1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə7/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   2   3   4   5   6   7   8   9   10   ...   54

16 
 
Burasını da söyləyim ki, intiqam üçün tərəflər də bir pis xəyalda qalmayıb, 
necə  ki,  əvvəllər  yenə  bir  vətəndə  tam  asudəlik  ilə  yaĢayıb,  sair  hüquqlarımızın 
mühafizəsinə çalıĢmaqla yenə keçən Ģan-Ģöhrəti qazanacağıq. 
Bütün  bunlardan  sonra  oxuculara  məlum  edirəm  ki,  bu  yazımda  olan 
əhvalatı diqqətlə oxusunlar və rast gəldikləri qüsurlarımı əfv etsinlər. 
Məmməd Səid Ordubadi 
 
KƏDƏRLĠ NAXÇIVAN HADĠSƏLƏRĠ 
 
1905-ci 
ilin  may  ayının  əvvəllərində  Bakı  erməni-müsəlman 
toqquĢmasından sonra Naxçıvan erməni-müsəlman camaatı artıq həyəcanda idilər. 
Buna  nisbət  ermənilər  əsla  qorxmayıb  həmiĢə  müsəlmanlara  əziyyət  verməkdə 
idilər.  Bir  tərəfdən  Ģəhərə  belə  səs  salmıĢdılar  ki,  ermənilərdə  cürbəcür  odlu 
silahlar  olduğundan  müsəlmanlara  birdən-birə  hücum  edəcəklər.  Ermənilərdə  də 
belə  hallar  hər  dəqiqə  gözlənirdi.  Hər  vəziyyətdə,  erməni  siyasətini  götür-qoy 
edəndə  elə  belə  də  olmalı  idi.  Zira,  ermənilərin  rəyincə,  "bizim  əlimizin  üstündə 
Qafqazda  gərək  əl  olmasın"  -  deyib  hər  tərəfə  odlu  silah  və  sair  hərbi  ləvazimat 
göndərməyə  çalıĢırdılar...  O  zamana  qədər  əsla  qara-qorxu  görməmiĢ  Naxçıvan 
müsəlmanları  gecələr  ermənilərin  qorxusundan  eĢiyə,  gündüzlər  isə  uzaqda  olan 
əmlaka  da  gedə  bilməzdilər.  Naxçıvanın  ətrafı  hər  tərəfdən  erməni  kəndləri  ilə 
əhatə  olunduğundan,  6  saat  ərzində  Ġrəvandan  istədikləri  qədər  erməni  əsgəri 
gətirməyə  gücləri  çatdıqlarından  daha  müsəlmanları  Ģirin  dillə  dindirmək  belə 
istəmirdilər. 
Naxçıvan Ģəhəri - Sisyan mahalının əhəmiyyətli bir keçidi hər saatda əsgər 
toplanıĢına  əlveriĢli  olduğundan,  ermənilər  lazımi  qədərində  Naxçıvanda  milli 
partiyalardan  saxlamıĢdılar.  Erməni  əsgərləri  əsla  dinc  oturmayıb,  müsəlmanları 
hər  saatda  müharibəyə  çağırırdılar.  Belə  ki,  may  ayının  5-də  gündüz  saat  üç 
radələrində üç nəfər Cəhri kəndinin sakini - müsəlmanlar erməni kəndi ġıxmahmud 
adlı  yerdən  keçdikləri  vaxt  ağır  surətdə  yaralanırlar.  Bu  xəbər  Ģəhərə  çatdıqda 
camaat bir az da həyəcana baĢlayıb, narahat olurlar. Ermənilər bu gündən baĢlayıb 
dükanları  bağlayıb  müsəlmanlara  məlum  olmadığı  halda  kilsəyə  və  evlərinə 
yığıĢırdılar.  Bu  tərz  ilə  may  ayının  7-də  Tunbul  adlı  erməni-müsəlman  kəndini 
keçdikdə  bir  müsəlmanı  vurub  öldürürlər.  (Tunbul  kəndi  erməni-müsəlman 
kəndidir.  Ġki  hissəsi  müsəlman,  bir  hissəsi  ermənidir).  Bu  yerdən  müqayisə 
olunmalıdır  ki,  ermənilərdə  nə  qədər  tədarük  var  imiĢ  ki,  bu  azlıqda  yenə 
müsəlmanlara qələbə xəyalında idilər. 
Müsəlmanlara  gəldikdə  qorxudan  qol-qanad  aça  bilməyərək  heyrətdə 
qalmıĢdılar. May ayının 8-də Ġrəvan vitse-qubernatoru Baranovski Ġrəvandan Ģəhər 
qlavası  Ağamalov  ilə,  daha  bir  ay  qabaq  Peterburqa  getmiĢ  Ģəhər  qlavası 
Cəfərquluxan Naxçıvanski ilə Naxçıvana daxil oldular. Onların gəlməsini eĢitdikdə 
camaat  qapıya  tökülüb  ermənilərin  bu  iĢindən  Ģikayətə  baĢlayırlar.  Əvvəlinci 


17 
 
Ģikayətləri:  -  "Ermənilər  bizə  nə  etdilər  isə  keçdi,  fəqət  yenə  yığıĢıb  bazara 
gəlsinlər," - demək idi. Ayın 9-da Cəhri müsəlmanları qubernatorun hüzuruna gəlib 
bu sözləri Ģikayət etdilər: "Bizim kəndin yolları hər tərəfdən erməni əlindədir. Bu 
səbəbdən  təvəqqe  edirik,  yolları  hökumət  mühafizəsinə  alasınız".  Bu  tövr  ilə  hər 
tərəfdən müsəlmanlar Ģikayətə gəlməkdə idilər. Nə fayda ki, hamısı cavabsız qalıb, 
Ģikayətçilərə məyusluqdan baĢqa bir Ģey qalmadı. Bu tərəfdən Ģikayətləri cavabsız 
qalan  müsəlmanları ermənilər cürbəcür söyüĢlərlə incidirdilər. Həmən  may ayının 
9-da  naxçıvanlı  Əli  Hacı  Bayramzadə  səhrada  Əliabad  adlı  erməni  kəndliləri 
tərəfindən çeĢmə kənarında gecə vaxtı yeddi güllə yarası ilə qətlə yetiĢdi. Bu xəbər 
Ģəhərdə  daha  böyük  dəhĢətlərə  səbəb  oldu.  Ayın  11-də  Kültəpə  adlı  erməni 
kəndinin varlısı erməni fədailəri tərəfindən ailəsiylə qətlə yetirildi. Ermənilər bunu 
da  müsəlman  camaatına  nisbət  verdilər.  Lakin  axırıncı  təftiĢdə  yuxarıda  adı 
çəkilmiĢ  partiya  tərəfindən  cəzalandığı  məlum  oldu.  Varlının  adı  Xaçaturdur. 
Həmən  günün  gecəsi  vitse-qubernator  Baranovski  yol  ilə  gedən  bir  ermənidən 
çoxlu  bomba  zəbt  etdi.  Yenə  həmən  gecə,  yəni  may  ayının  on  birində  ermənilər 
bütün Ģəhəri atəĢə tutdular. Ġki saat yarım müddətində Ģəhərdə beĢatılan tüfənglərin 
sədası, alov və tüstüdən savayı bir baĢqa iĢ nəzərə gəlməz idi. Müsəlmanlar da tək-
tək o atəĢlərə  qarĢı atəĢ açırdılar. Bərəkət  versin ki,  həmən gecə  müsəlmanlardan 
bir nəfər də tələf olmadı. Ermənilərdən isə tələfat olmamıĢ deyildi. Bununla belə, 
hər yerdə gizlədikləri kimi, yenə gizlətdilər. Bu gecə müdhiĢ bir gecə idi. Heç kəs 
böyük, kiçik, hətta barmaq boyda balalar da yata bilməzdi. Hərdənbir bir tərəfdən 
bir güllə açılıb ĢüĢə pəncərələr qabağında ildırım kimi  çaxıb beĢikdəki  balaları  da 
yatmağa qoymurdu. Camaat hərə bir xəyalda idi. Zira, eĢikdə dəhĢətli külək əsirdi. 
Heç  aram  tutmayaraq  divarlara  güllələr  dəyməkdə  idi.  O  gecəni  müsəlmanlar 
qarıĢıq  xəyallar  ilə  cəhənnəm  guĢəsi  olan  yataqları  içində  qovrula-qovrula  sübh 
etdilər. Bəli etdilər! Səhər tezdən, ayın on ikisində, yenə vitse-qubernatora Ģikayətə 
gəldilər. Gecənin atıĢmasını deyib, əncam çəkməsini tələb etdikdə "əgər onlar sizə 
atəĢ açır, siz də tutub onların tapançalarını alınız" cavabını aldılar! Qubernator bir 
də "mən bilmərəm" deyib camaatı qaytardı. O halda gözü qızmıĢ ermənilərdən və 
özünü itirmiĢ müsəlmanlardan bir nəfər olmadı söyləsin ki, "'cənab qubernator, bəs 
buraya nə üçün təĢrif gətiribsiniz?" Həmən gün Ģəhər və ətrafı qorxulu olduğundan 
Naxçıvan camaatı və iranlı fəhlələr hamı Ģəhərdə və bazarda idilər. Ona görə iranlı 
fəhlələr qubernatorun sözünə əməl edərək, ermənilərdən bir sıra açılan Ģeylər zəbt 
etməyə baĢlayıblar. Saat on radələrində bir dəstə erməni fədailəri bazarın baĢında 
durub, ayaq tərəfdə olan müsəlmanları gülləbaran etməyə baĢladılar. 
Bu  əsnada  xəbərsiz  olan  vitse-qubernator,  Cəfərqulu  xan  -  Ģəhər  rəisi, 
Ġrəvan  qlavası  Ağamalov,  pristav  Mehdi  xan  Ordubadski  cənabları  atıĢma  səsinə 
gəldilər.  Yolları  erməni  bazarından  düĢdüyünə  görə,  həmən  gün  qubernatorun 
əmrilə  açılmıĢ  bir  neçə  erməni  dükanlarından  qubernator  və  onun  yoldaĢları 
gülləyə  basıldılar.  Bu  əsnada  erməni  dükanlarına  yaxın  olan  müsəlman 
dükanlarından da atəĢ açıldı. AtıĢma iki saat çəkdi. Bu müharibədə məĢhur erməni 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə