1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə14/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

30 
 
CƏBRAYIL-QARYAGĠN HADĠSƏLƏRĠ 
 
1905-ci  ilin  iyun  ayının  13-dən  başlayan  Gəncə  quberniyası  Cəbrayıl-
Qaryagin hadisələrindən bəhs edir. 
Mənim "İrşad" qəzeti vasitəsi ilə yazıb erməni-müsəlman hadisələrinə dair 
məlumat  istədiyimdən  sonra  Mirzə  Camal  Yusifzadənin  göndərdiyi  jurnaldan  və 
bir  para  məxsusi  məktublardan  iqtibas  olunub  redaktə  edildikdən  sonra  dərc 
edilmişdir. 
Mülahizə,  yaxud  düĢüncələrim.  Oxucuların  məlumatı  olsun  ki,  hər 
tərəfdən  mənim  əlimə  gəlib  çatmıĢ  məlumatların  bir  çoxunda  ermənilərin 
istiqlaliyyət - idarə muxtariyyəti tələblərindən uzun-uzadıya bəhs açılır. 
Cəbrayıl hadisələrinə gəldikdə, bu qarıĢıq söhbətləri büsbütün sübuta yetirib 
bir çox dəqiq məlumatlar verməklə oxucuları bir sıra Ģübhəli fikirlərdən azad edir. 
Mənə  qalırsa,  ermənilərin  bu  hərəkətlərinə  və  imkan  xaricində  olan 
istəklərinə  boĢ bir xəyal,  xeyri olmayan bir fikirdən baĢqa  bir söz deməyəcəyəm. 
Zira,  erməni  milləti  bir  para  mövqedə  var  qüvvəsini  islamlara  vurub,  çox  da 
çalıĢdılar,  çalıĢıb  da  məğlub  oldular.  Bunu  da  nəzərə  almalıyıq  ki,  islamlarda  nə 
hərbi qüvvə, nə odlu silah, nə də müharibə və nizam görmüĢ əsgər var idi. Digər 
tərəfdən  hökumət  məmurlarının  bəzi  məsələlərdə  onlara  etdikləri  köməyini  bir 
kənarda qoyub da, özlərinin 20 ildə yığdıqları tədarüklərini nəzər-diqqətə aldıqda 
ermənilərdə  böyük  yaramazlıq  meydana  çıxır.  Belə  iĢlərə  qoĢulmuĢ  ermənilərin 
Rusiya, yainki Türkiyə əleyhinə baĢ qaldırmaları bir uĢaq fikridir, zənnindəyəm. 
Məqsədin  ərzi.  1905-ci  ilin  iyun  ayının  13-də  2  nəfər  müsəlləh  erməni 
daĢnaksutyun əsgəri Qacar kəndinin sakini Əhməd Kərbəlayı Qasım oğlunun evinə 
gəlib bu sözləri söyləmiĢlər: 
"Biz iki nəfər DaĢnaksutyun firqəsindən olub iki möhtərəm Ģəxsin aĢağıda 
yazılmıĢ sözlərini siz müsəlman camaatına çatdırmaq üçün gəlmiĢik. DaĢnaksutyun 
firqəsinin  səlahiyyətli  adamları  sizi  iyun  ayının  16-da  məĢhur  Ağ  oğlan
*
 
monastırına  dəvət  edirlər.  Əlbəttə,  adları  aĢağıda  qeyd  edilmiĢ  kəndlərə  xəbər 
verilib.  Deyilən  vaxtda  hamınız  ora  gəlsəniz  lazımi  sözlər  vardır,  sizə 
söyləyəcəklər.  Həmən  kəndlər:  Divanəli,  Yağlıvənd,  Dilağarda,  Veysəlli 
kəndlərindən ibarətdir". 
Ġyun  ayının  16-da  həmin  kəndlərin  camaatı  əksəriyyətlə  monastıra  yığılıb 
ermənilərin iĢtirakı ilə bir mitinq keçirdilər. 
Yığıncağın  təsviri.  Erməni  və  müsəlmanların  iĢtirakı  ilə  "Ağ  oğlan" 
monastırında  yığıncaq edilir. Yığıncaq  monastırın  həyətində  olub, bir çox stollar, 
stullar düzülmüĢdü. Fəqət yığıncağın mərkəzində üç bəzəkli kürsü qoyulduğundan 
qabaqca adları qeyd edilmiĢ  erməni baĢçılarının kürsüsü olduğu  meydana  çıxırdı. 
Bir  azdan  sonra  möhtərəm  Ģəxslər  yığıncağa  daxil  olub  mərkəzdə  qərar  tutdular. 
                                                           
*
 Həmən monastır Qacar kəndiylə Çanaqçı erməni kəndi arasında yerləĢir. 
 


31 
 
Bundan iki dəqiqə  sonra, yəni rəsmi təqdimat  qurtaran kimi  yığıncağa  BaxĢı adlı 
bir  erməni  daxil  olub  aĢağıda  yazılmıĢ  sözlərini  sona  yetirməmiĢ  ermənilər  onun 
susmasına  iĢarə  etdilər:  "Camaat!  Sizin  mahalınıza,  kəndlərinizə  üç  nəfər 
möhtərəm  Ģəxs  qonaq  gəlmiĢdir.  Mən  isə  Çartazlı  BaxĢı  adlı  bir  nəfərəm  ki,  əsl 
adım  - ismim AĢotdur ki, bu möhtərəm Ģəxslərə  katibbaĢı və  mütərcim xidmətini 
ifa  edirəm.  Bu  orta  kürsüdə  əyləĢən  çox  hörmətli  bir  vücuddur  ki..."  Söz  bura 
yetiĢəndə  ermənilər qıĢqırıq  salıb, "sus, sus" deməklə  onu  susdurdular. Sonra  sağ 
tərəfdəki kürsüdə  əyləĢmiĢ  möhtərəm Ģəxs çox vüqar və  əzəmətlə  qalxıb bu nitqi 
söylədi: 
1-ci  nitqin  mətni:  "Camaat!  Biz  erməni-müsəlman  və  bütün  qafqazlılara 
lazımdır ki, hər bir mətləbə bir məsəl  gətirib tainki bu tövrlə camaatımıza bir söz 
baĢa  salaq.  Zira,  bizdə,  xüsusən  siz  müsəlmanlarda  əsla  elm-mərifət  nuru  (!) 
yoxdur. Əlbəttə, insanda elm-mərifət nuru olsa, bu nur ilə sözün əsl mənasını, yəni 
nədən ibarət olacağını anlar. Buna görə, məsələsiz mətləb bizə iĢ vermiyor. Mən bu 
sözümü  istinasız  olaraq  erməni  və  müsəlmanlara  deyirəm.  Ġndi  bilirsiniz  ki,  biz 
qafqazlılar rus millətinin qapazları və zülm-sitəm boyunduruğunun altında yaĢayıb, 
kefləri istədiyi qədər əllərindən və dillərindən gələni bizlərə edirlər. Bizə çox zülm 
və insafsızlıq etmiĢlər. Bizlərin insan hüququnu payimal və istibdad təpikləri altına 
alaraq, bizim həqiqi və məxsusi həyatımızı əlimizdən çıxarmıĢlar! 
Biz  erməni  milləti  neçə  vaxtdan  bəri  milli  hüququmuzu  və  idarə 
istiqlaliyyətimizi  tələb  etmək  təmənnasındayıq.  Nəhayət,  bizim  düĢmənimiz  olan 
Rusiya  səltənəti  böyük  cüssəli  bir  fil  mənziləsindədir.  Bizlər  və  sizlər,  daha 
doğrusu, rus olmayan baĢqa xalqlar aciz olub həmiĢə zalım hökumətin, o qəvicüssə 
filin  qorxusundan  küncə  qısılıb,  ac-yalavac  sızıldamaqda  idik.  Amma,  Allah-
təalaya minlərcə Ģükür olsun ki, bizdən də aciz olan Yaponiya milçəkləri bu zalım 
filə o qədər zərbə vurdu ki, bizim arzumuzun sonuna yetiĢdi. Həmən milçək zalım 
fili o qədər o yan bu yana qovaladı ki, axırda arxası üstə dərin bir xəndəyə - kanala 
yıxıldı. Ġndi haydı, qardaĢlar, gəlin əl-ələ verək, həmən filin ətini parça-parça edib 
məhv eyləyək. 
Bəlkə bu filin ətini-qanını məhv etməklə uzun illərdən bəri qəflət və əsarət 
içində  yaĢamıĢ  millətlərin  də  üzünə  ədalət  nuru  düĢə  və  səlamətlik  görə,  haydı, 
qardaĢlar, haydı!" - deyib sözünü qurtardı. Sonra sol tərəfdə oturan möhtərəm Ģəxs 
təntənə ilə ayağa qalxıb bu nitqi söylədi: 
2-ci nitqin mətni: "Camaat! Biz erməni milləti çoxdan bəri bu xəyalda idik 
ki,  Qafqazda  bir  qazan,  yəni  xörək  biĢirək,  qab  asıb  onun  içində  ədalət,  müsavat 
xörəklərini biĢirib sizi və  bir neçə  tayfaları da  bu xörəyə  Ģərik edək. Ġndi,  həmən 
qazan  hazırdır  və  onu  qoymağa  bir  sepayə  -  üç  ayaqlı  ocaq  lazımdır  ki,  onun 
üstündə qazan dursun. 
Həmən  sepayənin  birisi  ermənilər,  birisi  də  gürcülərdir.  Ġndi  lazımdır  üç 
ayaqlının, yəni sacayağının bir qıçı da siz müsəlmanlar olasınız. Əlbəttə, lazımdır 
müsəlman qardaĢlarımız bizim süzümüzə baxıb sacayağının üçüncü ayağı olsunlar. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə