10 Азярбайъан ширкятляри цчцн Ишгцзар Етика Кодексляри



Yüklə 483,73 Kb.
səhifə5/10
tarix14.04.2018
ölçüsü483,73 Kb.
#38519
növüКодекс
1   2   3   4   5   6   7   8   9   10

Giriş

Əziz Həmkarlar!


Yüksək standartlara müraciət etmək, mənəvi dəyərlərə sığınmaq deməkdir. Bu dəyərləri üstün tutmaqla bizim firmamız, istər Azərbaycanın daxilində, istərsə də onun hüdudlarından kənarda yüksək reputasiya qazanmışdır.
Bazarda əldə etdiyimiz müvəffəqiyyətlər, mərkəzimizin məram və məqsədlərinə olan sadiqliyimiz nəticəsində əldə edilmişdir. Bu məqsədlər aşağıdakılardan ibarətdir:


  • Azərbaycanda xalçaçılıq sənətinin qorunub-saxlanılması və geniş təbliği;

  • Xalça məmulatlarının hazırlanması və bərpası ilə bağlı ənənəvi sirlərin gənc nəslə ötürülməsi;

  • İstehsal və xidmət səviyyəsinin daima artırılması;

  • Müştərilərimizin ehtiyac və tələblərinə həssaslıqla və чевик reaksiya verilməsi;

  • Azərbaycan bazarında öncül yerə sahib olmaq.

Biz əminik ki, etik prinsiplər əməkdaşlarımıza iş üslublarını daha da təkmilləşdirməkdə və şirkətimizin müvəffəqiyyətlə fəaliyyət göstərməsində bir bələdçi rolunda çıxış edir. Bu prinsiplər, həmçinin Azərbaycanda azad bazar iqtisadiyyatı münasibətlərinə və ölkədə demokratik prinsiplərin ruhuna tam uyğundur.


Hörmətlə,
Emin Həşimov

Direktor


Bakı Elmi-Bərpa Mərkəzi
Kodeksİn müddəaları


  1. Müştərilərə münasibət

Şirkətmizin müvəffəqiyyəti və nüfuzu bizim dəyərli müştərilərimizdən asılıdır. Artıq müştərilərin seçim imkanları günü-gündən genişlənir. Bunu nəzərə alaraq, biz ən tələbkar müştərilərin belə ehtiyaclarını ödəməyə can atırıq. Müştərilərimiz qarşısında böyük cavabdehlik hissi daşıyaraq onlara aşağıdakıları təmin etməyi öhdəmizə götürürük:




  • Müştəriləri yüksək keyfiyyətli məhsul və xidmətlərlə təmin etmək;

  • Müştərilərin ən yüksək tələblərinə cavab verən xidmətlərin zamanında göstərilməsi;

  • Müştərilərə mədəni və düzgün xidmət göstərmək;

  • Müştərilər qarşısında götürülən öhdəlikləri yerinə yetirmək;

  • Məhsul və xidmətlərimiz haqqında, o cümlədən məhsullarımızda edilən dəyişikliklər haqqında ətraflı məlumat vermək.

Biz başa düşürük ki, müştərilər bərabər hüquqlu münasibətə malikdir və onlara münasibətdə ayrıseçkilik halları yolverilməzdir.




  1. Təchizatçılara münasibət

Bizim təchizatçılar əsasən əl işi istehsalının sirlərini bilən və onları qoruyub saxlayan insanlardır. Şübhəsiz, bu insanlar bizim müvəffəqiyyətimizin bir hissəsidirlər. Bu səbəbdən, biz şirkətimizin etibarının gücləndirilməsinə və uzunmüddətli inkişafına töhvə verən məhsul və xidmətlərdən istifadə etməyə çalışırıq.


Bizim təchizatçılarla münasibətimiz aşağıdakı prinsiplər üzərində qurulmuşdur:


  • Müqavilə öhdəliklərinə əməl etmək;

  • Düzgünlük və qərəzsizlik;

  • Təchizatçılar haqqında konfidensial və şəxsi məlumatları açıqlamamaq.




  1. Rəqiblərə münasibət

Biz ədalətli bazar münasibətlərində maraqlıyıq. Bu səbəbdən, biz rəqiblərlə ədalətli rəqabət aparmaq prinsiplərinə əsaslanırıq:




  • Biz rəqiblərə hörmətlə yanaşırıq;

  • Biz rəqiblərə münasibətdə qərəzli və yalan məlumatlardan istifadə etmirik;

  • Biz rəqiblər haqqında məlumatların toplanılmasında qeyri-qanuni və qeyri-etik vasitələrdən istifadə etmirik, bunu utancverici hərəkət hesab edirik;

  • Biz rəqiblərlə qiymətlər, qiymət siyasəti və reklam satışı ilə bağlı sövdələşmələr aparmırıq.


Sual: Rəqiblərdən söz düşdükdə özünü necə aparmalı?
Cavab: Bu halda yaxşı olardı ki, siz birbaşa olaraq həmin firmanın sizə rəqib olmasını və sizin rəqib firma haqqında bu və ya digər formada söz deməyinizin düzgün olmadığını və qeyri etik olduğunu bildirəsiniz.


  1. Əməkdaşlar arasında münasibət

Biz əminik ki, firmamızın müvəffəqiyəti kollektivimizdə sağlam münasibətlərdən əhəmiyyətli dərəcədə asılıdır. İş yerində sağlam münasibətlər və əhval ruhiyyə işin səmərəsini artırır. Biz, əməksevərlik, düzgünlük, çalışqanlıq, aydın məqsədə can atmaq, xeyirxahlıq, ümumi işə sədaqət kimi dəyərlərə sadiq olmaqla kollektivdə sağlam iş münasibətlərinə nail olmuşuq.


İşimizin uğuru əhəmiyyətli dərəcədə kollektivdə şəxsi mövqeyin müstəqil və açıq ifadə edilməsindən asldır. Rəhbərliyin qərarları ilə razılaşmadıqda hər bir əməkdaş şikayət etmək hüququna malikdir.



  1. Əməkdaşların professional səviyyəsinin artırılması

Şirkətimizin hər bir əməkdaşı daima professional bilik və bacarıqlarını artırmaq və özünü təsdiq etmək hüququna malikdir. Buna şirkət rəhbərliyi, maraqlı tərəflər və əlaqədar təşkilatlar tərəfindən təşkil olunan müxtəlif seminarlar, treninqlər və təlim kursları vasitəsilə nail olunur.





  1. Seksual zəmində təqibetmə

Seksual təqibetmə dedikdə, əməkdaşın arzuolunmaz cinsi əlaqəyə sövq edilməsi və ya nigahsız yaşamağa məcbur edilməsi kimi hallar nəzərdə tutulur. Belə hallar insan ləyaqətini alçaltdığından, biz onların şirkətimizdə yolverilməz olduğunu bildiririk. Seksual zəmində təqibetməyə məruz qalan hər bir əməkdaş dərhal bu haqda öz menecerinə və ya şirkət rəhbərinə məlumat verməlidir.


Sual: Əgər şirkət əməkdaşlarından biri öz meneceri tərəfindən seksual təqibetməyə məruz qalarsa nə etməli?
Cavab: Əgər bu fakt təsdiq edilərsə, məsələni kollektivin ümumi yığıncağında müzakirəyə çıxartmaq lazımdır.


  1. Hədiyyələr və əyləncələr

Biz müştərilərimiz, təchizatçılarımız, dövlət məmurları və digər maraqlı tərəflərdən hədiyyə və əyləncələrin və ya hörmət formasında verilmiş istənilən ödənişlərin qəbulunu və əksinə verilməsini utancverici və qeyri-etik hərəkət hesab edirik. Lakin, böyük maddi dəyərə malik olmayan və məbləği 25 ABŞ dollarınadək olan hədiyyələr qəbul edilə bilər.


Sual: Təchizatçılardan biri mənə bahalı hədiyyə təklif edir. Əgər mən bu hədiyyəni qəbul etməsəm çoxdan tanıdığım və əlaqədə olduğum həmin təchizatçı məndən inciyə bilər. Bu halda nə etməli?
Cavab: Bu halda siz, şübhəsiz, təchizatçı ilə əlaqələri pozmamalısınız. Əgər təqdim edilən hədiyyə böyük dəyərə malikdirsə, siz bu haqda menecerinizə və ya şirkət rəhbərliyinə məlumat verməli, onların tövsiyyələrinə uyğun hərəkət etməlisiniz.

VIII. Ədalətli münasibət
Şirkətimiz istənilən marqlı tərəflərə, o cümlədən əməkdaşlarımıza münasibətdə ayrıseçkilik hallarına yol vermir və aşağıdakı ayrıseçkilik formalarını işgüzar münasibətlərdə qəbul etmir:


  • irqi;

  • yaş əlamətinə görə;

  • cinsi;

  • milli;

  • əmlak və digər əlamətlərə görə.




Yüklə 483,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə