13. Yeni sənaye ölkələrinin beynəlxalq iqtisadiyyatları



Yüklə 333,52 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix31.12.2021
ölçüsü333,52 Kb.
#81752
1   2   3   4   5   6   7   8   9   10
Sinqapur: Sahəsi 0.6 min km

2

, əhalisi 3 mln. nəfərdir. Paytaxtı Sinqapur şəhəridir. 50-



ə yaxın adanı əhatə edir. Ölkə təbii resurslarla çox zəif təmin olunmuşdur (hətta içməli su 

belə  cənub-şərqi  Asiya  ölkələrindən  alınır).  Ölkə  iqtisadiyyatı  əsasən  gəmi  istehsalına, 

bankçılığa,  elektron  sənaye  və  beynəlxaq  ticarətə  əsaslanır.  Yük  dövriyyəsinin  həcminə 

görə Sinqapur dəniz limanı (ildə 200 mln. tona yaxın) dünyada yalnız Roterdamdan geri 

qalır, lakin gəmilərin dövriyyəsinə görə (ildə 45000 gəmi) isə o dünyada birinci yeri tutur. 

Neft emalına görə Sinqaup dünyada Hyuston və Roterdam şəhərlərindən sonra 3-cü yeri 

tutur.  

 

Sinqapurun  əsas  strukturunu  müəyyənləşdirən  sahələrdən  biri  də  elektronika  və 



elektrotexnikadır  (personal  komyuterlər,  böyük  inteqral  sxemlər,  periferik  sistemlər, 

avtomatlaşdırılmış proyektləşdirmə avadanlıqları, rabitə vasitələri istehsalı və s.). Ölkədə 

ixraca  da  xüsusi  önəm  vüerilir.  Sturuktur  baxımdan  ixracda  əsas  yeri  sənaye  məhsulları 

ixracı təşkil edir (ümumi ixracın 80%-ə qədəri). 

 

Sinqapur beynəlxalq iqtisadi münasibətlər sistemində eyni zamanda yeni yaranmış 



bir maliyyə mərkəzi kimi də çıxış edir. Hazırda Sinqapur valyuta birjası dünyada 10-larla 

mlrd. ABŞ dolları həcmində maliyyə əməliyyatları həyata keçirən 10 ən iri valyuta birjası 

siyahısına daxildir. 



 

Ölkə  iqtisadiyyatının  xarakteristikasından  bəhs  edərkən  həmçinin  onu  da  qeyd 

etmək lazımdır ki, hazırda Sinqapur dünyada bir turizm mərkəzi kimi də çıxış edir. Ildə 

buranı təxminən 5 mln.-a yaxın turist ziyarət edir. 

 

Ölkədə  inkişafın  əsas  perspektivləri  sırasında  həyata  keçirilən  informasiya 



texnologiyalarını da qeyd etmək lazımdır. 2003-cü ilin məlumatına görə Sinqapur dünyada 

hər min nəfərə düşən kompyuter tətbiqinə əsasən ilk onluğa daxildir.  

 


Yüklə 333,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə