10 yanvar 2018-ci il, çərşənbə
4
Multikulturalizm dünyada və ya hər hansı dövlətdə
mədəni müxtəlifliklərin qorunub saxlanılmasına və inkişafına
yönəlmiş nəzəriyyə, siyasətdir. Onun ən mühüm özəlliyi
assimilyasiyaya qarşı olmasıdır. Multikulturalizm və tolerantlıq
həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə
etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə sülh deməkdir.
Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların
ədalətə çıxışı da çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır.
Çünki multikulturalizmin olması cəmiyyətdə bərabərliyin,
demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin
bərqərar edilməsi deməkdir.
Çoxmədəniyyətlilik ideyasının
bu və ya digər cəmiyyətdə davamlığı
üçün ən zəruri amil həmin cəmiyyət
üzvləri arasında qarşılıqlı dözümlü-
lük – tolerantlıq hissinin olmasıdır.
Bunsuz humanizm, yüksək fərdi və
beynəlxalq münasibətlər, insanlar ara-
sında qarşılıqlı anlaşma, zənginləşmə,
dostluq və əməkdaşlıq mümkün
deyildir. Müasir dövrdə tolerantlıq
ənənələrinin təbliğini və yayılma-
sını əhəmiyyətsiz hesab edənlər
var. Qərb siyasətçilərinin fikrincə,
əgər bir cəmiyyətdə dini, milli, irqi
mənsubiyyətindən asılı olmayaraq,
insan hüquq və azadlıqları təmin
edilirsə, demək, həmin cəmiyyət
tolerantdır və onun ayrıca təbliğinə
ehtiyac yoxdur.
İlk baxışdan məntiqli yanaş-
ma kimi qəbul edilə bilər. Bunun
əleyhdarları da elə qərblilərdir.
Ona görə ki, tolerantlıq təkcə hü-
quq deyil, həm də mədəniyyət və
mənəviyyat məsələsidir. Dünyada
tolerant cəmiyyətlərin tarixi əsrlərlə
ölçülür. Amma hüquqi, demokratik,
dünyəvi dövlətin tarixi iki əsrdən
o yana keçmir. Deməli, tolerant-
lıq hüquqi dövlətin yox, mədəni
və mənəvi cəhətdən inkişaf etmiş
cəmiyyətin məhsuludur. Əslində, bu
gün Azərbaycanı və azərbaycanlıları
başqalarından fərqləndirən xüsusiyyət
də məhz budur. Əgər tolerantlıq bir
avropalının hüquqi vəzifəsidirsə,
azərbaycanlı üçün mənəvi tələbat və
mədəni normadır.
Tolerantlığın minimum şərtlərinə
əsasən, dini çoxluq dini azlığa nəinki
hörmətlə yanaşmalı, həm də onun
öz inancına uyğun yaşamasına mane
olmamalıdır. Minimum şərtlərin
təmin edildiyi cəmiyyətlərlə bağlı bir
neçə nümunə göstərmək mümkündür.
Ancaq Azərbaycandakı dözümlülük
mühitinin səviyyəsi tolerantlığın
minimum şərtlərini və tələblərini
çoxdan ötüb. Azərbaycanlılar tarixən
dini azlıqlara hörmətlə yanaşaraq,
onların öz inanclarına uyğun yaşa-
malarına nəinki, mane olmayıblar,
hətta buna şərait yaradıblar. Başqa cür
desək, azərbaycanlılar hər zaman dini
azlıqların himayədarı və müdafiəçisi
qismində çıxış ediblər.
Bu ideyanın kökləri qədim tarixə
malikdir. Bütün səmavi dinlərdə
ideyanın əsaslarını görə bilərik.
Azərbaycan da bu sahədə dünya
üçün örnək ola biləcək modeldir.
Azərbaycan zəngin və mürəkkəb
tarixi olan ölkədir. Çoxallahlılıqdan,
şamançılıqdan və bütpərəstlikdən
tutmuş səmavi dinlərə (yəhudilik,
xristianlıq və islam) qədər dünya-
nın bütün məşhur dinləri burada
öz izlərini buraxmışdır. Bunun
nəticəsidir ki, çoxsaylı etnosların
Azərbaycanda yaşamasına və etnik
tərkibin müxtəlif olmasına baxma-
yaraq, minilliklər boyu heç bir milli,
dini azlıq buradan başqa bir əraziyə
köçməmiş və köçürülməmiş, hər bir
etnos milli və dini kimliyini qoruyub
saxlamışdır. Müxtəlif tarixi dövrlərdə
öz torpaqlarında sıxışdırılan bəzi
konfessiya nümayəndələri, dini-et-
nik qruplar Vətənimizə sığınmış və
cəmiyyətimizin ayrılmaz hissəsinə
çevrilərək, ayinlərini rahat yerinə
yetirmək imkanı əldə etmiş, yerli
əhali ilə qaynayıb-qarışmışlar.
Respublikamızda müxtəlif
dini konfessiyalar tərəfindən ibadət
evlərinin tikintisinə və bərpasına fərqli
dini icmaların nümayəndələrinin
maddi və mənəvi dəstək verməsi,
ianələr toplaması tarixi keçmişimizdən
qalan mütərəqqi ənənədir. XIX əsrin
sonlarına yaxın Bakı şəhərində “Qızılı
kilsə” kimi tanınan “Aleksandr Nevs-
ki” kilsəsinin inşası üçün toplanmış
ianənin böyük hissəsini müsəlmanların
verməsi dünya tolerantlıq tarixinin
ən parlaq səhifəsidir. 1907-ci ildə
H.Z.Tağıyev tərəfindən tikdirilən Rus
Pravoslav Kilsəsinin Jen Mironosets
Baş Kafedral kilsəsi, təxminən, 100
ildən sonra müsəlman iş adamı Aydın
Qurbanovun maliyyə dəstəyi ilə bərpa
olunmuşdur.
Çar Rusiyasının Şimali
Azərbaycan ərazilərinə sahib ol-
ması ilə xalqın ənənəsinə zidd olan
yabançı dəyərlər təbliğ edilməyə,
sırınmağa başlanmışdı. İşğalçılar öz
müstəmləkəçiliyini bu torpaqlarda
hökmran etmək üçün etnik-dini qar-
şıdurma yaratmaq siyasəti aparmışdı.
Çarizm müsəlmanların dini birliyinin
qorunması əvəzinə, məzhəb fərqini
şişirtməklə sünni-şiə başçılarını bir-
birinə qarşı qoymuşdu. Azərbaycan
ziyalıları isə iki məzhəb arasında
qızışdırılan ixtilafların qarşısını
almağa nail olmuşlar. Lakin 1918-ci
il 28 mayda Şərqdə ilk demokratik
respublika olan Azərbaycan Demok-
ratik Respublikası qurulduqdan sonra
ölkədə İslama qarşı ayrı-seçkiliyə
son qoyulmuşdur. ADR hökuməti
Qafqaz müsəlmanlarının vahid ruhani
idarəsini yaratmaqla məzhəblərarası
gərginlik üçün çalışanlara mane
olmuşdur. Şərqdə ilk peşəkar teatrın,
qəzetin, operanın və baletində əsası
Azərbaycanda qoyulmuşdur. Ən
önəmlisi odur ki, Azərbaycanda
həm maarifçi hərəkatın yaradıcıları-
nın, həm də Xalq Cümhuriyyətinin
qurucularının və ideoloqlarının böyük
əksəriyyəti ruhani ailəsindən və dini
təhsil ocağından, mədrəsədən çıxmış-
lar (Qafqaz Şeyxülislamının nəvəsi
Əli bəy Hüseynzadə, Azərbaycan
Xalq Cümhuriyyətinin əsas qurucusu
və ideoloqu, Bakı ruhanisinin oğlu
Məhəmməd Əmin Rəsulzadə və s.).
Bu cür faktlar və nümunələr
kifayət qədərdir. Hətta onların
içərisində eləsi də var ki, dünyanın
hansısa ölkəsində və tarixin hansısa
səhifəsində oxşarını tapmaq qey-
ri-mümkündür. Hazırda müxtəlif
dinlərin nümayəndələri çox vaxt ya
rəsmi qəbul və görüşlərdə, ya da
dinlərarası dialoq və tolerantlıqla
bağlı tədbirlərdə bir araya gəlirlər.
Başqa sözlə, dini konfessiyala-
rın rəhbərlərinin görüşü, hətta bir
süfrə arxasında əyləşmələri və şəkil
çəkdirmələri protokol qaydaların-
dan kənara çıxmır. Lakin bu cür
protokol qaydaları Azərbaycanda
fəaliyyət göstərən dini konfessiya-
ların rəhbərləri üçün yaddır. Qaf-
qaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə,
Rus Pravoslav Kilsəsinin Bakı və
Azərbaycan Yeparxiyasının arxiyepis-
kopu Aleksandr İşein, Dağ Yəhudiləri
Dini İcmasının sədri Milix Yevdayev,
Katolik İcmasının rəhbəri Vladimir
Fekete və Avropa Yəhudiləri Dini
İcmasının sədri Gennadi Zelmanoviç
bir-birinə dost, qardaş münasibəti
göstərirlər. Dini icma liderlərinin tez-
tez görüşmələri, məsləhət-məşvərət
etmələri, müxtəlif tədbirlərdə birgə
iştirak etmələri adi haldır. Bu, təkcə
qarşılıqlı hörmət yox, həm də bir-
birinə etimad deməkdir. Onların bu
cür birliyinə çoxları heyrət və qibtə
edir. Axı qibtə etməmək mümkün də
deyil! Təsəvvür edin ki, Şeyxülis-
lam mübarək Ramazan ayında iftar
süfrəsi təşkil edir və ölkə Prezidenti
İlham Əliyevin sağında o, solunda isə
digər dini konfessiyaların rəhbərləri
əyləşirlər. Üstəlik, iftar süfrəsində
yalnız Şeyxülislam deyil, digər dini
konfessiyaların nümayəndələri də
çıxış edirlər.
Başqa bir nümunə: Müsəl-
manların Ramazan ayında təşkil
etdikləri iftar süfrələrində digər
dinlərin nümayəndələrinin iştirak
etməsi praktikası mövcuddur. Qəbələ
rayonunun Nic qəsəbəsində toplum
halda yaşayan udi xristianlarının
məhz kilsədə qəsəbənin müsəlman
icması üçün iftar süfrəsi təşkil etməsi
bütün dünya üçün örnək nümunəyə
çevrilib.
Tolerantlığa zəmin yaradan iqtisa-
di amillərdən danışarkən, ilk növbədə,
Azərbaycanın tarixi İpək yolunun
üzərində yerləşməsi xüsusi qeyd
olunmalıdır. Uzaq Çindən başlayan və
Avropanın qurtaracağında bitən İpək
yoluna təkcə ticarət yolu və iqtisadi
məsələ kimi baxmaq olmaz. Bu yolla
həm ipək və müxtəlif məhsullar da-
şınmış, həm də insanlar, fərqli dinlər,
mədəniyyətlər səyahət etmişdir.
Digər amil dindir. İslam tolerant
din olmasaydı, onun mənsublarının
yaşadığı Azərbaycanda indiki
səviyyədə dözümlülük mədəniyyəti
formalaşa bilməzdi. Çünki dinimizə
görə, bütün insanlar və millətlər
bərabərdir, ali irq, ali millət anlayışı
yoxdur. Qurani-Kərim buyurur: “Ey
insanlar! Biz sizi bir kişi və bir qadın-
dan (Adəm və Həvvadan) yaratdıq.
Sonra bir-birinizi tanıyasınız (kimli-
yinizi biləsiniz) deyə, sizi xalqlara və
qəbilələrə ayırdıq...” (Hucurat, 13).
Peyğəmbərimizin hədisi-şərifində bu
fikir daha da konkretləşdirilir: “Heç
bir ərəb qeyri-ərəbə nisbətən hansısa
üstünlüyə malik deyil. Eləcə də qeyri-
ərəb zənciyə nisbətən, zənci ağ adama
nisbətən hansısa üstünlüyə malik de-
yil”. Qurani-Kərimdə insanlara bəyan
edilir: “Dində məcburiyyət (zorakılıq)
yoxdur...” (2:256).
Göründüyü kimi, İslam prinsipial
şəkildə insanların vicdan və seçim
azadlığına müdaxilə edilməsinə icazə
vermir. Buna görə də İslam dini
sürətlə yayılarkən xristian, yəhudi
məbədlərinə toxunulmamış, həmin
dinlərin mənsublarının öz inanclarına
uyğun yaşamalarına şərait yaradılmış-
dır. İslamdan gələn bu cür dözüm-
lülük Azərbaycan xalqının etnik
xüsusiyyətlərindən qaynaqlanan tole-
rantlıqla çulğaşaraq, daha rəngarəng
və mükəmməl bir forma almış və
zəngin mədəni sərvətə çevrilmişdir.
İslam Azərbaycan xalqının ondan
öncəki dinlər və müxtəlif inanclar
vasitəsilə əldə etdiyi mədəni və
mənəvi sərvəti məhv etməmiş, əksinə,
onu daha da zənginləşdirmişdir
(Şəkidəki Kiş məbədi, Bakıda
atəşpərəstlər tərəfindən tikilmiş qədim
Atəşgah məbədi).
Şübhəsiz ki, bütün bu sadaladı-
ğımız dəyərlər yalnız düşünülmüş
dövlət siyasəti nəticəsində daha da
möhkəmlənə bilərdi. Məhz ulu öndər
Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi
müddətdə dini konfessiyalar arasında
dözümlülük mühitinin daha da inkişaf
etdirilməsi sahəsində dönüş yaranmış,
dövlətlə dini qurumların münasibəti
yeni mərhələyə qədəm qoymuşdur.
Yeni tarixi şəraitdə Azərbaycanın
qarşılaşdığı böhranlardan çıxaraq
özünə güvənməsi üçün ümumi bir
konsepsiyaya ehtiyac var idi. Bu
ideologiya həm milli adət-ənənələrə
və dini-mənəvi dəyərlərə söykənməli,
həm də ölkəmizin çağdaş dünyaya
qovuşmasını təmin etməli idi. Ona
görə də Heydər Əliyev ölkənin dinə
və dindarlara münasibətini düzgün və
sağlam müstəvidə həll etməyə baş-
ladı, dəfələrlə din xadimləri (yəhudi,
xristian, İslam) ilə görüşlər keçirdi.
Ulu öndər bu barədə çıxışlarının
birində qeyd edirdi: “Dövlət, ölkə
nə qədər çox xalqı birləşdirsə, bir o
qədər zəngin olur, çünki bunların hər
biri ümumdünya mədəniyyətinə və
sivilizasiyasına öz töhfəsini verir”.
Məhz onun dövründə dinlərarası
dialoqla bağlı bir sıra beynəlxalq
tədbirlər baş tutmuş, multikultural
siyasət özünün pik həddinə çatmışdır.
Ümummilli liderin siyasi
kursunun davamçısı Azərbaycan
Respublikasının Prezidenti cənab
İlham Əliyev də həmin irsi yaşadır.
Bu gün dünyada tolerantlıq örnəyi
kimi tanınan Azərbaycan sivilizasi-
yalararası dialoqun, beynəlxalq sülh
və təhlükəsizliyin təmin olunması
istiqamətində ardıcıl olaraq təşəbbüs
və çağırışlarla çıxış edir. Son illər
ölkəmizdə beynəlxalq humanitar
forumların, dünya dini liderlərinin
sammitlərinin keçirilməsi, Beynəlxalq
Tolerantlıq Gününün yüksək
səviyyədə, ayrı-ayrı konfessiyaların
nümayəndələrinin iştirakı ilə qeyd
olunması, bəşəriyyəti narahat edən
qlobal problemlər ətrafında birgə
müzakirələrin aparılması bunun bariz
nümunəsidir.
Azərbaycan dövləti formalaş-
mış din siyasətini təkcə daxildə
həyata keçirməklə kifayətlənmir.
Belə ki, bu gün Azərbaycan özünün
tolerantlıq fəlsəfəsini dünyaya ixrac
etməyi hədəfləmişdir. Bu sahədə
hökumət multikulturalizm, dinlər və
mədəniyyətlərarası dialoq sahəsində
müxtəlif tərəflərin bir araya gəlməsi
istiqamətində çoxsaylı tədbirlərə –
beynəlxalq və regional konfranslara,
forumlara ev sahibliyi etmişdir.
Bu baxımdan Heydər Əliyev
Fondu da fəaliyyət göstərdiyi müddətdə
qarşısına qoyduğu başlıca məqsəd
kimi ulu öndərin milli dövlətçilik
ideyasının həyata keçirilməsi və
təbliği istiqamətində ölkə daxilində
və xaricində böyük işlər görmüşdür.
Bu uğurlu fəaliyyətin təminatçısı
Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevaya əməyinin nəticəsi
olaraq, 2006-cı ildə ISESCO-nun
(İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatı) xoşməramlı səfiri, 2008-ci
ildə “İƏT-nin humanitar məsələlər
üzrə xüsusi elçisi” statusuna dair
diplom təqdim edilmişdir. Bunun
nəticəsidir ki, ISESCO-nun qəbul
etdiyi qətnaməyə əsasən, Bakı (2009)
və Naxçıvan (2018) şəhərləri İslam
mədəniyyətinin paytaxtları elan
olunmuşdur. Fond, həmçinin “To-
lerantlığın ünvanı – Azərbaycan”
layihəsi çərçivəsində nəhəng işlərə
imza atmışdır. Belə ki, ölkə daxilində
və xaricində müxtəlif dini konfessi-
yalara mənsub ibadət ocaqları inşa və
ya bərpa edilmiş, xalqımızın tolerant-
lıq ənənələrinin beynəlxalq aləmdə
təbliği məqsədilə foto-sərgilər təşkil
edilmişdir.
Bir sözlə, tarixən dinlərin və
mədəniyyətlərin qovşağı olmuş
ölkəmiz bu gün də eyni funksiyanı
uğurla yerinə yetirir. Çoxmillətli
Azərbaycan artıq dünyanın nəzərində
nümunəvi bir dövlətdir. Ölkəmiz dün-
yanın multikulturalizm, tolerantlıq,
dözümlülük, humanitar əməkdaşlıq
mərkəzinə çevrilib və bundan xalqı-
mız da, dövlətimiz də qürur duyur.
Azərbaycan Respublikası-
nın Prezidenti İlham Əliyevin
Azərbaycanda multikulturalizmlə
bağlı fikirləri bunu təsdiq edir: “Mul-
tikulturalizm Azərbaycanda dövlət
siyasətidir. Qeyd etməliyəm ki, artıq
tarixi keçmişimiz də bunu diktə edir.
Eyni zamanda, multikulturalizm
Azərbaycanda həyat tərzidir. Biz
gündəlik həyatımızda bu prinsiplər
əsasında fəaliyyət göstəririk. Bu
prinsiplər cəmiyyətin mütləq
əksəriyyəti tərəfindən dəstəklənir,
müdafiə edilir”.
Rahu ŞİRİNOVA,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının
magistrantı
AZƏRBAYCAN
Multikultural dəyərlər və
Oftalmoloqların Cocuq Mərcanlıda humanitar aksiyası
Akademik Zərifə Əliyeva adına Milli
Oftalmologiya Mərkəzinin bölgələrdə keçirdiyi
humanitar aksiya davam edir. Mərkəzin 15 nəfərlik
həkim heyəti səyyar klinika ilə bu dəfə Cəbrayıl
rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı
kəndinin sakinlərinə xidmət göstərib. Bu barədə
oftalmologiya mərkəzinin elmi–təşkilat bölməsinin
rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva
məlumat verib.
Y. Abdiyeva bildirib ki,
müəyyən səbəblərə görə, bəzən
bölgələrdən sakinlərin Bakı-
ya gələrək müayinə olunması
çətinlik yaradır. Bu məqsədlə də
mərkəzin ən yüksək texnologiya
ilə təchiz olunan səyyar klinika-
sı ölkə əhalisinə yerlərdə xidmət
göstərir. 2005-ci ildən indiyədək
səyyar klinika respublikanın ra-
yon və şəhərlərində bu qəbildən
125 aksiya keçirib.
O, həmçinin qeyd edib
ki, mərkəzin Azərbaycanın
rayon və şəhərlərində həyata
keçirdiyi tibbi aksiyalar ölkədə
səhiyyə ilə bağlı reallaşdırılan
layihələrin tərkib hissəsidir.
Aksiyaların keçirilməsində
məqsəd pasiyentlərin səhhətində
olan problemlərin həllinə kömək
göstərmək, göz xəstəlikləri ilə
bağlı monitorinqlər aparmaq,
əldə edilən nəticələri müzakirə
etmək və problemlərin həllinə
çalışmaqdır. Oftalmoloqlar bu
aksiyalarda, maarifləndirmə
işləri ilə də məşğul olublar.
Onlar yerli sakinlərə bildiriblər
ki, göz insan orqanizminin çox
zərif və həssas bir üzvüdür.
Ətraf mühitdən
məlumatların 90 faizini göz
vasitəsilə aldığımızdan, onları
qorumaq hər kəsin ən ümdə
borcudur. Özünü yeniləməyən,
dəyişməyən yeganə orqan
olan gözlər vaxtında müayinə
və müalicə olunmadıqda həlli
müşkül problemlər yaranır ki,
bəzən də onların müalicəsi qey-
ri-mümkündür. Oftalmoloqlar
bu gün korluğun, zəif görmənin
və digər xəstəliklərin qarşısını
almaq üçün əvvəlcədən bir sıra
profilaktik tədbirlər görürlər ki,
bu, sözsüz, öz səmərəsini verir.
Bölmə rəhbəri işğaldan
azad edilən, abadlaşan, tikin-
ti-quruculuq işlərinin davam
etdiyi bu bölgəyə səfərinin həm
də çox qürurverici olduğunu
bildirərək 2016-cı ildə 2–5
aprel döyüşlərində Lələtəpə
yüksəkliyi azad edildikdən
sonra kəndin bərpasına şərait
yarandığını və bərpadan sonra
Qarabağa ilk qayıdışın baş-
ladığını xatırladıb. Qoy bu
sakinlər görsünlər ki, dövlətimiz
və hökumətimiz Cocuq
Mərcanlılara yaşayış üçün yara-
dılan bu şəraitlə kifayətlənmir,
onların sağlamlıqlarını da daim
diqqət mərkəzində saxlayır.
Qeyd edək ki, aksiya
çərçivəsində Cocuq Mərcanlıda
120-dən çox xəstə müayinə
edilib. Yerli sakinlər öz
növbələrində görüş, müayinə
və tövsiyələr üçün mərkəzin
rəhbərliyinə və kollektivinə
təşəkkür edib, onlara göstərilən
qayğı və diqqət üçün
Azərbaycan Prezidenti İlham
Əliyevə minnətdarlıq ifadə
ediblər.
Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”
Azərbaycan xarici mediada
Son dövrlər Azərbaycanın dünyada artan imici xarici kütləvi
informasiya vasitələrinin diqqət mərkəzindədir. Ölkəmizdə keçirilən
beynəlxalq tədbirlər, forumlar və idman yarışları respublikamıza turist
axınının artması xarici mətbuatın da diqqətindən yayınmır.
Fransanın kütləvi informasiya
vasitələrində ölkəmizlə bağlı çox sayda
məqalə yer alır. Fransanın “LaCroix”
portalında Azərbaycanla bağlı silsilə
məqalələr yayımlanıb. Müəllif Pola Buaye
ölkəmizin əsrarəngiz təbiətindən, qədim ta-
rixi abidələrindən, milli adət-ənənələrindən,
müxtəlif millətlərin və dinlərin
nümayəndələrinin mehriban yaşamasından,
burada mövcud olan xristian kilsələrindən
bəhs edir.
Müəllif Xınalıq və Qırız kəndlərinin
dünyada ən yüksək yaşayış məskənlərindən
olduğunu bildirir. Azərbaycan təbiətinin fü-
sunkarlığından bəhs edən P.Buaye bildirib
ki, burada ilin bütün fəsillərində təbiətin
əsrarəngiz mənzərələrini görmək olar.
Məqalədə həmçinin Azərbaycanın
qədim tarixi abidələrindən olan Şəki və
Qəbələdəki alban məbədləri barədə də
məlumat verilir. Şəki Xan Sarayının
nadir memarlıq incilərindən biri olduğu
vurğulanır. Müəllif ölkəmizin məşhur
şəbəkə sənətini yüksək dəyərləndirərək
bildirir ki, bu qədim sənət Şəkidə hələ də
qorunub saxlanılır.
Ülviyyə VAHİDQIZI, “Xalq qəzeti”
Rusiyalı tarixçi erməni terrorizmindən
bəhs edən sənədli film üzərində işləyir
Ermənistanın Rusiyada
terrorizm ideologiyasını necə müdafiə
etməsi ilə bağlı xeyli sayda sənədlər
var. Bu faktlarla sənədli film çəkmək
olar. Filmin ssenarisi artıq hazırdır,
hətta müəyyən kadrlar da çəkilib.
Düşünürəm ki, yanvarın sonu –
fevralın əvvəllərində filmi yekunlaşdıra
biləcəyəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində
tanınmış tarixçi, qafqazşünas alim Oleq
Kuznetsov deyib.
Tarixçi qeyd edib ki, dünyada möv-
cud olan müxtəlif terror qruplaşmaları
ilə müqayisədə erməni terrorizmi özündə
daha çox təhdid və hədələri birləşdirir:
“Biz Azərbaycana qarşı törədilənlərin
nümunəsində bunun çox şahidi olmuşuq. Bu
mövzunu dərindən öyrənəndə məlum olur
ki, hazırda erməni ekstremizmi hətta Rusiya
dövlətçiliyini də təhdid altına alır. Tarixə
nəzər salsaq, görərik ki, vaxtilə erməni
terrorçuları Rusiyanın özündə bir sıra terror
hadisələri törədiblər. Buna çoxsaylı misallar
gətirmək olar. Erməni terrorizmi, erməni
ekstremizmi haqqında faktları araşdıranda
məlum oldu ki, bu ideologiya indi də davam
etdirilir”.
Oleq Kuznetsov erməni terrorizminin
tarixi haqqında yazdığı kitabının 2015-ci
ildə Bakıda, 2016-cı ildə isə Moskvada nəşr
olunduğunu bildirib. Eyni zamanda, bu əsər
2015-ci ildə Stokholmda, 2016-cı ildə isə
ingilis dilində Berlində böyük tirajla nəşr
edilib.
Qafqazşünas alim deyib: “Mənim
kitablarımı dünyanın müxtəlif ölkələrində
oxuyurlar. Erməni terrorizmi ilə bağlı
kitabım çap olunandan sonra müxtəlif
ölkələrdən elektron poçtuma bununla bağlı
xeyli material gəlməyə başladı. Məsələn,
Türkiyənin Ankara, İstanbul hava limanla-
rında, Fransanın Orli hava limanında, son
7 ildə baş vermiş teraktlarla bağlı kifayət
qədər məlumat aldım. Eyni zamanda,
Belarusdan çoxsaylı materiallar göndərildi.
Hamısı da kifayət qədər əhatəlidir. Onları
yenidən işləmək, dəqiqləşdirmək xeyli vaxt
aparacaq. Bu ilin ortalarından bu işlə məşğul
olmağa başlayacağam.”
Naxçıvan-Məşhəd-Naxçıvan sürət
qatarının hərəkəti bərpa ediləcək
Yanvarın 11-də 16/15 nömrəli Naxçıvan-Məşhəd-
Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa
ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, qatar yanvarın 11-dən etibarən
hər həftə bir dəfə IV gün Naxçıvandan Bakı vaxtı ilə saat 7:00-da
yola düşəcək, Məşhəd stansiyasına yanvarın 12-də İran vaxtı ilə saat
14:25-də çatıb, saat 22:00-da geriyə dönəcək. Naxçıvana qatar bazar
günləri saat 6:00-da çatacaq.
Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət
qatarı 2016-cı il dekabrın 29-da hərəkətə başlayıb. Müəyyən texniki
səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılıb. Bu marşrut
iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı
inkişafına da dəstək olacaq.
Ermənistan silahlı
qüvvələrinin bölmələri iriçaplı
pulemyotlardan istifadə edərək
atəşkəs rejimini 118 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin
bölmələri cəbhənin müxtəlif istiqamətlərində
iriçaplı pulemyotlardan da istifadə edərək sutka
ərzində atəşkəs rejimini 118 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a
bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonu
ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Parava-
kar kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Mo-
sesqex, Çinari və Ayqedzor kəndlərində, Krasnoselsk rayonu
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən
Azərbaycan Respublikasının Ağstafa rayonunun Köhnəqışlaq,
Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli
kəndlərində və adsız yüksəkliklərdə, Tovuz rayonunun Əlibəyli,
Koxanəbi, Muncuqlu, Gədəbəy rayonunun Göyəli, Zamanlı
kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə
tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam
rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli,
Qaraqaşlı, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda,
Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər,
Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxın-
lığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayon-
ları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.