1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə6/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   2   3   4   5   6   7   8   9   ...   54

14 
 
əzəmətini aləmlərə bildirmiĢlər. Küçələrdə o tərəf bu tərəfdə qan tökən  ermənilər 
isə ələ keçən əlsiz-ayaqsız müsəlmanları qırıb-kəsməkdə idilər. Müsəlman övrətləri 
o tərəf, bu tərəfdə erməni qorxusundan titrəyib, çocuğunu unudurdu. Fəqət yenə bu 
əzəmətli  bacılar  kiĢilərinə  qoĢulub  min  il  bir  vətəndə  yaĢadıqları  erməniləri 
himayət edirdilər. Buna Ģahid üç nəfər müsəlman övrətinin əlli nəfər ermənini hifz 
etməsidir  ki,  dörd  gün  müddətində  bunların  cümləsini  yeməklə  doyurmuĢdur. 
Razılığı  imza  edən  Qaraxanyans  adlı  bir  ermənidir  ki,  məktubu  yazı  stolunun 
üstündə əmanət saxlanmıĢdır. YaĢasın ismətli və mürüvvətli analarım. YaĢayıb da 
insaflı  çocuqlar  tərbiyə  etsinlər.  Fevralın  səkkizi  gecəsi  məmuriyyət  və  Ģöhrətlə 
məĢhur  olan  Bakı  Ģəhəri  cəhənnəmə  çevrilib  bir  tərəfdən  bombaların  partlaması, 
digər tərəfdən uca və ali imarətlərin yanıb vulkanlara bənzəməsi, bir tərəfdən neft 
zavodlarının,  budkaların  yanğısından  səmaya  qalxan  alovlar  insanı  çaĢdırıb 
qoyurdu.  Bu  gecə,  hər  tərəfdən  mühafizəçi  qoĢun  dəstələri  götürülüb  Ģəhər 
mühafizəsiz  qalmıĢdı.  ġəhər  içində  qarətçilər  və  bir  də  xələflərinin  bihudə  qana 
qərq olmalarını görüb axirətdən Bakı Ģəhərinə tökülmüĢ ruhlar idilər ki, bizim belə 
halımızı  görüb  lənət  oxuya-oxuya  yerlərinə  qayıtmaq  arzusunda  idilər.  Bu  gecə 
vəhĢilər  qətl-qarətə  əl  açıb  bir  çox  müəssisələr  və  fabrikaları  yandırıb  dağıtdılar. 
Ən  baĢlıca  qarət  Tsitsiyanovski  və  Qubernski  küçələrində  baĢlanıb  hər  iki  tərəfə 
böyük xəsarətlər yetirildi. Fevralın səkkizində hər tərəfdə qətl-qarət davam edirdi. 
Necə  ki,  Mirzə  Aramyansın  maqazininin  əĢyaları  qarətçilərdən  alınıb  arabalarla 
polis  idarəsində  mühafizə  olunmaq  üçün  aparılırdı.  Saat  ona  yaxın  Suraxanski, 
Voronsovski küçələrində Aslanovun evinə tökülüb üç-dörd ev  dağıdıb talan etmək 
istədilərsə  də,  mühafizəçilər  tərəfindən  mane  və  müdafiə  edildi.  Yuxarıda  qeyd 
edilmiĢ küçələrin küncündə və bulvarlarda qarət tam Ģiddətlə davam edirdi. Gecə 
qaranlıq  düĢdükdə  həmən  evləri  qarətdən  sonra  yandırmağa  baĢlasalar  da, 
qorodovoylar  sandığı  atəĢli  halda  aĢağı  atıb  söndürürlər.  Bu  vaxt  Suraxanski 
küçəsində bir müsəlmanın evi faciəli surətdə qarət olunur və yandırılır. 
Bu  islam  evi  ermənilərlə  dolu  olub  ki,  hamısı  qətl-qarətlə  məĢğul  imiĢlər. 
Bu  barədə  dördüncü  sahənin  pristavı  lazımi  yerinə  mümkün  olan  məlumatı 
vermiĢdir. 
Ermənilər  isə  bu  tərəflərdə  müsəlmanları  Ģiddətli  surətdə  bombardman 
edirdilər. Bu halətə heç kəs davam  gətirə bilmirdi. Necə ki, bütün qoĢun dəstələri 
də atəĢin Ģiddətindən davam gətirə bilməyib hamısı qaçmağa üz qoydu. 
AtıĢma  getdikcə  daha  da  artdığından  iki  nəfər  müsəlman  məzlum  surətdə 
qətl  edildilər.  Həmin  bu  vaxtda  pristavlar  polismeysterin  tərəfindən  məmur  olub 
Dağıstan  polkunun  bir  dəstəsi  ilə  yanğın  komandasına  köməkdə  bulunacaq  idi. 
Yanğın  dəstəsi  təĢəbbüsdə  bir  az  təxir  etdiyindən  dördüncü  sahənin  pristavı  bir 
dəstə  qoĢun  götürüb  Aslanovun  evinin  həyətinə  daxil  olur.  Pristav  və  qoĢun  əhli 
evə daxil olar-olmaz naməlum Ģəxslər tərəfindən ev Ģiddətlə atəĢə tutulur. Pristav 
cənabları  heç  bir  tədbir  görmədən  qoĢun  dəstəsini  götürüb  öz  yerinə  qayıtmağa 
məcbur olur. Qaranlıq düĢdüyündən fərq qoyulmadan erməni və müsəlman əmlakı 


15 
 
və  əĢyası  ya  qarət  və  talan  olunur,  ya  da  yandırılırdı.  Bu  gün  Bakının  halı  elə 
təhlükəli, elə qarıĢıq idi ki, atıĢmanın, yanan imarətlərin, alovun Ģiddətli təsirindən 
öldürülmüĢləri  heç  bir  tərəfdən  yığmaq,  yaralıları  azarxanaya  aparmaq  mümkün 
deyildi. 
Bu növ ilə Bakının hər tərəfində Ģiddətli qətl-qarət və atıĢma baĢlanıb ayın 
10-a  qədər  ardı-arası  kəsilmədən  cinayətlər  baĢ  verirdi.  Balaxanıda  neft 
zavodlarında  iğtiĢaĢ  hökmfərma  olub  yanğı  əməli  də  Ģiddət  tapmaqda  idi.  Ancaq 
Balaxanıda  iğtiĢaĢda  iĢtirak  edən  bir  çox  ermənilər  olub,  bir  çox  da  müsəlman 
fəhlələri hərbə, qətl-qarətə baĢlamaq istərdilər. Fəqət, müsəlman baĢçıları iğtiĢaĢın 
qabağını alıb, erməniləri və sair millətdən olan fəhlələri hifz və himayə edər idi. 
Müsəlmanların bu insaflı rəftarından razılığa dair bir çox məktublar əlimizə 
gəlib  çatsa  da,  bunların  cümləsini  Rono  cəmiyyətinin  fəhlələrindən  gələn  razılıq 
məktubları  bir  daha  təsdiq  edir.  Bu  fəhlələri  mühafizə  edən  zatların  bir  neçəsinin 
isimləri  aĢağıda  yazılır:  Hacı  Nəcəfqulu  Ġbrahimov,  Ağa  Sultanəli  HaĢımov, 
Əbdüləli Babayev, Hacıyev qardaĢları, MəĢədi Qulu Ağaməhəmməd oğlu, MəĢədi 
Ağahüseyn Molla Həsən oğlu, Hacı Fətəli Ağaəli oğlu və baĢqalarıdır ki, hamısının 
adları  qaralamada  qeyd  olunub.  Razılıq  məktubunu  imza  edən,  ümumən,  Rono 
cəmiyyətinin  fəhlələridir.  Əlimizə  çatan  məlumatlara  əsasən  müsəlmanlar  Bakıda 
erməniləri mühafizə etməsəydi, üç minə qədər erməninin qana qəltan olması yəqin 
idi. 
Müharibə fevralın 6-dan 10-na qədər tam Ģiddətlə davam etdiyindən erməni 
və  müsəlmandan  tələfat  min  nəfər  olmasa  da,  mal  və  zəruri  əmlaka  dəyən  zərər 
milyonları  keçməkdə  idi.  Hökumət  bu  mərəkələri  sakitləĢdirməyə  çıxdısa  da,  elə 
bir ciddi iĢ görmədiyi hamımıza məlum və aydındır. 
Bakıda  olan  bütün  əhvalatı  bu  yerə,  yəni  bu  səhifələrə  çıxarmağa  gücüm 
çatsa  da,  hər  iki  milləti  belə  vəhĢi  hərəkətlərdən  xəbərdar  etməmək  niyyəti  ilə 
bundan artıq məlumat verməyi lazım bilmədim. 
Yuxarıda  verilmiĢ  məlumatlardan  anlaĢılır  ki,  ermənilər  büsbütün  Bakıda 
məğlub  olub  fəlakətə  uğramıĢlar.  Digər  tərəfdən  ermənilərin  əvvəlki  təĢəbbüs  və 
tədarüklərinə  baxdıqda  belə  məğlubiyyətə  insan  son  dərəcə  təəccüb  qalır. 
Zənnimcə,  həmin  bu  məğlubiyyətə  ermənilərin  özləri  səbəb  olmuĢlar.  Belə  ki, 
müharibədən  qabaq  bir  sıra  xırda-para  iĢlərlə  müsəlmanları  duyuq  salıb  özlərinin 
nə xəyalda olduğunu da layiqincə islamlara bildirdilər. Müsəlmanlar da ermənilərin 
bu fikrini baĢa düĢüb özlərinin mühafizəsi qayğısına qalıblar... 
Hərgah  ermənilər  bu  müharibəni  müsəlmanların  xəbərsizliyi  əsnasında 
açmıĢ olsaydılar, o vaxt müsəlmanlara min yox, on minlərlə tələfat verə bilərdilər. 
Ancaq  burasını  da  deyək  ki,  Bakı  müsəlmanları  ciddiyyətlə  iğtiĢaĢda  iĢtirak 
etməyərək,  düĢdükcə  mühafizəçi  olurdular.  Bunları  isbat  üçün  bir  çox  məktublar 
vardır.  Amma  yuxarıda  bir  neçə  yerdə  məlumat  verdiyimizdən,  burada  təkrara 
lüzum  görülmədi.  Ümid  ki,  bundan  sonra  bu  iki  millətin  bir-birinə  məhəbbət  və 
sədaqətindən baĢqa bir xəyalı qalmamıĢdır. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə