1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə2/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   2   3   4   5   6   7   8   9   ...   54


 
seçilir. Müəllif, özünün də etiraf etdiyi kimi, hadisələri olduğu kimi qələmə almağa 
çalıĢmıĢ,  onlara  mümkün  qədər  az  müdaxilə  edib,  səbəbi  göstərməklə  nəticəni    
çıxarmağı  oxucuların  öz  öhdəsinə  buraxmıĢdır.  Yazıçıya  bu  iĢdə  öz 
müĢahidələrindən  əlavə  müxtəlif  məntəqələrdə  olub  "özü  qədər  etibar  etdiyi" 
müxbirlərinin  göndərdiyi  dörd  yüzə  qədər  məktub  və  sənədlər  kömək  etmiĢdir. 
Bundan əlavə M.S.Ordubadi yeri gəldikcə, o dövrün mətbuatından, rəsmi  protokol   
və  stenoqramlardan  da  istifadə  etmiĢdir  ki,  bu  da  dövrün  həqiqi  mənzərəsini 
yaratmağa real zəmin yaratmıĢdır. Bəzən oxucuya elə gəlir ki, bütün bunlar səksən   
il  əvvəlki  hadisələr  deyil,  son  iki  ildə  Azərbaycan  xalqının  baĢına  gətirilən  
müsibətlərdir, sadəcə olaraq tarixləri səhv düĢüb. 
Əsrin  əvvəlindəki  hadisələrlə  son  iki  ildə  eyni  məntəqələrdə  baĢ  vermiĢ 
hadisələrin heyrətamiz dərəcədə yaxınlığı əsərin təcili nəĢrini ən zəruri bir iĢ kimi 
qarĢıya  qoydu.  Bununla  da  "nə  etməli,  faciəli  böhrandan  necə  çıxmalı  və  bütün 
bunların  bir  daha  təkrar  olunmaması  üçün  hansı  yolla  getməli?"  suallarının 
cavablarına doğru gedən cığırlara güclü iĢıq salmıĢ oldu. Yuxarıda qeyd etdiyimiz 
kimi, "Qanlı sənələr" ("Qanlı illər") əsəri ilk dəfə ərəb əlifbası ilə təxminən səksən 
il  bundan  əvvəl  nəĢr  olunmuĢdur.  Bu  baxımdan  XX  əsrin  əvvəllərinin  və 
M.S.Ordubadinin gənclik illərinin məhsulu olan bu əsərin orijinaldakı dilinin ağır 
və ərəb-fars tərkibləri ilə zəngin olması təbiidir. Əsərin belə bir Ģəkildə yeni nəĢri 
isə, Ģübhəsiz ki, müasir kütləvi oxucu üçün çox böyük çətinlik yarada bilərdi. Ona 
görə  də  ən  geniĢ  oxucu  tələbatını  nəzərə  alaraq  əsərin  dili  sadələĢdirilmiĢ,  çətin 
anlaĢılan  söz,  ifadə  və  tərkiblər  məzmuna  xələl  gətirmədən  müasir  Azərbaycan 
sözləri ilə əvəz edilmiĢdir. ĠĢ prosesində əsərin bədii dəyərini aĢağı sala bilən bəzi 
cümlə və təkrarlarla bağlı çox cüzi ixtisar iĢi aparılmıĢdır. ġərhə ehtiyacı olan bəzi 
sözlərin izahı müvafiq səhifənin axırında verilmiĢdir
*

Əsərin  özündən  gələ  bilən  və  ya  coğrafi  adları  çevirərkən  ərəb  əlifbasının 
xüsusiyyətlərindən doğa bilən nöqsanlara görə əvvəlcədən üzr istəyirik. Bu haqda 
fikrini bizə bildirənlərə bu baĢdan minnətdarlığımızı bildiririk. 
Azərbaycan  xalqının  mənliyi  və  Azərbaycan  torpağının  toxunulmazlığı 
yolunda canlarından keçmiĢ Ģəhidlərimizin ruhu Ģad olsun! Amin! 
Əkrəm Bağırov 
 
 
 
                                                           
*
 Tərtibçinin səhifə axırında verdiyi izahlar yeni nəĢrdə kitabın sonunda təqdim edilmiĢdir. 
 



 
QANLI ĠLLƏR 
 
Ümumrusiya, Polşa və Finlandiyanın hökmran və padşahı böyük imperator 
II Nikolay Aleksandroviç  həzrətlərinin ədalətli və xoşbəxt zamanında 1323 hicri  -
1905 miladi ilində nəcib islam milləti ilə qədim erməni milləti arasında iğtişaş baş 
verib, hər iki xalqın milli tarixinə bir kədər, müsibət səhifəsi bəxş və əlavə eyləyən 
Qafqazın son hadisələrinə dair qələmə alınmışdır. 
 
KĠTABA ƏLAVƏ 
 
Qafqazın  son  inqilablar  dövrünə  həsr  olunmuĢ  əsərimiz  Ağa  Murtuza 
Muxtarov  cənabları  tərəfindən  nəĢr  olunub  yayılmıĢdır.  Tarixin  gələcək  üçün 
böyük  əhəmiyyətini  mülahizə  edən  Muxtarovlar  əməl  və  arzularında  müvəffəq 
olsunlar. Millətimiz isə belə millət babalarını unutmazlar, ümidindəyik. 
Məmməd Səid 
 
MƏQSƏDĠN ƏRZĠ 
 
Bu olmuĢ tarixi vücuda gətirmək üzrə qələmi əlimə aldığım zaman özümdə 
bir  kədər,  bir  müsibət  xatirələri  hiss  edirəm.  Əcəba!  Əlimdəki  qələm  hər  zaman 
qanlı  illərdə  qəflətən  baĢ  verən  faciələri  yazmaq  istəyir,  vicdanım  da  bu  ülvi 
vəzifəni ifa etməkdə qeyri-iradi bir həvəs göstərir. Zəif duyğularıma gəldikdə qanlı 
illərdə  ucalmıĢ  fəryad  və  məzlumların  maddi  və  mənəvi  təsirindən  irəli  gələn, 
dözülməsi  mümkün  olmayan  bir  hala  təsadüf  edib  özünü  böyləcə  davamdan 
məhrum buraxır. 
Hər halda tarixi qələmə almağa cəsarət edib bəĢər dünyasının hər nöqtəsinə 
qəm  dağı  olan  bu  sadə  əsərimi  yaradıb  meydana  çıxarıram.  Daha  açıq,  daha 
doğrusu,  iki  millət  arasında  baĢ  verən  faciələri  yazmaqla  vətən  övladlarına    
keçmiĢ müsibətlərdən bir ibrət yadigarı kimi bir parça vətən fəryadnaməsi vücuda 
gətirdim. O bir olan Allahın köməkliyi ilə iki il müddətində toplanması və yazıya   
alınması  baĢında  çalıĢdığım  bu  qiymətli  əsərin  tamamlanmasına  nail  oldum. 
Minlərcə  təĢəkkür  ki,  zəif  duyğularımın  istəyincə  olmayaraq  Ģənimdən  üstün, 
qədrimdən  artıq  olan  fəxrə  nail  olaraq  ucalara  yüksəldim.  Çünki  millətimin  ən  
əhəmiyyətli,  ən  lüzumlu bir xidmətini öhdəmə alıb və ifasında qüsurlu qalmayıb, 
məncə, ali bir vəzifəni qazandım. Həqiqətdə, mən bu ali və iftixar olunan dərəcəni 
kəsb  etmək  qüdrətində  deyildim.  Həm  də  qələm  və  qüdrətimdə  belə  mühüm  bir 
vəzifəni  ifa  üçün  bir  qabiliyyət,  bir  bacarıq  da  yox  idi.  Məni  bu  dərəcələrə   
çatdıran  hörmətli  müxbirlərimin  milli  qeyrət  hissləri,  bir  də  vicdanımdır,  əvət, 
vicdanım!  Bütün Qafqaz millətlərinə, istər erməni, istər müsəlman, məlum ola ki, 
bu tarix hər cür Ģəxsi və milli qərəzdən uzaq olub hər nöqtədə üz vermiĢ faciə və 
hadisələri  olduğu  kimi  yazıb  oxuculara  tam  ehtiramla  təqdim  edəcəkdir.  Hər 



 
tərəfdən  müxbirlər  vasitəsilə  mənə  yetiĢmiĢ  245  məktubun  hamısı  saf-çürük 
edilmiĢ,  məzmununa  xələl  yetirilmədən,  yalnız  tarixin  və  yazıçının  üslubuna 
müvafiq bir dilə çevrilmiĢdir. Erməni və müsəlmanlar burasını da bilməlidirlər ki, 
hər  səmtdə  lənətə  layiq  görülmüĢ  bir  sıra  çoban-çoluq  vuruĢması,  Ģəxsi  qərəzi, 
yaxud bir neçə  nəfərin  xüsusi  mənfəəti  naminə baĢ vermiĢ oğurluq  və cinayət 
əməllərinə  bu  əsərdə  qətiyyən  yer  verilməmiĢdir.  Fəqət,  bəzi  nöqtələrdə  baĢ   
vermiĢ  milli  hərəkətlər,  hər  iki  tərəfin  qalibiyyət  və  məğlubiyyəti,  xəsarət  və 
tələfatı  düzgün  və  qərəzsiz  olaraq  yazılmıĢdır.  Bunu  da  hamı  bilməlidir  ki, 
dəfələrlə "ĠrĢad"
1
 və "Tazə həyat"
2
 qəzetləri vasitəsilə ətraf müxbirlərdən məlumat 
tələb  etdiyim  vaxt  qərəzsiz  və  bitərəfanə  bir  Ģəkildə  yazmalarını  təmənna    
etmiĢdim.  Yenə,  məlumat  almaq  arzusu  ilə  mühərrirlərə,  qələm  sahiblərinə  
məxsusi  məktublar  göndərib  iğtiĢaĢ  günlərində  məhəlli  hökumətin  hər  iki  tərəf 
barəsindəki  rəftarını  sormuĢdum.  Mən  çox  fəxr  edirəm  ki,  hər  cür  fitnəkar 
məqsədlərdən  uzaq,  hər  növ  Ģəxsi  qərəzdən  kənar  olan  məktublar  alıb  bu 
məcmuədə  dərc  etdim  (Allah  hamısından  razı  olsun!).  Ümidvaram  Səidin 
bitərəfanə  yazılmıĢ  bu  sadə  və  mükəmməl  tarixinə  müsəlman  və  ermənilərin 
hörmətli  yazıçıları  islah  nəzəri  ilə  yanaĢıb,  saf  ürək,  pak  qəlb,  səlim  vicdanı  ilə 
qəbul  edib,  Səidlərini  baĢıuca  edəcəklər.  Əslində  mən  yazıçı  deyiləm.  Fəqət, 
zərrənin dünyanı iĢıqlandıran günəĢə olan nisbəti qəbilindən möhtərəm yazıçıların   
arxasınca sürünürəm. Bunu da bütün Qafqaz millətləri bilməlidir: mənim bu əsəri    
yazmaqda  məqsədim  millətimizi  məsuliyyətdən  qurtarmaq,  insanpərvər  kimi 
tanıtmaq,  həmçinin  erməni  qonĢuları  məsul  tutmaq,  vəhĢi  və  insaniyyətdən  uzaq 
bir varlıq kimi niĢan vermək də deyil. Bəs nədir? Mənim məqsədim müsəlman və 
ermənilərin  iki  il  ərzində  törətdikləri  səhv  və  xətalarını  söyləməkdir...  Bəlkə, 
onların  və  bizim  bu  xətalardan    ötrü    təəssüfə  layiq  bir  halda  gələcək  qarĢısında 
xəcalət  çəkəcəyimizi  deyib  durmaqdır.  Burasını  da  oxucular  düĢünməlidir  ki, 
mənim    ümdə  məqsədim  müsəlmanların  elmsizlik,  anlamamazlıq  səbəbindən  bu 
bəlalara  düĢdüyünü  deyib,  ermənilərin  də  bir  para  yazıçıların  xam  xəyallarına 
qurban  olduqlarını  onlara  bildirməkdir.  Bunu da bilməliyik ki, mənim bu əsərim 
zahirən büsbütün hadisələr isə də,  hər iki  millətə mənəvi  səmərələr və  faydalar 
verəcəkdir. Ümid ki,  hər iki  millət öz səhv  və xətasını  düĢünmək üçün hörmətli 
erməni  yazıçıları  bu  bitərəfanə  olan  əsəri  rus,  yainki  erməni  dilinə  tərcümə  edib,   
vətən  övladlarına  bir  intibah  güldəstəsi  olaraq  əmanət  qoyacaqlar.  Bu  yol  ilə 
əsrlərində bir belə  cinayətlərə meydan verəcək bir  para  kimsələr  olarsa, qarĢısını 
almağa  çalıĢacaqlar.  Bunların  hamısından  sonra  mən  özümə  lazım  bilirəm  ki, 
müharibələrin baĢ vermə səbəbini yazıb, hər iki millətin  qan intiqamı almaq üçün 
qəlblərində bəslədikləri evlər yıxan xəyallarına məhəbbət və qardaĢlıq suları səpim. 
Bu hadisələrin baĢ verməsi və səbəbi barədə Rusiya və Qafqaz mətbuatı ilə yanaĢı, 
Avropa  və  Amerika  mətbuatı  qızğın-qızğın  canfəĢanlıq  etməkdə  idilər.  Bunu  da 
bilməliyik  ki,  xarici  mətbuat  səhifələrində  müzakirəyə  qoyulmuĢ  məqalələrin 
hamısı  bir-birinə  zidd,  təzadlı  fikirlərlə  qarĢı-qarĢıya  durmaqda  idilər.  Bunlardan 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə