1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə1/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
  1   2   3   4   5   6   7   8   9   ...   54



 
1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən  
erməni-müsəlman davasının tarixi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məmməd Səid Ordubadinin əsəri 
 
 
Bakı sərvət sahiblərindən Ağa Murtuza Muxtarovun ianəsi ilə nəĢr olundu. 
 
HaĢım bəy Vəzirovun "Səda" mətbəəsində. 1911. 
 
Məmməd Səid Ordubadinin 135 illiyinə həsr olunur. 
 
 
 
 



 
Qafqazın Strateji Tədqiqatlar Ġnstitutu 
 
 
QAFQAZIN KLASSĠKLƏRĠ 
 
 
 
 
 
 
 
MƏMMƏD SƏĠD ORDUBADĠ 
 
 
QANLI ĠLLƏR 
 
1905-1906-cı illərdə Qafqazda baĢ verən  
erməni-müsəlman davasının tarixi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Qafqaz” 
Bakı – 2007
 
 
 



 
Əsəri ərəb əlifbasından çevirən, sadələĢdirən və çapa hazırlayan 
Əkrəm Bağırov, 
filologiya elmləri namizədi 
 
Rəyçilər 
Mahmud Ġsmayılov 
Azərbaycan EA-nın müxbir üzvü 
ġamil CəmĢidov 
filologiya elmləri doktoru 
 
 
 
 
Məmməd Səid Ordubadi. Qanlı illər.  
Bakı, "Qafqaz" nəĢriyyat evi, 2007. - 184 s. 
 
ĠSBN 9952-432-05-4 
 
XX  əsr  Azərbaycan  nəsrinin  yaradıcılarından  biri,  böyük  yazıçımız 
Məmməd  Səid  Ordubadi  qələminin  məhsulu  olan,  uzun  illərin  siyasi 
təbəddülatlarından keçmiĢ bu əsər tarixi həqiqətlərin üzə çıxarılmasına kömək edən 
dəyərli bir nümunədir. Yazıçının  1908-ci  ildə  "Qanlı  "Sənələr" adı ilə yazıb baĢa 
çatdırdığı  kitab  ilk  dəfə  onun  "Tazə  həyat"  qəzeti  vasitəsilə  millətin  sərvət 
sahiblərinə müraciətindən sonra Bakı milyonçu-xeyriyyəçisi Murtuza Muxtarovun 
maddi yardımı ilə 1911-ci ildə nəĢr olunmuĢdur. 
XX  əsrin  əvvəllərində  baĢ  vermiĢ  erməni-müsəlman  davasının  müxtəlif 
bölgələrdən  gələn  müxbir  məktubları  əsasında  təsviri  münaqiĢənin  məzmunu  və 
gediĢi haqqında oxucuda tam təsəvvür yaradır. 
Həmin hadisələrin eyni ssenari üzrə yetmiĢ ildən sonra təkrarən baĢ verməsi 
sadəlövhcəsinə  keçmiĢi  unutduğumuzu  göstərir.  Bu  səbəbdən  də  əsərin  yenidən 
nəĢri xalqımızın yaddaĢını oyatmağa, baĢ verənlərdən ibrət dərsi almasına xidmət 
edir. 
 
© Bakı, 1991. 
© Qafqazın Strateji Tədqiqatları Ġnstitutu 
Bakı, Azərbaycan, 2007 
© "Qafqaz" nəĢriyyat evi, 2007. 



 
ÖN SÖZ
*
 
 
Etiraf etməli və acınacaqlı bir haldır  ki, biz yetmiĢ il ərzində bu və bu tipli   
əsərləri  nəĢr  etməkdən  çəkinmiĢik.  QorxmuĢuq  ki,  bizim  "Sovetlər  birliyimizin" 
möhkəmliyinə  xələl  gətirə  bilər.  ÇəkinmiĢik  ki,  bizim  qonşularla  olan 
dostluğumuzu  poza  bilər.  Öz  tarixi  keçmiĢimizi  -  həqiqəti  öz  xalqımızdan 
gizlətməyə çalıĢmıĢıq. Bunun nə kimi nəticələr verə biləcəyini isə   düĢünməmiĢik. 
Hər halda düĢünənləri də düĢünməməyə məcbur etmiĢik... Görənə "görmə", dinənə 
"dinmə", - demiĢik. Nəticə də ki, göz qabağındadır və öz fəaliyyətsizliyimizin acı 
meyvələrini  bu  gün  dadmağa  məcburuq.  Bizə  daim  tövsiyə  olunub  ki,  öz 
qonşularımızın  səviyyəsinə  enməyək,  ehtirasları  qızıĢdırmayaq, qaçqına  "köçkün"    
deyək,  onun  özünü  də  gizlədək.  Bizə  qarĢı  yazılanlara  etinasızlıq  göstərək,  öz 
yazdıqlarımızı  isə  yeddi  qıfıl  arxasında  saxlayıb  mərmər  örtüklü  möhtəşəm 
binadan  çıxmağa  qoymayaq,  "müqəddəs  dostluğumuzu"  qoruyaq.  QorumuĢuq  və 
nəticədə bütün dünya xalqları qarĢısında təklənmiĢ, vəhĢi, qaniçən, cəllad, zülmkar 
bir xalq kimi tanınmıĢıq. Nə qədər böyük bir səhvə yol verdiyimizi  indi anlayırıq. 
Görəsən,  bütün  bunlar  bizə  dərs  oldumu?  Görəsən,  bu  gündən  belə  ağa  "ağ", 
qaraya  isə  "qara"  demək  üçün  biz  hansı  qüvvə  ilə  çalıĢmalıyıq?  Meyarımız  nə  
olmalıdır? Yəqin ki, həqiqət! Yalnız və yalnız həqiqət! Tarixi həqiqət! Təkcə belə 
bir həqiqətlə silahlanmıĢ xalq öz taleyinə biganə qalmayıb gələcəyini qura bilər. 
Belə tarixi həqiqətlərdən biri də 1905-ci il erməni-müsəlman müharibəsidir, 
məhz  erməni-müsəlman  müharibəsi.  Çünki  min  bir  hiylə  ilə  Qafqazda  yaĢayan 
müsəlman  əhalisi  arasında  parçalanma  salmağa  çalıĢıb,  onların  qüvvəsini 
zəiflətməklə  öz  çirkin  niyyətlərinə  nail  olmaq  istəyən  erməni  millətçilərinin 
qurbanları yalnız azərbaycanlılar olmurdu. 
1905-ci  il  hadisələri  ilə  bugünkü  günümüzdə  baĢ  verən  münasibətləri 
müqayisə  etdikdə  səbəblərin  də,  nəticənin  də  eyni  olduğunu  görürük.  Erməni 
millətçilərini  çirkin  məqsədlərə  aparan  yol  və  vasitələr  də  eynidir.  Tarix  eynilə 
təkrar  olunur.  Tarixin  dərslərindən  düzgün  nəticə  çıxarmayanda  isə,  tarix  onu 
yaĢayanlarla sərt danıĢır. Tarix heç bir saxtakarlığı sevmir. Zaman keçdikcə onun 
"yağı yağ, ayranı ayranlıq" olur. 
1905-ci  il  erməni-müsəlman  müharibəsi  haqqında  yazılmıĢ  "Qanlı  sənələr" 
əsəri  də  bu  tarixin  acı  həqiqətlərindən  biridir.  Görkəmli  nasirimiz  Məmməd  Səid    
Ordubadinin qüdrətli qələminin məhsulu olan bu kitab ilk dəfə 1911-ci ildə Bakıda 
HaĢım  bəy  Vəzirovun  "Səda"  mətbəəsində  Bakı  milyonçularından  Murtuza 
Muxtarovun  pulu  və  yardımı  ilə  əski  əlifbada  çap  olunsa  da,  sonradan  məlum    
səbəblər  və  biganəliyimiz  üzündən  təkrar  nəĢr  edilməmiĢ,  nəinki  geniĢ  oxucu 
kütləsindən, hətla  tədqiqatçılardan da  uzaqda saxlanmıĢdır. Bu publisistik əsər öz 
bədii dəyərindən çox elmiliyi, tarixiliyi və faktların dəqiq təqdimi, lakonik Ģərhi ilə 
                                                           
*
 1991-ci il nəĢrində naməlum səbəblərə görə tirajdan qoparıldığı üçün burada çapını məsləhət bildik. 
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə