  baxmayaraq  Qadirin 
doğulduğu  Şivlə  kəndi  ilə  əlaqələri  kəsilmir.  Demək  olar  ki, 
Qadirin ömrünün çox hissəsi doğulduğu Şivlə kəndində keçir.
 
Orta  məktəbi  bitirdikdən  sonra  keçmiş  Sovet  ordu 
sıralarına  çağrılaraq  Qorki  şəhərinə  göndərilir.  1992-ci  ildə 
xidmətini  yarımçıq  saxlayaraq  Vətənə  qayıdan  Qadir  Əliyev 
könüllü olaraq milli ordu sıralarına yazılır.    
 
 
Qadir  Kəlbəcər  rayonunun  müdafiəsi  uğrunda  gedən 
döyüşlərdə iştirak edir və şücaətlər göstərir.  
 
 
Qısa  ömür  yaşamasına  baxmayaraq  hər  kəsin  məhəb-
bətini qazanan bu gənc qəhrəman 1994-cü il fevral ayının 13-
də  Kəlbəcər  rayonu  uğrunda  gedən  döyüşlərdə  ağır  yarala-
naraq  qəhrəmancasına  şəhid  olur.  Şəhidin  cənazəsi  Biləsuvar 
rayonuna gətirilərək torpağa tapşırılır. 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
25 
 
 
 
 
 
 
FƏRƏMƏZ MİKAYILOV 
(1963-1994) 
 
 
Mikayılov Fərəməz Şəmi oğlu - 
1963-cü  ildə  Lerik  rayonunun 
Bülüdül  kəndində  anadan  olub. 
1970-cı  ildə  Bülüdül  kənd  orta 
məktəbinin  birinci  sinfinə  qəbul 
olunub. 
 
 
 
 
 
 
 
1973-cü  ildə  ailəsi  ilə  birlikdə  Salyan  rayonunun 
Qaraçala kəndinə köçdüklərinə görə təhsilini burada davam 
etdirməli olur. 1980-cı ildə Qaraçala kənd orta məktəbinin 
onuncu sinfini bitirir. 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  1981-ci  ildə  həqiqi 
hərbi  xidmətə  çağrılaraq  keçmiş  Sovet  ordu  sıralarına  yola 
salınır.  1983-cü  ildə  hərbi  xidmətini  başa  vuraraq  vətənə 
qayıdır.  
 
 
 
 
 
 
 
1993-cü  ildə  könüllü  olaraq  Milli  ordu  sıralarına 
qoşulur. Döyüş yolu Ağdam rayonundan keçən Fərəməz bir 
sıra döyüş əməliyyatlarında iştirak edərək igidliklər göstə-
rir. 
 
 
 
 
 
 
 
Fərəməz  Mikayılov  1994-cü  il  yanvar  ayının  19-da 
Ağdam  rayonun  Güllücə  kəndi  uğrunda  gedən  döyüşlərdə 
qəhrəmancasina  şəhid  olur.  Şəhidin  cənazəsi  doğulduğu 
kəndə gətirilərək torpağa tapşırılır. 
 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə