101 Açar sözlər: nato, Rusiya



Yüklə 236,79 Kb.
Pdf görüntüsü
tarix12.11.2018
ölçüsü236,79 Kb.
#79717


Say 1-2 (15-16) • 2016 | STRATEJİ TƏHLİL 

101

Açar sözlər: NATO, Rusiya, təhlükəsizlik, tərəfdaşlıq, əməkdaşlıq, təşəbbüs, 

genişlənmə



Keywords:  NATO,  Russia,  security,  partnership,  cooperation,  initiative, 

enlargement



Ключевые  слова:  НАТО,  Россия,  безопасность,  партнерство, 

сотрудничество, инициативность, расширение

NATO-nun 

transformasiya 

siyasəti və 

Rusiya faktoru  

 

(1992-1997-ci illər)



Elman NƏSİROV

Xəyal İSKƏNDƏROV

Azərbaycan Respublikasının Prezidenti yanında 

Siyasi Araşdırmalar İnstitutunun direktoru,

siyasi elmlər üzrə elmlər doktoru, professor

elmannasirov@yahoo.co.uk

Azərbaycan Respublkası Silahlı Qüvvələrinin 

Hərbi Akademiyasının dissertantı

xayal1333@gmail.com




STRATEJİ TƏHLİL | Say 1-2 (15-16) • 2016

102 

Giriş

“Soyuq  müharibə”  başa  çatdıqdan  və  Sovet  İttifaqı  dağıldıqdan  son-

ra  Avroatlantik  məkanda  yeni  beynəlxalq  münasibətlər  sistemi  qurmaq 

üçün yeni mərhələ başladı. 1992-ci il oktyabrın 2-də ABŞ-ın Dövlət kati-

bi Ceyms Beyker və AFR-in Xarici işlər naziri Hans-Ditrix Qenşerin imzala-

dıqları sənəddə “Vankuverdən Vladivastoka qədər” ərazini əhatə edəcək 

Avroatlantik məkanın yaradılması irəli sürüldü [1]. Bu fikri NATO-nun Baş 

katibi Manfred Vörner oktyabrın 9-da ABŞ-da səfərdə olarkən bir qədər də 

inkişaf etdirərək bildirmişdir ki, Vankuverdən Vladivastoka qədər uzanan 

ərazidə yeni dünya nizamının yaradılması NATO-nun əsas məqsədlərindən 

biri olmalıdır [2,112]. Qısası 1991-ci ildə NATO-nun yeni strateji konsep-

siyanı  qəbul  etməsi  özünü  “soyuq  müharibə”dən  sonrakı  eraya  uyğun-

laşdırması  və  sovet  caynağından  canlarını  yenicə  qurtarmış  ölkələr  ilə 

əməkdaşlığa başlaması üçün əsas mərhələ oldu və “hüdudlarından” kənara 

çıxmasına bir növ təkan verdi. Avropanın gələcək təhlükəsizliyinin təşkilati 

əsaslarını müəyyən edən Roma sənədinə görə, heç bir qurum təklikdə Av-

ropanın qarşısında duran problemləri həll etmək iqtidarında deyil. Buna 

görə  də,  NATO  Avropanın  yeni  təhlükəsizlik  strukturunun  yaradılmasına 

çalışırdı. Elə bir struktur ki, onun çərçivəsində NATO, ATƏM, Avropa İttifaqı, 

Qərbi Avropa Birliyi və Avropa Şurası bir-birini tamamlamalı, eyni zamanda 

özünəməxsus funksiyaları saxlamalı idilər. 

Məşvərətçi  orqan  olan  Şimali  Atlantika  Əməkdaşlıq  Şurasının  (ŞAƏŞ) 

yaradılması  bu  sahədə  atılmış  ilk  addım  sayılmalı  idi.  1991-ci  il  dekab-

rın  20-də  Şuranın  ilk  iclası  keçirildi.  Şuranın  əsas  vəzifəsi  təhlükəsizlik 

sahəsində əməkdaşlığa və ölkələr arasında münasibətlərin inkişafına yardım 

göstərməkdən ibarət idi. Bu qurumun fəaliyyətinin nəticəsi olaraq “soyuq 

müharibə” dövründən miras qalmış psixoloji və mental rudimentlər aradan 

qalxmalı  idi.  Məhz  bundan  sonra  bərabər  məsuliyyət  üzərində  qurulacaq 

ümumi təhlükəsizliyə ümid etmək olardı. ŞAƏŞ-ə Avropada Təhlükəsizlik və 

Əməkdaşlıq Müşavirəsinə (ATƏM) əvəzləyici kimi yanaşmaq da yanlış olar-

dı. Belə ki, ATƏM-in prioritetində olan ümumavropa təhlükəsizliyinin hərbi 

aspektlərinin ŞAƏŞ çərçivəsində müzakirə edilməsi, əksinə tamamlayıcı funk-

siya yerinə yetirirdi. Lakin ŞAƏŞ öz fəaliyyətində yalnız geniş müzakirələrin 

aparılması ilə kifayətlənmirdi. Bu qurumun nəzdində bir neçə qrup yaradıldı 

ki, bunların da əsas hədəfi əməkdaşlığın konkret istiqamətlərində planlı işin 

aparılmasının təşkil edilməsi idi [3,29]. Beynəlxalq aləmdə gedən mürəkkəb 

geosiyasi prosesləri nəzərə alan ABŞ başda olmaqla Qərb liderləri bununla 

da keçmiş Varşava Müqaviləsi Təşkilatı və postsovet ölkələrinin gələcəkdə 

NATO-ya  mərhələ-mərhələ  cəlb  edilməsinin  tərəfdarı  olduqlarını  elan  et-

miş oldular.Lakin Rusiyanın Şərqi Avropa və postsovet məkanını yenidən öz 

təsiri altına almaq məqsədini xarici siyasətinin prioriteti elan etməsi NATO-

nun transformasiya siyasətində əsas maneəyə çevrildi və sonralar bu xarici 

siyasət kursu daha “sərt” formaya keçdi.



Say 1-2 (15-16) • 2016 | STRATEJİ TƏHLİL 

103

1. “Soyuq müharibə”dən sonra Rusiyanın xarici siyasət 

strategiyası

Rusiya dövlət müstəqilliyini əldə etdikdən bir neçə ay sonra Xarici işlər 

naziri Andrey Kozırev xarici siyasət strategiyasını müəyyənləşdirərkən iki 

əsas  prioritet  istiqamət  təyin  etmişdi:  birincisi,  ABŞ  və  Qərbi  Avropa  ilə 

qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək; ikincisi, yenicə müstəqillik 

qazanmış MDB ölkələri ilə dostluq münasibətləri qurmaq. Kozırev xüsusilə 

qeyd etmişdi ki, bütün dünya Rusiyanın müasir demokratik ölkə və etibarlı 

tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə köməklik göstərməlidir. 

Belə bir transformasiya nəticəsində Rusiya öz imperialist ambisiyalarına üs-

tün gələ və Qərb birliyinin yeni üzvü kimi əsaslı iqtisadi islahatları həyata 

keçirməklə  qlobal  təhlükəsizliyə  öz  töhfəsini  verə  bilərdi.  Kozırevin  bu 

mövqeyi “Atlantizm” adlanırdı [4]. Ona görə də ABŞ-da və bütün Avropa-

da müzakirə olunan genişlənmə prosesi Rusiyanın siyasi elitasında, demək 

olar ki, heç bir narahatlıq doğurmurdu.

Rusiya hər vəchlə yeni demokratik Rusiya ilə Sovet imperiyası arasın-

dakı fərqi göstərməyə çalışırdı. Rusiyaya görə, SSRİ-nin dağılmasında bu 

ölkənin rolu digər sovet ölkələrinin hər birinin rolundan daha böyük idi və 

əgər Rusiya istəməsəydi, SSRİ heç vaxt dağılmazdı. Bir qrup məşhur şəxsin 

və dövlət xadiminin daxil olduğu Müdafiə və Xarici Siyasət Şurasının  1992-

ci  ilin  avqustunda  qəbul  etdiyi  “Rusiya  üçün  strategiya”  adlı  sənədində 

deyilirdi: “Rusiya Qərblə strateji tərəfdaşlıq yaratmalıdır. Bu tərəfdaşlıqda 

Rusiyanın üzərinə düşən vəzifə Şərqi Avropa, Orta Asiya və Uzaq Şərqdə 

vəziyyəti nizamlamaqdan ibarət olmalıdır” [3,35].

1992-ci ilin ortalarında Kozırev yeni era üçün Rusiyanın xarici siyasət 

maraqları  və  prioritetlərini  əks  etdirən  konsepsiyanın  hazırlanma-

sı  prosesinə  start  verdi.  Həmin  sənəd  1993-cü  ilin  yanvar  ayında  “Rusi-

ya Federasiyasının xarici siyasət konsepsiyası” adı altında nəşr olundu və 

aprel ayında Prezident Yeltsin tərəfindən təsdiq edildi. Konsepsiyada əks 

olunan doqquz prinsipin əksəriyyəti Rusiyanın etibarlı tərəfdaş kimi möv-

qeyinin  möhkəmləndirilməsi  və  iqtisadi  islahatların  həyata  keçirilməsinə 

əsaslanırdı. Yalnız bir prinsip təhlükəsizlik siyasətinə istinad edirdi. Kozıre-

vin mövqeyi ictimaiyyətin kollektiv rəyini əks etdirsə də, bəzi analitiklər bu 

addımın atılmasında daha diqqətli olmağı məqsədəuyğun hesab edirdilər. 

Məsələn, Rusiyanın ABŞ-dakı səfiri Vladimir Lukin ABŞ-ın “Xarici siyasət” 

jurnalında dərc olunan məqaləsində Kozırevdən fərqli olaraq daha praq-

matik mövqedən çıxış edərək qeyd edirdi ki, Rusiya nəinki öz maraqlarının 

müdafiəsi, həmçinin qlobal təhlükəsizliyə töhfəsini vermək üçün yenidən 

supergüc olmalı və ABŞ-la əməkdaşlıq bərabər tərəfdaşlıq əsasında həyata 

keçirilməlidir [3,29]. Oxşar fikirlər Prezident Yeltsinin məsləhətçisi Sergey 

Stankeviç tərəfindən səsləndirildi. Sergey Stankeviç hesab edirdi ki, Rusiya 

“atlantistlərin” kursunu tutmamalıdır, çünki bu kurs ona gətirib çıxaracaq ki, 

Rusiya Avropa ölkəsi və yaxşı təşkil olunmuş şəkildə dünya iqtisadiyyatının 




STRATEJİ TƏHLİL | Say 1-2 (15-16) • 2016

104 

bir parçası olacaq. Bununla da Atlantik bir-

liyinin üstün üzvlərinə - Birləşmiş Ştatlara 

və  Almaniyaya  çox  böyük  önəm  vermək 

məcburiyyətinə düşəcək [5]. Bu məsələdə 

Duma da qəti mühafizəkar mövqeyini or-

taya qoydu.

Beləliklə,  1993-cü  ilin  avqust  ayında 

Moskvada  yaranan  etirazı  nəzərə  alan 

Yeltsin  mövqeyini  və  əvvəlki  bəyanatını 

dəyişdi.  Sentyabr  ayının  15-də  Yeltsin 

ABŞ  Prezidenti  Klintona  və  digər  Qərb 

liderlərinə  yazdığı  məktubda  Mərkəzi  və 

Şərqi  Avropa  ölkələrinin  NATO-ya  da-

xil  edilməsinə  qarşı  olduğunu  bildirdi. 

Həmin  məktubun  sonunda  Prezident 

Yeltsin Rusiyanın Şərqi Avropa ölkələrinin 

təhlükəsizliyi, ərazi bütövlüyü, suverenliyi, 

sərhədlərinin toxunulmazlığı və regionda 

sülhün təminatı üçün NATO ilə iş birliyinə 

hazır olduğunu bildirsə də, Şərqi Avropa 

ölkələrinin öz fikir və mövqelərini, demək olar ki, nəzərə almamışdı [6].

Əslində NATO-nun şərqə doğru genişlənməsinə Moskvanın baxış buca-

ğı tamamilə fərqli idi. Rusiyaya görə ABŞ və Qərbi Avropanın Şərqi Avropa 

ölkələri ilə əməkdaşlığı yeni koalisiyanın yaranmasına gətirib çıxara bilərdi 

ki, bu da Rusiya üçün arzuolunan deyildi. Buna görə də genişlənmə siyasəti 

Rusiya  cəmiyyətində  şübhə  və  daha  çox  hiddətlə  qarşılanırdı  və  rusiyalı 

siyasətçilər bu siyasətə qarşı çox sərt mövqe nümayiş etdirirdilər. 

NATO-nun genişlənməsinə qarşı Rusiyanın mövqeyi Avropanın yeni ge-

osiyasi vəziyyətindən asılı idi. Bir çox problemlərin mövcudluğuna baxma-

yaraq Rusiya regionun ən nəhəng ölkəsi idi və bir çox təsir imkanlarına ma-

lik idi. Rusiya üçün NATO "soyuq müharibə" təşkilatı olaraq qalmaqda da-

vam edirdi. Belə neqativ mövqe, sözsüz ki, özünü geosiyasi imperativlərdə 

əks etdirməyə başladı. Bu imperativlər əslində o qədər də anlaşılan deyildi, 

amma  rəsmi  Moskva  istər  Alyansın  genişlənməsini  tamamilə  dayandır-

maq, istər effektivliyini azaltmaq, istərsə də tamamilə başqa bir istiqamətə 

yönəltməklə NATO-nun transformasiyasına hər vəchlə mane olmağa çalı-

şırdı. 


Bu  dəyişiklik  əsasən  iki  regionda  özünü  göstərdi:  birincisi,  Rusi-

ya xüsusən də Belarus və Ukrayna daxil olmaqla Qərbə inteqrasiya xətti 

götürən MDB ölkələrinə müxtəlif təzyiqlər göstərməyə, ikincisi NATO-nun 

Mərkəzi və Şərqi Avropa ölkələrinə doğru genişlənməsinə qarşı çıxmağa 

başladı. Bununla Rusiya əvvəllər nüfuz dairəsində olan regionları yenə də 

öz təsir sahəsində saxlamağa, Mərkəzi və Şərqi Avropa ölkələrinin neytral 

mövqedə qalmasına çalışırdı. Bu, həmin vaxtlara təsadüf edirdi ki, NATO 

NATO-nun genişlənməsinə 

qarşı Rusiyanın mövqeyi 

Avropanın yeni geosiyasi 

vəziyyətindən asılı idi. Bir çox 

problemlərin mövcudluğuna 

baxmayaraq Rusiya regionun 

ən nəhəng ölkəsi idi və bir 

çox təsir imkanlarına malik 

idi. Rusiya üçün NATO "soyuq 

müharibə" təşkilatı olaraq 

qalmaqda davam edirdi. Belə 

neqativ mövqe, sözsüz ki, 

özünü geosiyasi imperativlərdə 

əks etdirməyə başladı.



Say 1-2 (15-16) • 2016 | STRATEJİ TƏHLİL 

105

ilə Rusiya arasında gərginlik açıq-aşkar hiss olunurdu. Rusiya onunla xü-

susi münasibətlər qurulmadan genişlənmə baş verdiyi təqdirdə Alyansı acı 

nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq da edirdi. Bu xəbərdarlıq silahlar 

üzərində nəzarət müqaviləsinin pozulması, Rusiya tərəfindən idarə olunan 

bir hərbi blokun yaradılması və başqa təxribatçı addımlardan ibarət idi.

Öz sərhədlərinə hər hansı hərbi təhlükənin olduğunu müşahidə etdiyi 

halda Rusiyanın NATO-ya qarşı çıxmasına haqq qazandırmaq olar. Lakin 

Rusiya NATO ilə sərhədində ikiqat təhlükəsizlik zonası yaratmağa çalışırdı. 

Birinci zona rəsmi Moskva ilə yaxın əlaqələr qurmaqla Belarus və Ukray-

na tərəfindən təmin edilməli idi, əks-təqdirdə bu ölkələr Rusiya tərəfindən 

xaosa  sürüklənə  bilərdi.  Həm  Rusiya  ordusuna,  həm  də  qonşuluqdakı 

ölkələrin təcavüzünə qarşı həssas hesab olunan ikinci zona bitərəf Avropa 

dövlətləri tərəfindən təmin edilməli idi. Rusiyaya görə, bu dövlətlərin Al-

yansın təmin edə biləcəyi kollektiv müdafiə vasitəsilə öz təhlükəsizliklərini 

və  toxunulmazlıqlarını  saxlamaq  və  təkmilləşdirmək  məqsədilə  NATO-ya 

daxil  olmaq  üçün  heç  bir  hüquqi  haqları  yox  idi.  Bununla  Rusiya  başqa 

ölkələrin hesabına öz təhlükəsizliyini təmin etməyə çalışırdı. Lakin bu, o 

qədər də asan deyildi, çünki daha təhlükəsiz mühit formalaşdırmaq üçün 

NATO-ya üzv olmaq Şərqi Avropa ölkələrinin hüquqi və siyasi haqqı idi. 

Həmin ölkələrin Alyansa daxil olması elə bir formada təşkil edilə bilərdi 

ki, bu proses öz sərhədlərini müdafiə etmək iqtidarında və nəhəng nüvə 

ölkəsi olan Rusiya üçün heç bir hərbi təhlükə yaratmazdı. Əslində Rusiya-

nın NATO-nun genişlənməsinə qarşı çıxması yeni erada təhlükəsizliyi təmin 

etmək üçün sağlam təməllər üzərində qurulmuş strateji nəzəriyyədən de-

yil, onların “soyuq müharibə” dövründəki düşmənçilik münasibətlərindən 

irəli gəlirdi.

Rusiya  rəsmi  dairələrinin  bu  mövzu  ətrafında  mövqeyini  isə  əgər  belə 

demək  mümkünsə,  “açıq  şantaj”  kimi  xarakterizə  etmək  olardı.  Bu,  hələ 

ilk  dəfə  Şimali  Atlantika  Əməkdaşlıq  Şurasının  1992-ci  ilin  dekabr  ayında 

Stokholmda  keçirilən  sessiyasında  irəli  sürülən  “Şok  diplomatiyası”nda  öz 

təzahürünü tapmışdı. “Şok diplomatiyası” siyasətinin mahiyyəti Rusiyada is-

lahatlar uğursuzluqla nəticələnəcəyi təqdirdə hakimiyyətə milliyyətçi və sol-

revanşist qüvvələrin gəlmə ehtimalı ilə dünya birliyini təhdid etməkdən ibarət 

idi [3,36]. Sözsüz ki, Rusiyanı Avropaya daxil edilməməsi qorxutmurdu, çünki 

Rusiya Avropasız da mövcudluğunu saxlayacaqdı. Lakin narahatlıq doğuran 

bir çox suallar var idi: NATO-nun növbəti addımı nə olacaq? Alyansa daha 

hansı ölkələr üzv olacaq? Genişlənmə prosesi hara qədər davam edəcək? 

MDB ölkələrinin aqibəti necə olacaq? Bütün bu narahatlıqlar fonunda NATO 

1996-1997-ci  illər  genişlənməsinin  əhatə  dairəsi  barədə  konkret  qərarını 

elan etmədiyi müddətdə Rusiyanın verəcəyi reaksiya məlum deyildi. Amma 

Rusiyanın  tutduğu  mövqe  Alyansa  yeni  üzvlərin  qəbul  edilməsi  prosesini 

daha da sürətləndirə bilərdi və yaranan hər hansı bir böhran onun özünün 

məğlubiyyətinə səbəb olardı. Buna görə də Rusiya daha diplomatik metod-

lardan  istifadə  etməklə  ən  azından  digər  maraqlarına  hörmət  ediləcəyinə 



STRATEJİ TƏHLİL | Say 1-2 (15-16) • 2016

106 

əmin ola bilərdi. Yalnız bundan sonra təhlükəsizlik və iqtisadi genişlənməni 

müşayiət edən səmərəli dialoqdan söz açmaq mümkün olardı.

Bir çox səbəblər əsas verir qeyd edək ki, Rusiyanın bu “etatizm” siyasəti 

özündə  uzunmüddətli  və  çoxşaxəli  hədəfləri  əks  etdirirdi.  Çünki  güclü 

dövlətlər öz təhlükəsizliklərini sığortalamaq üçün, adətən, qonşuluqlarında 

yerləşən ölkələri bilavasitə öz təsir sahəsində saxlamağa çalışırlar. “Etatizm” 

siyasəti müasir ruslar tərəfindən Rusiyanın strateji tələbatlarına uyğun gələn 

bir model hesab olunurdu. Çünki Rusiya kapitalizmi tamamilə mənimsəmək 

və müasir iqtisadiyyat qurmaq üçün növbəti onillik boyu, bəlkə də, daha 

çox bir müddətə mübarizə aparmalı idi. Bununla yanaşı, Rusiya tamamilə 

zəifləmiş hərbi qüdrətini bərpa etmək üçün bir prosesə start vermişdi. Bu 

proseslə sülh, böhran və münaqişə zamanı bütün tapşırıqları icra etmək 

iqtidarında olan sayca kiçik, amma güclü bir ordu yaradılmalı idi. Belə bir 

orduya ancaq on il sonra nail olmaq mümkün idi. Lakin bu iqtisadi və hərbi 

məhdudiyyətlər Rusiyanın xarici siyasət kursundakı ambisiyalarını reallaş-

dırmasına  maneə  hesab  oluna  bilməzdi.  Buna  görə  də  Rusiya  “etatizm” 

siyasətində  çox  iddialı  idi.  Rusiya  MDB  ölkələrində  hökmranlıq  etməklə 

yanaşı, NATO-nun genişlənməsinin qarşısını almaq üçün Mərkəzi və Şərqi 

Avropa ölkələrini də müəyyən dərəcədə təsir dairəsində  saxlamağa çalışır-

dı. Maraqlı məqam o idi ki, Rusiya bu siyasəti Qərblə normal münasibətlər 

çərçivəsində  (özünü  vəziyyətə  uyğunlaşdıraraq  və  qarşılıqlı  güzəştlərə 

getməklə),  yoxsa  yeni  “soyuq  müharibə”yə  səbəb  ola  biləcək  daha  sərt 

mövqe tutmaqla (Qərb üçün real hərbi təhlükə yaratmaqla) tənzimləyəcək? 

Sonuncu ehtimalı nəzərə alaraq Qərb genişlənmə siyasətində daha ehtiyat-

la davranmağa başladı. Lakin Rusiya təhlükəsinin qarşısını almaq üçün güc-

lü Alyansın mövcudluğu zərurətə çevrilmişdi və Qərb genişlənmə prosesini 

vacib, eyni zamanda arzuolunan və düzgün hesab edirdi. Buna baxmaya-

raq,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  Alyansın  genişlənməsi  vəziyyəti  daha 

da mürəkkəbləşdirə bilərdi, çünki NATO üzvləri bir-birinə çox bağlı olan 

güclü bir kollektiv müdafiə təşkilatıdır və üzvlük əldə edən bütün ölkələr 

çox vacib öhdəliklər götürürlər və genişlənmə prosesi Alyansla yeni üzvlər 

arasında yaxın hərbi əlaqələrin inkişaf etdirilməsini də əhatə edir. Ona görə 

də bu proses çox uzun zaman tələb edirdi. İlk mərhələdə, ən azı beş il sonra 

Polşa, Çexiya, Macarıstan və Slovakiyanın Alyansa daxil edilməsi planlaş-

dırılırdı. Sonra cərəyan edə biləcək hadisələr hər kəs üçün naməlum idi. 

Qərb ölkələrinə görə, genişlənmə prosesi Mərkəzi və Şərqi Avropada yeni 

dövrün  geosiyasi  vəziyyətini  yüngülləşdirəcək  və  Qərb  ailəsinə  yeni  de-

mokratik ölkələrin daxil olmasına imkan yaradacaqdı. Lakin bu proses bir 

o qədər də riskli idi, çünki Qərb birliyini bilavasitə Rusiyanın sərhədlərinə 

yaxınlaşdırırdı [7]. 

Buna görə Qərb üçün diqqətlə düşünülmüş strateji planlama zəruri idi.

Effektiv planlama konkret hədəflərin təyin edilməsilə başlayır. Qərbin üç 

əsas hədəfi var idi: üzv ölkələrin transatlantik təşkilata bağlılığını qorumaq; 

Mərkəzi və Şərqi Avropada ictimai-siyasi sabitliyi təmin etmək, bazar iqti-



Say 1-2 (15-16) • 2016 | STRATEJİ TƏHLİL 

107

sadiyyatını inkişaf etdirmək və qərbyönümlü meyilləri gücləndirmək; MDB 

ölkələrində sabitliyə nail olmaq üçün Rusiya ilə konstruktiv münasibətlər 

qurmaq.


Lakin  1994-cü  il    yanvar    ayının    ortalarında    Prezident    Bill    Klinto-

nun  Moskvaya  səfəri  zamanı  Prezident  Yeltsin  NATO-nun  “Sülh  naminə 

tərəfdaşlıq”  (SNT)  təşəbbüsünü  dəstəkləsə  də,  Rusiyanın  proqrama  qo-

şulmaqda  maraqlı  olmadığını  açıq-aşkar  hiss  etdirdi.  Xarici  Əlaqələr 

Komitəsinin  sədri  təyin  olunmuş  Vladimir  Lukin  SNT  proqramının  imza-

lanmasının Rusiyanın həyati vacib maraqlarına təhdid olduğunu bildirdi və 

Birləşmiş Ştatları Rusiyanı Mərkəzi Asiya və Qafqazdan sıxışdırıb çıxarmaq-

da  ittiham  etdi  [8,35].  Fevral  ayının  sonunda  Prezident  Yeltsin  Duma  və 

Federasiya Şurasının birgə iclasında çıxış edərək bildirdi ki, Rusiyanın xarici 

siyasəti ölkənin milli maraqlarının müdafiəsinə əsaslanmalıdır. O, xüsusilə 

vurğuladı  ki,  Rusiya  qoşulmadığı  təqdirdə  Şərqi  Avropa  ölkələri  NATO-

ya  qoşula  bilməz.  Bundan  əlavə,  Prezident  Yeltsin  qeyd  etdi  ki,  Qərblə 

əməkdaşlıq davam etdiriləcək, amma öz milli maraqlarının müdafiəsi Rusi-

yanın toxunulmaz haqqı olaraq qalmalıdır [9].

Rusiya elitasının geniş spektri aşağıdakı müxtəlif səbəblərə görə SNT 

proqramına qoşulmanın tərəfdarı deyildi [3,39]:

- əvvəla, hələ 1992-ci ildə Boris Yeltsin Rusiyanın NATO-ya üzvlüyünü 

xarici siyasətinin əsas məqsədlərindən biri kimi bəyan etmişdi. Lakin SNT 

proqramı Rusiyanı digər kiçik Avropa dövlətləri ilə birlikdə NATO-ya üzv 

olmaq üçün növbə gözləməyə məcbur edirdi. Əvvəlki mövqelərin itirilməsi 

ilə  barışmayan  siyasi  elitanın  bir  qrup  nümayəndəsi  bunu  Rusiyanın 

fövqəldövlət statusuna xələl gətirə biləcək hal hesab edirdilər.

- ikincisi, belə hesab edilirdi ki, digər MDB dövlətlərilə bir yerdə proqra-

ma qoşulmaq, Rusiyanın birlik daxilində lider roluna zərbə vurmaqla yana-

şı, MDB daxilində strateji əməkdaşlıq prosesini əngəlləyə bilər. Buna görə 

də Rusiya üçün şəxsi təhlükəsizlik zolağının yaradılmasının zəruriliyi qeyd 

edilirdi.

- üçüncüsü, SNT proqramının bəndlərindən biri hərbi təhlükəyə məruz 

qalan  dövlətə  NATO  ilə  məsləhətləşmələr  aparmaq  imkanları  yaradır-

dı.  “Fövqəldövlət”  təfəkkürlü  qüvvələr  isə  belə  hesab  edirdi  ki,  Rusiya-

ya hərbi təhlükə zamanı kimləsə məsləhətləşmələr aparmaq lazım deyil. 

Fövqəldövlət statusuna iddia edən dövlət özünü müdafiə etməyi də ba-

carmalıdır. Əksinə SNT proqramı Rusiya üçün onun statusuna uyğun ola-

raq Avropa təhlükəsizliyi problemləri ətrafında müzakirələr aparmaq üçün 

əlavə imkanlar yaratmalıdır [10].

-  dördüncüsü,  proqramın  NATO  və  digər  ölkələrin  orduları  ilə 

əməkdaşlıq məsələsinə aid bəndində ordu üzərində demokratik nəzarətin 

zəruriliyindən danışılırdı. Bunun isə əsas iki şərti irəli sürülürdü: müdafiə 

nazirinin mülki şəxs olması və orduda yeni geosiyasi şəraitə uyğun islahat-

ların aparılması. Ordunu şəxsi “votçina”sı hesab edən Rusiya generaliteti 

həm bu “votçina”nı kimləsə bölməyi nəzərdə tutan birinci, həm də xeyli 



STRATEJİ TƏHLİL | Say 1-2 (15-16) • 2016

108 

general postunun ixtisar edilməsini nəzərdə tutan ikinci müddəa ilə prinsi-

pial olaraq razılaşmaq istəyindən uzaq idi [11].

Rusiya demək olar ki, bütün 1994-cü il boyu gah SNT proqramına qo-

şulmaq istəyi barədə NATO-ya müraciət etdi, gah da kəskin etirazlarla Al-

yansdan gələn təklifləri rədd etdi. İlin əvvəllərində Rusiya SNT təşəbbüsünü 

dəstəklədiyini bildirsə də, sonradan Qərblə Bosniya məsələsində yaranan 

anlaşılmazlıqlar nəticəsində proqramdan üz döndərdi. Bir müddət sonra 

yenidən  təşəbbüsü  dəstəklədiyini  bildirdi,  amma  qısa  zaman  içərisində 

yenidən  geri  çəkildi  və  ABŞ-Rusiya  hərbi  təlimlərini  təxirə  saldı.  Martın 

sonlarında Rusiya yenidən SNT proqramına qoşulmaqda maraqlı olduğunu 

bildirdi, amma bu dəfə ona “xüsusi münasibət” göstərilməsini və Avropanın 

təhlükəsizliyi ilə bağlı olan bütün məsələlərdə qarşılıqlı məsləhətləşmələrin 

aparılmasını  tələb  etdi.  Nəhayət,  1994-cü  ilin  iyun  ayında  Rusiya  SNT 

proqramına qoşulmağa qərar verdi. NATO Rusiyanın Alyansın qərarvermə 

prosesində iştirakına razılıq verməsə də, Rusiyaya supergüc kimi  münasibət 

göstərilməsinin zəruri olduğunu etiraf etdi [8,64]. 

Danışıqlar bütün yay fəsli boyu davam etdirildi və görünürdü ki, Rusiya 

payızda SNT proqramında aktiv iştirak edəcək. Dekabr ayında NATO-ya üzv 

ölkələrin xarici işlər nazirlərinin toplantısında Kozırev Alyansın genişlənmə 

siyasətində  israrlı  olduğuna  görə  ölkəsinin  mövqeyinin  dəyişdiyini  elan 

etdi və bildirdi ki, Rusiya SNT proqramında iştirak etməyəcək. Daha son-

ra  o,  "NATO-nun  genişlənməsi  haqqında  tədqiqat"ın  başlanması  üçün 

hazırlanan məruzədə Rusiya ilə yetərincə məsləhətləşmələr aparılmadığı-

na  görə  öz  etirazını  bildirdi.  Həmin  ərəfədə  Rusiya  mediasında  “Kozırev 

Qərbin  səmimiliyinə  şübhə  edir”,  “Rusiya  ikili  standartlardan  narazıdır”, 

“Brüsseldə böhran yaşanır”, “NATO-nun genişlənmə planları Avropada “so-

yuq sülh”ü qaçılmaz edir” kimi ən çox diqqət çəkən xəbər başlıqları Rusiya 

ictimaiyyətində ciddi narahatlıq doğururdu.

Bir neçə gün sonra, dekabr ayının 5-də Budapeştdə ATƏT-in sammi-

ti  keçirildi.  Sammitdə  Prezident  Yeltsin  NATO-nun  Rusiya  maraqlarının 

əleyhinə genişlənəcəyi təqdirdə "soyuq sülh"ün qaçılmazlığı barədə Qərbə 

xəbərdarlıq etdi [12].

2. NATO-nun transformasiya siyasəti və Rusiya faktoru

 1995-ci ilin əvvəllərində NATO-nun genişlənməsinə qarşı Rusiyada eti-

razlar get-gedə daha sərt xarakter almağa başladı və  SNT proqramı ilə 

bağlı danışıqların müddəti uzadıldı. 1995-ci ilin fevral ayında Sergey Ka-

raqanovun “Başqa bir məğlubiyyətin qorxusu” başlığı altında nəşr edilən 

məqaləsində  genişlənmə  prosesi  ilə  bağlı  narahatlıq  aşkar  hiss  olunur-

du. Müəllif həmin məqalədə qeyd edirdi: “NATO-nun genişlənmə planları 

yeni Yalta danışıqlarına zərurət yaradır, eyni zamanda, Avropanın yenidən 

bölünməsi riskini gündəmə gətirir. Rusiya ona təklif olunan şərtləri qəbul 

etdiyi təqdirdə məğlub olacaq. Lakin bu mübarizədən Avropa da qalib çıx-




Say 1-2 (15-16) • 2016 | STRATEJİ TƏHLİL 

109

mayacaq. Ona görə də biz əlimizdən gələni etməliyik ki, bu proses dayan-

dırılsın və ya ən azından təxirə salınsın. Bunların heç biri mümkün olma-

dıqda isə biz öz blokumuzu yaratmalıyıq” [13,19]. Lakin Brüsseldən gələn 

qeyri-rəsmi ismarıclara əsasən belə nəticə çıxarmaq olardı ki, NATO-nun 

genişlənmə prosesi yavaş templə həyata keçiriləcək. 

1995-ci  ilin  may  ayında  faşizm  üzərində  qələbənin  50  illik  yubileyi 

münasibətilə  Moskvaya  səfər  edən  Prezident  Bill  Klintonla  Boris  Yeltsin 

arasında  görüş  keçirildi.  Həmin  görüşdə  iqtisadi  məsələlərdən  daha  çox 

təhlükəsizlik məsələləri müzakirə olundu. Tərəflər arasında bəzi müqavilələr 

imzalansa da, narahatlıq hissi və gərginlik hiss olunmaqda idi. Prezident 

Klinton öz çıxışında qeyd etdi ki: “Bizim aramızda müəyyən fərqlər möv-

cuddur,  lakin  biz  münasibətlərimizi  normal  qaydaya  salmaq  və  ümumi 

təhlükəsizliyimizi təmin etmək üçün bir çox məsələləri həll etməyə davam 

edirik”.  Prezident  Yeltsin  bu  fikrə  soyuq  bir  şərh  verməklə  kifayətləndi: 

“Hətta Budapeşt sammitindən sonra bir çox istiqamətlərdə fərqlər hələ də 

aradan qalxmayıb. Önəmli olan odur ki, biz bütün məsələlərə maraqlar və 

münasibətlərdəki balansı saxlamaq şərtilə müraciət edirik” [14]. Lakin Yelt-

sin NATO-nun genişlənməsi prosesi ilə bağlı narahatlığını bildirsə də, SNT 

proqramında iştirak etməyə razılaşdı.

Üç həftə sonra keçirilən NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin 

növbəti toplantısında Kozırev  Rusiyanın SNT proqramında aktiv iştirakına 

imkan verəcək iki sənəd imzaladı. Birinci sənəd birgə təlim və fəaliyyətlərin 

həyata  keçirilməsi  üçün  əsas  təşəbbüsləri,  ikinci  sənəd  isə  spesifik 

əməkdaşlıq sahələrini əhatə edirdi.

Bununla da NATO genişlənmə prosesini həyata keçirməklə yanaşı sabit 

münasibətləri təmin etmək məqsədilə Rusiya ilə paralel danışıqların apa-

rılmasına razılıq verdi. Bunun ardınca isə “16+1” toplantısı keçirildi və Ko-

zırev NATO xarici işlər nazirləri ilə yeni yanaşmanı müzakirə etdi. Yenə də 

NATO-nun genişlənməsinə qəti qarşı çıxan Kozırev bu prosesin Rusiyanın 

milli  maraqlarına  qarşı  olduğunu  və  Avropada  yenidən  geosiyasi  qarşı-

durmanın yarana biləcəyinin istisna olmadığını bildirdi. Kozırev Rusiya ilə 

NATO arasındakı təhlükəsizlik müqaviləsində Rusiyaya “xüsusi münasibət” 

göstərilməsinin  nəzərdə  tutulması  məsələsinin  zəruriliyini  irəli  sürdü  və 

qeyd etdi ki, ancaq o halda Rusiya Şərqi Avropa ölkələrinin Alyansa qoşul-

masına etiraz etməyəcək [15,65].

Kozırev 1995-ci ilin ortalarında Rusiyanın yeni strateji doktrinasını ye-

kunlaşdırdı və ABŞ-ın “Xarici siyasət” jurnalında onun “Tərəfdaşlıq, yoxsa 

soyuq sülh?” başlığı altında Rusiyanın mövqeyini açıq əks etdirən məqaləsi 

dərc olundu [16]. Həmin məqalədə Kozırev qeyd edirdi ki, rus xalqı Rusiya-

nın beynəlxalq arenada dövlət maraqlarının müdafiəsi üçün özünə güvənən 

bir güc mərkəzi olmasını istəyir. O, Birləşmiş Ştatlarla olan münasibətləri 

evlilikdən sonrakı “bal ayı”na bənzədərək hər gün ortaya çıxan problemlərin 

yeganə həllini praktiki fəaliyyətdə görürdü. Praktiki fəaliyyət nə ola bilərdi? 

Kozırev belə bir fəaliyyət kimi NATO-nun genişlənməsinin dayandırılmasını 



STRATEJİ TƏHLİL | Say 1-2 (15-16) • 2016

110 

hesab edirdi. O qeyd edirdi ki, tərəfdaşlıq o zaman səmərəli olur ki, qarşılıq-

lı maraqlar nəzərə alınsın. Ümumiyyətlə, Kazırevin bu məqaləsi son üç ildə 

(1992-1995)  Rusiyanın  strateji  düşüncəsinin  nə  dərəcədə  dəyişdiyindən 

xəbər verirdi.

1995-ci ilin son ayları daha çox fikir ayrılığı və qarşıdurmalarla müşahidə 

olundu. NATO üçün bu aylar Avropanın təhlükəsizlik məsələlərində Alyan-

sın etibarının artması ilə yadda qaldı. Sentyabr ayında Alyansın “NATO-nun 

genişlənməsi haqqında tədqiqat”ı nəşr olundu. Bu da öz növbəsində möv-

cud vəziyyəti daha da gərginləşdirdi. Rəsmi Moskvanın mövqeyinə görə, 

bu tədqiqatda Rusiyanın maraqları qətiyyən nəzərə alınmamışdı və Alyan-

sa üvlük üçün müraciət edən ölkələrin qeyd-şərtsiz qəbulu nəzərdə tutulur, 

bu ölkələrin ərazisində xarici orduların və nüvə silahlarının yerləşdirilməsi 

isə istisna olunmurdu.

Genişlənmə fonunda NATO-Rusiya razılaşmasının növbəti aktı 1996-cı il 

dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində qəbul olundu. Azərbaycan 

Respublikasında  daha  çox  Qarabağ  probleminin  müzakirəsi  ilə  yad-

da  qalan  Lissabon  sammitinin  başlıca  məsələsi  NATO-nun  şərqə  doğru 

genişlənməsi  kontekstində  Avropada  təhlükəsizliyin  təmin  edilməsinin 

mümkünlüyünü müəyyən etmək idi. Sammitin yekun sənədlərində NATO-

nun genişləndirilməsi barədə konkret heç nə deyilməsə də, qəbul edilmiş 

bəyannamənin razılaşdırılmış bəndləri və görüşdən sonrakı hadisələrin ge-

dişi sübut edirdi ki, Qərblə Rusiya arasında nüfuz dairələrinin yeni bölgüsü 

baş vermişdir [3,89].

1996-cı  il  dekabr  ayının  10-da  Şimali  Atlantika  Şurası  Brüsseldə  top-

landı.  Həmin  toplantıda  müttəfiqlər  Prezident  Klintonun  1997-ci  ildə 

NATO-nun  növbəti  sammitinin  keçirilməsi  təklifini  qəbul  etdilər.  Sammi-

tin  8-9  iyul  tarixlərində  Madriddə  keçirilməsinə  və  bir  neçə  ölkənin  Al-

yans  üzvlüyünə  dəvət  edilməsinə,  nəhayət,  həmin  ölkələrin  üzvlüyünün 

1999-cu ildə NATO-nun 50 illik yubileyi ərəfəsində reallaşdırılmasına qərar 

verdilər, eyni zamanda Alyansın digər ölkələrin üzvlüyünə açıq olduğunu 

bir daha elan etdilər [17]. Lakin buna nail olmaq üçün ilk növbədə Rusi-

ya məsələsi həll edilməli idi. Moskvanın NATO-nun genişlənməsinə qarşı 

çıxması onun ABŞ və digər Qərb ölkələri ilə münasibətlərini riskə atırdı. 

Alyansın  genişlənməsinə  qarşı  olanlar  hesab  edirdilər  ki,  transformasiya 

prosesi Rusiyanı özündən çıxaracaq, bu yolla keçmiş SSRİ-nin hərbi po-

tensialını,  xüsusən  də  nəhəng  nüvə  infrastrukturunun  imkanlarını  azalt-

maq  üçün  birgə  səylərin  mümkünlüyü  heçə  endiriləcək  [18].  Amma  bu 

gərginliyin  çözülməsi  istiqamətində  müəyyən  addımlar  atılmalı  idi.  Klin-

ton  Administrasiyası  və  “genişlənmə”nin  digər  tərəfdarları  üçün  Rusiya 

məsələsi aydın idi. Vaşinqtonun NATO-nun genişlənməsi, daha təhlükəsiz 

və böyük Avroatlantik cəmiyyətin yaradılması haqqında məsələni öz xari-

ci siyasətinin prioritet məqsədi elan etməsi Rusiya ilə siyasi, hərbi-strateji 

əlaqələrdə dərin böhran yaratmışdı. 90-cı illərin birinci yarısına qədər ABŞ-

ın  NATO-nun  genişlənməsi  məsələsinə  münasibətdə  nümayiş  etdirdiyi 



Say 1-2 (15-16) • 2016 | STRATEJİ TƏHLİL 

111

mövqe Rusiyadakı siyasi proseslərdən müəyyən qədər asılı olduğu halda, 

sonrakı  illərdə  bu  asılılıq  tədricən  zəifləmişdi.  Dünyada  yeni  beynəlxalq 

münasibətlər  sisteminin  formalaşması,  ABŞ  Konqresində  NATO-nun 

genişləndirilməsinin tərəfdarları kimi çıxış edən respublikaçıların üstünlük 

təşkil etməsi ABŞ-Avropa münasibətlərinə böyük təsir göstərdi və nəticədə 

Transatlantika münasibətləri ciddi təkamülə məruz qaldı. Dünyanın yeganə 

fövqəldövlətinə  çevrilən  ABŞ  üçün  NATO-nun  əhəmiyyəti  daha  da  art-

dı [8]. Bu dövrdən başlayaraq Rusiya Alyansın genişlənməsi ilə əlaqədar 

daha sərt mövqe nümayiş etdirməyə başladı. Alyansın nüfuz dairəsinin və 

hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması nəticəsində ABŞ-

ın qitədə rəqib kimi Rusiyanın geosiyasi və hərbi potensialının bərpasına 

imkan  verməyəcəyini  anlayan  Moskva  NATO-ya  ABŞ-ın  liderlik  etməsini 

qəbul  etmirdi.  1996-cı  il  iyulun  23-də  ABŞ  Konqresi  NATO-nun  şərqə 

doğru  genişlənməsi  haqqında  3364  saylı  qətnamə  qəbul  etdi.  Qətnamə 

ilə Polşa, Macarıstan və Çexiyanın NATO-ya qəbul edilməsi istiqamətində 

aparılacaq  işlərə  yardım  məqsədilə  60  milyon  dollar  vəsaitin  ayrılması 

ilə yanaşı, Ukrayna, Moldova və Baltikyanı dövlətlərin də NATO-ya dəvət 

edilməsi haqqında qərar qəbul edildi. ABŞ bununla faktiki olaraq NATO-

nun genişləndirilməsi məsələsini həyata keçirməkdə nə qədər qərarlı ol-

duğunu və Rusiyanın da bu prosesə heç bir vəchlə mane ola bilməyəcəyini 

nümayiş etdirmiş oldu. NATO-nun genişlənməsi və Rusiyaya qarşı sərt xətt 

siyasətinin yürüdülməsinin tərəfdarı kimi tanınan ABŞ-ın yeni Dövlət katibi 

Madlen Olbraytın 1997-ci ilin əvvəllərində Avropaya səfəri ilə NATO-nun 

şərqə doğru genişlənməsi məsələsi ətrafında aparılan danışıqların növbəti 

mərhələsi başladı. Lakin Rusiyaya səfəri zamanı Madlen Olbrayt Moskvanı 

Alyansın  genişlənməsinin  Rusiyanın  təhlükəsizliyini  təhdid  etməyəcəyinə 

inandırmağa  çalışdı  [19].  Beləliklə,  Klinton  Adminstrasiyası  nə  Rusiyanın, 

nə də hər hansı bir NATO ölkəsinin genişlənməyə qarşı olmasını qəbul edə 

bildi. Bununla da Adminstrasiya Rusiya ilə münasibətləri inkişaf etdirmək 

məsələsini öz xarici siyasətinin prioritet istiqamətinə çevirdi və bu mövzuda 

hər hansı narazılığın yaranmamasını qarşısına məqsəd qoydu. NATO-nun 

genişlənməsinin Rusiyanın razılığı ilə baş verməsinə tərəfdar olan Almani-

ya və Fransaya görə Rusiyanın bərabərhüquqlu üzv kimi NATO-nun digər 

üzvləri ilə bərabər masa arxasında oturmasına imkan verən xüsusi komitə 

yaradılmalı idi. Məhz həmin masa arxasında bütün təhlükəsizlik və müdafiə 

məsələləri - müştərək missiyalarda iştiraketmə, raket əleyhinə müdafiə sis-

teminin yaradılması sahəsində əməkdaşlıq, hərbi məlumatların mübadiləsi 

və s. müzakirə olunmalı idi [20]. 

1997-ci ilin mart ayında Prezident Yeltsin Rusiyanın mövqeyini aşağıda-

kı şəkildə ümumiləşdirdi [21,112]:

-  Rusiya  NATO-nun  genişlənmə  planlarına,  xüsusən  də  şərqə  doğru 

irəliləməsinə  qarşı  mövqeyində  dəyişməz  qalır  və  genişlənmə  barəsində 

verilən qərar yeni qarşıdurmaya gətirib çıxara bilər;

- NATO və Rusiya arasında Rusiyanın təhlükəsizliyinə təminat verən sənəd 



STRATEJİ TƏHLİL | Say 1-2 (15-16) • 2016

112 

imzalanmalıdır və Alyans öz hərbi infrast-

rukturunun şərqə doğru genişlənməməsi 

barədə  öhdəlik  götürməli,  eləcə  də  hal-

hazırda  olan  hərbi  bazalardan  başqa 

hərbi  baza  yerləşdirməməlidir.  Bundan 

əlavə, nüvə silahlarının yerləşdirilməməsi 

barədə öhdəlik sənəddə qeyd edilməlidir;

- NATO-nun transformasiyası ilə bağ-

lı müştərək müzakirələr aparılmalı və bu 

müzakirələrdə Avropanın təhlükəsizliyi ilə 

bağlı  bütün  məsələlərdə  Rusiyanın  ma-

raqları nəzərə alınmalıdır.

NATO-nun  genişlənməsinə  qarşı  sərt 

mövqe nümayiş etdirməsinə baxmayaraq 

Rusiya rəhbərliyi Alyansın genişlənmə prosesinin qaçılmaz olduğunu qəbul 

etdi və bəzi güzəştlərə getməyə məcbur oldu. Amma Rusiya öz maraqları 

ilə  bağlı  NATO  qərarları  üzərində  təsirini  saxlamağa  çalışırdı.  Bu  məsələ 

1997-ci il Helsinki Zirvə toplantısında Bill Klintonun Rusiya Prezidenti Bo-

ris Yeltsinlə görüşünün əsas müzakirə mövzusu oldu. Beləliklə, NATO-nun 

genişlənməsi prosesinin qarşısını almaqda aciz qalan Rusiya məcburiyyət 

qarşısında qalaraq NATO ilə danışıqlara girib, Alyansın genişlənməsinin Ru-

siya üçün gələcəkdə doğura biləcək mənfi nəticələrini minimum səviyyəyə 

endirmək istiqamətində fəaliyyətə başladı. Həmin görüşdə hər iki lider belə 

bir nəticəyə gəldi ki, Alyans genişlənəcəyi təqdirdə NATO-nun transforma-

siyasını və Rusiya reallıqlarınının detallarını əks etdirən yeni bir sənəd ol-

madığı müddətdə tərəflər arasında kəskin narazılıqlar davam edəcək [22]. 

İki ay sonra Parisdə Prezident Boris Yeltsin və Alyans liderlərinin iştirakı ilə 

“Rusiya Federasiyası ilə NATO arasında qarşılıqlı münasibətlər, əməkdaşlıq 

və təhlükəsizlik haqqında əsas akt” imzalandı. Aktda tərəflərin demokratiya 

və təhlükəsizlik prinsipləri əsasında Avroatlantik məkanda uzunmüddətli və 

hərtərəfli sülhün təmin edilməsi məqsədi bəyan olunurdu. NATO ölkələri 

bloka  yeni  daxil  olan  dövlətlərin  ərazisində  nüvə  silahı  yerləşdirməmək 

və  hərbi  fəallığı  məhdudlaşdırmaq,  Avropada  silahlanmanın  əvvəlki 

səviyyəsini  saxlamaq  haqqında  öhdəlik  götürdülər.  Razılığa  əsasən,  Ru-

siya-NATO Birgə Daimi Məşvərət Şurası yaradılmalı və ildə iki dəfə xarici 

işlər  və  müdafiə  nazirləri,  hər  ay  isə  səfirlər  və  NATO  Şurasındakı  daimi 

nümayəndələr səviyyəsində məsləhətləşmələr aparılmalı idi. Bu Şurada iş-

tirak edən tərəflər tam hərəkət azadlıqlarını saxlayırdılar, lakin Rusiya bu 

dəfə də can atdığı veto hüququnu ala bilmədi [26]. Aktda keçmiş rəqiblərin 

strateji tərəfdaşlığının ilkin şərtləri  əks  olundu. Lakin əməkdaşlığın real-

laşmasında yanaşmalar fərqlənirdi. Ehtimal ki, tərəflər sadəcə əməkdaşlıq 

oyunu oynayırdı. Əslində bütün bunlar bir növ Rusiyanın sakitləşdirilməsinə 

yönəlmişdi. Alyans ümid edirdi ki, Rusiya tədricən yumşalacaq, NATO ölkəsi 

olmasa belə ən azından etibarlı tərəfdaş olacaq. Kommunist Partiyasının 

NATO-nun genişlənməsi 

prosesinin qarşısını almaqda 

aciz qalan Rusiya məcburiyyət 

qarşısında qalaraq NATO ilə 

danışıqlara girib, Alyansın 

genişlənməsinin Rusiya üçün 

gələcəkdə doğura biləcək mənfi 

nəticələrini minimum səviyyəyə 

endirmək istiqamətində 

fəaliyyətə başladı. 



Say 1-2 (15-16) • 2016 | STRATEJİ TƏHLİL 

113

sədri Gennadi Züqanov bu müqaviləni “Versal” müqaviləsinə bənzədərək, 

Rusiyanın tamamilə təslim olması kimi qiymətləndirdi [13,28].

Aktı imzalamaqla Rusiya aşağıdakı dörd məqsədə nail olmağa çalışırdı:

▪ 

NATO-nun genişlənməsinin hərbi təsirlərini minimuma endirmək 



(Rusiya istəyirdi ki, onun sərhədlərində hərbi bazaların yerləşdirilməməsi 

barədə Alyansdan təminat alsın);

▪ 

Alyansın gələcəkdə genişlənməməsi barədə (xüsusən də Baltikyanı 



ölkələr ilə münasibətdə) təminat almaq;

▪ 

NATO-nun  gələcək  transformasiyası  üzərində,  xüsusən  də  “Yeni 



strateji konsepsiya”nın hazırlanması prosesində təsir imkanlarını artırmaq; 

▪ 

BMT və ATƏT-in mandatı olmadan ordudan istifadə olunmaması 



barədə NATO-nun öhdəlik götürməsinə nail olmaq.

Əslində aktın imzalanması Rusiyadan daha çox NATO-nun xeyrinə idi. 

Lakin müttəfiqlər Rusiyanın narahatlığına son qoymaq üçün bəzi güzəştlər 

etdilər.  Ən  əsası  Moskva  əmin  edildi  ki,  Alyansa  yeni  üzvlərin  qəbul 

edilməsilə Mərkəzi və Şərqi Avropada təhlükəsizlik mühiti Rusiyanın ziya-

nına dəyişməyəcək. Müttəfiqlər eyni zamanda hərbi qüvvə və vasitələrin 

yerləşdirilməsi baxımından da müəyyən güzəştlər etdilər. Onlar yeni üzv 

olan  ölkələrin  ərazisində  nüvə  silahları  yerləşdirməyə  və  nüvə  siyasətini 

dəyişməyə heç bir plan və niyyətlərinin olmadığını rəsmən bəyan etdilər 

[23].


Rusiya ilə münasibətlər “yumşaldıqdan” sonra növbəti sual ortaya çıxdı: 

Alyansa əvvəlcə hansı ölkələr dəvət olunmalı idi? Bütün müttəfiqlər razılığa 

gəldilər ki, beş namizəd ölkə - Çexiya, Macarıstan, Polşa, Rumıniya və Slo-

veniya üzvlüyə daha hazırdırlar. Bununla da aktın imzalanması NATO-nun 

“soyuq müharibə”dən sonrakı ilk genişlənməsi üçün əlverişli şərait yarat-

dı və razılaşma əldə edildi ki, ilk üç ölkə 1997-ci ilin iyul ayında Madrid 

Zirvə toplantısında üzvlüyə dəvət olunsun. Yenə eyni sual qalmaqda davam 

edirdi  ki,  əgər  əlavə  ölkələrə  üzvlük  təklif  olunacaqsa,  bu  ölkələr  hansı-

lar olacaq? Alyansın genişlənməsi məsələsinə öncədən könülsüz olsa da, 

Fransa Rumıniyanın üzvlüyünü dəstəklədi. Bunun iki səbəbi var idi: Birin-

cisi, ABŞ Rumıniyanın üzvlüyünü az dəstəklədiyi üçün Fransa NATO-nun 

ABŞ-ın aparıcı ölkə olması imicinə qarşı çıxmaq istəyirdi. İkincisi, Rumıniya 

rəsmi Parisə Buxarestlə uzunömürlü bağlar və gələcək perspektivlər vəd 

edirdi. Sloveniyanın namizədliyi onun yeganə NATO qonşusu olan İtaliya 

tərəfindən güclü şəkildə dəstəklənirdi. Paris və Roma hər iki ölkənin Al-

yansa  daxil  olmasını  dəstəklədi  və  bu  vəziyyət  digər  yeddi  NATO  ölkəsi 

(Belçika, Kanada, Yunanıstan, Lüksemburq, Portuqaliya, İspaniya və Türkiyə) 

tərəfindən dəstəkləndi. Bunun əksinə olaraq, İslandiya və Britaniya sadəcə 

ilk üç ölkənin namizədliyinin tərəfində idilər, çünki Britaniya Alyansın bu 

şəkildə genişlənməsini heç də istəmirdi. Digər dörd üzv ölkə (Danimarka, 

Almaniya,  Niderland və  Norveç)  Alyansa  üç,  dörd  və  yaxud beş  ölkənin 

dəvət olunması barəsində tamamilə qərarsız idilər [21,131].

Bütün ziddiyyətlərinə baxmayaraq, həmişə olduğu kimi yenə də Alyansla 



STRATEJİ TƏHLİL | Say 1-2 (15-16) • 2016

114 

bağlı həlledici qərarlar ABŞ-a məxsus idi, çünki Qərbi Avropa dövlətləri ABŞ-

ın  iştirakı  olmadan  təhlükəsizliklərinin  təmin  edilməsinin  qeyri-mümkün 

olduğunu gözəl bilirdilər.  Beləliklə, sonda ABŞ sadəcə üç ölkə - Çexiya Res-

publikası, Macarıstan və Polşanın dəvət edilməsi seçimini dəstəklədi, eyni 

zamanda “açıq qapı” siyasətini təkrar bəyan etdi. Bu qərarın verilməsində  

ABŞ-ın  dörd  səbəbi  var  idi:  Birincisi,  ABŞ  Senatında  Rumıniya  və  Slove-

niyanı  dəstəkləyən  senatorlar  var  idi.  Buna  görə  də  sadəcə  üç  ölkənin 

üzvlüyü  üçün  Senatdan  kifayət  qədər  dəstək  alacağına  inanırdı.  İkincisi, 

NATO ən azından ilkin mərhələdə çox ölkə dəvət etməkdənsə, az sayda 

ölkənin üzvlüyünün reallaşmasını vacib hesab edirdi. Üçüncüsü, Alyansın 

genişlənməsinə  ayrılan  maliyyə  vəsaitinin  əsas  rol  oynadığını  nəzərə  al-

saq, ilk mərhələdə daha az ölkənin üzv olması məqsədəuyğun idi. Nəhayət, 

sonuncusu,  Administrasiya  “açıq  qapı”  siyasətini  yeritməyə  qərarlı  oldu-

ğundan birinci mərhələdən sonra bir, yaxud da iki ölkənin dəvət edilməsi 

önəmli deyildi. Önəmli olan o idi ki, əgər birinci mərhələ gerçəkləşərsə, 

ikinci mərhələdə, sözsüz, gerçəkləşəcək. Bəzi NATO liderlərinin narazılıqla-

rına baxmayaraq, ABŞ qəti mövqeyini ortaya qoydu və bu ölkələrin üzvlüyə 

namizədliyini heç bir ölkə məhdudlaşdıra bilmədi [20].

Nəticə

1993-cü ildə Rusiyanın daha fərqli, yəni “etatizm” siyasətinə keçid al-

ması artıq NATO-nun transformasiyası istiqamətində əsas maneəyə çev-

rilmişdi.  Bu  yeni  siyasət  kursu  Rusiyanın  imperialist  maraqlarına  xidmət 

edəcəyi anlamına gəlmirdi, lakin Rusiyanın regionda supergüc olması və 

cərəyan edən hadisələrin gedişatına təsir imkanlarını nəzərə alaraq onunla 

hesablaşmağın zəruri olması məsələsini ortaya qoyurdu. Amma belə bir 

reallıq var idi ki, Rusiya nə qədər müqavimət göstərsə də, bəzi Şərqi Avropa 

ölkələri müəyyən zaman çərçivəsində NATO-ya üzv olacaqdılar, çünki bu 

ölkələr  Avropa  ailəsindən  kənarda  qala  bilməzdilər.  Onların  tarixi  inkişaf 

prosesinin  məntiqi  bunu  zəruri  edirdi.  Beləliklə,  1996-cı  il  dekabr  ayının 

10-da  Şimali  Atlantika  Şurası  Brüsseldə  toplandı.  Bu  toplantıda  növbəti 

il  üçün  yeni  üzvlərin  dəvət  olunması  və  Rusiya  kimi  gərgin  bir  ölkə  ilə 

münasibətləri korlamadan genişlənməni necə həyata keçirəcəkləri məsələsi 

müzakirələrin əsas mövzusuna çevrildi və müttəfiqlər rəsmi Moskvanın na-

rahatlığına son qoymaq üçün bəzi güzəştlər etdilər. Bununla da transfor-

masiya istiqamətindəki Rusiya maneəsini müvəqqəti də olsa aradan qal-

dırmış oldular. Nəhayət,1997-ci il iyul ayının 8-də Madriddə keçirilən NATO 

sammitində NATO-ya üzv qəbul edilməsi üçün iki illik sınaq müddətinin 

verildiyi  Çexiya  Respublikası,  Macarıstan  və  Polşa  rəsmən  Alyansa  dəvət 

edildilər.



Say 1-2 (15-16) • 2016 | STRATEJİ TƏHLİL 

115

İstifadə edilmiş ədəbiyyat:

1.  Кудрявцев В. Политика НАТО на перемене. // MEMO, 1992, №5.

2.  Hacıyeva X. Azərbaycan Respublikasının xarici siyasətində aparıcı qərb dövlətləri və 

NATO (1991-1995): Tarix e.n. al. dər. alm. üçün təqd. olunmuş dis. 07.00.03 - Ümumi 

tarix, BDU, 2001, 168 s.

3.  Əzimli A. Azərbaycan - NATO münasibətləri (1992-2000) Bakı: Adiloğlu 2001. 

4.  Andrei Kozyrev. A New Russian Foreign Policy for a New Era.// Russian Federation 

Permanent Mission to the United Nations, Press Release, 1992, №41.

5.  Stankevich S. Russia in Search of Itself. // National Interest, Summer 1992, pp. 47-51

6.  Letter of Russian President Boris Yeltsin to US President Bill Clinton, 15 September 

1993, reproduced in SIPRI Yearbook 1994, Oxford University Press, Oxford, 1994, Ap-

pendix  7 A,  pp. 249-250.

7.  Richard H. Ullman. Securing Europe. Princeton University Press, 1991.

8.  Richard L.Kugler with Marianna V. Kozintseva. Enlarging NATO: Russia factor. National 

Defense Research Institute, 1996.

9.  Fred Hiatt. Yeltsin Promises Assertive Russia. // Washington Post, February 24, 1994, 

p. 1

10. Лагунина  И.  Почему  не  устраивает  партнерство?  //Новое  время,  1994,  №14, 



c.28-29

11. Ряабов И.С. Партнерством проблемы. // Новое время, 1995, №34, c. 27

12. Daniel Williams. Russia Minister Balks at NATO's Expansion Plans. // Washington Post, 

December 1, 1994

13. Luis José Rodrigues Leitão Tomé. Russia and NATO Enlargement. 2000, 58 p.

14. Ann Devroy and Fred Hiatt. U.S, Russia Cite Discord at Summit. // Washington Post, 

May 10, 1995, p. A01

15. Michael Dobbs. NATO Has Initial Talks with Russia. // Washington Post, May 31, 1995, 

p. A1

16. Andrei Kozyrev. Partnership or Cold Peace? // Foreign Policy, Summer,1995, № 99, pp. 



3-14.

17. Final Communiqué, Ministerial Meeting of the North Atlantic Council, Brussels, De-

cember 10, 1996, in NATO Review, January 1997, pp. 31-35.

18. Michael E. Brown. The Flawed Logic of NATO Expansion. // Survival, vol. 37, №1, pp. 

34-52. 

19. Олбрайт М. Госпожа Госсекретарь (мемуары). 2004, 566 с.



20. John F. Harris and William Drozdiak. Clinton Limits Initial Expansion of NATO to Three. 

// Washington Post, June 13, 1997, p. A1; and William Drozdiak. NATO Split on Expan-

sion Exposes Broader Division. // Washington Post, June 14, 1997, p. A14

21. Gerald B. Solomon.  NATO Enlargement Debate, 1990-1997, The Blessings of Liberty. 

// Praeger publisher, March 30, 1998, 208 p.

22. Clinto William. Fact Sheet: Joint Statement on European Security. // Helsinki: Office of 

the Press Spokesman, The White House, March 21, 1997.

23. Ulrich Brandenburg. NATO and Russia: a natural partnership. // NATO Review, vol. 45, 

№4, July-August 1997, web edition, p. 3



STRATEJİ TƏHLİL | Say 1-2 (15-16) • 2016

116 

Elman Nasirov 

Khayal Iskandarov 

NATO's transformation policy and the Russian factor (1992-1997)

After Russia adopted a new foreign policy of "statism" it became the main 

obstacle to NATO's transformation. Of course that version of "statism" should 

not be considered as imperialism but Russia wanted to be respected as a su-

perpower in the region, because it had a capability to influence the regional 

countries by leveraging all means it had. However, it is a reality that no matter 

how strongly Russia opposed NATO enlargement, Eastern European countries 

would eventually be in NATO's sphere of influence in a certain time frame, 

because they could not stay out of the European family. The logic of evolving 

historical process made it necessary. Thus on December 10, 1996 the North 

Atlantic Council's meeting was held in Brussels where the main topic was how 

to invite new members to NATO for the next year without deteriorating rela-

tions with Russia. Finally, on July 8, 1997 in NATO’s Madrid summit three co-

untries - Czech Republic, Hungary and Poland those were given two-years trial 

period for the membership were officially invited to the Alliance.

Эльман Насиров

Хаял Искандаров 

Политика трансформации НАТО и Российский фактор (1992-1997)

После того, как Россия приняла новую внешнюю политику "этатизма", 

он стал главным препятствием на пути к трансформации НАТО. Конечно, 

эта  версия  "этатизма"  не  была  империализмом,  но  Россия  хотела  быть 

уважаемым  в  регионе  в  качестве  сверхдержавы,  потому  что  это  было 

возможностью  влиять  на  региональные  страны  путем  использования 

всех средств, которые она имела. Однако, независимо от сопротивление 

России  расширению  НАТО,  страны  Восточной  Европы  не  могли 

оставаться  в  стороне  от  европейской  семьи  и  стали  членами  военно-

политического  альянса.  Логика  исторических  процессов  сделала  это 

необходимым. Таким образом, 10 декабря 1996 года состоялось заседание 

Североатлантического  совета  в  Брюсселе,  где  основной  темой  было 

то, как пригласить новых членов в НАТО на следующий год, не ухудшая 

отношений с Россией. Наконец, 8 июля 1997 года в Мадриде три страны 

- Чехия, Венгрия и Польша, которые были даны два года испытательного 

срока, были официально приглашены в Альянс.



Məqalə redaksiyaya daxil olmuşdur:  30.03.2016

Təkrar işləməyə göndərilmişdir: 20.04.2016

Çapa qəbul edilmişdir: 12.05.2016

BMT-nin yeni rolu:

müasir dövrün 

paradoksları 

və təhlükələri 

kontekstində



Yüklə 236,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə