1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə54/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   46   47   48   49   50   51   52   53   54

110 
 
Minənəvur, Fərcan, Qalaboynu, Əcəbli, Buğacıq. Bunların hamısı islam köyləridir 
ki, ermənilər tərəfindən talan edilmiĢdir. 
Ordubadlıların  ikinci  Oxçu-ġəbadək  səfərləri  və  müharibə  xəbərləri. 
Oxçu-ġəbadəkin fəlakət qurbanları Ordubad və mahal kəndlərinə dağıldıqlarından 
camaatda böyük bir həyəcan əmələ gəlmiĢdi. Belə ki, Ģəhər camaatı bir gündə hər 
iki  quberniyanın  general-qubernatorlarına  100-ə  qədər  teleqramlar  vurub 
müsibətzədələrin  hallarını  bəyan  etdilər.  Bu  qədər  bir-biri  ardınca  vurulan 
teleqramdan  sonra  Ģəhərə  bir  rota  draqun  süvarisi  gəlib  general-qubernatorun 
hökmünə  əsasən  camaatı  bir  yerə  yığıb  mühafizə  altında  məkanlarına,  yəni 
dağılmıĢ köylərinə apardılar. Saqqarsuyu aĢar-aĢmaz ermənilər tərəfindən bir neçə 
güllə atılıb süvarilərin gözü qabağında iki nəfər müsəlmanı qətl etmiĢdilər. 
Bu  barədə  rota  əfsərləri  öz  naçalniklərinə  teleqram  etdikləri  kimi  bütün 
Qafqaz  qəzetlərində  oxunurdu.  Bu  tərz  ilə  hər  kəs  gizlin,  ya  aĢkar,  öz  doğma 
yurdlarına, köylərinə getdikdə güllələrlə geri qayıtmağa məcbur edilirdilər.     Necə 
ki, Oxçu hadisələrinin əvvəlində ərz və təqdim edilmiĢdi, ermənilər öz siyasətlərinə 
əsasən  Oxçu-ġəbadəkə  malik  olduqlarından  komitələri  tərəfindən  bu  kəndləri  bir 
də  müsəlmanlara  qaytarmamaq  üçün  qəti  əmr  almıĢdılar.  Digər  tərəfdən 
müharibədə  yorğun  düĢən  erməni  əsgərlərini  azad  edib  yerlərinə  yeni  əsgəri 
qüvvələr  göndərmiĢdilər.  Zira,  ermənilər  Oxçu-ġəbadək  üstündə  yenə  müharibə 
olacağını  yəqin  etmiĢdilər.  Ermənilərin  əsas  qorxusu  Sultanov  və  CavanĢir 
bəylərindən idi. Onlardan isə milli bir hərəkət, islami bir oyanıĢ görmədiklərindən 
arxayın  olub,  Oxçunun  imarətlərini  dağıdır,  əkinlərini  biçib  yaxın  köylərə 
daĢıyırdılar. 
Bütün  ətrafın  erməni  əlinə  keçdiyi  aydın  olduğundan  Oxçunun  Ģəhərə 
tökülmüĢ bikəsləri Ģəhər camaatının ürəklərini parçalayırdı. Xüsusilə, qabaqda qıĢ 
olduğundan Ģəhərdə sakin olmuĢ o qədər camaata vüsət verəcək isti otaqlar  lazım 
olduğundan və əlavə, erməni-müsəlman hadisəsi münasibətilə Qarabağ ilə Ģəhərin 
əlaqəsi  kəsildiyindən,  camaatın  və  Ģəhərin  ticarət  iĢləri  çox  tənəzzül  etmiĢdi.  O 
qədər ac-susuz adamı yedirəcək dərəcədə camaatda azuqə yox idi. Bir tərəfdən də 
dağ  kəndlərində  -  yanacağın  bol  mahalında  pərvəriĢ  tapmıĢ  camaatı  pudu  bir 
manata  kömür  almaqla  qızdırmaq,  rahat  etmək  çox  müĢkül  məsələ  idi.  Digər 
tərəfdən az-çox qaramalı-qoyunu olan oxçuluların Ģəhərdə mal saxlaması çox çətin 
idi.  Zira,  Ģəhər  yerində  bir  o  qədər  qaramalı  yerləĢdirəcək  tövlə  və  yurd 
olmadığından əlavə, yem və ot Ģəhər yerində son dərəcə az olduğundan qıĢda hər 
nə qədər ki, qaramal var idi, hamısının qırılacağı yəqin idi. 
Bunlara görə camaatın bir parası vətənlərinə getmək üçün nəhayət dərəcədə 
biixtiyar  olmuĢdular.  Və  bu  barədə  Ģəhər  camaatına  bir  təĢəbbüs  üçün  daimən 
yalvarmaqda  idilər.  Bütün  bunlarla  bərabər,  Ģəhər  camaatı  gündən-günə  onlara 
məhəbbəti artırıb getməklərinə razı olmadıqları üçün, hər kəsin iki otağı var isə də, 
birisini  qonağa  vermiĢdi.  Ancaq  burasını  da  deməliyik  ki,  Oxçu  camaatının 
vətənlərinə təbii məhəbbətləri gündən-günə daha da artmaqda idi. 


111 
 
Oxçu  camaatının  belə  səbirsiz  hərarətlərinə  qarĢı  Ģəhər  və  mahal  camaatı 
arasında müxtəlif fikirlər yarandığından ümumi bir Ģuraya təĢəbbüs edildi. Bir neçə 
Ģura olandan sonra camaatı necə olursa-olsun, öz yerlərində sakin etdirməyə qərar 
verildi.  Çoxsaylı  Ģuraların  nəticəsi  olaraq  ən  əvvəl  Oxçu  və  sair  fəlakətzədə 
köylərin  camaatına  səfərə  və  vətənlərinə  qayıtmaq  üçün  tədarük  görmələri  xəbər 
verildi.  Zira,  camaatın  bir  parasının  qaramalı  və  qoyunları  vardı.  Digər  tərəfdən, 
erməni xəfiyyə cəmiyyətlərinin Oxçu-ġəbadək ölkəsini tutmaq üçün milli hərisliyi 
artmaqda  idi.  Və  bu  hərislik  də  Ģəhər  camaatının  oxçuluları  vətənlərində  sakin 
etdirmək kimi Allaha xoĢ gedən bir fikrinə gündən-günə çətinlik törədirdi. 
Bunların  hamısından  sonra  Ordubad  və  mahal  camaatı  bir  an  da  olsa,  öz 
fikirlərindən  daĢınmayıb  anbaan  dəqiqəbədəqiqə  tədbirlər  aramaqda  idilər. 
Oxçuluları  yerlərində  sakin  etdirmək  üçün  əvvəlcə  hökuməti  vasitə  eləmək 
istəsələr  də,  o  zamanlar  Zəngəzur  iğtiĢaĢının  Ģiddətli  hal  kəsb  etməsi  və  böyük 
Rusiya inqilabının ən təlatümlü bir vaxtına təsadüf etdiyindən hökumətdə o qədər 
güc  yox  idi  ki,  ermənilərin  islah  və  cəzasına  giriĢsin.  Bu  qarıĢıq  vəziyyəti  nəzərə 
aldıqda camaatın öz qüdrət və Ģücaəti ilə iĢ görmək lazım gəlirdi. Odur ki, Ordubad 
camaatı  ermənilərin  tənbih  və  cəzasını  öz  öhdələrinə  götürüb  ifasına  çalıĢmaqda 
idilər ki, Panuslu, Girdəkan ermənilərini yerlərində oturtmaq üçün səfər tədarükünə 
baĢlamağa qərar verildi. 
Panuslu,  Girdəkan  hərb  meydanına  gedən  ordunun  səfər  üçün 
yığılması,  yaxud  səfər  planı.  Bir  tayfa,  yaxud  millət  müharibə  məcburiyyətində 
qalırsa,  ən  əvvəl  hərb  meydanının  coğrafi  mövqeyinə  görə  səfər  planı  tutur.  Bu 
məntəqənin  mövqeyi  nəzərə  alındıqdan  sonra  ən  əvvəl  məlum  məntəqəni  hədəfə 
almaq  qüvvətinə  qadir  olacaq  bir  əsgəri  qüvvənin  cəm  olması  və  göndərilməsi 
üçün  qeyrət  edilir.  Bunları  öyrəndikdən  sonra  bu  əsgəri  qüvvəni  haradan  çağırıb, 
harada  toplanacağı  üçün  müəyyən  vaxt  təyin  edilir.  Əsgərin  hərbi  ləvazimatı  da 
əsgəri  silah  almasından  əvvəl  toplanacağı  yerə,  yaxud  hərb  olacağı  mövqedə 
bulunan qonĢu kəndlərə daĢıyıb məxsusi artellər idarəsinə tapĢırılır. 
Bunlara  əsasən  Ordubaddan  Panuslu-Girdəkan  hərb  meydanına  göndərilən  
əsgərin  hərbi  ləvazimatı  müharibə  baĢ  verməzdən  dörd    gün  əvvəl  Saqqarsuya    
lazımi vaxtında göndərmək üçün yaxın islam köylərində toplanmıĢdı. Əsgərlər də 
olduğu  yerlərdən  hərəkət  edib  1906-cı  il  sentyabr  ayının  15-də  Saqqarsuda 
toplanmaq əmrini aldıqdan sonra bu gün saat on iki radələrində Saqqarsu baĢında 
uca dağa toplanmıĢ idilər. Həmən gün axĢama qədər ordunu təĢkil etməklə yanaĢı   
ətrafa  kəĢf  qolları  da  göndərildi.  AxĢama  kimi  Saqqarsuda  toplanmıĢ  könüllü 
əsgərin  miqdarı  800  sürətli  atan  silahlarla  silahlanmıĢ  cavanlardan  baĢqa,  min 
nəfərə  yaxın  Oxçu-ġəbadək  camaatı  və  sair  öz  xərcilə  gəlmiĢ  və  çağırılmamıĢ 
gələn könüllü camaatdan ibarət idi. Əsgərlərin sayı 1800 nəfərdi. Sentyabrın 15-də 
gecə saat yeddidə Saqqarsuya toplanmıĢ camaat arasında hərbi Ģura məĢvərət edib 
bura cəm olmuĢ əsgəri qüvvə ordu komandanı adlanan  bir zatın  komandası  altına 
verilir.  Ordu  komandanı tərəfindən isə firqə komandanı adı ilə üç komandan təyin 


112 
 
edilib hər birisinə 100 nəfər olmaq Ģərti ilə  nizami əsgər tapĢırılır. Bu gecədə baĢ 
komandanlıqdan  hərbə  dair  lazımi  göstəriĢlər  tərtib  olunub  firqə  komandanlarına 
tapĢırılır.  Firqə  komandanlarına  gəldikdə  əsgərlər arasında onbaĢı adıyla  10 nəfər 
möhtərəm  Ģəxsə  hərbə  dair  baĢ  komandanlıqdan  verilmiĢ  layihəni  təqdim  edir. 
Gecə saat 9 radələrində əvvəlinci firqə kəĢf qolu çıxarmaqla Saqqarsudan hərəkət 
edib  ġəbadək  kəndinin  baĢından  aĢıb  dağılmıĢ  Atqız  kəndindən  keçərək  dağlar 
ətəkləriylə Girdəkan kəndinin aĢağı tərəfinə göndərildi. Bunlara ayın 16-da sübhə 
bir  saat  qalmıĢ  müharibəyə  giriĢmək  üçün  qəti  əmr  verildi.  Bunların  arxasından 
ehtiyat  olaraq  əlli  nəfər  atlı  dəstəsi  də  göndərildi.  Saat  10-da  ikinci  firqə 
Saqqarsudan  hərəkət  edib  Purdavud  kəndinin  içindən  keçib  Oxçu  yolu  ilə  gedib 
Panuslu  kəndinin  qarĢısında  və  üst  tərəfində  istehkam  qurmaqla  məĢğul  olmaq, 
sübhə  bir saat qalmıĢ  müharibəyə  giriĢmək tapĢırığını aldı.  Bu ehtiyat  əsgərindən 
daima  Girdəkan  ehtiyat  əsgəriylə  rabitədə  bulunmaq  üçün  xüsusi  atlılar  təyin 
edildilər. Üçüncü firqə saat on ikidə hərəkət edib Saqqarsudan uca dağdan baĢlamıĢ 
xəritədə  göstərilmiĢ  Lec  və  TeĢtin  dağlar  silsiləsini  niĢana  alıb  Mehri  və  sair 
erməni köylərindən  köməyə  gələn ermənilərin  yollarını kəsmək  və  lazım  gələrsə, 
müharibəyə qoĢulması üçün onlara lazımi göstəriĢlər verildi. Bunlara dəxi ehtiyat 
olaraq camaatdan 5 yüz nəfər könüllü ayrıldı. 
Bu firqələrin hərəkətindən sonra baĢ komandan tərəfindən ümumi qərargah 
olan  Saqqarsudan  hərəkət  etməklə  ġəbadək  kəndindən  bir  qol  -  ordu  (korpus  - 
Ə.B.) təĢkil etmək üçün saat birdə bir zatın komandasına 150 süvari, iki yüz piyada 
könüllü  əsgər  verilib  göndərilir.  Əlli  nəfər  nizami  əsgər  dəxi  bu  göndərilmiĢ  üç 
firqənin arasında  məlumat əldə etmək üçün təyin edildikdən sonra, iki yüz Oxçu-
ġəbadək  camaatından  əsgəri  mövqelərə  azuqə  və  hərbi  sursat  daĢımaq  üçün 
göndərilir. Bu əsgərlərin hamısına hərbi tapĢırıqlar veriləndən sonra baĢ komandan 
yenə  ümumi  qərargaha  -  Saqqarsuya  qayıdır.  Girdəkan  və  Panuslu  firqələrinə 
yardımda bulunmaq əmri baĢ komandan tərəfindən saat üç radələrində ġəbadəkdə 
yerləĢən  qol  ordu  komandanlığına  yetiĢir.  Və  25  süvari  əsgər  firqələr  arasında 
poçta  olaraq  hərbi  xəbərləri  qol-ordu  komandanlığı  vasitəsilə  ümumi  qərargaha 
yetirmək üçün hökm sadir olur. GöndərilmiĢ firqələr saat üç radələrində tapĢırılan 
təpələri  və  bir  sıra  zirvələri  tutub  istehkam  düzəltməklə  məĢğul  olur  və  hər  firqə 
kəĢf qolları çıxarıb Panuslu və Girdəkan kəndlərindən məlumat almaqla sübhə bir 
saat qalmıĢ müharibəyə baĢlayırlar. 
1906-cı  il  16  sentyabr.  Bu  gün  sübhə  bir  saat  qalmıĢ  Girdəkan  kəndini 
niĢana  götürmək  tapĢırığı  almıĢ  firqə  komandanlığının  döyüĢ  əmri  ilə  kəndi 
kəmali-Ģiddətlə  atəĢə  tuturlar.  Bu  firqə  müharibəyə  baĢladıqdan  dörd-beĢ  dəqiqə 
sonra Panuslu yaxınlığında olan firqə də davaya qoĢulur. Bu iki erməni kəndində 
erməni  qoĢunu  çox  olduğundan  müharibə  baĢlar-baĢlamaz  kəndin  kənarlarındakı 
istehkamlara  dolub  oradan  islam  əsgərlərini  atəĢə  tuturlar.  Müsəlman 
səngərlərindən Ģeypur-balaban çalındığı əsnada erməni kəndləri elə bir sükuta qərq 
olmuĢdular  ki,  bu  kəndlərdə  insan  olması  ehtimalı  belə  edilməzdi.  Ancaq  erməni 


113 
 
kəndinin  kənarlarında  olan  mövqelərdən  aramsız  açılan  güllələrin  səsi  eĢidilirdi. 
Bu qayda ilə dörd saat Ģiddətli müharibə edildikdən sonra bir dəstə erməni hücuma 
keçib  islam  əsgərinin  hərəkət  xəttinə  girib  Girdəkan  və  Panusluda  olan  firqələrin 
rabitəsini  kəsməyə  təĢəbbüs  etdilərsə  də,  komandanlıqdan  Atqız  kəndində 
ehtiyatda saxlanan bir dəstənin hücumuyla dəf edilir. BeĢ saat Ģiddətli müharibədə 
həĢtad nəfər tüfəng götürmüĢ erməni əsgər həlak olur. 
Ermənilərin müqavimətə malik belə sabit qüvvələrinin olduğunu müsəlman 
firqələrinin  komandanları  götür-qoy  edincə,  onlar  ehtiyat  əsgərlərini  də  hərbə 
çağırıb  saat  10  radələrində  qanlı  bir  müharibə  baĢlanır.  Bu  müharibədə  islam 
əsgərləri  ayağa  durub  erməni  mövqelərinə  yürüĢ  edirlər.  Ermənilər  isə  məğlub 
olaraq  evlərə  və  kilsəyə  girir,  lakin  tam  Ģiddətlə  müharibəni  davam  etdirirlər. 
Müsəlman  əsgərləri  isə  yavaĢ-yavaĢ  kəndlərə  yaxınlaĢırlar.  Bu  vaxt  firqələrin 
komandanlığı  tərəfindən  kilsəyə  güllə  atmaq  qadağan  edilir.  Fəqət,  kilsə 
müĢahidəyə  alınır.  Saat  on  ikiyə  qədər  Ģiddətlə  keçən  müharibədə  ermənilər 
məğlub olur, müsəlmanlar kəndləri azad edirlər. Saat bir radələrində Gığı dərəsinə 
getmiĢ  birinci  firqənin  kəĢf  qolları  beĢ  yüz  nəfər  hökumət  qoĢunu  gəldiyini  firqə 
komandanına  xəbər  verir.  Bu  xəbəri  alar-almaz  birinci  firqə  heyəti  iĢarət 
Ģeypurlarıyla  geri  çağrılıb  ikinci  firqəyə  qoĢulur.  Bu  vaxt  birinci,  ikinci  firqənin 
ovçu  əsgərləri  kəndlərin  kənarından  bir  neçə  evi  odlamaqda  idilər.  Ümumi 
qərargahdan onların geri çağrılması üçün firqə komandanlarına əmrlər verilir. 
Zira,  TeĢtin  tərəfindəki  müdafiə  qoĢunundan  Zəngəzur  uyezd-naçalnikinin 
beĢ  yüz  kazakla  gəldiyi  xəbər  verilmiĢdi.  Bu  vaxt  hər  iki  kəndin  darmadağın 
olmasına çox az qalmıĢdı. Hər tərəfdən tərk etmə xəbərləri verilib, əsgərlər ümumi 
qərargahdan  olan  Saqqarsuya  qayıdırlar.  Bir  saat  keçmiĢ  hər  iki  tərəfdən  gələn 
hökumət  qoĢunu  kəndlərə  yetiĢir.  Bu  iĢlərin  hamısı  ümumi  qərargahdan  durbinlə 
müayinə edilirdi. 
Ayın  17-də  sübh  zamanı  hər  kəs  Saqqarsudan  hərəkət  edərək  öz  evinə 
qayıdır, Oxçu-ġəbadək camaatı dəxi hökumət qoĢununun gəldiyindən öz dağılmıĢ 
köylərində sakin olurlar. 
17 sentyabr, 1906 
 
Oxçuluların  kəndlərinə  qayıtmaları.  1906-cı  il  16  sentyabrda  Panuslu-
Girdəkan  ermənilərini  müsəlmanlar  məğlub  etdiklərindən  o  tərəf  erməniləri  də 
əvvəlki hərisliklərindən əl çəkib oxçululara əziyyət vermək fikrindən tamamilə əl 
götürürlər.  Hökumətin  də  baĢı  ayılıb  o  tərəflərə  kazak  və  mühafizə  qoĢunu 
qoyduğundan  camaat  bir  az  rahat  olmuĢdu.  Ona  görə  Oxçu-ġəbadək  camaatı 
evlərinə  daĢınıb,  dörd-beĢ  evin  camaatı  bir  otağa  yığılıb  ətrafdan  gələn  ianə  və 
ehsanlar  ilə  gün  keçirməyə  baĢladılar.  Ordubad  və  mahal  camaatının  da  bu 
dərəcədə olan qeyrətləri milli səhifələrimizə qızılı qələm ilə qırmızı bir xətt çəkib 
onu  bəzədi  və  qiymətə  mindirdi.  Allah  onları  hər  iki  cahanda  xoĢbəxt  buyursun. 
Amin! 


114 
 
ĠZAHLAR 
 
1.
 
"ĠrĢad"  qəzeti  -  gündəlik  siyasi,  ictimai,  ədəbi  qəzet.  Bakıda  Azərbaycan 
dilində  nəĢr  olunmuĢdur.  (17  dekabr  1905  -  25  iyun  1908-ci  illərdə).  Redaktoru 
Ə.Ağayev idi. 
2.
 
"Tazə  həyat"  -  gündəlik  ictimai-siyasi,  iqtisadi,  ədəbi  qəzet.  Bakıda  "Kaspi" 
mətbəəsində nəĢr edilmiĢdir. (7 aprel 1907 - 7 oktyabr 1908-ci illərdə). Redaktoru 
HaĢımbəy Vəzirov, naĢiri H.Z.Tağıyev olmuĢdur. 
3.
 
Sasun,  Zeytun,  Van  faciələri  -  Zeytun  (1862,  1878  və  1884),  Sasun  (1880), 
Van  (1886)  Türkiyədə  vilayət  adlarıdır.  Göstərilən  illərdə  bu  vilayətlərdə  erməni 
separatist silahlı çıxıĢları baĢ vermiĢdir. 
4.
 
Bijən  -  Firdovsinin "ġahnamə" əsərində  pəhləvan  surətlərindən birinin  adıdır. 
Müəllif demək istəyir ki, "Ġranın mərd oğulları tərəfindən qovulmuĢlar." 
5.
 
Fərsəx - ölçü vahididir. 6 km məsafəyə bərabərdir. 
6.
 
"Həyat"  qəzeti  -  gündəlik  ictimai-siyasi,  iqtisadi  və  ədəbi  qəzet.  Bakıda 
"Kaspi" mətbəəsində Azərbaycan dilində nəĢr edilmiĢdir. (7 iyun 1905 - 3 sentyabr 
1906). NaĢiri Ə.TopçubaĢov, redaktorları Ə.Ağayev və Ə.Hüseynzadə olmuĢdur. 
7.
 
Hnçak  (Qnçak)  -  erməni  xırda  burjua  partiyası.  1887-ci  ildə  bir  qrup  erməni 
tələbəsi  tərəfindən  yaradılıb.  Özünün  eyni  adlı  çap  orqanı  da  olub.  1905-1907-ci 
illər inqilabından sonra mürtəce millətçi sima almıĢdır. GeniĢ kütlələri öz arxasınca 
aparmaq  üçün  erməni  sosial-demokrat  partiyası  adını  qəbul  etsə  də,  ümumi  fəhlə 
hərəkatına  böyük  ziyan  vurduğundan  tezliklə  nüfuzunu  itirmiĢ  və  Sovet 
hakimiyyəti qurulduqdan sonra bütünlüklə xaricə (ABġ-a) mühacirət etmiĢlər. (B. 
S. E. c.11, səh.558). 
8.
 
"Kaspi"qəzeti  - ictimai-siyasi, ədəbi qəzet. 1881-ci ilin  yanvarından 1919-cu 
ilin  martınadək  böyük  millət  hamisi  H.Z.Tağıyevin  vəsaiti  ilə  Bakıda  rus  dilində 
nəĢr olunmuĢdur. 
9.  Krid - Aralıq dənizində Kıbrıs yaxınlığında yerləĢən ada adıdır. 
10.
 
 Vandət  -  Ehtimal  ki,  Vandeya  nəzərdə  tutulur.  Fransada  Atlantik  okeanı 
sahilində yerləĢən departamentin adıdır. XVIII əsrin axırları XIX əsrin əvvəllərində 
Vandeya  mürtəce  qiyamlarının  mərkəzi  olmuĢdur.  Bütün  bunlar  tarixdə  Vandeya 
müharibələri adı ilə məĢhurdur. 
11.
 
 Həzrəti-Məhəmməd  əleyhüssəlam  və  həzrəti-Ömər  rəziyüllah  -  həzrəti 
Məhəmməd - ona salam olsun və həzrəti-Ömər - Allah ondan razı olsun. 
12.
 
 Makedoniya XIX əsrin axırı - XX əsrin əvvəllərində. (Ətraflı bax: ASE, c.Vl, 
səh.311) 
13.
 
 Lyaoyan  yaxınlığında  olan  müharibə  -  1904-cü  il  rus-yapon  müharibəsində 
olan Lyaoyan döyüĢü nəzərdə tutulur. Bu döyüĢdə rus ordusu məğlub olmuĢdur. 


115 
 
 
 


116 
 
 
 


117 
 
 
 


118 
 
 
MÜNDƏRĠCAT 
ÖN SÖZ ................................................................................................................... 4 
QANLI ĠLLƏR ......................................................................................................... 6 
QANLI BAKI FACĠƏLƏRĠ HAQQINDA ............................................................ 11 
KƏDƏRLĠ NAXÇIVAN HADĠSƏLƏRĠ .............................................................. 16 
ĠRƏVAN HADĠSƏLƏRĠ ....................................................................................... 20 
EÇMĠƏDZĠN. ÜÇ KĠLSƏ HADĠSƏLƏRĠ ............................................................ 27 
CƏBRAYIL-QARYAGĠN HADĠSƏLƏRĠ ............................................................ 30 
AĞRILI ġUġA HADĠSƏLƏRĠ, YAXUD AVAMLIQ BƏLASI .......................... 43 
ĠKĠNCĠ ġUġA FACĠƏSĠ, YAXUD QALAġÇAPOVUN HĠYLƏSĠ ..................... 49 
QƏFLƏTƏN BAġ VERƏN ĠKĠNCĠ BAKl FACĠƏLƏRĠ ..................................... 53 
VƏTƏN FƏRYADNAMƏSĠ ................................................................................. 58 
ERMƏNĠLƏRĠN CAVANġĠR UYEZDĠNDƏKĠ XAM XƏYALLARI ................ 62 
AĞRILI GƏNCƏ HADĠSƏLƏRĠ .......................................................................... 72 
TĠFLĠS FACĠƏLƏRĠ HAQQINDA ....................................................................... 78 
NOYABRIN 28-DƏ BAġLAMIġ ERMƏNĠ-MÜSƏLMAN HADĠSƏLƏRĠ 
QAZAX UYEZDĠ .................................................................................................. 81 
TĠFLĠS SÜLH DANIġIQLARI .............................................................................. 84 
"ĠCTĠMAĠ SÜLH VƏ SÜNNĠ MÜSƏLMANLAR" .............................................. 94 
AĞRILI QATAR HADĠSƏLƏRĠ .......................................................................... 96 
ZƏNGƏZURDA OXÇU-ġƏBADƏK, YAXUD QAFAN DƏRƏSĠ 
HADĠSƏLƏRĠNƏ DAĠR ..................................................................................... 101 
ĠZAHLAR ............................................................................................................ 114 
 
 
 


119 
 
 
 
 
Məmməd Səid Ordubadi 
 
Qanlı illər 
 
1905-1906-cı illərdə Qafqazda baş verən 
 erməni-müsəlman davasının tarixi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Redaktor: Nigar İsmayılova  
Korrektor: Fatma Hüseynova 
 
 
«Qafqaz» nəşriyyatında yığılıb səhifələnmiş və çap olunmuşdur.  
Ünvan: Bakı, Əlövsət Quliyev küç. 98.
 
 

Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə