13. Yeni sənaye ölkələrinin beynəlxalq iqtisadiyyatları


II qrup: Bu qrupa Malaziya, Hindistan, Çili xə Tayland aiddir.    III qrup



Yüklə 333,52 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix31.12.2021
ölçüsü333,52 Kb.
#81752
1   2   3   4   5   6   7   8   9   10
II qrup: Bu qrupa Malaziya, Hindistan, Çili xə Tayland aiddir. 

 

III qrup: Bu qrupa Kipr, Tunis, Türkiyə, və İndoneziya aiddir. 

 

IV qrup: Bu qrupa isə Filippin və s. ölkələr aiddir. 

 

İlk növbədə Asiyanın YSÖ-lərinin ümumi xarakteristikası ilə tanış olaq: 



Ümumiyyətlə, Asiyanın YSÖ-ləri çox maraqlı inkişaf tarixi keçmişlər. əsasən ixrac yönümlü 

sənayenin  inkişafına  yönəlik  strategiya  seçmiş  bu  ölkələr  dünya  inkişaf  tarixində  hələ 

görülməmiş bir iqtisadi sıçrayışa nail olmuşlar. Belə ki, əgər Böyük Britaniyada XVII əsrin 



80-ci illərində ümumi istehsalın artırılmasında 60 il, Yaponiyada keçən əsrin 80-ci illərində 

eyni məqsədə nail olamq üçün 34 il lazım gəlmişdirsə, YSÖ qrupuna aid olan Cənubi Koreya 

isə analoji məqsədə çatmaq üçün 1966-ci ildə cəmi 11 il lazım olmuşdur. Bu ölkələrin yüksək 

iqtisadi inkişafa çatmalarının bir sıra səbəbləri vardır. Əsas faktorlar kimi isə aşağıdakılar 

götürülür: 

- Təhsilin inkişafına diqqətin artırılması; 

- İqtisadi inkişafa yönəlmiş dövlət siyasəti

- Beynəlxalq sənaye ixtisaslaşması və kooperasiyalaşmasına qoyuluşların edilməsi və s. 

 

 

Bir  sıra  iqtisadçılar  Asiyanın  YSÖ-lərini  Yaponiyanın  bir  sıra  təsərrüfat  metodları  üzrə 



adaptasiya  olunmuş,  yapon  təsərrüfat  modelini  təkrarladıqlarını  düşünürlər.  Onlar 

həmçinin  bu  ölkələri  məcazi  olaraq  Yaponiyanın  başçılıq  etdiyi  “durna  qatarı”na 

bənzədirlər. 

Asiyanın YSÖ-ləri daha çox sənaye mallarının ixracına yönəlik bir iqtisadiyyat qurmuşlar. 

Ümumiyyətlə, Asiyanını yeni sənaye ölkələri (hamısı birgə) illik məcmu ixracının dəyərinə 

görə  də  dünyada  özünəməxsus  yerlərdən  birini  tutur.  Belə  ki,  bu  ölkələr  adı  çəkilən 

göstəriciyə əsasən yalniz ABŞ və Almaniyadan geri qalır. Baxmayaraq ki, onların ixracında 

sənaye məhsullarının ümümi çəkisi 71%-dən (Tayland) 96% (Tayvan) kimidir. (2000-ci ilin 

məlumatına əsasən) 

 

Asiyanın YSÖ-ləri haqqında danışarkən bu ölkələrin 1997-1998-ci illərdə beynəlxalq 



maliyyə böhranının mərkəzində olmaları haqqında da qeyd olunması xüsusi ilə önəmlidir. 

Belə ki, bu böhran qrup ölkələrinin iqtisadiyyatına çox güclü zərbə vurdu. Böhrandan daha 

çox  zərər  görən  ölkələr  isə  Cənubi  Koreya  və  Tayland  idi.  Bu  dovrdə  artıq  “Asiyanın 

iqtisadi  möcüzəsi”nin  sona  şatdığı  haqda  fikirlər  irəli  sürülürdü.  Lakin  YSÖ-lər 

iqtisadiyyatlarını  tez  bir  zamanda  bərpa  emək  bacarığını  sübut  etdilər.  Belə  ki,  ölkələrin 

BVF ilə birlikdə keşirdikləri devolvasiya və anti-infilyasiya tədbirləri nəticəsində artıq 1999-




cu  ildən  başlayaraq  nəzərə  şarpacaq  irəlləyişlər  olundu  –  ÜDM  yüksələn  xəttlə  artmağa 

başladı  və  indi  də  artmaqdadır,  fond  birjaları  bərpa  edildi,  qızıl-valyuta  rezervlərinin 

artımına nail olundu (hal-hazırda da yüksələn xəttlə inkişaf edir), milli valyutaların ABŞ 

dollarına  nisbətdə  artımı  baş  verdi  və  s.  Böhran  eyni  zamanda  Asiya  modelinin  zəif 

cəhətlərini  üzə  çıxartdı.  Bütün  bunlarə  nəzərə  alan  bəzi  iqtisadçıların  fikirincə  Asiyanın 

YSÖ-ləri bir daha bu tipli böhrana tutulmamaq üçün onlar artıq Avropa Birliyi ölkələrinə 

oxşar bir iqtisadi inteqrasiya formasının yaradılması haqda düşünməlidirlər. 

 

Asiyanın  “kiçik  əjdahalar”  adını  almış  4  ölkə  -  Cənubi  Koreya,  Tayvan,  Sinqapur, 



Honq  Konq  haqqında  daha  geniş  məlumatın  verilməsi  məqsədəuyğun  olardı.  Çünki,  bu 

qrup  ölkələri  son  illərdə  əldə  etdikləri  uğurlar  artıq  onların  bəzi  iqtisadçı  ekspertlər 

tərəfindən YSÖ-ləri kimi deyil İEÖ kimi təqdim edilmələrinə səbəb olmuşdur. Bunun da bir 

sıra səbəbləri vardır. Elementar olaraq onu göstərmək olar ki, son illərin göstəricilərinə görə 

bu  ölkələrdə  adambaşına  düşən  ÜDM  1500  ABŞ  dolları,  ÜDM-nin  orta  illik  artım  tempi 

aşağı-yuxarı 7% olmuşdur.  

YSÖ-lərin ayrı-ayrılıqda və daha geniş xarakteristikasını verək: 


Yüklə 333,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə