13. Yeni sənaye ölkələrinin beynəlxalq iqtisadiyyatları



Yüklə 333,52 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix31.12.2021
ölçüsü333,52 Kb.
#81752
  1   2   3   4   5   6   7   8   9   10


13. Yeni sənaye ölkələrinin beynəlxalq iqtisadiyyatları 

Müasir dünya özünün mürəkkəbliyi və rəngarəngliyi ilə səciyyələnir. Yer kürəsində 

yaşayan  6  milyarddan  artıq  əhali  2796  dildə  danışır.  30-dan  çox  milli  pul  vahidi 

dövriyyədədir.  Hazırda  200-dən  cox  milli  dövlət  qurumları  fəaliyyət  göstərir.  Ölkələr 

arasında  iqtisadi  münasibətlər  özünün  ən  yüksək  səviyyəsinə  çatmışdır.  Dünya 

iqtisadiyyatının  formalaşması,  dünya  bazarının  təşəkkülü,  eyni  zamanda  qlobal 

problemlərin kəskinləşməsi və onların həllinin yalnız ümumbəşəri səviyyədə mümkünlüyü 

beynəlxalq iqtisadi münasibətlərin bir sistem halında bərqərar olmasına gətirib çıxarmışdır.  

Müasir  qloballaşan  dünya  iqtisadi  sistemində  ölkələrin  və  eyni  zamanda  onları 

iqtisadiyatlarının bir-birinə inteqrasiya etməsi və bu prosesin hədindən artıq sürətlə getməsi 

danılmazdır. Nəzərə alsaq ki, bu prosesdə əsas ölkələr kimi inkişaf etmiş ölkələr çıxış etsə 

də, inkişaf etməkdə olan ölkələrin də bu prosesə qoşulmaq cəhdləri inteqrasiyanın qısa bir 

zamandakı  yüksək  həddindən  xəbər  verir.  Bu  məsələdə  dünyanın  nüfuzlu  beynəlxalq 

təşkilatlarının rolunu da nəzərə alsaq, onda məsələnin tam mahiyyətini alnamış olarıq.  

Dünya iqtisadiyyatına inetqrasiya prosesində ayrı-ayrı ölkələrin iqtisadi inkişaflarına 

və onların dünya iqtisadiyyatındakı roluna və təsirinə həm ökələrin özləri həm də dünya 

iqtisadiyyatı maraq göstərir. Hər bir ölkə öz iqtisadi gücünü artırmaqla öz əhalisinin sosial-

iqtisadi rifahını yaxşılaşdırmaqla bərabər, dünya iqtisadi sistemində də öz nüfuzunu artırır 

və təsir etmə qabiliyyətini gücləndirir. Bu səbəbdən də ölkələr iqtisadi vəziyyətlərini daha 

da yaxşılaşdırmaq və maksimum səviyyəyə gətirmək üçün müxtəlif metodlardan istifadə 

edirlər. Bu metodların (iqtisadi, siyasi və s.) müəyyən müddət ərzində fəaliyyət göstərməsi 

və müsbət nəticə əldə edilməsi nəticəsində iqtisadi inkişaf modelləri formalaşır. Belə iqtisadi 

inkişaf  modellərinin  içərisində  “dünya  möcüzəsi”  adlanan  bəzi  yüksək  artım  tempi  ilə 

xarakterizə olunan modellər fərqlənir.   

Son illərdə bütün dünyada gedən proseslər içərisində YSÖ-lərin sürətlə inkişaf etməsi maraq 

doğurur.  Bu  ölkələr  son  20  ildə  demək  olar  ki,  bütün  sahələrdə  əldə  etdikləri  uğurlar 

inanılmazdır. Bu qrupa daxil olan ölkələrin iqtisadiyyat sahəsində əldə edikləri nəaliyyətləri 



onlar artıq dünya bazarında ABŞ, Yaponiya və Avropa İttifaqı ölkələrilə liderlik uğrunda 

mübarizə aparmağa belə imkan yaratmışdır. 

 

Tarixə  nəzər  salsaq  görərik  ki,  XX  əsrin  60-80-ci  illəri  dövründə  dünya 



iqtisadiyyatında və həmçinin ayrı-ayrı ölkələrin milli iqtisadiyyatında qlobal dəyişikliklər 

baş vermişdir. Bu cür dəyişikliklər də son nəticə olaraq bir sıra ölkələrin həddindən böyük 

sürətlə inkişaf etmələrinə səbəb oldu. Bu cür ölkələr qrupuna sonradan yeni sənaye ölkələri 

(YSÖ) adı verildi. Mahiyyət etibarı ilə əslində inkişaf etməkdə olan ölkələr olan YSÖ-lər öz 

iqtisadi inkişaf göstəricilərinə görə bəzi mənbəələrdə hətta inkişaf etmiş ölkələr qrupuna aid 

edilir.  Lakin,  bu  tip  ölkələrin  aralıq  mövqe  təşkil  etməsi,  başqa  sözlə  desək,  yeni  sənaye 

qrupuna  aid  edilməsi  fikri  BMT-nin  xüsusi  olaraq  təklif  etdiyi  və  qərar  aldığı 

müəyyənləşmiş kriteryalardan sonra reallaşdı. 

 

Beləliklə,  YSÖ-lərin  ümumi  xarakteristikası  ilə  tanış  olaq.  Lakin  YSÖ-lərin  ümumi 



xarakteristikasına  nəzər  yetirməzdən  əvvəl  artıq  dünyanın  bir  çox  iqtisadçısı  tərəfindən 

qəbul edilmiş YSÖ-lərin qruplaşdırılması ilə tanış olaq. Bu qruplaşdırmaya əsasən dünyada 

mövcud olan yeni sənaye ölkələrini aşağıdakı şəkildə 4 qrupa ayırmaq olar: 

 

I  qrup:  Bu  qrupa  Asiyanın  “Kiçik  Əjdahaları”  kimi  adlandırılan  ölkələri  –  Cənubi 

Koreya,  Tayvan,  Sinqapur,  Honq  Konq  və  həmçinin  Latın  Amerikasının  YSÖ-ləri  – 

Argentina, Brazilya və Meksika aiddir. 

 


Yüklə 333,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə