1 xalid mahmud



Yüklə 2,98 Kb.

səhifə7/37
tarix11.07.2018
ölçüsü2,98 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   37

Əbədiyyət yolçuları 
 
  
26 
 
 
 
 
 
 
FƏRMAN KAZIMOV 
(1969-1992)
 
 
 
Kazımov  Fərman  Salman  oğlu  - 
01  sentyabr  1969-cu  ildə  Lerik 
rayonunun Zövnə kəndində kəndli 
ailəsində anadan olub. 1976-cı ildə 
Zövnə  kəndində  ibtidai  məktəbin 
birinci sinfinə daxil olub. 1986-cı ildə Züvüç kənd orta məktə-
binin onuncu sinfini bitirib.   
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  hərbi 
komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq keçmiş 
Sovet  ordu  sıralarına  yola  salınır

Hərbi  xidmətini  başa 
vurduqdan sonra vətənə qayıdır. 
 
 
 
1991-ci ildə könüllü olaraq Milli ordu sıralarına qoşulur. 
836 saylı hərbi hissəsinin tərkibində vuruşur.  
 
 
Fərman  Kazımov  23  sentyabr  1992-ci  ildə  Ağdamın 
Fərrux  kəndi  uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına 
şəhid olur. 
 
 
 
 
 
 
Zövnə  ümumi  kənd  orta  məktəbinin  direktoru  E. 
Əliyevin dediklərindən: 
 
 
 
 
“Ölümündən  8  gün  əvvəl  kəndə  gəlmişdi.  Məktəbdə 
müəllimlərlə görüşdü. Boynunda avtomatın bir gülləsini sepdən 
asmışdı. Ona xeyli  baxdım. Yadigar almaq  istədim.  Nədənsə, bu 
sözü deməyə dilim gəlmədi. Yenə də gülləni qaytarıb ona verdim.” 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
27 
 
 
 
 
 
 
MÜBARİZ  ZİYADOV 
(1966-1994) 
 
 
Ziyadov Mübariz Musa  oğlu –  
16 dekabr 1966-cı ildə Lerik rayo-
nunun  Çayrud  kəndində  anadan 
olub.  1973-cü  ildə  Çayrud  kənd 
orta  məktəbinin  birinci  sinfinə 
qəbul olunub, 1984-cü ildə həmin  
məktəbin onuncu sinfini bitirib.  
 
 
 
 
Orta məktəbi bitirdikdən sonra1985-ci ildə Lerik rayon 
Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq 
keçmiş Sovet ordu sıralarına yola salınır. 1987-ci ildə xidmətini 
başa vuraraq vətənə qayıdır.   
 
 
 
1989-cu  ildə  Sumqayıt  şəhərinə  köçərək  Saray  qəsə-
bəsində məskunlaşır.  
 
 
 
 
 
1993-cü il martın 16-da Mübariz də digər qeyrətli vətən 
oğulları kimi könüllü olaraq döyüşə yollanır.  
 
Mübariz Ağdərə, Kəlbəcər, Murovdağ və Fizuli uğrunda 
gedən  döyüşlərdə  düşmənin  hücumlarının  qarşısının  alınma-
sında igidliklər göstərir.  
 
 
 
 
1994-cü  il  mart  ayının  14-də  Tərtər  rayonu  uğrunda 
gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin cənazəsi 
doğulduğu kəndə gətirilərək torpağa tapşırılır. 
 
Çayrud  kəndinin  aşağı  kənd  orta  məktəbi  Mübariz 
Ziyadovun adını daşıyır. 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
28 
 
 
 
 
 
 
ELŞƏN SƏFƏROV 
(1970-1994) 
 
 
Səfərov Elşən  Məmmədağa oğlu 
-4  iyul  1970-ci  ildə  Lerik 
rayonunun Çayrud kəndində ana-
dan  olub.  1977-ci  ildə  Çayrud 
kənd  orta  məktəbinin  birinci  sin-
finə qəbul olunub, 1987-ci ildə həmin məktəbin onuncu sinfini 
bitirib.   
 
 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq keçmiş 
Sovet  ordu  sıralarına  yola  salınır.  Hərbi  xidmətini  başa  vur-
duqdan sonra vətənə qayıdır.  
 
 
 
 
1993-cü  ilin  payızında  Elşən  də  digər  qeyrətli  vətən 
oğulları kimi könüllü olaraq döyüşə yollanır.  
 
 
Elşən  Ağdam  uğrunda  gedən  döyüşlərdə  dəfələrlə 
amansız  düşmənin  aramsız  hücumlarının  qarşısının  alınma-
sında şəxsi döyüş məharəti göstərir.   
 
 
1994-cü  il  yanvarın  4-də  Ağdam  rayonunun  Güllücə 
kəndi uğrunda gedən döyüşlərdə yaralı əsgər yoldaşını döyüş 
meydanından  çıxararkən  düşmən  gülləsinə  tuş  gələrək  şəhid  
olur.  Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək  torpağa 
tapşırılır. 
 
Hal-hazırda Çayrud kənd orta məktəbi Elşən Səfərovun 
adını daşıyır. 
 
 


Əbədiyyət yolçuları 
 
  
29 
 
 
 
 
 
 
ƏBÜLFƏT MUSAYEV 
(1966-1994) 
 
 
Musayev Əbülfət Nəsirulla oğlu– 
1966-cı  ildə  Lerik  rayonunun 
Sipyəreğon kəndində anadan olub. 
1973-cü ildə Vizəzəmin kənd orta 
məktəbinin  birinci  sinfinə  daxil 
olub, 1983-cü ildə həmin məktəbin onuncu sinfini bitirib. 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi  ko-
missarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq  keçmiş 
sovet ordu sıralarına yola salınır. Hərbi xidmətini başa vurduq-
dan sonra vətənə qayıdır.    
 
 
 
Qarabağ  savaşı  başlananda  könüllü  olaraq  Milli  ordu 
sıralarına  qoşulur.  Əbülfətin  döyüş  yolu  Qarabağ  cəbhəsinin 
müxtəlif  istiqamətlərindən  keçir.  1993-cü  ildə  Fizuli  rayonu 
uğrunda  gedən  döyüşlərdə  iştirak  edir,  öz  döyüş  bacarığı  ilə 
seçilərək qəhrəmanlıqlar göstərir.    
 
 
1994-cü  il  yanvar  ayının  12-də  Fizuli  rayonu  uğrunda 
gedən  döyüşlərdə  düşmən  gülləsinə  tuş  gələrək  qəhrəman-
casına şəhid olur. Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək 
torpağa tapşırılır. 
 
Hal-hazırda  Vizəzəmin  kənd  orta  məktəbi  Musayev 
Əbülfət Nəsirulla oğlunun adını daşıyır. 
 
 
 
 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə