10 noyabr 2016-cı il İş №1(106)600/2016 Şirvan



Yüklə 183,07 Kb.
Pdf görüntüsü
tarix01.08.2018
ölçüsü183,07 Kb.
#60206


 

 

 

 

 

 

 

 

10  noyabr 2016-cı il                      İş № 1(106)600/2016                     Şirvan 

şəhəri 

 

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov 



Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Babayev Zəki Baba oğlu və Dosiyev Amil 

Qaraxan  oğlundan  ibarət  tərkibdə,  Musayev  Elvin  İsrafil  oğlunun  katibliyi  ilə, 

dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu, məhkum edilmiş şəxs Mirzəyev Kənan 

Ələkbər  oğlu  və  onun  müdafiəçisi  Əbdurəhmanov  Kənan  Səfər  oğlunun, 

zərərçəkmiş  şəxs  Hüseynova  Sədaqət  Oktay  qızı  və  onun  nümayəndəsi  İbrahimov 

Tağı  Məmməd  oğlunun  iştirakları  ilə,  Mirzəyev  Kənan  Ələkbər  oğlunun 

Azərbaycan  Respublikası  CM-nin  221.1-ci  maddəsi  ilə  məhkum  edilməsi  barədə 

Cəlilabad  Rayon  Məhkəməsinin  07  sentyabr  2016-cı  il  tarixli,  1(073)-80/2016  saylı 

hökmündən  zərərçəkmiş  şəxs  Hüseynova  Sədaqət  Oqtay  qızı  tərəfindən  verilmiş 

apellyasiya  şikayətinə  əsasən  işə  Şirvan  Apellyasiya  Məhkəməsinin  binasında  açıq 

məhkəmə iclasında baxaraq, 

 

MÜƏYYƏN ETDI:  

 

Cəlilabad  Rayon  Məhkəməsinin  07  sentyabr  2016-cı  il  tarixli,  1(073)-80/2016 



saylı hökmü ilə (Hakim: Quliyev Mirələm Qoçu oğlu) 

29.10.1983-cü  ildə  Cəlilabad  şəhərində  anadan 

olmuş, Azərbaycan Respubikası  vətəndaşı, evli, orta 

təhsilli,  fərdi  əməklə  məşğul  olan,  məhkum 

olunmamış,  Cəlilabad  şəhəri,  Ə.Rəhimov  küçəsi  ev 

59  A-da  qeydiyyatda  olan  və  orada  yaşayan, 

barəsində  başqa  yerə  getməmək  haqqında  iltizam 

qətimkan tədbiri seçilmiş Mirzəyev Kənan Ələkbər 

oğlu 

Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin  221.1-ci  maddəsi  ilə  təqsirli 



bilinib aylıq qazancının 20 %-i dövlət xeyrinə tutulmaqla 1 (bir) il müddətə islah işləri 

cəzasına  məhkum  edilmiş,  cəzasını  iş  yeri  üzrə  çəkməsi  və  cəzasının  əvvəli 

qazancından  ilk  məbləğin  dövlət  nəfinə  tutulduğu  vaxtdan  hesablanması,  barəsində 

seçilmiş  başqa  yerə  getməmək  haqqında  iltizam  qətimkan  tədbirinin  hökm  qanuni 

qüvvəsini  alanadək  dəyişdirilməməsi,  hökmün  icrası  Cəlilabad  rayon  İcra  Bölməsinə 

həvalə edilməsi müəyyən edilmişdir. 




Cəlilabad  Rayon  Məhkəməsinin  07  sentyabr  2016-cı  il  tarixli  hökmündən 

zərərçəkmiş  şəxs  Hüseynova  Sədaqət  Oqtay  qızı  tərəfindən  apellyasiya  şikayəti 

verilmişdir. 



İŞİN  HALLARI: 

 

Məhkəmənin  hökmünə  əsasən  Mirzəyev  Kənan  Ələkbər  oğlu  04.05.2016-cı  il 

tarixdə,  saat  10:30  radələrində  Cəlilabad  şəhərində  yerləşən  8  saylı  məktəb-liseydə 

direktor  otağında  xuliqanlıq,  yəni  ictimai  qaydanı  kobud  surətdə  pozan,  cəmiyyətə 

açıqca  hörmətsizlik  ifadə  edən,  vətəndaş  üzərində  zor  tətbiq  olunması  ilə  müşayiət 

edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Hüseynova Sədaqət Oktay 

qızını vuraraq ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. 

 

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: 

 

Hökmdən  apellyasiya  şikayəti  vermiş  zərərçəkmiş  şəxs  Hüseynova  Sədaqət 

Oqtay qızı göstərmişdir ki, məhkəmə baxışı zamanı müvafiq vəsatətlər verərək ona 

qarşı  bir  nəfərin  deyil,  iki  nəfərin  xuliqanlıq  hərəkətləri  etməsini  və  bu  faktın  işdə 

olan və məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələri ilə təsdiq edilməsini 

əsas  gətirərək  əməldə  daha  ağır  cinayət  tərkibi  olduğu  üçün  yenidən  ibtidai 

araşdırmaya  prosesual  rəhbərliyi  həyata  keçirən  prokurora  qaytarılmasını  xahiş 

etmişdir.  Vermiş  olduğu  vəsatət  məhkəmədə  müzakirə  edilərkən  çox  təəssüflər 

olsun  ki,  məhkəmədə  dövlət  ittihamını  müdafiə  edən  prokuror  hansısa  səbəbdən 

qanunu  deyil  təqsirləndirilən  şəxsi  müdafiə  edərək  vəsatətin  təmin  edilməməsini 

xahiş etdi. 

İşdə olan sənədlərdən və məhkəmədə dindirilmiş şahid ifadələri ilə tam təsdiq 

edilir  ki,  həmin  vaxtı  Mirzəyev  Kənan  və  Xəqani  qardaşları  hər  ikisi  onlara  zor 

tətbiq edərək xuliqanlıq hərəkətləri etmişlər. 

Göstərilənlərə  əsasən  Cəlilabad  Rayon  Məhkəməsinin  07  sentyabr  2016-cı  il 

tarixli,  1(073)-80/2016  saylı  hökmünün  ləğv  edilməsi  barədə  müvafiq  qərar  qəbul 

edilməsini xahiş etmişdir. 

 

PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI VƏ İFADƏLƏRİ: 

 

Apellyasiya  instansiyasında  məhkəmə  baxışı  zamanı  məhkum  edilmiş  şəxs 



Mirzəyev  Kənan  Ələkbər  oğlu  çıxış  edərək,  cinayəti  tək  törətdiyini,  məhkəmə 

tərəfindən  ona  təyin  olunmuş  cəza  ilə  də  razı  olduğunu  bildirərək,  apellyasiya 

şikayətinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi.     

Məhkum  edilmiş  şəxsin  müdafiəçisi  Əbdurəhmanov  Kənan  Səfər  oğlu  çıxış 

edərək apellyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi.     

Apellyasiya  instansiyasında  məhkəmə  baxışı  zamanı  zərərçəkmiş  şəxs 

Hüseynova Sədaqət Oqtay qızı apellyasiya şikayətinə uyğun çıxış edərək əlavə etdi ki, 

onun məhkum edilmiş şəxs Mirzəyev Kənan Ələkbər oğluna qarşı şikayəti və tələbi 

yoxdur.  Lakin  ona  qarşı  xuliqanlıq  hərəkəti  törətmiş  ikinci  şəxsin  tapılaraq 

məsuliyyətə  cəlb  olunmasını  üçün  işin  ibtidai  istintaqa  qaytarılmasını  xahiş 

etmişdir. 



Apellyasiya  instansiyasında  məhkəmə  baxışı  zamanı  zərərçəkmiş  şəxs 

Hüseynova  Sədaqət  Oqtay  qızının  nümayəndəsi  İbrahimov  Tağı  Məmməd  oğlu 

apellyasiya  şikayətinə  uyğun  çıxış  edərək,  işin  ibtidai  istintaqa  qaytarılmasını  xahiş 

etdi. 

Apellyasiya  instansiyası  məhkəməsində  dövlət  itihamını  müdafiə  edən 



Azərbaycan  Respublikası  Baş  Prokurorluğunun  Dövlət  ittihamının  müdafiəsi  üzrə 

idarənin prokuroru Hüseynov Elnar Əli oğlu, zərərçəkmiş şəxs Hüseynova Sədaqət 

Oqtay  qızının  apellyasiya  şikayətinin  dəlillərinin  əsassız  olduğunu,  Mirzəyev 

Kənan  Ələkbər  oğlunun  əməlinin  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin 

müvafiq  maddəsi  ilə  məhkəmə  tərəfindən  düzgün  tövsif  olunduğunu,  birinci 

instansiya  məhkəməsinin  hökmünün  ləğvi  və  ya  dəyişdirilməsi  üçün  əsasların 

olmadığını  göstərərək  birinci  instansiya  məhkəməsinin  hökmünün  dəyişdirilmədən 

saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.  



 

HÜQUQİ MƏSƏLƏLƏR: 

 

Azərbaycan  Respublikasınin  Cinayət  Prosessual  Məcəlləsinin  397.1-ci 



maddəsinə  görə  apellyasiya  instansiya  məhkəməsi  birinci  instansiya  məhkəməsi 

tərəfindən  işin  faktiki  hallarının  müəyyən  edilməsinin,  habelə  cinayət  qanununun 

və  Cinayət-Prosessual  Məcəlləsinin  normalarının  tətbiq  edilməsinin  düzgünlüyünü 

yoxlayır. 

Azərbaycan  Respublikasınin  Cinayət  Prosessual  Məcəlləsinin  397.2-ci 

maddəsinə  görə  birinci  instansiya  məhkəməsi  tərəfindən  müəyyən  edilmiş  faktiki 

hallar  apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən  yalnız  apellyasiya  şikayətinin 

və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi 

tərəfindən  cinayət  qanununa  və  bu  Məcəllənin  normalarına  riayət  edilməsi 

apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya 

protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. 

Qeyd  edilən  prosessual  normaya  görə  hökmün  və  ya  qərarın  qanuni  və  əsaslı 

olmasını  yoxlayarkən  apellyasiya  instansiya  məhkəməsi  qanunla  müəyyən  edilmiş 

hüquqları  həddində  apellyasiya  şikayəti  və  apellyasiya  protestində  göstərilib-

göstərilməməsindən  asılı  olmayaraq  birinci  instansiya  məhkəməsinin  tətbiq  etdiyi 

cinayət  və  cinayət-prosessual  hüquq  normalarının,  habelə  bu  normalarla  bağlı 

olaraq  başqa  hüquq  sahələrinə  aid  normaların  düzgün  tətbiq  edilib  edilməməsini 

yoxlamalıdır.  

Şirvan  Apellyasiya  Məhkəməsinin  Cinayət  Kollegiyası  cinayət  işinin 

materiallarını araşdırıb, apellyasiya şikayətlərini müzakirə edərək, məhkum edilmiş 

şəxsin,  müdafiəçinin,  zərərçəkmiş  şəxsin,  nümayəndəsinin  və  dövlət  ittihamçısının 

çıxışını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin 

edilməməli,  Cəlilabad  Rayon  Məhkəməsinin  07  sentyabr  2016-cı  tarixli  hökmü 

apellyasiya şikayətinə əsasən dəyişdirilməməlidir. 

Cinayət  işinin  materiallarından  göründüyü  kimi,  ibtidai  araşdırma  zamanı 

sadalanan  sübutların  əldə  olunması  və  onların  birinci  instansiya  məhkəməsi 

tərəfindən  tam,  hərtərəfli  və  obyektiv  araşdırılması  zamanı  hər  hansı  bir  qanun 



pozuntusuna yol verilməmiş, işə Cəlilabad Rayon Məhkəməsi tərəfindən ağlabatan 

müddətdə  baxılmış,  məhkəmə  baxışı  zamanı  yolverilməz  sübutlardan  istifadə 

olunmamış,  cinayət  prosesinin  iştirakçıları  tərəfindən  təqdim  edilmiş  sübutların 

tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən 

məhkum edilmiş şəxs Mirzəyev Kənan  Ələkbər  oğlunun qanunvericilikdə nəzərdə 

tutulmuş  bütün  hüquqlarından  tam  həcmdə  istifadə  etmələri  üçün  kifayət  qədər 

imkanlar və şərait yaradılmışdır. 

Apellyasiya  instansiya  məhkəməsində  məhkəmə  baxışı  zamanı  məhkəmə 

kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, 

Mirzəyev  Kənan  Ələkbər  oğluna  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin 

221.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair həm ibtidai istintaq orqanı, həm də işə 

baxan  birinci  instansiya  məhkəməsi  Azərbaycan  Respublikasının  Cinayət 

Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən 

məhkumun  qeyd  edilən  cinayətin  törədilməsində  təqsirli  bilinməsi  haqda  mötəbər 

nəticəyə  gəlmək  üçün  kifayət  qədər  sübutlar  toplamış  və  bu  sübutların  hər  birinin 

mənsubiyyəti,  mümkünlüyü  və  mötəbərliyi  üzrə  qiymətləndirərək  işin  faktiki 

hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası 

hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı tarixli hökmü ilə 

Mirzəyev  Kənan  Ələkbər  oğlunun  əməli  Azərbaycan  Respublikasının  Cinayət 

Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 

Məhkəmə  kollegiyası  zərərçəkmiş  şəxsin  apellyasiya  şikayətində  göstərdiyi 

«hadisə  yerində  olmuş  digər  şəxsin  də  cinayət  məsuliyyətinə  cəlb  edilməsinə»  dair 

dəlilləri  qeyri  qanuni  və  əsassız  hesab  edərək,  qeyd  edir  ki,  cinayət  prosessual 

qanunvericiliyə  görə  apellyasiya  məhkəmə  baxışı  yalnız  təqsirləndirilən  şəxslər 

haqqında, həm də yalnız onların barəsində məhkəməyə verilmiş ittiham üzrə çıxarılmış 

hökmdən  və  ya  qərardan  verilmiş  apellyasiya  protesti  və  ya  apellyasiya  şikayəti  üzrə 

aparılır.  

İş materiallarına əsasən müəyyən olunur ki, zərərçəkmiş şəxs Hüseynova Sədaqət 

Oqtay  qızının  apellyasiya  şikayətində  göstərdiyi  digər  şəxslərə  ittiham  verilməmiş  və 

həmin  şəxslər  barəsində  hökm  çxarılmamışdır.  Əksinə  iş  materiallarında  olan  cinayət 

işinin  başlanmasının  rədd  edilməsi  barədə  23  may  2016-cı  il  tarixli  qərara  əsasən 

müəyyən edilir ki, qeyd edilən şəxslər barəsində cinayət işinin başlanması rədd edilmiş, 

zərərçəkmiş  şəxs  həmin  qərardan  şikayət  verməmiş  və  həmin  qərar  hal-hazırda 

qüvvədədir.    

Məhkəmə  kollegiyası  həmçinin  məhkum  edilmiş  şəxsə    cəza  təyin  edilməsi 

məsələsini  də  müzakirə  edərək  hesab  edir  ki,  birinci  instansiyada  işə  baxan 

məhkəmə  bu  məsələnin  həlli  zamanı  Azərbaycan  Respublikası  Cinayət 

Məcəlləsinin  58-ci  maddəsinin  tələblərinə  əməl  etməklə  törətdiyi  cinayətin 

xarakterini  və  ictimai  təhlükəlilik  dərəcəsini,  təqsirkar  şəxsin  şəxsiyyətini,  onun 

cinayətin  törədilməsində  iştirak  dərəcəsini,  cəzasını  yüngülləşdirən  və  ağırlaşdıran 

halları  nəzərə  almış,  Cinayət  Məcəlləsinin  41.2-ci  maddəsində  tələblərinə  uyğun 

qanuni və ədalətli cəza təyin etmişdir. 

Məhkum  edilmiş  Mirzəyev  Kənan  Ələkbər    oğlunun  barəsində  cəza  təyin 

edilməsi  məsələsini  müzakirəsi  zamanı  aydın  oldu  ki,  birinci  instansiya 

məhkəməsində işə baxılarkən Mirzəyev Kənan Ələkbər oğlunun əməlindən peşman 




olmasını,  hadisələrin  təsadüfi  axarı  zəminində  ilk  dəfə  böyük  ictimai  təhlükə 

törətməyən  cinayət  törətməsini  cəzasını  yüngülləşdirən  hallar  kimi  nəzərə  almışdır. 

Mirzəyev  Kənan  Ələkbər    oğlunun  əməlində  cəzasını  ağırlaşdıran  hal  müəyyən 

edilməmişdir. 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  «Məhkəmələr 

tərəfindən  cinayət  cəzalarının  təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il 

tarixli 04 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir 

konkret  halda  təqsirləndirilən  şəxslərə  cəzaların  təyin  edilməsinə  fərdi  yanaşılmalı, 

cinayət  qanununun  vəzifələri  və  cəzanın  məqsədindən  bəhs  edən  Cinayət 

Məcəlləsinin  2  və  41-ci  maddələrinin  müddəalarının  həyata  keçirilməsini  sözsüz 

təmin etməlidirlər. 

Azərbaycan  Respublikasının  CM-nin  8.1-ci  maddəsinin  tələblərinə  görə 

cinayəti  törətmiş  şəxs  haqqında  tətbiq  edilən  cəza  və  ya  cinayət-hüquqi  xarakterli 

tədbirlər  ədalətli  olmalıdır,  yəni  cinayətin  xarakterinə  və  ictimai  təhlükəlilik 

dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin 

şəxsiyyətinə uyğun olmalıdır. 

Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə 

təqsirli  bilinən  şəxsə,  bu  Məcəllənin  Ümumi  hissəsinin  müddəaları  nəzərə 

alınmaqla  Xüsusi  hissəsinin  müvafiq  maddələrində  nəzərdə  tutulmuş  hədlərdə 

ədalətli cəza təyin edilir. 

Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinnin  58.3-cü  maddəsinə  görə 

cəza  təyin  edilərkən  törədilmiş  cinayətin  xarakteri  və  ictimai  təhlükəlilik  dərəcəsi, 

təqsirkarın  şəxsiyyəti,  o  cümlədən  cəzanı  yüngülləşdirən  və  ağırlaşdıran  hallarla 

yanaşı,  təyin  olunmuş  cəzanın  şəxsin  islah  olunmasına  və  onun  ailəsinin  həyat 

şəraitinə təsiri nəzərə alınır. 

Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normaların tələbləri baxımdan 

birinci  instansiya  məhkəməsi  düzgün  olaraq  məhkuma  cəza  təyin  edərkən  onun 

yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş orta həddə yaxın 

azadlıqdan məhrum edilməklə islah olunması qənaətinə gəlmişdir. 

Azərbaycan  Respublikasının  Cinayət  Prosessual  Məcəlləsinin  398.1.1-ci 

maddəsinə 

görə 

apellyasiya 



instansiyası 

məhkəməsi 

birinci 

instansiya 

məhkəməsinin  hökm  və  ya  qərarını  dəyişdirmədən,  apellyasiya  şikayətini  və  ya 

apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə 

haqlıdır. 

Göstərilənlərə  əsasən  məhkəmə  kollegiyası  hesab  edir  ki,  zərərçəkmiş  şəxs 

Hüseynova  Sədaqət  Oqtay  qızı  tərəfindən  verilmiş  apellyasiya  şikayəti  təmin 

edilməməli,  Cəlilabad  Rayon  Məhkəməsinin  07  sentyabr  2016-cı  il  tarixli,  1(073)-

80/2016 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. 

Qeyd  olunanlara  əsasən  və  Azərbaycan  Respublikası  Cinayət  Prosessual 

Məcəlləsinin  397.1,  397.2,  398.1,  398.1.1,  407  və  408-ci  maddələrini  rəhbər  tutaraq 

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, 



 

QƏRARA ALDI: 

 


Mirzəyev  Kənan  Ələkbər  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  221.1-ci 

maddəsi ilə məhkum edilməsi barədə Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 

2016-cı  il  tarixli,  1(073)-80/2016  saylı  hökmündən  zərərçəkmiş  şəxs  Hüseynova 

Sədaqət Oqtay qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 

Zərərçəkmiş  şəxs  Hüseynova  Sədaqət  Oqtay  qızı  tərəfindən  verilmiş 

apellyasiya  şikayətinə  əsasən  Cəlilabad  Rayon  Məhkəməsinin  07  sentyabr  2016-cı 

il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. 

Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. 

Qərardan  Azərbaycan  Respublikası  Cinayət  Prosessual  Məcəlləsinin  410-cu 

maddəsində  göstərilən  müddətlərdə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin   

kassasiya şikayəti və kassasiya protesti verilə bilər. 

 

 

   

Sədrlik edən:  

 

 

 

 

 

        Ələsgər Novruzov 

 

 

     Hakimlər: 

 

 

 

 

 

 

        Zəki Babayev 

 

 

   

 

 

 

 

 

 

 

        Amil Dosiyev  

 

 



 

Yüklə 183,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə