1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

Əbədiyyət yolçuları 
 
  
34 
 
 
 
 
 
 
ƏLİNİYAZ VAHABOV 
(1969 - 1993) 
 
 
Vahabov  Əliniyaz  Əhməd  oğlu 
–1969-cu  ildə  Lerik  rayonu-nun 
Mistan  kəndində  anadan  olub. 
1976-cı  ildə  Mistan  kənd  orta 
məktəbinin  birinci  sinfinə  qəbul 
olunub.  1986-cı  ildə  həmin  məktəbin  onuncu  sinfini  bitirib.
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq keçmiş 
Sovet  ordu  sıralarına  yola  salınıb.  Əliniyaz  Rusiya  Dəniz 
Donanmasında  xidmət  edib,  xidmətini  başa  vurduqdan  sonra 
vətənə qayıdıb.  
 
 
 
 
 
1992-ci ildə könüllü olaraq milli ordu sıralarına qoşulur 
və  Qarabağ  cəbhəsinin  müxtəlif  istiqamətlərində  gedən 
döyüşlərdə  iştirak  edir.  Torpaqlarımızın  müdafiəsi  zamanı 
böyük qəhrəmanlıqlar göstərir.  
 
 
 
 
1993-cü  il  iyul  ayının  18-də  Ağdam  rayonunun 
müdafiəsi  uğrunda  gedən  döyüşlər  zamanı  qəhrəmancasına 
şəhid  olub.  Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək 
torpağa tapşırılıb. 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
35 
 
 
 
 
 
 
ZÜLFÜQAR SƏFƏROV 
(1974-1994) 
 
 
Səfərov  Zülfüqar  Heydər  oğlu  -
1974-cü  il  aprelin  24-də  Lerik 
rayonunun  Perzəküçə  kəndində 
doğulub.  1991-ci  ildə  orta  mək-
təbi bitirdikdən sonra ordu sıra-
larına qəbul olunub.   
 
 
 
 
Uzun bir doyüş yolu keçən Zülfüqarın xidmət yolu 
Güzdək  qəsəbəsində  yerləşən  hərbi  təlim  mərkəzindən 
başlayıb.  Zülfüqar  bir  müddət  təlim  keçdikdən  sonra  tank 
briqadasının  tərkibində  ön  cəbhəyə  gedib  və  Ağdamın 
Abdal-Gülablı,  Uzundərə,  Xındırıstan  kəndləri  ətrafında 
gedən qanlı döyüşlərdə iştirak edib.  
 
 
Rəhbərlik Fuzuli cəbhəsindəki vəziyyəti nəzərə alıb 
tank briqadasını ora göndərir. Zülfüqar Kərimbəyli, Əhməd-
bəyli,  Yuxarı  Bəhmənli,  Aşağı  Seyidəhmədli,  İkinci  Alışlı 
kəndlərinin  müdafiəsində  igidliklər  göstərərək  düşmənə 
ağır zərbələr endirir.  
 
 
 
 
Ağdərə doyüşlərində də Zülfüqar xususi fəallıq gös-
tərərək düşmənin xeyli canlı qüvvəsini məhv edib. 
 
Beləliklə,  Vətənin  qəhrəman  oğlu  uzun  bir  döyüş 
yolu  keçib.  Döyüş  yoldaşları  onu  Həzi  Aslanova  bənzə-
dirmiş.   
 
 
 
 
 
 
Zülfiqar  Səfərov  1994-cü  il  aprelin  26-da  Ağdərə 
uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına  şəhid  olaraq 
əbədiyyətə qovuşur. 
 


Əbədiyyət yolçuları 
 
  
36 
 
 
 
 
 
 
CƏLAL FƏRZİYEV 
(1974-1993) 
 
 
Fərziyev  Cəlal  İbrahim  oğlu  – 
1974-cü  ildə  Lerik  rayonunun 
Perzəküçə  kəndində  anadan 
olub. 1981-ci ildə Perzəküçə kənd 
orta  məktəbinin  birinci  sinfinə 
daxil olub, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirib.  
 
Orta  məktəbi  bitirdikdən  sonraLerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq 
Qarabağ cəbhəsinə yola salınıb.    
 
 
Cəlal  Feyziyev  Fizuli  və  Ağdam  rayonları  uğrunda 
gedən  döyüşlərdə  iştirak  edərək  əsl  döyüşçü  kimi  mətin-
ləşmiş,  düşmənə  qarşı  mübarizədə  əsl  qəhrəmanlıqlar 
göstərmişdir.  Daha  sonra  Ağdərə  rayonuna  göndərilən 
Cəlal  burada  da  bir  sıra  uğurlu  döyüş  əməliyyatlarının 
iştirakçısı olub.  
 
 
 
 
 
 
1993-cü ilin mart ayında Cəlal ağır yaralanır. Ağdam 
rayonunun  səhra  hospitalına  gətirilsə  də,  çoxlu  qan  itir-
diyindən onun həyatını xilas etmək mümkün olmur.  
 
Beləliklə, Cəlal həyatla vidalaşaraq şəhidlik zirvəsinə 
ucalır.  Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək  dəfn 
edilir. 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
37 
 
 
 
 
 
 
HABİL NƏCİYEV 
(1973-1993) 
 
 
Nəciyev  Habil  Xanqulu  oğlu  -
1973-cü  ildə  Lerik  rayonunun
 
Noda
 
kəndində  anadan  olub. 
1980-cı  ildə  Noda  kənd  orta 
məktəbinin  birinci  sinfinə  daxil 
olub, 1990-cı ildə həmin məktəbin onuncu sinfini bitirib. 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq 
Qarabağ cəbhəsinə yola salınıb.    
 
 
1992-ci  ildən  Milli  ordu  sıralarında  xidmətə 
başlayan  Habil  Ağdam  və  Fizuli  rayonu  uğrunda  gedən 
döyüşlərdə iştirak edərək igidliklər göstərib.  
 
1993-cü  ildə  Fizulidə  gedən  döyüşlər  zamanı  yaralı 
yoldaşını xilas edərkən düşmən gülləsinə tuş gələrək şəhid 
olub. Şəhidin çənazəsi doğulduğu Noda kəndinə gətirilərək 
torpağa tapşırılıb.    
 
 
 
 
 
Noda kənd orta məktəbi Habil Nəciyevin adını daşı-
yır.  Məktəbin  girişində  şəhidin  xatirə  lövhəsi  asılıb.  Habil 
Nəciyev Noda kəndinin ilk şəhididir.  
 
 
Habil orta məktəbdə oxuyarkən bu sözlərlə başlayan 
bir inşa yazıb: “Əgər mən müharibədə olsaydım, özümü “Alay 
oğlu”  əsərinin  qəhrəmanı  kimi  aparardım.  İgidlik  və  qəhrə-
manlıq  göstərər,  heç  olmasa  faşistlərdən  bir  neçəsini  öldü-
rərdim. Vətənə faydalı olduğumu başa düşüb sevinərdim.” 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə