13. Yeni sənaye ölkələrinin beynəlxalq iqtisadiyyatları



Yüklə 333,52 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix31.12.2021
ölçüsü333,52 Kb.
#81752
1   2   3   4   5   6   7   8   9   10
Honq Konq: bu ölkə bir sıra xüsusiyyətlərinə görə Sinqapuru xatırladır. Honq Konq 

eyni zamanda dünyada ən iri portların yerləşdiyi məkandır. Burada illik yük dövriyyəsi 80 

mln. ton, gəmi dövriyyəsi isə 20 mln. tona bərabərdir. 

 

Honq Konqda bir sıra sənaye sahələrinin mövcud olmasına baxmayaraq, beynəlxalq 



əmək  bölgüsündə  ölkənin  “simasını”  elektronikadan  başqa  həm  də  tikiş,  tekstil  və  saat 

istehsalı  da  müəyyən  edir.  Hazırda  Honq  Konq  saat  istehsalına  görə  dünyada  1-ci,  cins 

şalvar istelsalına görə isə (ildə 65 mln. cüt) ABŞ-dan sonra 2-ci yerə sahibdir. 

 

Ölkə həmçinin ən böyük maliyyə mərkəzlərindən biridir. Burada 560 bank fəaliyyət 



göstərir ki, onlardan 365-i xarici banklardır (50 ölkədən). Amma əsas etibarı ilə buraya daha 

çox  maliyyə  müqavilələrinin  bağlandığı  tranzit  zona  kimi  baxılır.  Honq  Konq  Çinə  və 

Çindən həyata keçirilən investisiyalar və ticarət kapitalı üçün giriş qapısı rolunu oynayır. 

Ölkə də turizm də inkişaf etmişdir. Gələcəkdə bu sahənin daha çox inkişaf etdirilməsi üçün 

hazırda dövlət tərəfindən xüsusi tədbirlər planı da hazırlanır. 

 

 



Tayvan: Sahəsi 36 km

2

, əhalisi 22 mln nəfərdir. Paytaxtı Taybey şəhəridir. Son illərdə 



ölkədə  həyata  keçirilən  iqtisadi  siyasət  nəticəsində  demək  olar  ki,  bütün  sahələrdəki 

göstəriciləri  10-15  dəfə  artırmışdır.  Dünyada  iqtisadiyyatın  və  eyni  zamanda  ixracın  ən 

yüksək artım tempinə malik olan Tayvan Asiya-Sakit okean regionunda xüsusi yerlərdən 

birini tutur. Bir sıra iqtisadi göstəricilərlə bərabər ÜDM-nin artımı yüksəlir və hazırda o, 

8.3% təşkil edir ki, bu da dünyanın sənaye cəhətdən inkişaf etmiş ölkələri arasında yüksək 



göstəricidir. Ölkədə ticarət də çox yüksək səviyyədə inkişaf etmişdir.  Tayvanın dünyada 

əsas ticarət portnyorları qismində ABŞ, Yaponiya, Honq Konq, Almaniya və Cənubi Koreya 

çıxış edir. 

 

Ölkə  sənayesinin  əsas  sahələri  kimi  mikroelektronika  və  kompyuter  sənayesini, 



həmçinin  neft-kimya  sənayesini,  maşınqayırma  və  tekstil  sənayesini  göstərmək  olar. 

Dünyada kompyuter və onun baza elementlərinin istehsalına görə Tayvan YSÖ-lər içində 

1-ci, dünyada isə Yaponiya, Almaniya, Böyük Britaniya və Fransadan sora 6-ci yeri tutur. 

Mikroelektronika ÜDM-nin yarıya qədər olan hissəsini təşkil edir. 

 

İqtisadiyyatında əsas inkişaf etmiş sahələrindən biri də kiçik və orta sahibkarlıqdır. 



Ölkədə onların inkişafının vacibliyi onunla sübut edilir ki, bu cür müəssislər ölkə ixracının 

65%-ni, məşğulluğun isə 70%-ni təmin edir. 

 

Tayvan  iqtisadiyyatı  haqqında  bəhs  edərkən  burada  ailə  bizmesinin  də  xüsusi 



əhəmiyyət  kəsb  etdiyini  qeyd  etmək  lazımdır.  Ailə  ənənələrinə  əsaslanan  bu  biznes 

sahəsinin  ölkədə  inkişaf  etməsi  burada  yüksək  rəqabət  qabiliyyətli  bazarın  yaranmasına 

gətirib çıxartdı və bu da nəticədə uğurlu ixrac bazarının yaradılması üçün bir zəmin yaratdı. 

 

YSÖ-lərin digər qrupuna aid Latın Amerikası YSÖ-ləri aid edilir. Buraya xüsusi ilə 



Braziliya, Meksika və Argentina daxildir. Ilk dövrlərdə həyata keçirdikləri xarici siyasətdə 

əsasən  idxala  üstünlük  verən  bu  ölkələr  qrupu  son  zamanlar  xüsusilə  nəzərə  çarpacaq 

dərəcədə  inkişaf  etmişlər.  Buna  bir  sıra  amillər  təsir  göstərmişdir.  Buraya  ilk  növbədə 

rəqabət  qabiliyyətli  sənaye  məhsularının  istehsalını  göstərmək  olar.  Bundan  başqa  Latın 

Amerikası  YSÖ-lərinin  əlverişli  iqtisadi-coğrafi  mövqedə  yerləşməsi  onların  xarici 

siyasətdə  və  eyni  zamanda  xarici  ticarətdə  də  üstün  mövqedən  çıxış  etmələrinə  şərait 

yaradır. Belə ki, bunun nəticəsində hal-hazırda Latın Amerikasının YSÖ-ləri ixrac olunan 

malların ümumi dəyərinə görə bir sıra inkişaf etmiş ölkələrdən (Almaniya, ABŞ) irəlidədir. 

Bütün  YSÖ-lərin  və  həmçinin  Latın  Amerikası  YSÖ-lərinin  ixracında  əsasən  emaledici 

sənayenin məhsulları üstünlük təşkil edir. (3*) 




 

İndi isə gəin Latın Amerikası YSÖ-lərinin ayrı-ayrılıqda xarakteristikası ilə tanış olaq. 

 

 


Yüklə 333,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə