122. Abxaziya və Cənubi Osetiya məsələləri



Yüklə 21,15 Kb.
səhifə1/4
tarix31.12.2021
ölçüsü21,15 Kb.
#82178
  1   2   3   4
122.Abxaziya və Cənubi Osetiya məsələləri


122.Abxaziya və Cənubi Osetiya məsələləri

Müasir dövrün problemlərindən biri olan regional münaqişələr birbaşa, yaxud dolayı yolla, iki, yaxud bir neçə ölkənin maraqlarının toqquşması zəminində, onlar arasında obyektiv, yaxud subyektiv ziddiyyətlərin olması səbəbindən meydana çıxır. Hər hansı bir regional münaqişənin qarşısını almaq, yaxud dinc yolla nizama salmaq üçün həmin münaqişənin başlanması səbəblərini, tarixi köklərini bilmək, sülh quruculuğunu həyata keçirmək üçün isə münaqişənin nəticələrini düzgün araşdırmaq və onları aradan qaldırmaq lazımdır. Cənubi Qafqaz bölgəsinin digər dövlətlərindən biri olan Gürcüstanda isə potensial və dondurulmuş münaqişələr qalmaqdadır və belə münaqişələrin olması regionun inkişafına mane olur, təhlükəsizlik problemləri yaradır. Rusiya bölgəni nəzarətdə saxlamaq üçün regionda olan Abxaziya və Cənubi Osetiya kimi beynəlxalq münaqişələrə son qoyulmasını istəmir. Abxaziya münaqişəsində də Gürcüstanda yaşayan ermənilər separatçı tərəfdə Gürcüstana qarşı vuruşmuşlar. Gürcüstanda olan potensial münaqişələr içərisində Ermənistan tərəfindən istiqamətlənən SamsxetCavaxetiyada məskunlaşan erməni əhalinin fəaliyyəti daha aktivdir, başqa sözlə, Ermənistan Samsxet-Cavaxetiyanı da uydurma “Böyük Ermənistanın” tərkib hissəsi kimi görür.

GÜRCÜSTANDA OLAN MÜNAQIŞƏLƏRIN XÜSUSIYYƏTLƏRI -Cənubi Qafqazda münaqişələrin mövcud olduğu ölkələrdən biri Gürcüstandır. Gürcüstanın identik etnoslu dövlətlərlə sərhəddə yerləşməsi, orada kompakt halda məskunlaşan bir neçə millətin olması ölkəni münaqişələr zonasına çevirmişdir.


Yüklə 21,15 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə