10 Азярбайъан ширкятляри цчцн Ишгцзар Етика Кодексляри


Şirkətİn Sosİal Cavabdehlİyİ



Yüklə 483,73 Kb.
səhifə9/10
tarix14.04.2018
ölçüsü483,73 Kb.
#38519
növüКодекс
1   2   3   4   5   6   7   8   9   10

Şirkətİn Sosİal Cavabdehlİyİ

AGN MAK şirkəti fəaliyyət göstərdyi cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır və öz professional konsaltinq xidmətləri ilə cəmiyyətin inkişafına töhvəsini verir. Şirkətin sosial cavabdehliklə bağlı öhdəliklərinə, həmçinin aşağıdakılar daxildir:




  • Şirkət ölkə qanunvericiliyinə, hökumətin qərarlarına, xalqın adət-ənənələrinə hörmətlə yanaşır və cəmiyyətin inkişafına dəstək verir.




  • Şirkət, xüsusən cəmiyyətin inkişafına təkan verən xeyriyyə, təhsil və mədəniyyət sahələrində həyata keçirilən tədbirləri dəstəkləyir. Eyni zamanda fəaliyyəti ilə öz əməkdaşları üçün, onlara, bilik və bacarıqlarına uyğun maaşla təmin olunmuş iş yerləri yaradır.




  • Cəmiyətin aztəminatlı və həssas təbəqələrinə - kimsəsiz uşaqlar, əlillər, ahıllar, qaçqın və məcburi köçkünlərə imkan daxilində köməklik göstərir.


Kodeksin tətbiqi mexanizmi


AGN MAK şirkəti əməkdaşlar arasında səmimi və dost münasibətlərin yaranmasına şərait yaradır və əməkdaşlar arasında komanda ruhunu formalaşdırır. Bu baxımdan hər bir əməkdaş ona etibar edilən bu inamı öz fəaliyyəti ilə doğrultmalı və komandanın layiqli üzvünə çevrilməlidir. İlk öncə hər bir əməkdaş vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq kodeksin müddəalarını oxumalı, başa düşməli və ona əməl etməlidir.

Hər bir əməkdaş Etika Məcəlləsinin hər hansı bir müddəası ilə bağlı istənilən sualı, o cümlədən gündəlik biznes münasibətlərində həlli çətin görünən etik məsələləri aydınlaşdırmaq və məsləhət almaq üçün, istənilən vaxt firmanın rəhbərinə müraciət etməkdə tam sərbəstdir.

Etika Məcəlləsini pozan əməkdaşlara qarşı şirkət rəhbərliyi tərəfindən inzibati tədbirlər görülə bilər. İnzibati tədbirlər etika məcəlləsinin müddəasının pozulması səbəbindən və şəraitindən asılı olaraq müəyyən edilir və şirkət rəhbərliyinin ümumi müzakirəsindən sonra tətbiq edilir. Bu zaman törədilmiş pozuntunun qəsdən edilib-edilmədiyi, həmçinin əməkdaşın bu pozuntu haqqında könüllü məlumat verməsi əsas tutulur.

Yuxarıdakıları nəzərə alaraq Kodeksin müddəalarını pozanlara qarşı aşağıdakı inzibati tədbirlər görülməsi zəruri hesab edilir:



  1. Kodeksin müddəasını pozan şəxsə 1-ci dəfə şifahi xəbərdarlıq edilsin.

  2. İkinci dəfə yazılı töhmət verilsin.

  3. Üçüncü dəfə maaşından müəyyən məbləğ çıxmaqla cərimə edilsin.

  4. İşdən çıxarılması ilə bağlı sonuncu dəfə ciddi xəbərdarlıq edilsin.

  5. İşdən çıxarılsın.


Mən AGN MAK Azərbaycan şirkətinin Etika Məcəlləsinin müddəaları ilə tanış oldum və bu müddəaları qəbul edirəm.
Adı ________________________________________________________________

Soyadı _________________________________________________________________

Vəzifəsi _________________________________________________________________

İmza _________________________Tarix____________________________________



İrad və təkliflər

_____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

İqtisadi İslahatlar Mərkəziнин Етика кодекси

Əziz həmkarlar,

İqtisadi İslahatlar Mərkəzi Azərbaycanda iqtisadi siyasətin “Beyin Mərkəzi” olaraq 40-illik tarixi inkişaf yolu keçmişdir. Respublikada iqtisadi islahatların və dövlət konsepsiyasının düzgün formalaşdırılması işində İİM əməkdaşlarının gərgin əməyi və rolu danılmazdır. Təsadüfi deyildir ki, vaxtı ilə İİM-də fəaliyyət göstərmiş mütəxəssislərin əksəriyyəti bu gün ölkənin ali və iqtisadi idarəetmə strukturlarında – Prezident Apparatı, Nazirlər Kabineti, Milli Məclis, Milli Bank və digər dövlət orqanlarında məsul vəzifələrdə çalışırlar. Eyni zamanda İİM-in ekspertləri mütəmadi olaraq müxtəlif rəsmi görüşlərdə ölkəmizin iqtisadi inkişafı naminə dəyərli tövsiyyələrini və təkliflərini verir, Azərbaycanın mövqeyini xarici ölkələrdə layiqincə müdafiə edirlər. Belə bir münasibət, ilk növbədə hər bir İİM əməkdaşının Azərbaycana olan dərin sevgisindən və ölkəmizin gələcəyinə olan inamından doğur.

Peşəkarlığımız və keyfiyyətlə həyata keçirdiyimiz layihələr nəticəsində artıq biz təşkilatımızın müvafiq dövlət strukturları, yerli və beynəlxalq təşkilatlar qarşısında inamını və müsbət imicini qazanmışıq. Lakin, bu nailiyyətlər heç də asan qazanılmamışdır. 2003-cü ildə mövcud tələbatlara uyğun olaraq İİM-in təşkilatı strukturunda əsaslı dəyişikliklər edilmişdir. Artıq İİM inzibati komanda sisteminə uyğun idarəetmə funksiyalarını yerinə yetirən strukturdan çevik və dinamik struktura malik müasir bir elmi-tədqiqat mərkəzinə çevrilmişdir. Bu gün İİM-in fəaliyyəti korporativ əhval-ruhiyyəli cavan və özünə inamlı menecerlər tərəfindən idarə olunur. Bu gün bütün İİM əməkdaşları mərkəzin keyfiyyət, peşəkarlıq, halallıq, novatorluq və komanda ruhu kimi dəyərlərini bölüşür və bu dəyərlərə sadiqdir.

Azərbaycanın parlaq gələcəyinə inam, cavan və güclü elmi potensiala malik peşəkar işçi heyəti, o cümlədən kollektivdəki sağlam iş mühiti, əməkdaşlarmızın daima özünü təkmilləşdirmək həvəsi, öz işinə məsuliyyət və yeni düşüncə tərzi bizi digər təşkilatlardan üstün və güclü edir. Lakin, biz artq əldə etdiyimiz nailiyyətlərlə kifayətlənməməli, Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf strategiyasınn elmi əsaslarnın hazırlanması və sosial – iqtisadi tədqiqatlar sahəsində ən peşəkar təşkilata çevrilməliyik.

Buna nail olmaq yollarından biri, yüksək korporativ mədəniyyətə, ədalət, düzgünlük, halallıq və peşəkarlıq prinsiplərinə söykənən sağlam və güclü kollektivə sahib olmaqdır.

Nəzərinizə catdırılmış bu kitabca peşəkar “Etika Kodeksi” adlanır. Burada təsbit olunmuş prinsiplər hər birimizin mühüm hesab etdiyimiz və bölüşdüyümüz mənəvi və əxlaqi dəyərlərdir. Etika Kodeksi, həmçinin özündə yüksək etik standartları əks etdirir və əməkdaşlara və rəhbər işçilərə gündəlik münasibətlərində və mühüm qərarların verilməsində bələdçi rolunda çıxış edir.

Burada, xüsusən İİM rəhbərliyinin tərəfdaşlara, müştərilərə və rəqiblərə münasibətdə mövqeyi bəyan olunur, əməkdaşlara münasibətdə nəyin səhv, nəyin düzgün olması aydın şəkildə izah edilir.

Ümid edirəm ki, əməkdaşlarımız vəzifəsindən və mövqeyindən asılı olmayaraq etika kodeksində verilmiş davranış qaydalarına əməl edəcək və iş prosesində öz həmkarlarına, təşkilatın tərəfdaşları və müştərilərinə münasibətdə ədalətli və qərəzsiz mövqe tutaraq, təşkilatın maraqlarını hər şeydən üstün tutacaqlar.


Səmimiyyətlə,


Yüklə 483,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə