10 Азярбайъан ширкятляри цчцн Ишгцзар Етика Кодексляри


IX. Maraqların münaqişəsi



Yüklə 483,73 Kb.
səhifə6/10
tarix14.04.2018
ölçüsü483,73 Kb.
#38519
növüКодекс
1   2   3   4   5   6   7   8   9   10

IX. Maraqların münaqişəsi

Maraqların münaqişəsi aşağdakı səbəblər üzündən baş verə bilər:



  • Əməkdaşlar təchizatçılar, müştərilər, məhsulu satış kanallarına paylayanlar və rəqibəlrə münasibətdə şəxsi maddi maraq güddükdə;

  • Eyni zamanda rəqib şirkətdə işlədikdə.

Biz maraqların münaqişəsi hallarının yolverilməz olduğunu bildiririk və əgər bu hallar baş verərsə rəhbərliyin münasibətindən sonra məsələni kollektivin ümumi yığıncağına çıxarırıq.


X. Иш йериндя тягиб
İş yerində təzyiq halları dedikdə, əməkdaşlarla ədavət aparılması və onlara hədə-qorxu edilməsi başa düşülür. Bu insan ləyaqətinin alçaldılması deməkdir və belə səhvə yol vermяк əməkdaş, ümumən ися şirkət üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. İş yerində təqibetmə halları qanunlara və demokratik cəmiyyətin etik prinsiplərinə ziddir. Bundan əlavə, bu əməkdaşların təşəbbüskarlığını zəiflədir.

XI. Siyasi fəaliyyətə münasibət

Şirkətimiz hər hansı bir siyasi fəaliyyətlə məşğul olmur.


Şirkətin əmlakı hər hans bir siyasi partiyanın və ya liderin məqsədləri üçün istifadə oluna bilməz.
Bununla belə, hər bir əməkdaş işdən kənar vaxtlarda ölkənin siyasi həyatında iştirak etmək hüququna malikdir.

XII. Konfidensiallıq

Əməkdaşlarımız hansı məlumatların konfidensial xarakter daşıdığını və bu növ məlumatların sızmasının şirkətin rifahına və rəqabət qabiliyyətinə təhlükə törətdiyini bilməlidir. Digər tərəfdən, biz xalq sənətinin sirlərinə malikik və bu məlumat xalqımızın ümumi sərvəti olduğundan, bizim bu sirləri cəmiyyətdən gizlətmək hüququmuz yoxdur. Biz bu məlumatları xalq sənəti ilə bağlı keçirilən müxtəlif elmi konfranslarda və seminarlarda bölüşürük. Eyni zamanda istehsal ilə bağlı bizim öz sirlərimiz vardır. Məsələn, rənglərin hazыrlanması reseptləri və ya müəllif dəsti-xəttləri ilə bağlı məlumatlar şirkətimizin intellektual əmlakı sayılır və biz bu məlumatları qorumalıyıq.




XIII. Mühasibat uçotu və qeydlərinin düzgün aparılması

Biz maliyyə hesabatları və mühasibat uçotunun dəqiq aparılmasına xüsusi diqqət yetiririk. Bizim maliyyə əməliyyatları müvafiq hesabatlarda öz dəqiq əksini tapır.



XIV. Şirkətin cəmiyyət və ictimai qruplarla qarşыlыqlı münasibəti

Bizim cəmiyyət qarşısında ən ümdə vəzifəmiz xalq sənəti sirlərinin qorunub saxlanılması və onların gənc nəslə ötürülməsidir.


Biz sərgilər təşkil etməklə və tərəfdaşlarımızın tədbirlərində iştirak etməklə cəmiyyətə Azərbaycanın xalçaçılıq sənətini nümayiş etdiririk.
Bizim sənət əsərləri xaricdə təşkil olunmuş sərgilərdə və fərdi kolleksiyalarda ölkəmizi layiqincə təmsil edir.
Biz müvafiq ödənişli iş yerləri yaratmağa çalışırıq.
Biz hökumətin fərman və qərarlarına sözsüz əməl edirik.
Lazım olduqda, şirkətin illik maliyyə hesabatı haqqında açıq və şəffaф məlumat veririk.
Şirkətimizin müvəffəqiyyəti və rifahı, fəaliyyət göstərdiyimiz cəmiyyətin müvəffəqiyyətinin ayrılmaz hissəsidir. Biz imkan daxilində sosial məqsədli layəihələr həyata keçirməklə əhalinin aztəminatlı təbəqələrini dəstəkləyirik.
Yekun
Bu sənədin əsas məqsədi şirkətimizdə davranışın etik normaları haqqında bütün əməkdaşlarımıza dəqiq məlumat çatdırmaqdan və onları etik kodeksdə əks olunmuş prinsiplərə əməl etməyə dəvət etməkdən ibarətdir.Бу принсиплярин позулмасыы инзибати ъязайа сябяб ола биляр.

Ofis Sistems” ŞirkətİNİn Etİka Kodeksİ


Prezidentin müraciəti

Şirkətimiz, 1991-ci ildə yaradıldığı andan biz dərk edirdik ki, biznesimizin müvəffəqiyyəti qısamüddətli mənfəətdən deyil, yaxşı düşünülmüş uzunmüddətli strategiyadan asılı olacaqdır. Elə həmin vaxt biz bu strategiyanın aşağıdakı əsas məqsədlərini müəyyən etmişdik:




  • Məhsul və xidmətlərimizin yüksək keyfiyyətinə nail olmaq

  • Azərbaycan bazarında öncül yerlərdən birinə sahib olmaq

Biz başa düşürdük ki, bu məqsədlərə çatmaq, hər bir şirkət əməkdaşının aşağıdakı ən ümdə, vacib insani dəyərlərə malik olmalarından asılı olacaqdır;




  • düzgünlük

  • vicdan

  • əməksevərlik

  • cavabdehlik

  • dözüm

Məhz bu dəyərlərə sadiqliyimiz bizə bazarda layiqli yer tutmağa və 10 ildən artıq bir müddətdə onu saxlamağa kömək etdi. Bizim bazarda müvəffəqiyyətimiz, həmçinin müştərilər, təchizatçılar və tərəfdaşlar qarşısında, onlar üçün ən sərfəli şərtlərlə, hətta, bəzən şirkətin zərəri bahasına belə götürdüyümüz bütün öhdəliklərin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur..


Etika kodeksinin qəbul olunması heç də zamanla ayaqlaşmaq zərurətindən yaranmamışdır. Bu kodeksin qəbul olunmasında məqsəd şirkətimizin menecment üslubunu nümayiş etdirmək, şirkətin ümumi məqsədlərinə sadiqliyimizi ifadə etmək və bütün əməkdaşları şirkətin etik dəyərlərini bölüşməyə dəvət etməkdən ibarət olmuşdur. Fikrimizcə, bu prinsiplərə əməl etmək bizə, şirkətimizin gələcək uğurlarının təminatına və daha da inkişaf etməyə kömək edəcəkdir.

Язиз Мяммядов

Baş direktor

Bizim missiya


Biz şirkətimizin məramını yüksək keyfiyyətli məhsul istehsal etmək və xidmət göstərməklə, istehlakçılarımızın ehtiyacını ödəmək və bununla da cəmiyyətimizə fayda verməkdə görürük.

Кодексин мцддяалары




  1. Öhdəliklərimiz

Bizim bütün maraqlı tərəflər qarşısında öhdəliklərimiz aşağıdakılardan ibarətdir:




  1. Müştərilər qarşısında

Biz müştərilərimizi yüksək keyfiyyətli məhsul və xidmətlərlə təmin etmək öhdəliyini öz üzərimizə götürürük.


Bütün əməkdaşlar məhsul və xidmətlərin keyfiyyətinə və onun vaxtında təminatına cavabdehdirlər. Bu, həm bizim müştərilərimizin arzusuna, həmçinin şirkətin öhdəliklərinə tam cavab verir.
Biz milliyətindən, irqi, dini, cinsi, yaş və siyasi mənsubiyyətindən və ya seksual orientasiyasından asılı olmayaraq bütün müştərilərimizə qərəzsiz münasibət bəsləməyə borcluyuq.
Biz məhsul və xidmətlərimizin düzgün təqdim olunmasına məsuliyyət daşıyırıq. Biz öhdəsindən gəlməyə əmin olmadığımız xidmətlər barədə müştərilərə heç vaxt söz vermirik. Məhsullarımızda edilən istənilən dəyişikliklər haqqında müştərilərə mütləq məlumat verilməlidir.


  1. Təchizatçılar qarşısında

Biz təchizatçılar qarşısında sağlam rəqabət prinsiplərini əsas tutaraq qarşılıqlı fayda verən əməkdaşlıq əlaqələri qurmaq öhdəliyini öz üzərimizə götürürük.


Biz təchizatçılarımız qarşısında götürdüyümüz müqavilə öhdəliklərinə, o cümlədən işin görülmə müddəti və hesablaşma şərtlərinə hörmətlə yanaşır və buna əməl edirik.
Biz tərəfdaşlarımıza hörmətlə yanaşır və onların konfidensial və şəxsi məlumatlarını açıqlamırıq.


  1. Əməkdaşlar qarşısında



    • Əməkdaşların sağlamlığı və təhlükəsizliyi

Şirkət tərəfindən görülən bütün fəaliyyətlər təhlükəsizlik texnikası və əməkdaşların sağlamlığının mühafizəsi şərtləri baxımından həyata keçirilməlidir. Bütün əməkdaşlarımız təhlükəsizlik texnikası və işçilərin sağlamlığının mühafizəsinə dair mövcud qanunvericiliyə və şirkətin bu sahədə standartlarına əməl etməlidirlər.


    • Əməkdaşlara ədalətli münasibət

Biznesimizdə uğur qazanmaq üçün biz elə bir təşkilat yaratmalıyıq ki, burada hər bir işçi biznes aləmində baş verən dəyişikliklərə çevik reaksiya verərək öz potensialını tam nümayiş etdirə bilsin. Belə bir mühitin yaradılmasının ilkin şərti isə hər bir əməkdaşa qərəzsiz münasibət bəslənilməsidir. Biz əməkdaşları işə götürərkən onların yaşına, cinsinə, milliyətinə, irqi, siyasi, dini mənsubiyyətinə və ya digər sosial statuslarına fərq qoymuruq.
Biz iş yerində əməkdaşa hədə-qorxu gəlmək və ya onunla ədavət aparmaq kimi təzyiq hallarını yol verilməz hesab edirik.


    • Seksual зяминдя təqibetmə.

Biz əməkdaşların seksual zəmində təqib olunması hallarının: məsələn, əməkdaşın arzuolunmaz cinsi əlaqələrə sövq edilməsi və ya nigahsız yaşamağa məcbur edilməsini yol verilməz hesab edirik. Seksual təqib olunma halları baş verərsə, hər bir əməkdaşının bu haqda öz menecerinə və ya şirkət rəhbərinə məlumat verməyə tam hüququ vardır.


    • Şikayətetmə hüququ

Əməkdaşlarımız şirkət rəhbərliyinə müraciət etməklə öz menecerlərinin qərarları haqqında tam şikayət etmək hüququna malikdirlər. Bu və ya digər qərarın ədalətli olub-olmamasını, subyektivliyini nəzərə alaraq biz, lazım gələrsə məsələni kollektivin ümumi yığıncağında müzakirə edirik.
Bununla da biz kollektivdə hər hansı mənfi təsirdən uzaq bir mühit yaratmağa çalışırıq.


    • Professional bilik və bacarıqların artırılması

Əməkdaşların daim professional bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq treninqlərə, seminarlara və s., bu kimi tədbirlərə göndərilməsi şirkətin siyasətində öz əksini tapmışdır. Bu zamanın tələbidir və belə treninqlər sayəsində əməkdaşlarımız marketinq, işgüzar etika və digər sahələr haqqında kifayət qədər səriştə əldə edirlər.


  1. Rəqiblər qarşısında

Rəqabət - bazar iqtisadiyyatının ən vacib təzahürlərindən biridir. Biz sağlam rəqabət dedikdə rəqiblərə münasibətdə saxta və yalan məlumatların yayılması və digər haqsız rəqabət üsullarından uzaq vicdanlı rəqabəti nəzərdə tuturuq.


Məhsulun keyfiyyəti uğrunda yarışmaqla yanaşı biz, rəqiblərlə razılaşdırılmış qiymətlərin tətbiqi və ticarətin məhdudlaşdırılması ilə bağlı heç bir sövdələşməyə getmirik.
Biz rəqiblərimizə hörmətlə yanaşırıq və onlara dost münasibət bəsləyirik və barələ rində qərəzli, düzgün olmayan məlumatları yaymamağa çalışırıq.


  1. Cəmiyyət qarşısında

Şirkət hökumətin bütün qanun və qərarlarına hörmət bəsləyir və onlara ciddi əməl edir.


Biz kifayət qədər ödənişli iş yerləri yaratmaqla, cəmiyyətin inkişafına öz töhvəmizi veririk.
Biz mцtяmadi olaraq əhalinin həssas təbəqələrinin qayğısına qalırıq. İmkan daxilində mədəniyyət, elm, incəsənət və səhiyyənin inkişafına təkan verən layihələri dəstəkləyirik.


  1. Konfidensiallıq

Əməkdaşlar şirkətə məxsus hansı tip məlumatların konfidensial xarakterli olmasını bilməlidirlər. Rəhbərliyin müvafiq razılığı olmadan əməkdaşların belə məlumatları açıqlamağa hüququ yoxdur. Əməkdaşlar dərk etməlidirlər ki, belə məlumatların sızması nəticəsində şirkətə böyük ziyan dəyə bilər.




  1. Hədiyyə və əyləncələr

Şirkət öz təşəbbüsü ilə təchizatçılara müəyyən həcmdə hədiyyələrin verilməsini və ya əyləncəli tədbirlərin keçirilməsini münasib hesab edir. O şərtlə ki, bu fəaliyyətlər şirkətin biznes fəaliyyətinə mənfi təsir göstərməsin.


Əgər şirkətin əməkdaşları tərəfindən hədiyyə və əyləncələr qəbul edilərsə, bu haqda məlumat mütləq rəhbərliyə bildirilməlidir.
Dövlət məmurlarına verilən hədiyyə qeyri-etik hal kimi dəyərləndirilə bilər. Bununla belə böyük maddi dəyərə malik olmayan hədiyyələr, məsələn: bukletlər, jurnallar, reklam xarakterli materiallar və.s hədiyyə kimi təqdim edilə bilər.


  1. Maraqların münaqişəsi

Şirkət maraqların münaqişəsi dedikdə, ilk öncə əməkdaşların şəxsi maraqları ilə şirkətin məqsədləri arasında yarana bilən ziddiyyətləri nəzərdə tutur. Bu səbəbdən aşağıdakı hallar qadağandır:




    • Əməkdaşların işgüzar münasibətlərdə müştərilər, distribütorlar, tərəfdaşlar və rəqiblərdən şəxsi mənfəət güdməsi;

    • Əməkdaşın, eyni zamanda rəqib təşkilatda işləməsi. Bu zaman şirkətin maraqları hər şeydən üstün tutulmalıdır.




  1. Maliyyə hesabatı

Mümkün mənfi halların qarşısını almaq məqsədi ilə biz, mühasibat sənədlərinin dəqiqliyinə böyük diqqət yetiririk.


Bütün maliyyə əməliyyatları mövcud təlimatlara uyğun olaraq şirkətin hesablarında dəqiq əks olunmalıdır.
Şirkətə daxil olan bütün sənədlərdə diqqətsizliyə yol verilməməsi məqsədilə biz, şirkətin bütün yazışmalarının - sənədlər, məktublar, elektron poçt məktubları və s. dəqiqliyinə xüsusən nəzarət edirik.
Biz mühasibat uçotunun və qeydlərin dəqiq aparılmasını tələb edirik.



  1. Siyasi fəaliyyətə münasibət

Şirkət hər hansı bir formada siyasi fəaliyyətlə məşğul olmur. Bu baxımdan şirkətin vəsaitləri heç bir halda siyasi məqsədlər və siyasi partiyaların maliyyələşdirilməsi üçün istifadə edilə bilməz.


Bununla belə şirkət rəhbərliyi əməkdaşların işdən sonra asudə vaxtda siyasi fəaliyyətlə məşğul olması hüququna hörmətlə yanaşır. Biz, əməkdaşlarımızın istənilən siyasi partiyanın üzvü olmasına dair konstitusion hüquqlarına hörmət edirk.



  1. Ətraf mühitin qorunması

“Ofis Sistemz” (Office Systems) şirkətinin gündəlik istehsalı ətraf mühitlə sıx əlaqəlidir. Qanuna tabe olan vətəndaşlar kimi əməkdaşlarımız ətraf mühitin mühafizəsi ilə bağlı şirkətin öhdəliklərini bilməli və ona riayət etməlidirlər. Bu baxımdan biz hökumətin bu sahədə müvafiq qərar və fərmanlarına ciddi riayət edirik.


Рящбярлик Кодексин мцддяаларына ямял едилмядикдя инзибати ъязайа ъялб етмя щцгугуну юз цзяриня эютцрцр.

CelamiG” özəl klİnİkanın tİbb personalı üçün



etİka kodeksİ
Klinika direktorunun müraciəti
Əziz həmkarlar!
2000-ci ildə Azərbaycanda ilk özəl ovtalmoloji klinikanı yaratmaqla biz ölkəmizdə özəl tibb müəssisələrinin təməlini qoyduq. Bu dövrlər ərzində biz bir neçə personalı olan kiçik kollektivdən çoxsahəli oftalmoloji xidmətlər təklif edən ciddi klinika səviyyəsinədək yüksəldik.
Hesab edirik ki, bizim rəqiblərdən üstünlüyümüz klinikamızda yüksək ixtisaslı həkimlərin fəaliyyət göstərməsi, klinikanın müasir tibbi avadanlıqlar ilə təchiz olunması, geniş çeşidli tibbi xidmətlərin və münasib qiymətlərin tətbiqi ilə bağlıdır. Həmçinin klinikamızın nəzdində labaratoriya, optika, aptek və s. yardımçı xidmətlər fəaliyyət göstərir. Biz texniki təminatın yüksək səviyyədə olmasına böyük diqqət yetirməklə yanaşı, hesab edirik ki, ən əsas qazancımız dəyərli kadrlarımızdır. Bura aparıcı cərrah-oftalmoloqlar, ixtisaslı həkimlər, orta və kiçik tibb personalı daxildir.
Fəaliyyətimizin məqsədi pasientlərimizin ən ümdə ehtiyaclarının daha yaxşı tərzdə ödənilməsindən ibarətdir. Professionallıq və pasientlərimizin sağlamlığı üçün yüksək cavabdehlik hissi fəaliyyətimizin əsasını təşkil edir. Bununla yanaşı, peşəmizə xas olan ən vacib mənəvi keyfiyyət şəfqət hissinin olmasıdır. Biz istərdik ki, hər bir əməkdaşımızda pasientlərə qarşı, ilk növbədə şəfqət hissi olsun.
Bizim klinika özəl kommersiya müəssisəsidir. Lakin, biz öz peşəmizə yüksək gəlir və qazanc gətirən sadə bir biznes kimi baxmırıq. Amalımız ən az xərclərlə insanların ağrı və acılarını yüngülləşdirməkdir. Bununla belə klinikamız pasientlərə pulsuz xidmət göstərmək iqtidarında deyildir. Çünki, bununla istənilən biznes gəlir gətirmək imkanını itirər və bu bizi digər pasientlərə yüksək keyfiyyətli xidmətlər təklif etmkədən məhrum edə bilər. Lakin əhalinin 40%-nin yoxsulluq həddində yaşadığını nəzərə alaraq, vəziyyətdən çıxış yolu kimi pasientlərimizə bazar qiymətlərindən aşağı, yüksək keyfiyyətli xidmətlər göstərməyi və əhalinin aztəminatlı təbəqələri üçün güzəştlərin edilməsini qərara almışıq.
Peşəmizin özəlliyini nəzərə alsaq həkim və pasientlər, o cümlədən tibb personalı arasında münasibətlərdə etik prinsiplər xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, məhz bizim peşəmiz üçün Hippokrat andı formasında ilk etika kodeksi meydana gəlmişdir. Əgər Hippokrat andında “ziyan vurma” əsas prinsip kimi götürülürdüsə, biz “kömək et” prinsipini də əsas tutaraq qarşımıza daha mürəkkəb vəzifə qoyuruq.
Bu məqsədə nail olmaq üçün yüksək korporativ mədəniyyətə sahib olmaq və həkim etikası normalarını rəhbər tutmaq lazımdır. Şübhəsiz, kodeksdə qeyd edilmiş müddəalar heç də fəaliyyətimizin bütün sahələrini əhatə etmir. Bununla belə, biz burada əks olunmuş mənəvi dəyərlərin və prinsiplərin əhəmiyyətini dərk edirik. İşdə üzləşdiyimiz problemlərin və münaqişəli vəziyyətlərin həllində, mühüm qərarların qəbulunda əməkdaşlar və rəhbər işçilər üçün bu dəyərlər bələdçi rolunda çıxış edir.
Təqdim etdiyimiz bu kodeks bütün əməkdaşlarımızın və klinikanın rəhbərliyinin arzu və istəkləri nəzərə alınaraq tərtib edilmişdir. Bu, ölkəmizdə tibb müəssisələri üçün yazılmş ilk sənəddir. Ümid edirik ki, bu sənəd nəinki əməkdaşlarımıza pasientlərlə, həmkarlarla və bütün maraqlı tərəfdaşlarla münasibətləri düzgün qurmağa kömək edəcək, həmçinin digər tibb müəssisələrindən olan həmkarlarımıza da bir nümunə olacaqdır.
İnsan gözünün nurunun dünyada ən əziz nemət olması məsuliyyətini tam ciddiliyi ilə dərk etməklə, əmin olduğumuzu bildirmək istəyirik ki, tərtib etdiyimiz kodeks bizə pasientlərimizin ağrı və acılarını yüngülləşdirməkdə kömək edəcəkdir.

Hörmətlə,


Seyidova Sitarə

İcraçı Direktor

Bizim missiya
Biz bazarda əsaslı fəaliyyət göstərməyi qarşımza məqsəd qoymuşuq və strategiyamız uzunmüddətlidir. Biz klinikamızın məramını pasientlərimizin ağrı-acılarının yüngülləşdirilməsində və respublikada oftalmologiya sahəsində “qızıl standarta” nail olmaqda görürük.
Azərbaycan xalqının xidmətində dayanmaqla, əsas məqsədimiz ölkə əhalisinə müasir və yüksək keyfiyyətli oftalmoloji xidmət göstərməkdir. Bu məqsədə nail olmağın yolları aşağıdakılardir:


  • dünya standartları səviyyəsində keyfiyyətli və professional oftalmoloji xidmətlər göstərmək;

  • müasir müalicə metodlarına yiyələnmək;

  • ən müasir tibb avadanlıqları, materiallar və preparatlar əldə etmək.



Yüklə 483,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə