10. MeşƏ materiallari plan



Yüklə 46.92 Kb.
tarix19.11.2017
ölçüsü46.92 Kb.


10. MEŞƏ MATERİALLARI
PLAN
1. Oduncağın quruluşu.

2. Oduncağın qüsurlarının növləri.

3. Oduncağın cinsləri.

4. Oduncağın xüsusiyyətləri.

4.1. Rəngi, parlaqlığı və teksturası.

4.2. Nəmliyin dəyişməli ilə oduncağın əsas xüsusiyyətləri.

4.3. Oduncağın sıxlığı, istilik xüsusiyyətləri.

4.4. Oduncağın elektrik və akustik xüsusiyyətləri.

5. Oduncağın möhkəmliyi.

6. Oduncağın texnoloji xüsusiyyətləri.



Ə D Ə B İ Y Y A T
1. Алексеев В.С. Материаловедение: конспект лекций.- М.: Эксмо, 2008. –

160 с.- (Экзамен в кармане).

Meşə materialları dedikdə biz əsasən inşaat və dizayn işlərində istifadə olunan iynə yarpaqlı və enliyarpaqlı ağac cinsləri nəzərdə tutulur. İynə yarpaqlılardan: şam, kedra, yolka, qırmızı ağac (sidr), enli yarpaqlılardan: polad, fıstıq, vələs, qoz, şabalıq, gilənar və s.

Cinsindən və iqlim şəraitindən asılı olaraq ağaclar müxtəlif hündürlük və diametrə malik gövdələri olur. Beləliklə onlar üç kateqoriyaya bölünür: 1) hün-dürlüyü 20 sm və daha böyük; 2) hündürlüyü 10...20 m; 3) hündürlüyü 7...10 m olan ağaclar daxildir. 1-ci kateqoriyaya: yolka, kedra, sidr, şam, beryoza, cökə, palıd, klyon və s. daxildir. 2-ci qrupa söyüd, olxa, quabina və s.; 3-cü qrupa alma, gilənar və s. daxildir. Ancaq tropik və subtropiklərdə bəzi ağacların hündürlüyü 100 m və daha böyük olur.

Gövdənin diametri əsasən 6...100 sm olmaqla ağacın cinsi, yaşı və iqlim şəraitindən asılı olaraq daha da böyük olur. Bəzi hallarda gövdənin diametri palıd, fıstıq, vələs, qoz və digər cinslərlə 3m-dən böyük ola bilir.

Oduncaq gövdənin budaqlardan ayrıdıqdan sonra əldə edilir. Bu zaman oduncaq çıxımı gövdənin ümumi həcminin 90% və daha da artıq hissəsini təşkil edir.

Rusiyada meşə emalı sənayesində əsas emal obyekti ağacların gövdəsidir; Kanada, İsveç və Finlandiyada isə ağacın bütün tərkib hissələri emala getməklə oduncaq itgisi minimum, kağız, karton və digər məmulatlar isə maksimum olur.

Oduncağın kimyəvi tərkibi qismən onun vəziyyətindən asılıdır. Təzə kəsilmiş ağacın oduncağında çoxlu su olur. Ancaq, mütləq quru vəziyyətdə )oduncağın) əsasən uzun maddələrdən ibarətdir, qeyri-üzvi hissəsi 0,2...1,7% təşkil edir. Oduncağın yandırılmasında qeyri- üzvi hissə kül şəklində qələr və onun təkkibi K, Na, Mg, ca və azacıq miqdarda F və digər elementlərdən ibarətdir.

Bütün cinslərdən olan oduncaqların element təkibi eynidir (≈). Mütləq quru oduncaqda orta hesabla 49...50% C, 43...44% O, ≈ 6% H və 0,1 ...0,3%N olur. Liqmin, selliloza, qemiselliloza, ekstraktiv maddələr- qətran, kamed, yağ, tanıid, pektin və s. oduncağın üzvi hissəsini təşkil edir.

Oduncağın priolizində çox qiymətli məhsullar –quru qovmada hava daxil olmamaqla 5500C-də ağac kömür, şirə (maye) və qazşəkilli məhsul alınır. Ağac kömür əlvan metalların əridilməsində, elektrod istehsalında, tibbidə, sorbent kimi çirkab sularının, sənaye tullantılarının təmizlənməsində və digər məqsədlər üçün də istifadə edilir. Şirədən benzinin oksidləşməsinin qarşısını almaq üçün maddə alınmasında, antiseptiklədən- kreozit, plastik kütlə istehsalında fenolların alınması və s. məqsədlər üçün istifadə olunur. İynəyarpaqlı ağaclardan alınan şirədən- kanifol istehsalında, qətrandan (terpen və qətran turşusundan ibarətdir), əsasən də onun tərkib hissəsi olan terpendən skipidar alınmasında istifadə olunur.

Oduncağın əsas qüsurları –onun gövdəsinin formalaşmasında normadan meyletməsi, yəni fiziki vəziyyətindəki pozulmalardır. Qüsurlara: düyünlər, çatlar, kimyəvi rəngi, göbələk zərərləri, bioloji və mexaniki zədələnmələr və s. aiddir.

Ən geniş yayılmış qüsur –düyünlərdir ki, bunlar budaqların əsası olub oduncaqda gövdə formasındadır.

Oduncağın cinslərinin təyinediciləri:

1. Oduncaq cinslərinin qrupları.

I. Oduncağın bütün kəsiklərində yararlı qatlar yaxşı görümür. Ğzək şüaları görünür. Damarlar yoxdur. Bəzi cinslər (iynəyarpaqlı) qətranlı gedişlərə malik olur.

II. Yararlı qatlar əvvəlki və sonrakı oduncaqdakı fərqə görə yaxşı seçilir.

III. Əksər cinslərdə yararlı qatlar pis görünür. Damarlar eninə kəsiklərdə adi gözlə görünmür.

2. Oduncaq cinsləri:

I. İynəyarpaqlı cinslər;

II.Üzükdamarlı enliyarpaqlı cinslər;

III. Səpələnmiş damarlı enliyarpaqlı cinslər.

Əsas iynəyarpaqlı cinslər:



Yolka (elb)- əsasən selliloza istehsalında musiqi alətləri istehsalında, dəri emalı sənayesində;

Şam –inşaatda, dəmiryolunda, mebel istehsalında, inşaat hissələrinin isteh-salında, yem mayesi istehsalında, duncaq- lifli lövhələr (ДBП) və oduncaq- ovuntu lövhələr (ДCП) və s. istehsalında istifadə edilir.

Sidr (qırmızı ağac) –inşaat, mebel, selliloz- kağız və hidroliz istehsalatında istifadə edilir.

Pixta -ən yüngül iynəyarpaqlı oduncaq cinsidir.

Kedr –kedr yağı, skipidar, müalicə balzamı alınır.

Əsas enliyarpaqlı cinslər:



Beriyoza

Palıd –çox qiymətli oduncaq hesab edilir.

Mebel, parket, şərab boçkaları (çəlləkləri) və s. məqsədlərlə istifadə olunur.



Qoz, fısqıq, vələs –palıdla eyni əhəmiyyətə malik oduncaqlar hesab edilir.

Məhdud tətbiqi cinslər: gilənar, armud, alma, ekzotik cinslər: qara ağac, evkalipt, sekvoya, palişandr- musuqi alətləri, mebel və s. istehsalında istifadə edilir.

Oduncağın əsas xüsusiyyətləri: rəngi, parlaqlığı və teksturasıdır.

Oduncağın rəngi əsas vacib xarakteristika olmaqla mebel hazırlanmasında, interyerlərin bəzədilməsində, musiqi alətlərinin bədii quraşdırılmasında nəzərə alınır.



Parlaqlıq –bu xüsusiyyət oduncağın işıq selini əks etdirməsi qabiliyyətidir.

Tekstura –bu oduncağın radial və tangensial kəsiklərindən təbii təsviri olub, yararlı qatlar və anatomik elementlərdə formalaşır. Belə ki, oduncağın quruluşu nə qədər mürəkkəb olarsa, onda onun teksturası bir o qədər zəngin olar.

Oduncaqda suyun miqdarı göstəricisi nəmliyi olub, mütləq və nisbi nəmliklərə ayrılır. Təcrübədə əsasən mütləq nəmliyin aşağıdakı düsturla ifadə edilən qiymətin-dən istifadə edilır:


(1)
burada m – yaş oduncaq nümunəsinin kütləsidir, q;

m0 – həmin oduncağın mütləq quru nümunəsinin kütləsidir, q.

Nisbi nəmlik nadir hallarda istifadə olunmasına rəgvən o aşağıdakı kimi təyin edilir:

(2)

Təzə kəsilmiş oduncağın nəmliyi 50...100% hüdudunda, uzun müddət suda saxlandıqda isə 100%-dən yuxarı olur. Açıq havada oduncaq qurudulduqda nəmlik 15...20% olur. 20...22% nəmlik nəqliyyat nəmliyi, istismar dövründəki nəmlik isə -istismar nəmliyidir. Oduncağın qurudulması iki növ –atmosfer (ətraf mühitin tem-da) və süni (t ≥ 1000C) yaxud kamerada qurutmalara ayrılır.

Qurutma prosesində onun nəmliyinin azalması səbəbindən onun mexaniki xüsusiyyətləri –elastikliyi azalır, sıxılmada davamlılığı artır, elektrik keçiriciliyi azalır.

Oduncağın sıxlığı – materialın vahid həcminə düşən kütləsi olub q/sm3 və kq/m3 ölçülür.

Mütləq quru oduncağın sıxlığı aşağıdakı kimi təyin edilir:
(3)
burada ρo – mütləq quru oduncağın sıxlığıdır, q/sm3 yaxud kq/m3;

m0 – oduncaq nümunəsinin 0 % nəmliyindəki kütləsidir, q yaxud kq;

V0 – 0% nəmlikli oduncaq nümunəsinin həcmidir, sm3 yaxud m3.

Bütün oduncaq cinsləri üç qrupa (standart nəmlik 12% hesab edilir) bölünür:

1) kiçik sıxlıqlı cinslər- 540 kq/m3 və daha kiçik –yolka,şam, cökə və s.;

2) orta sıxlıqlı cinslər -550...740 kq/m3 -polad, beryoza, vələs, fısdıq, qoz və s.;

3) yüksək sıxlıqlı cinslər -≥ 750 kq/m3 -zoğal, qara ağac, saqqız ağacı, qrab, fıstışka və s.

Oduncağın istilik xüsusiyyətləri –ustilik tutumu, istilik keçiriciliyi, temperatur keçiriciliyi və istilik genişlənməsi hesab olunur. İstilik tutumu- oduncağın istilik akkumlyasiya etmə qabiliyyətidir. Istilik tutumunun ölçü vahidi kC/kq. 0C.

Oduncağın istilik keçiriciliyi prosesi iki göstərici ilə -istilik və temperatur keçirmə əmsalları ilə xarakterizə edilir.

İ
λ


stilikkeçirmə əmsalı -vahid zamanda 1 m2 sahəyə və 1 m qalınlığa malik oduncaq divardan temperaturlar fərqi əks tərəfdə 10C olduqda keçən istilik miqdarıdır. Ölçü vahidi –Vt/m. 0C. Temperaturkeçiriciliyi əmsalı oduncağın qız-dırılması və yaxud soyudulmasında temperaturun dəyişmə sürətini xarakterizə edir. Bu əmsal oduncağın istilik ətalətliliyini, yəni temperaturu tarazlaşdırmaq (düzlən-dirməkdir) qabiliyyətidir. Temperaturkeçiriciliyi əmsalı aşağıdakı kimi təyin edilir:
(4)
burada ρ – materialın sıxlığı,

λ – istilik keçiriciliyi əmsalıdır, Vt/m · oc;



oduncağın xüsusi istilik tutumudur, kC/kq · oc.

Aparılmış çoxsaylı tədqiqatlar göstərmişdir ki, oduncağın elektrik xüsusiyyəti, yəni onun elektrik cərəyanı keçirməsi qabiliyyəti – elektrik müqaviməti ilə tərs mütənasibdir. Beləliklə, quru oduncaq cərəyanı pis keçirir, ancaq onun nəmliyinin artması ilə müqavimətləri azalır. Məsələn palıdın nəmliyi 0%, 7% və 20% olduqda xüsusi həcmi müqavimətlər (Om.sm) uyğun olaraq: 1,5x1016, 2 · 1011 və 7 · 108 Om.sm təşkil edir.

Tədqiqatlarla sübut edilmişdir ki, oduncağın sıxlığı kiçik və elastiklik modulu böyük olarsa onun (oduncağın) akustik xüsusiyyəti, yəni oduncaqda səsin yayılması sürəti daha yüksək olur. Səsin oduncağın uzununa lifi boyu quru – otaq şəraitində aşağıdakı kimidir: palıd – 4720m/s; şam – 5360m/s; sidr – 4930m/s; lifin eninə boyu isə bu qiymətlər 3...4 dəfə kiçik olur. Bu göstərici poladda – 5050m/s, havada – 330 m/s, kauçukda – 30m/s təşkil edir. Tədqiqatlardan əldə edilmiş bu məlumatlar (akustik xüsusiyyətlər) ultrasəs metodu ilə oduncağın möhkəmliyini (davamlılığını) və daxili gizli deffektlərinin təyininə imkan verir. Mövcud inşaat normalarına görə divarların səsizolyasiyasında və arakəsmələrdə 40db –dən az olmamalı, mərtəbə-lərarasında isə -48db olmalıdır. Beləliklə, oduncağın səs batırma (söndürmə) qabiliy-yəti aşağıdır.

Oduncağın mexaniki xüsusiyyətlərinə onun davamlılığı və deformasiyalılığı, həmçinin bəzi texnoloji xüsusiyyətləridir. Oduncağın davamlılığı –onun xarici qüvvələrin təsirindən dağılmaya müqavimət göstərməsidir. Oduncağın davamlılığı hüdudunu təyin etmək üçün nümunələri sıxılmaya, dartılmaya, əyilməyə və sürüş-məyə sınaq aparmaqla təyin edirlər.

Oduncağın sıxılmaya sınağını apararkən qüvvə lifin uzunluğu sonra isə eni boyu və sonra bir yerdə tətbiq edilir. Davamlılıq hüdudu Mpa –la aşağıdakı kimi təyin edilir:

(5)

burada maksimal dağıdıcı qüvvə, N;

a və b – oduncaq nümunənin ölçüləri, mm.

Sınaq məlumatları ilə təsdiq edilmişdir ki, oduncağın dartılması liflərin eni boyu həyata keçirildikdə onun davamlılığı lifin uzunluğu boyu mövcud davamlılığın 1/20 hissəsini təşkil etdiyindən inşaat konstruksiyalarında yükün (dartıcı yükün) liflərin eni boyu istiqamətlənməsi yol verilməz hesab edilir.

Təcrübədə əksər hallarda oduncaqdan hazırlanmış məmulatlar əyilməyə məruz qalır. Odur ki, oduncaq nümunələri mütləq əyilməyə sınaq edilməlidir və bu zaman davamlılıq hüdudu Mpa –a aşağıdakı kimi təyin edilir:
(6)

burada dayaqlar arası məsafədir, mm;



nümunənin radial istiqamətdəki eni, mm;

nümunənin tangensial istiqamətdə hündürlüyüdür, mm.

Sürüşmədə davamlılıq göstəricisi böyük əhəmiyyət kəsb edir. Bu göstərici sürüşmənin üç növü üzrə sınaqda təyin edilir: liflərin eni və uzunluğu boyu dəlmək; oduncağın lifinin eni boyu kəsilməsi. Bu zaman davamlılıq hüdudu Mpa –a aşağıdakı kimi təyin edilir:


(7)

burada maksimal yük, N;



dəlmə müstəvisində nümunənin qalınlığı və uzunluğu.

Kəsilmədə isə davamlılıq hüdudu Mpa –a:


(8)

burada a və b – numunənin kəsiyinin ölçüləri, mm.

Beləliklə, məlum olmuşdur ki, oduncağın kəsilməsində davamlılığı lifin eni boyu uzunluğu boyuna nəzərən 4 dəfə böyükdür.

Oduncağın elastiklik modulu:


(9)

qüvvə, N.

dayaqlar arasındakı məsafə, mm;

b və h – nümunənin eni və hündürlüyü, mm;



əyilmə, mm.

Oduncağın texnoloji xüsusiyyətlərinə, zərbə özlülüyü, bərklik, yeyilməyə da-vamlılığı, vinti, mismarı və digər bərkitmə vasitələrini saxlamaq –tutmaq qabiliyyəti, həmçinin kəsici alətlərlə emal olunması daxildir.

Zərbə özlülüyü – zərbə qüvvəsini dağılmadan söndürmək qabiliyyətidir. Aşağıdakı kimi təyin edilir (C/sm2):

(10)

burada numunənin sındırılmasına sərf olunan iş, C –la;



nümunənin eni və hündürlüyü, mm;

Oduncağın bərkliyi – onun daxilinə daha bərk materialın – polad puansonun daxil olmasına (r = 5,64 mm, ) müqavimət göstərməsidir. Stalik bərklik:


(11)
burada işin sahəsidir (puansonun qoyduzu)

Yeyilməyə davamlılığı aşağıdakı analitik ifadə ilə təyin edilir:


(12)
burada nümunənin yeyilməyə qədərki hündürlüyü, mm;

nümunənin yeyilmədən əvvəl və sonrakı kütləsi, q.

Mismar və yaxud vintin çıxarılmasına xüsusi müqavimət (N/mm):


(13)
burada mismar və yaxud vintin çıxarılmasına maksimal qüvvə;

mismar və yaxud vintin vurulma yaxud burulma dərinliyi – uzunluğu.

Oduncağın parçalanması qabiliyyəti – onun liflərin uzunluğu boyu qüvvə təsiri ilə (pazın təsiri) ayrılmasıdır. Bu mənfi xüsusiyyət hesab edilir (mismar tilə yaxın vurulduqda, vintlədikdə və s.), müsbət xüsusiyyət – odun kimi yarılması yaxud yarına növləri tədarüküdür.





: files -> 292871
292871 -> MühaziRƏ 5 İstehsalat zədələnmələri və peşə xəstəlikləri plan
292871 -> Mühazirə 8 SƏs- küy və TİTRƏYİŞLƏRDƏn mühafiZƏ MƏSƏLƏLƏRİ Plan
292871 -> 16. Memarliq dizayni materiallarinin xassəLƏRİ plan
292871 -> MühaziRƏ 12 Standartlaşdırma və ekologiya Plan
292871 -> Mühazirə 6 İstehsalat sanitariyası. İşçi sahədə mikroiqlim şəraiti Plan
292871 -> Kompleks və qabaqlayan standartlaşdırma. Plan Kompleks standartlaşdırma. Qabaqlayan standrtlaşdırma
292871 -> MühaziRƏ 15 Standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatlar
292871 -> 4. DƏMir –karbon ərintilərinin hal diaqrami t e. n., dosent, E. M. Cavadovpla n
292871 -> 2. metallarin alinma üsullari t e. n., dosent, E. M. Cavadovpla n
292871 -> MühaziRƏ 11 ŞÜalanmalardan mühafiZƏ MƏSƏLƏLƏRİ p L a n


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə