10 İstehsal Xərcləri



Yüklə 440 b.
tarix25.11.2017
ölçüsü440 b.
#12364


10


Bazarın Hərəkətverici Qüvvələri – Tələb və Təklif

  • Tələbtəklif iqtisadçıların ən çox istifadə etdiyi iki məfhumdur.

  • Tələbtəklif bazar iqtisadiyyatının hərəkətverici qüvvələridir.

  • Müasir mikroiqtisadiyyat tələb, təklif və bazar tarazlığı haqqında elmdir.



XƏRCLƏR NƏDİR?

  • Təklif Qanununa əsasən:

    • Qiymətlər yüksək olduqda firmalar daha böyük miqdarda əmtəə istehsal etmək və satmağa meylli olur.
    • Bu yuxarıya doğru əyilən təklif əyrisinə səbəb olur.


XƏRCLƏR NƏDİR?

  • Firmanın Məqsədi

    • Firmanın iqtisadi məqsədi mənfəəti artırmaqdır.


Məcmu Gəlir, Məcmu Xərclər və Mənfəət

  • Məcmu Gəlir

    • Firmanın istehsal etdiyi məhsulların satışından əldə etdiyi məbləğ.
  • Məcmu Xərclər

    • Firmanın istehsalda istifadə etdiyi amillərin bazar dəyəridir.


Məcmu Gəlir, Məcmu Xərclər və Mənfəət

  • Mənfəət məcmu gəlirlə məcmu xərclərin fərqidir.

  • Mənfəət = Məcmu Gəlir – Məcmu Xərclər



Xərclər Alternativ Dəyər Kimi

  • Firmanın istehsal xərclərinə bütün əmtəələr və xidmətlərin istehsalı üçün bütün alternativ dəyərlər daxildir.

  • Aşkar və Gizli Xərclər

    • Firmanın istehsal xərcləri özündə aşkar və gizli xərcləri birləşdirir.
      • Aşkar xərclər firma tərəfindən pul xərclənməsini tələb edən istehsal xərcləridir.
      • Gizli xərclər firma tərəfindən pul xərclənməsini tələb etməyən istehsal xərcləridir.


İqtisadi Mənfəət və Mühasibat Uçotu Üzrə Mənfəət

  • İqtisadçılar firmanın iqtisadi mənfəətini firmanın məcmu gəliri ilə satılan əmtəə və xidmətlərin istehsalının alternativ dəyərinin ( gizli və aşkar xərclər) fərqi kimi hesablayırlar.

  • Mühasiblər isə firmanın mühasibat uçotu üzrə mənfəətini firmanın məcmu gəliri ilə yalnız firmanın xərclərinin fərqi kimi hesablayırlar.



İqtisadi Mənfəət və Mühasibat Uçotu Üzrə Mənfəət

  • Biznesin mənfəətli olması üçün məcmu gəlir bütün alternativ dəyərləri, aşkar və gizli xərclərin hər ikisini ödəməlidir.

    • İqtisadi mənfəət mühasibat uçotu üzrə mənfəət ilə müqayisədə azdır.


Təsvir 1 İqtisadçılar və Mühasiblər



Cədvəl 1 İstehsal Funksiyası və Məcmu Maya dəyəri: Ac Helenin Bulka Müəssisəsi



İSTEHSAL VƏ XƏRCLƏR

  • İstehsal Funksiyası

    • İstehsal funksiyası əmtəə istehsal etmək üçün istifadə olunan amillərlə həmin əmtəənin istehsal həcmi arasındakı əlaqəni göstərir.


İstehsal Funksiyası

  • Marjinal İstehsal

    • Marjinal istehsal əlavə istehsal amili nəticəsində istehsaldakı artımdır.


İstehsal Funksiyası

  • Azalan Marjinal İstehsal

    • Azalan marjinal istehsal istehsal amilinin miqdarı artdıqca həmin istehsal amilinin marjinal istehsalının azalmasını əks etdirən xüsusiyyətdir.
      • Misal: Firmaya daha çox işçilər cəlb edildikcə, hər yeni işçi daha az istehsal edir. Bu onunla bağlıdır ki, firmanın məhdud sayda avadanlığı var.


Təsvir 2 Ac Helenin İstehsal Funksiyası



İstehsal Funksiyası

  • Azalan Marjinal İstehsal

    • İstehsal funksiyasının meyli işçinin marjinal məhsuldarlığını göstərir.
    • Marjinal istehsal azaldıqda, istehsal funksiyası yastılaşır.


İstehsal Funksiyasından Ümumi Qiymət Əyrisinə

  • Firmanın istehsal etdiyi məhsulun həcmi ilə istehsalın xərci arasındakı əlaqə qiymətlə bağlı qərarları müəyyən edir.

  • Məcmu-xərclər əyrisi bu əlaqəni qrafik şəkildə göstərir.



Cədvəl 1 İstehsal Funksiyası və Məcmu Maya dəyəri: Ac Helenin Bulka Müəssisəsi



Təsvir 3 Ac Helenin Məcmu Xərclər Əyrisi



DƏYƏRİN MÜXTƏLİF ÖLÇÜLƏRİ

  • Məcmu xərclər iki növə ayrılır: dəyişməz xərclər dəyişən xərclər.



Dəyişməz və Dəyişən Xərclər

  • Dəyişməz xərclər istehsal olunan məshulların miqdarı dəyişdikdə dəyişməyən xərclərdir.

  • Dəyişən xərclər istehsal olunan məhsulların miqdarı dəyişdikcə dəyişən xərclərdir.



Dəyişməz və Dəyişən Xərclər

  • Məcmu Xərclər

    • Məcmu Dəyişməz Xərclər (TFC)
    • Məcmu Dəyişən Xərclər (TVC)
    • Məcmu Xərclər (TC)
    • TC = TFC + TVC


Cədvəl 2 Xərclərin Müxtəlif Ölçüləri: Susuz Telmanın Limonad Köşkü



Dəyişməz və Dəyişən Xərclər

  • Orta Məcmu Xərclər

    • Orta məcmu xərcləri firmanın xərclərini onun istehsal etdiyi məhsulların miqdarına bölməklə müəyyən etmək olar.
    • Orta məcmu xərc məhsulun tipik istehsal vahidinin dəyəridir.


Dəyişməz və Dəyişən Xərclər

  • Orta Məcmu Xərclər

    • Orta Dəyişməz Xərclər (AFC)
    • Orta Dəyişən Xərclər (AVC)
    • Orta Məcmu Xərclər (ATC)
    • ATC = AFC + AVC


Orta Məcmu Xərclər



Cədvəl 2 Xərclərin Müxtəlif Ölçüləri: Susuz Telmanın Limonad Köşkü



Dəyişməz və Dəyişən Xərclər

  • Marjinal Xərclər

    • Marjinal xərclər (MC) əlavə istehsal vahidinin istifadəsindən irəli gələn məcmu xərclərdəki artımı göstərir.
    • Marjinal xərclər aşağıdakı suala cavab verməyə kömək edir:
      • Əlavə istehsal vahidi istehsal etmək üçün nə qədər xərc tələb olunur?


Marjinal Xərclər



Marjinal Xərclər Susuz Selmanın Limonad Köşkü



Təsvir 4 Susuz Selmanın Məcmu Xərclər Əyrisi



Təsvir 5 Susuz Selmanın Orta Xərclər və Marjinal Xərclər Əyriləri



Xərc Əyriləri və Onların Formaları

  • Marjinal xərclər istehsal olunan məhsulun həcmi ilə artır.

    • Bu, azalan marjinal istehsal xüsusiyyətini əks etdirir.


Təsvir 5 Susuz Selmanın Orta Xərclər və Marjinal Xərclər Əyriləri



Xərc Əyriləri və Onların Formaları

  • Orta məcmu xərcləri əyrisi U-formalıdır.

  • Məhsul istehsalı artdıqca orta dəyişməz xərclər azalır, çünki bu halda dəyişməz xərclər böyük sayda vahid üzrə paylanır.

  • Azalan marjinal istehsal üzündən məhsul istehsalı artdıqca orta dəyişən xərclər artır.



Xərc Əyriləri və Onların Formaları

  • U-formalı əyrinin ən aşağı nöqtəsi orta məcmu xərcləri azaldan miqdarda yerləşir. Bu miqdar bəzən firmanın səmərəlilik həddi adlandırılır.

  • Firmanın səmərəlilik həddi orta məcmu xərcləri minimallaşdıran istehsal həcmidir.



Təsvir 5 Susuz Selmanın Orta Xərclər və Marjinal Xərclər Əyriləri



Xərc Əyriləri və Onların Formaları

  • Marjinal Xərclərlə Orta Məcmu Xərclər Arasındakı Əlaqə

    • Marjinal xərclər orta məcmu xərclərdən az olduqda orta məcmu xərclər aşağı düşür.
    • Marjinal xərclər orta məcmu xərclərdən çox olduqda isə orta məcmu xərclər artır.


Xərc Əyriləri və Onların Formaları

  • Marjinal Xərclərlə Orta Məcmu Xərclər Arasındakı Əlaqə

    • Marjinal xərclər əyrisi orta məcmu xərclər əyirisi ilə səmərəlilik həddində kəsişir.
      • Səmərəlilik həddi orta məcmu xərcləri minimallaşdıran istehsal həcmidir.


Təsvir 5 Susuz Selmanın Orta Xərclər və Marjinal Xərclər Əyriləri



Tipik Xərc Əyriləri

  • İndi isə dəyərin müxtəlif ölçüləri arasındakı mövcud əlaqələri araşdıraq.



Böyük Bobun Xərclər Əyriləri



Təsvir 6 Böyük Bobun Xərclər Əyriləri



Təsvir 6 Böyük Bobun Xərclər Əyriləri



Tipik Xərc Əyriləri

  • Xərc Əyrilərinin Üç Mühüm Xüsusiyyəti

    • İstehsal həcmi artdıqca marjinal xərclər artır.
    • Orta məcmu xərclər əyrisi U-formalıdır.
    • Marjinal xərclər əyrisi orta məcmu xərclər əyrisi ilə orta məcmu xərclərin minimum nöqtəsində kəsişir.


QISA VƏ UZUN MÜDDƏTDƏ XƏRCLƏR

  • Bir çox firmalar üçün məcmu xərclərin dəyişməz və dəyişən xərclər arasında bölünməsi zaman müddətindən asılıdır.

    • Qısa müddətdə, xərclər dəyişməz olur.
    • Uzun müddətdə, dəyişməz xərclər dəyişən xərclərə çevrilir.


QISA VƏ UZUN MÜDDƏTDƏ XƏRCLƏR

  • Bir çox qərarlar qısa müddətdə dəyişməz, uzun müddətdə isə dəyişən olduğu üçün, firmanın uzun müddətli qiymət əyriləri qısa müddətli qiymət əyrilərindən fərqlənir.



Təsvir 7 Qısa və Uzun Müddətdə Orta Məcmu Xərclər



İstehsalın Artması Nəticəsində Maya Dəyərinin Azalması və Artması

  • İstehsalın artması nəticəsində maya dəyərinin azalması istehsal həcmi artdıqca uzunmüddətli orta məcmu xərclərin azalmasını əks etdirən xüsusiyyətdir.

  • İstehsalın artması nəticəsində maya dəyərinin artması istehsal həcmi artdıqca uzunmüddətli orta məcmu xərclərin artmasını əks etdirən xüsusiyyətdir.

  • Sabit istehsal səmərəliliyi istehsal həcmi dəyişdikdə uzunmüddətli orta məcmu xərclərin dəyişməz qaldığını əks etdirən xüsusiyyətdir.



Təsvir 7 Qısa və Uzun Müddətdə Orta Məcmu Xərclər



Xülasə

  • Firmaların məqsədi məcmu gəlirlərlə məcmu xərclərin fərqinə bərabər olan mənfəəti artırmaqdır.

  • Hər hansı firmanın davranışını təhlil edərkən istehsalatın bütün alternativ dəyərlərini nəzərdən keçirmək vacibdir.

  • Bəzi alternativ dəyərlər aşkardır, bəzi alternativ dəyərlər isə gizlidir.



Xülasə

  • Firmanın xərcləri onun istehsal prosesini əks etdirir.

  • Hər hansı istehsal amili artdıqca, tipik firmanın istehsal funksiyası azalan marjinal istehsal xüsusiyyətini əks etdirməklə daha hamar olur.

  • Firmanın məcmu xərcləri dəyişməz və dəyişən xərclər arasında bölünə bilər. Dəyişməz xərclər firma istehsal olunan məhsulların həcmini dəyişdikdə dəyişməyən xərclərdir. Dəyişkən xərclər firma istehsal olunan məhsulların həcmini dəyişdikdə dəyişən xərclərdir.



Xülasə

  • Orta məcmu xərcləri məcmu xərclərin istehsala bölünməsindən əmələ gəlir.

  • Marjinal xərclər istehsal 1 vahid artarkən məcmu xərcdə baş verən artımdır.

  • Marjinal xərclər istehsal artdıqca artır.

  • İstehsal artdıqca orta məcmu xərclər ilk olaraq azalır, sonra istehsal artmaqda davam etdikcə isə artır.



Xülasə

  • Orta məcmu xərclər əyrisi U-formalıdır.

  • Marjinal xərclər əyrisi həmişə orta məcmu xərclər əyrisini orta məcmu xərclərin minimum səviyyəsində kəsir.

  • Firma xərcləri bir çox hallarda baxılan zaman müddətindən asılı olur.

  • Xüsusilə, bir çox xərclər qısa müddətdə dəyişməz, uzun müddətdə isə dəyişən xərclər olur.



Yüklə 440 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə