1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

Əbədiyyət yolçuları 
 
  
30 
 
 
 
 
 
 
SABİR ƏLİYEV 
(1962 – 1994) 
 
Əliyev Sabir Xeyrulla oğlu – 
02  may  1962-ci  ildə  Lerik  rayo-
nunun  Mondigah  kəndində  ana-
dan  olub.  Orta  məktəbi  bitirdik-
dən  sonra  Ali  təhsil  alıb,  ixtisası 
üzrə müxtəlif yerlərdə əmək fəali-
yəti ilə məşğul olub.    
 
 
 
 
1993-cü  ildə  Azərbaycan  Respublikası  Prezidentinin 
xalqa  müraciətindən  sonra  həmin  ilin  may  ayında  könüllü 
olaraq  milli  ordu  sıralarına  qoşulub.  Gəncə  şəhərində  hərbi 
təlim məşqlərində iştirak edib, daha sonra Ağdam rayonunun 
Güllücə kəndinə göndərilib.    
 
 
 
 
Sabir Əliyev komandiri olduğu tağımın əsgərləri ilə düş-
mənə  ağır  zərbələr  endirərək  onların  çoxlu  canlı  qüvvəsini 
məhv  edir.  Beyləqan  cəbhəsində  bir  sıra  döyüş  əməliyyat-
larında  iştirak  edir,  oradan  Fizuli  rayonuna  göndərilərək 
Horadizdəki hərbi hissənin qərərgah rəisinin müavini vəzifəsi-
nə  təyin  edilir.  Sabir  ordu  quruculuğunda  fəal  iştirak  edərək 
hərbi  hissədəki  nizam-intizamın  yaradılması  üçün  əlindən 
gələni əsirgəmir.  
 
 
 
 
 
1994-cü  ilin  dekabr  ayında  qərərgah  rəisi  vəzifəsinə 
təyin  edilir,  elə  həmin  ildə  də  torpaqlarımız  uğrunda  gedən 
döyüşlərdə  qəhrəmancasına  şəhid  olur.  Onun  cənazəsi  may 
ayının  14-də  doğulduğu  kəndə  gətirilərək  torpağa  tapşırılır. 
 
Mondigah kənd orta məktəbi Əliyev Sabir Xeyrulla oğlu-
nun adını daşıyır. 
 


Əbədiyyət yolçuları 
 
  
31 
 
 
 
 
 
 
MƏRDAN BÜNYADOV 
(1974-1992) 
 
 
Bünyadov Mərdan Sabir oğlu– 
1974-cü  ildə  Lerik  rayonunun 
Vizəzəmin  kəndində anadan  olub. 
1981-ci  ildə  Vizəzəmin  kənd  orta 
məktəbinin  birinci  sinfinə  daxil 
olub, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq  milli 
ordu  sıralarına  yola  salınıb.  Mərdanın  döyüş  yolu  Qarabağ 
cəbhəsinin müxtəlif istiqamətlərindən keçib.  
 
Mərdan  Bünyadov  bir  əsgər  kimi  vətən  uğrunda 
canından  keçməyə  hər  an  hazır  olan  igidlərimizdən  olub.  O, 
Kəlbəcər  rayonu  uğrunda  gedən  döyüşlərdə  iştirak  edərək 
qəhrəmanlıqlar göstərib.  
 
 
 
 
Vətən  yolunda  son  damla  qanına  qədər  döyüşəcəyinə 
and içən bu gənc qəhrəman 1992-ci ildə Kəlbəcər rayonu uğ-
runda gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək qəhrə-
mancasına  şəhid  olub.  Şəhidin  cənazəsi  doğulduğu  kəndə 
gətirilərək torpağa tapşırılıb. 
 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
32 
 
 
 
 
 
 
ZAMİR TAĞIYEV 
(1976-1998) 
 
 
Tağıyev Zamir Atakişi oğlu –  
25  mart  1976-cı  ildə  Lerik  rayo-
nunun  Çayrud  kəndində  anadan 
olub.  1983-cü  ildə  Çayrud  kənd 
orta  məktəbinin  birinci  sinfinə 
qəbul  olunub,  1993-cü  ildə  həmin  məktəbin  onuncu  sinfini 
bitirib. Orta məktəbi bitirdikdən sonra 1994-cü ilin iyun ayında 
Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə 
çağrılaraq  milli  ordu  sıralarınayola  salınıb.  Üç  aylıq  çavuşluq 
kursunu  bitirdikdən  sonra  manqa  komandiri  təyin  edilib. 
Qusar və Zaqatala rayonlarında xidmətdə olub. Son xidmət yeri 
isə Qazax rayonu olub.  
 
 
 
 
Zamir  Tağıyev  1996-cı  il  aprelin  26-da  Qazax  rayo-
nunun Kəmərli kəndindəki döyüş mövqeyində xidməti vəzifə-
sini yerinə yetirərkən başından yaralanıb. Hərbi hospitalda 10 
gün  komada  qalıb,  həkimlər  ciddi  səy  göstərsələrdə,  həyatını 
xilas  edə  bilməyiblər.  O,  1996-cı  il  may  ayının  5-də  gözlərini 
əbədi yumaraq şəhadətə qovuşub. Şəhidin cənazəsi doğulduğu 
kənddə torpağa tapşırılıb. 
 
1998-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 
sərəncamına əsasən ona şəhid statusu verilib. 
 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
33 
 
 
 
 
 
 
FAMİL CANIYEV 
(1979-1999) 
 
Canıyev Famil Bəhram oğlu –  
18  oktyabr  1979-cu  ildə  Lerik 
rayonunun Çayrud kəndində dün-
yaya  gəlib.  Sonradan  ailəsi  ilə 
birlikdə  Sumqayıt  şəhərinə  köçə-
rək burada yaşamağa başlamışlar.    
 
 
 
1994-cü  ildə  7  nömrəli  Sumqayıt  şəhər  texniki  peşə 
məktəbini bitirib. Litseydə təhsil aldığı müddətdə kimyaçıların 
idman klubunda karate idman növüylə məşğul olaraq peşəkar 
idmançı kimi yetişib.   
 
 
 
 
 
 1997-ci  ildə  Sumqayıt  Şəhər  Hərbi  komissarlığı 
tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq milli ordu sıralarına 
yola salınıb.    
 
 
 
 
 
Fizuli  rayonunun  Horadiz  qəsəbəsində  xidmət  edən 
Famil 27 yanvar 1999-cu ildə düşmən gülləsinə tuş gələrək ağır 
yaralanır.  Onu  hərbi  hospitala  gətirsələr  də  həyatını  xilas 
etmək  mümkün  olmur.  Həmin  ilin  fevral  ayının  2-də  Famil 
Canıyev həyatla vidalaşaraq əbədiyyətə qovuşub. 
 
Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək  torpağa 
tapşırılır. 
 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə