Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti



Yüklə 17,62 Kb.
səhifə1/3
tarix22.05.2023
ölçüsü17,62 Kb.
#111945
  1   2   3
materiallar karbonlu


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti
Kafedra: Metallurgiya və materiallar texnologiyası
Fənnin adı: Materiallar texnalogiyası
Mövzu: Karbonlu poladların və çuqunların təsnifatı markalanması


Sərbəst iş №

Fakültə: Metallurgiya və Materialşünaslıq


İxtisas: Metallurgiya
Qrup: 452 A2
Müəllim: Hüseynov Muxtar
Tələbə: Xıdırov Elvin


Bakı 2022

. Poladın termiki emalının əsasları.
Metal və ərintilərin verilmiş istiqamətdə quruluş və xassələrini istilik təsiri ilə
dəyişdirilməsi prosesi termiki emal adlanır. Termiki emal daha çox poladdan
materiallar hazırlanarkən istifadə edilir. Termiki emalın nəticələrinə vaxt (sürət) və qızdırılma temperaturası, vaxt (saxlama müddəti) və soyuma sürəti təsir edir.
Beləliklə termiki emala təsir edən əsas amillər temperatura və vaxtdır. Ona görə
də termiki emal prosesi vaxt və temperaturanın aslılığı koordinat sistemində
təsvir edilir. Termiki emalın əsas növləri aşağıdakılardır:
1. Tabalma- daha tarazlıq vəziyyətində olan quruluşu malik polad almaq üçün
onu müəyyən temperaturaya qədər qızdırıb, saxlayıb, sonra isə zəif sürətlə
(soba ilə birlikdə) soyutma prosesidir. Tabalma prosesini həyata keçirmək
üçün kameralı, itələyici və xüsusi aqreqatlardan istifadə edilir.
2. Tablandırma- tarazlıq vəziyyətində olmayan quruluşlu polad almaq üçün onun
müəyyən temperaturaya qədər qızdırılaraq saxlanması və sonra da böyük
sürətlə soyudulmasından ibarətdir. Tablandırma zamanı poladın möhkəmlik
və bərkliyinin artmasına, plastikliyinin isə azalmasına səbəb olur.
Tablandırmanın əsas parametrləri qızdırılma temperaturası və soyutma
sürətidir.
3. Tabəksiltmə - poladın Ac1 (911C) temperaturasında bir az aşağı
temperaturaya qədər qızdırılaraq sonradan verilmiş sürətlə soyudulması
prosesidir.Tabəksiltmə termiki emal prosesinin əsas məqsədi daxili gərginliyin
azaldılması və ya tam aradan qaldırılması, tablandırılmış poladın kövrəkliyinin
azaldılması, tələb edilən quruluş və mexaniki xassələri almaq üçündür.
4. Normallaşdırma - tabalmadan fərqli olaraq soyutma prosesi sobadan kənar,
sərbəst olaraq həyata keçirilir. Normallaşdırma nəticəsində polad daha kiçik
dənəvari və bircins quruluşa malik olur. Möhkəmlik və bərklik tabalmadan
fərqli olaraq normallaşdırmadan sonra daha yüksək olur.
Mövzu 10. Poladın kimyəvi-termiki emalı.
Metal və ərintilərin termiki və kimyəvi təsirə məruz qalaraq onların tərkibi,
quruluşu və səth qatının xassələrinin dəyişdirilməsinə səbəb olan prosesə
kimyəvi-termiki emal deyilir.Kimyəvi-termiki emalın mahiyyəti müxtəlif elementlərin atomlarının poladın səthinə diffuziya etməsidir. Bu proses o zaman mümkündür ki, diffuziya edilən element əsas metalla bərk məhlul və kimyəvi birləşmə əmələ gətirsin.Kimyəvi-termiki emal zamanı aşağıdakı proseslər baş verir: ətraf-mühitdə molekulların parçalanması, diffuziya ediləcək elementin atomlarının yaranması, polad səthi tərəfindən təmin elementlərin udulması, nəhayət udulmuş diffuziya ediləcək elementin atomlarının daha dərinlərə nüfuz etməsidir. Detalların səthlərinin diffuzion elementlərlə zənginləşməsi müxtəlif elementlərlə həyata keçirilir. Bu elementlər karbon, azot, xrom, alüminium, silisium və s. ola bilər. İstənilən kimyəvi-termiki emalı həyata keçirmək üçün detalları diffuziya ediləcək elementlə zəngin olan mühitdə qızdırılır. Saxlama müddəti kifayət qədər olmalıdır ki, zənginləşdirilmiş mühitdə olan element detalın səthindən kifayət qədər dərinliyə nüfuz etmiş olsun. Kimyəvi-termiki emal nəticəsində bərkliyi, yeyilməyə dözümlülüyü, istiliyə dözümlülüyünü, korroziya dözümlülüyünü və s. Artırmaq olar.Kimyəvi-termiki emaldan sonra detal tam istifadəyə hazır ola bilər, ya da htiyac olarsa, əlavə termiki emala uğratmaq lazım olar. Metal səthinin hansı elementlərlə zənginləşdirilməsindən asılı olaraq proses sementləmə, (karbon), azotlama (azot), xromlama (xrom), silisiumlama(silisium)və s. adlanır.

Yüklə 17,62 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə