1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə3/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   2   3   4   5   6   7   8   9   ...   54


 
hansının haqlı, hansının haqsız olduğunu deməyə ehtiyac olsa da, hələlik bu kiçik 
səhifələrdə  yerin  və  vaxtın  azlığından  təfsilatdan  vaz  keçib,  bu  hadisələrə  səbəb 
dörd mühüm cəhəti deməklə  kifayətlənəcəyəm. Bu dörd səbəb isə  ardıcıllıqla  ərz 
və bəyan olunacaqdır. 
Məramın  ifadəsi.  Xalqımız  Qafqaz  hadisələrinin  baĢ  verməsini  çox 
səbəblərlə  bağlayır.  Bu  barədə  yuxarıda  deyildiyi  kimi,  mətbuat  səhifələrində  bir 
çox  keĢməkeĢlər  olduğu  da  gizli  qalmamıĢdır.  Ancaq  onların  hamısını  yazmaq 
imkanına  malik  deyiləm.  Zira,  məslək  və  əqidəmə  zidd  olduğu  kimi,  köhnəlmiĢ 
dərdləri təzələmək  kimi bir  nalayiq əməldən də  həzər edirəm. Fəqət,  məlumat  və 
qüdrətim  qədərincə  bu  iğtiĢaĢlara  səbəb  dörd  Ģeydir  -  deyib,  isbatdan  da  geri 
durmayacağam.  1-ci  səbəb  erməni  DaĢnaksutyun  komitəsinin  müstəbid  bir 
idarə üsulunu təĢkil etdiyidir  ki,  Qafqazda bir sıra qanlı teatrolar  oynandı... 
Bu  sözləri  insafı  olan  erməni  və  müsəlman  inkar  etməz,  zənnindəyəm.  Mənə 
yetiĢmiĢ  245  məktub,  DaĢnaksutyun  partiyasının  fəaliyyətinə  dair  dörd  yüzdən 
artıq  məlumatlar  yazı  stolumun  üstündə  durur.  O  qədər  ürəkağrıdan  və  yanıqlı 
xəbərlərin  hamısına  bu  səhifələrdə  yer  olmadığından  yalnız  bir  neçəsini 
göstərməklə kifayətlənirəm. 
1.  1905-ci  il  18  noyabrda  Gəncədə  baĢ  vermiĢ  hadisələrdən  əvvəl  noyabr 
ayının 8-də daĢnaksutyunların müsəlmanları müharibəyə çağırmaq üçün Bəhmənli 
sakinlərini  təqsirsiz  və  günahsız  öldürmələridir.  2.  Yenə,  Gəncədə  bir  iranlı 
biçarənin daĢnaksutyunlar tərəfindən öldürülməsidir. 3. Yenə də, Gəncədə erməni 
hissəsi  olan  QoĢa  Çinar  məhəlləsində  Molla  Cəlilli  sakinlərini  daĢnaksutyunların 
gülləbaran  etmələridir.  4.  Gəncədə  Amos  Perovun  dəyirmanında  12  noyabrda  bir 
müsəlmanın  daĢnaksutyunlar  tərəfindən  öldürülməsidir.  5.  Qazax  uyezdində 
general-qubernatorluq  edən  Levintskinin  daĢnaksutyun  hərəkəti  barəsində  caniĢin 
qraf  Voronsov-DaĢkov  həzrətlərinə  vurduğu  teleqramıdır  ki,  9  mart  54  №-li 
"Kaspi" qəzetində dərc edilmiĢdir. Ümid ki, bütün oxucular oxuyub və eĢitmiĢlər. 
6.  Gəncə  hadisələrindən  sonra  hnçaqist  komitəsi  ali  məqamından  edilmiĢ  sülh  və 
barıĢığın  daĢnaksutyun  tərəfindən  pozulmasıdır  ki,  bunu  ermənilərin  özləri  təsdiq 
etmiĢlər. Bu əhvalat da Gəncə hadisələrində təfsilatı ilə ərz və bəyan ediləcəkdir. 7. 
Naxçıvan  faciəsinə  bir  neçə  gün  qalmıĢ  bir  nəfər  müsəlmanın  yerində  namaz 
qıldığı məqamda daĢnaksutyunlar tərəfindən Ģəhid edilməsidir. Müxtəsər, ġuĢada, 
Bakıda, Cəbrayıl və CavanĢir həmçinin Zəngəzur uyezdlərində daĢnaksutyunlardan 
bir  çox  cinayətlər  peyda  olmuĢdur  ki,  məcmuədə  ardıcıllıqla  ərz  və  təqdim 
edildiyindən burada təkrarına lüzum görülmədi. 
Bunlardan  baĢqa,  erməni  DaĢnaksutyun  partiyası  komandanlarının  necə 
qaniçən  olduqları  barədə  Hamazasp,  Aram  bəy,  Murad,  Bedo,  Ağabəylərin, 
Baqratların, Soqrad və qeyri-qeyrilərin oynadıqları rollar kifayət edər, zənnindəyik. 
2-ci  səbəb  məhəlli  hökumət  məmurlarının  müharibə  zamanlarında 
etinasızlığıdır.  Böyük  Rusiya  inqilabına  görə  mərkəzi  hökumətin  baĢı  özünə 
qarıĢdığından  xırda  məmurlar  özbaĢınalığa  üz  qoyub  erməni-müsəlman 



 
iğtiĢaĢlarının  sakitləĢməsi  üçün  bir  tədbirdə  bulunmadılar.  Bulundularsa  da, 
ermənilərin  terrorları  qorxusundan  bir  tərəfi  əldə  saxlayıb,  digər  tərəfə  növbənöv 
vicdansızlıqlar  etməkdə  idilər.  Demək  ki,  bir  tərəfi  əzib  qoyduğundan,  əzilən 
camaat qarĢı tərəfdən intiqam almaq üçün hər cür təĢəbbüslərdə bulunmağa məcbur 
olurdular. Budur ki, Qafqazın gözəl Ģəhərləri dağıdılıb yandırılır, yurdlarımız qan 
çalasına  döndərilirdi.  Bunlara  Ģahid  Naxçıvan  uyezdinin  naçalniki  Angil  kimi 
vicdansızların fitnəkar hərəkətləridir. Belə ki, yanan atəĢləri söndürməyib, əksinə, 
caniləri bir sıra cinayətlərə sövq edirdi. 
Bunları  izah  üçün  bir  mübahisə  yeri  qalmamıĢdır.  Zira,  Naxçıvan 
hadisəsində  layiqincə  söylənmiĢdir.  Məncə,  bunları  gizlətmək  hər  iki  millətin 
istiqbal təĢəbbüsünü zaye və xələldar edər. Angil naçalniklərin lənətəlayiq hərəkəti 
nəticəsində  Naxçıvanda  ermənilər  qələbə  gəlib  məğlub  edildi.  Məğlub  olub  da, 
sonrasında  Krılov  kimi  kazak  komandanları  kazakları  ermənilərlə  əlbir  edib, 
müsəlman  dükanlarını  yandırmaqla  müsəlmanları    canlarından    əziz  olan  
mallarından  məhrum  və naümid etdi. 
Bunları isə gizlətmək Peyğəmbərimizin lənətinə giriftar olmaq kimi Allaha 
xoĢ  gəlməyən  bir  iĢdir,  zənnindəyəm  və  bunlardan  əlavə  general  QalaĢçapovun 
ġuĢadakı  hərəkətləri  üstdə  dediyim  sözlərə  gözəl  sübutdur.  Müxtəsər,  bunları 
ətraflı  yazmaq  üçün  çox  vaxt  lazım  olduğundan  oxucularımızın  bunları  nəzərə 
alacağı zənnindəyəm. 
3-cü  səbəb  və  iğtiĢaĢa  gəldikdə,  müsəlmanların  elmsizliyi  və  müasir 
iĢlərdən  bixəbər  olmalarıdır.  Müsəlmanlar  elm  və  siyasətdən  bixəbər 
olduqlarından hökumət məmurlarının Qafqazda tutduğu əqidəsini və ermənilərin o 
əqidədən  necə  istifadə  etdiklərini  düĢünmədilər.  Bakı  faciəsindən  sonra  erməni-
müsəlman  hadisələrinin  bu  qədər  uzanmasına  səbəb  müsəlmanların  elmsizliyidir, 
digər  bir  cəhət  var  isə,  o  da  müsəlmanların  silahsız  və  müasir  iĢlərdən   
xəbərsizliyidir. Burasını düĢünməliyik ki ermənilər Bakıda müsəlmanları yoxlamaq 
üçün  öz  əsgərlərinə  müəyyən  iĢarə  verdilər.  O  vaxt  müsəlman  camaatı  hazırlıq 
görüb  ayıq  tərpənsəydi,  erməniləri  bir  oyanıĢa,  bir  tənbihə  uğratsaydı,  Qafqaz 
faciələrinə büsbütün son qoyular, müsəlmanların da təbii Ģücaət və rəĢadəti onlara 
məlum  olardı.  Əvvəlinci  faciələrdə  ermənilərin  bütün  Qafqazı  iĢğal  altına  alacaq 
qədərində  əsgərləri  yox  idi.  Ermənilər  yalnız  hiylə  və  siyasətlə  iĢ  tutub  bir  ovuc 
könüllü  əsgərlərlə  müsəlmanların  qüvvəsini  əzmək  istəyirdilər.  Belə  ki,  Bakıda   
sülh   edib müsəlmanları yatırtmaqla ġuĢada müharibəyə baĢlayır, ġuĢada sülh edib 
Gəncə  quberniyasının  sair  yerlərini  yandırmağa  və  dağıtmağa  təĢəbbüs  edirdilər. 
Müsəlmanlar isə əvvəlcə bunları bilməyib sonralar gözlərini açdılarsa da, ermənilər 
Türkiyədən və Ġrandan əsgər yığıb müsəlmanları əzməyə baĢladılar. 
Bunları  isbat  üçün  Oxçu-ġəbadək  hərb  meydanında  tapılan  iki  erməni 
cənazəsi kifayət edər ki, hər birindən bir məktub çıxmaqla biri türkiyəli, digəri isə 
iranlı olduğu meydana çıxdı. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə