1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə8/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

18 
 
tacirləri  Adamov  Ģagirdlərilə,  Xalatov  uĢaqları  ilə  və  baĢqaları  qətlə  yetirildi. 
Adamovun  dükanına  naməlum  səbəbdən  od  düĢüb  tamam  yandı.  Bu  müharibədə 
müsəlmandan  beĢ  nəfər  öldü  və  bir  neçəsi  yaralandı.  Erməni  dükanları 
əksəriyyətilə,  müsəlmanlardan  10  dükan  qarət  edildi.  Müharibə  vaxtı  polis 
qulluqçusu naçalnik Angil qətlə mane olmayıb - "Tez vur, oğlum! tez ol, oğlum!" - 
deməklə  könüllü  cavanları  cinayətə  təĢviq  edirdi.  Talan  vaxtı  -  "Tez  olunuz!  tez 
aparınız!" - deyib camaatı qızıĢdırırdı. Ġki saat tamam qətl-qarət uzandıqdan sonra 
hər  tayfa  çəkilib  öz  tərəfinə  getdi.  Qubernator  cənabları  bu  hadisələri  görür  və 
eĢidirdi.  O  günün  gecəsi  vəhĢətli,  dəhĢətli  bir  gecə  olduğundan  hamı  evlərində 
oturmuĢdu. Saat on iki radələrində erməni tərəfindən Ģiddətli atıĢma baĢlanıb bütün 
Ģəhəri gurultu içinə almıĢdı. ġiddətli atəĢ ermənilərin ipək zavodundan açılırdı. 
Gecə  atıĢmasını  cənab  qubernator  bir  saat  sonra  kəsdirdi.  Ermənilər, 
nəhayət, sakit oldular. Sübh çağı bu xəbər ətrafda çox pis və qorxulu təsir oyatdı. 
Odur  ki,  hər  tərəfdə  qırğın  və  qətl-qarət  baĢlandı.  Əvvəlcə,  yarı  erməni,  yarı 
müsəlmanlardan ibarət olan Cəhri kəndində qətl-qarət baĢlandı. 
Bu gündən baĢlayıb ermənilər dükanlarını  kilsəyə  yığıĢdırıb müsəlmanlara 
qarĢı  zülm  və  acı  töhmətlərdən  çəkinmədilər.  Hər  gündə  bir  hiylə,  hər  halda  bir 
hoqqa  çıxarmaqda  idilər.  Bu  vaxtda,  necə  ki,  məlumdur,  Ģəhərdə  çox  hökumət 
qoĢunu mövcud olub, camaatı hər saatda təhqir etməkdə, belini, cibini axtarmaqda 
idilər. 
Müxtəsər Naxçıvan camaatı zülm və əziyyət altında əzilir, nə hökumət, nə 
filan  sidq  ilə  belə  iĢləri  yoluna  qoymaq  fikrində  deyildi.  Noyabrın  26-na  qədər 
müsəlmanlar  və  ermənilər  hökumətin  siyasəti  sayəsində,  dəfələrlə,  sülh  edib  bir-
birilə  əl-ələ  vurdular.  Axırda  yenə  bu  sülhlər  hər  iki  tərəfə  ədavətdən  baĢqa  bir 
səmər  vermirdi.  Necə  ki,  hər  saatda  bu  iki  tayfanın  arasında  yeni  bir  ədavətin 
ortaya çıxacağı gözlənilirdi. Noyabrın 26-sında birdən birə camaat bir-birinə dəyib 
tələm-tələsik  dükanları  yığıĢdırıb  evlərinə  qaçdılar.  Hər  kəsdən  iĢin  nə  yerdə 
olduğunu  soruĢduqda  əllərini  bir-birinə  sürtüb  heyran-heyran  adamın  üzünə 
baxardılar. Camaat arasında müxtəlif xəbərlər danıĢıldığı kimi, ÇeĢmə Basardan da 
bu xəbər yetiĢdi: Bu gün kazaklar sülh və asayiĢi təmin etmək üçün ÇeĢmə-Basar 
kəndinə gedərkən Hacı Nəsir Hacı Nağı oğlunun evini qarətə baĢlamıĢlar, bu vaxt 
qabağa  durub  mane  olmağa  çalıĢan  Hacının  bir  zavallı  oğlunu  öldürmüĢlər. 
Müsibətə  düçar  olmuĢ  Hacı  oğlunu  qana  bulaĢmıĢ  görərkən  çaĢıb  bir  güllə 
kazaklara atmıĢ, elə buna görə də onun ailəsi biədəblər tərəfindən qətl edilmiĢdir. 
Bu  xəbər  Naxçıvan  camaatını  nəhayət  dərəcədə  pəriĢan  etmiĢdir.  Zira,  bu 
iĢlərin  ümdə  baniləri  və  baĢçıları  polkovnik  Krılov  və  naçaknik  Angillər  idi.    
Noyabrın  26-cı  gecəsi  müsəlmanlara  böyük  bir  müsibət  üz  verib,  hökumətin  də 
hiyləsini hamıya  bildirdi.  Həmən  gecəni  Naxçıvanda müsibət gecəsi, odlu-alovlu 
gecə adlandırmıĢlar. Həqiqətən də, o gecə atəĢli, ürəkdağlayan, yanğılı bir gecə idi. 
Həmən  gecə  saat  yeddi  radələrində  böyük  və  dəhĢətli  sədalar  eĢidilirdi.  Məlum 
olduğu kimi, həmən səs bazar qarovullarının səsi imiĢ. Hərdənbir beĢatılan sədaları 


19 
 
da  eĢidilirdi.  Camaat  evlərindən  çıxıb  bazara  girmək  istəsələr  də,  kazaklar  hər  
tərəfdən atəĢ açıb mane olurdular. 
Xülasə, güllə səsi iki saat davam edib camaatı heyrət içində qoymuĢdu. Ġki 
saatdan  sonra  güllə  səsi  kəsib  bir  az  sakitlik  oldu.  Bir  azdan  Ģəhəri  tüstü  bürüyüb 
bazar tərəfdən qəmli bir iĢıq Ģəhəri ara-sıra iĢıqlandırdı. 
O  vəziyyətdə  bazar  yanar  dağ  və  vulkanlara  bənzəyirdi.  Bir  saatdan  sonra 
məlum  oldu  ki,  hərif  kazaklar  və  ermənilər  əlbir  olub  müsəlman  bazarını  tamam 
qarət edəndən sonra od vurmuĢlar. Bu halda Ģəhərin hər guĢəsində nalə ucalıb, bir 
saatın içində küçə və meydanlar camaatla dolmuĢdu. 
Camaatda  biaramlıq  nəhayət  dərəcədə  idi.  Bazarın  yanmaq  gurultusu, 
camaatın ah-naləsi, xüsusən tüfənglərin Ģaqqıltısı, kazakların sədaları Ģəhərə böyük 
bir vəlvələ salmıĢdı. 
Camaatın  üç  yüzü  birdən  bazara  tökülüb  yüz  il  zəhmətlə  qazandıqları   
dövləti yanıb kül olmaqda gördülər. Ədəbsiz kazaklar bazarı hər tərəfdən yandırıb  
yolları da kəsmiĢdilər. Tamam iki saat yanğından sonra Angil, Krılov bazara təĢrif 
gətirib  kazaklara  "camaatı  qovunuz"  əmrini  verib  söhbətə  baĢladılar.  Bir  neçə   
dəqiqədən sonra kazaklara atəĢ əmri verməklə fəqir MəĢədi Həsən Məhəmmədqulu   
bəy oğlunu vurdular. Camaat vəziyyəti düĢünə-düĢünə dağılıb evlərinə getdilər. Bu 
vaxtda  dəmiryol  vağzalında  olan  insaniyyətpərvər  gürcü  qardaĢlardan  (Allah 
onlardan  razı  olsun!)  müsəlmanların  köməyinə  gəldilərsə  də,  artıq  iĢ  iĢdən  
keçmiĢdi. Sübhə kimi bazar tamam yanıb kül oldu. 
Camaat gündüz bazara gəlib qızarmıĢ torpaqdan baĢqa bir Ģey görmədi. Üç 
gün, üç gecə bazar-dükanın tüstüsü çıxmaqda idi. Təxminən 85 dükan, 75 anbar və 
boĢ dükan yandırıldı. Üç gün, noyabrın 27-dən 30-na qədər bazarda əsla yeməli bir 
Ģey  tapılmır.  Camaat  son  dərəcə  ehtiyac  içində  keçinirdi.  Çox  evlərdə  aclığın 
insana əziyyət verən Ģiddətindən yata bilmirdilər. Noyabrın 29-cu gecəsi saat yeddi 
radələrində  uzaqdan  qorxulu  bir  gurultu  gəldi.  Camaatda  cinayət  yerinə  getməyə 
əsla  cürət  olmayıb,  bir  saatdan  sonra  bu  xəbərlər  ətrafa  yayıldı.  ġəhərin  ikinci 
hissəsində kazaklara yaxın olan bir müsəlman evini onlar atəĢə tutub qarət etmiĢlər. 
Yarım  saat  sonra  yenə  bir  atəĢ  sədası  eĢidilib  kazaklar  tərəfindən  icra  olunduğu 
meydana çıxdı. 
Ayın otuzunda Cəhri kəndinin ermənilər və kazaklar tərəfindən yandırılması 
camaatı  çox  pəriĢan  etdi.  Bu  gün  Ġrəvan  general-qubernatoru  cənab  Paskeviç 
Ģəhərə  təĢrif  gətirməklə,  camaat  yığıĢıb  dərdlərini  deyib  çarə  istədilər.  Cəhri 
faciəsini də ortaya qoyub Ģikayət etdilər. Qubernator isə "eyib etməz, mən iĢə yaxĢı 
baxaram"  -  deməklə  camaatı  dağıtdı.  Müxtəsər,  iki  gün  cənab  Paskeviç  keyflə 
məĢğul  olub,  Cəhri  kəndi  tamam  yanıb  qurtarandan  sonra  Cəhriyə  yollandı. 
Dekabrın  ikisində  qubernator  gedən  vaxt  camaat  yığılıb  Ģəhərin  ikinci  hissəsinə 
kazaklar tərəfindən od vurulduğunu deyib kazakların götürülməsini tələb etdilərsə 
də,  -  "YaxĢı,  demiĢik  "mera"  (tədbir  -  Ə.B.)  götürsünlər,  gedib  Cəhriyə,  qayıdıb 
iĢlərə əncam verəcəyəm," - cavabını verib aradan çıxdı. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə