13. Yeni sənaye ölkələrinin beynəlxalq iqtisadiyyatları



Yüklə 333,52 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix31.12.2021
ölçüsü333,52 Kb.
#81752
1   2   3   4   5   6   7   8   9   10
   

 

 

 




 

Cənubi Koreyada müxtəlif dövrlərdə Üdm-nin artan xəttlə inkişafı müşahidə edilmiş, lakin 

yalnız  90-cı  illərdə  baş  verən  iqtisadi  böhran  nəticəsində  adı  çəkilən  göstərici  aşağı 

düşmüşdür. ÜDM-nin yüksələn xəttlə artım tempi adaçbaşına düşən real gəliri hər 10-12 

ildən  bir  2  dəfəyədək  artırır.  Aydındır  ki,  iqtisadiyyatın  bu  cür  sürətlə  inkişaf  etməsi 

infilyasiyadan da yan keçə bilməzdi. Bu, hökümətin bir sıra anti-infilyasiya tədbirlərinə əl 

atmasına səbəb oldu. Bunun nəticəsində ölkədə köklü sturktur dəyişiklikləri oldu. Həyata 

keçirilən  bu  tədbirlər  nəticəsində  1960-2000-ci  illərdə  ÜDM-də  kənd  təsərrüfatının  payı 

40%-dən 7%-ə endirilərkən sənayenin payı 30%-dən 43%-ə qaldırıldı. İnfiliyasiyanın aradan 

qaldırılması  üçün  xarici  ssuda  kapitakından  və  eyni  zamanda  beynəlxalq  bankların 

köməyindən istifadə edildi. 

 

 Yüksək iqtisadi inkişafa səbəb olan əsaas amillərdən biri də xarici texnologiyaların 



alınmasıdır. Bu yola ilk öncə sənayeləşmə proqramından başlanılmışdlr. Xaricdən yüksək 

texnolagiyalı avadnlıqlarn gətirilməsi, ilk dövrlərdə onların öyrənilməsi və yerli istehsalda 

tətbiqi baxımından müəyyən çətinliklər törətməsinə baxmayaraq, daha sonralar bu, yüksək 

texnologiyalı məhsulların istehsal edilməsinə, eyni zamanda yeni-yeni sənaye sahələrinin 

yaradılmasına  səbəb  oldu.  Belə  ki,  bunun  nəticəsində  ölkədə  atom  energetikasının  əsası 

qoyuldu. Hazırda Cənubi Koreyda istehsal olunan elektrik enerjisinin 54%-ni verən 10 atom 

enerjisi stansiyası fəaliyyət göstərir.  

 

Cənubi  Koreya  iqtisadi  inkişaf  modelini  bəzi  iqtisadçılar  Yapon  modelinə 



bənzədirlər.  Bəli,  onların  arasında  meəyən  qədər  oxşarlıq  olsa  da,  iqtisadiyyatın  idarə 

edilməsi  baxımından  bu  modellər  bir-birindən  köklü  surətdə  fərqlənir.  Belə  ki,  Yapon 

modelindən  fərqli  olaraq  C.  Koreya  modelində  daha  çox  diktator  tədbirlərindən  istifadə 

edilirdi. Məsələn, 1978-ci ildə bir sıra firmalar öz xarici borclarını verə bilmədikləri zaman 

ölkə  prezidentinin  qərarı  ilə  həmin  firmalar  daxili  investorlara  olan  faizlərin 

ödənilməsindən və borcların qaytarılmasından azad edildilər. 




 

Cənubi  Koreyanın  iqtisadi  inkişafını  ümumi  xarakteristikasını  verərəkən  onu  da 

qeyd etmək lazımdır ki, müasir dövrdə ölkədə keçirilən iqtisadi siyasətin xüsusiyyətlərinə 

həmçinin orta və kiçik sahibkarlığın inkişafına yardım göstərmək, kredit sahəsində xüsusi 

kapitalın rolunu artırmaq, uçot stavkalarının idarə onulmasında dövlətin rolunu azaltmaq 

və s. daxildir. Ölkədə eyni zamanda müxtəlif təyinatlı məhsulların istehsalına və ixracına 

da xüsusi önəm verilir. Belə ki, bunun nəticəsində hazırda Cənubi Koreya firmaları müxrtlif 

məhsullarla dünya bazarında uğurla çıxış edirlər (məsələn: texstil məhsullarına görə 7.0%, 

gəmiçiliyə  görə  15%,  personal  komyuterlərə  görə  1.3%  və  s.).  lakin  ixracda  üstünlük 

baxımından əsas yerləri müxtəlif sənaye avadanlıqları, xammal və ərzaq məhsulları ixracı 

təşkil edir. 

 


Yüklə 333,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə