74
münaqiĢələri yatırmaq üçün qəti əmrini verir. Kazaklar hadisə yerinə yaxınlaĢar-
yaxınlaĢmaz əhəmiyyətli sığınacaqlarda mövqe tutmuĢ ermənilərdən üstlərinə atəĢ
açılır, qorodovoy Möhsün adlı islamın sözünə əsasən pristav Qamsaraqan Ter-
Yapramov və baĢqa erməniləri əvvəlinci sahəyə göndərib ermənilərin hamılıqla
yığıĢıb ikinci sahədə müharibə etmələrini xəbər verir. Necə ki, müsəlmanların bir
çoxları görə-görə, əvvəlinci sahənin erməniləri qeyri-təbii surətdə dükanlarını
bağlayıb ikinci sahəyə yürüĢ edirdilər...
Bu vaxtda Qamsaraqanın göndərdiyi ermənilər hər tərəfə xəbər verib Hacı
Məhəmməd Hüseyn Rəfiyevin mağazasının qarĢısında bir neçə tapança gülləsi
buraxmaqla islamları hərbə dəvət edirlər.
Bu hadisəyə dair məlumat verənlər Kərbəlayı Əli Baltaçı oğlu və baĢqa
məlum zatlardır. Ermənilərin əvvəlcədən dükanlarda hərbi silah gizlədikləri və
yaxud müharibəyə çoxdan bəri tədarükdə olduqları haqda aĢağıda yazılmıĢ
məlumatlar özü bir sübutdur. Bunların hamısından baĢqa, erməni pristavı
Qamsaraqanın hadisələrin əvvəlinci səhifəsində yazdığım kimi, məhəlli-aidinə
verdiyi 1905-ci il 26 noyabr tarixli 8221 nömrəli məlumatında yuxarıda qeyd
edilmiĢ Molla Cəlilli sakinlərinin Ģəhadətindən komandir sotnı Orlovun və pristav
müavini Əbil bəyin, qubernski upravleniyanın üzvlərinin və padĢahlıq əmlak
çinovniklərinin Ģəhadətlərindən belə məlum olur ki, müharibəni ermənilər saat 9
radələrində baĢlayıb, saat 11-ə on beĢ dəqiqə iĢləmiĢ islam məhəlləsinə sirayət
etmiĢdir. Məlum olur ki, bu vaxta qədər müsəlmanlar sakit oturubmuĢlar. Birinci
hissədə o qədər atıĢma olmadı. Zira ermənilər atıĢa-atıĢa ikinci hissəyə qaçırlar.
*
Ermənilər qaçmağa baĢladıqda müsəlmanların hərbi ləvazimatları olmadığına görə
onları təqib etməyib sakit oturdular. Bir az vaxtda atıĢmanın səsi Ģəhərin hər
tərəfinə sirayət etdiyindən bazarda müxtəlif millətlərdən ibarət olan çoxlu camaat
yığılmaqda idi ki, qədəri müəyyən deyildi. Bu vaxtda cəm olanların milliyyəti
bunlardan ibarət olsa gərəkdir: əvvəlcə, orada olanların əksəri kəndli olub, gürcü-
libaslarını dəyiĢmiĢ halda, ləzgi iranlı, hər millətdən olan soldatlardan ibarət idi. Bu
müxtəlif camaat bazar-dükanı qarət edəndə erməni, ya müsəlman və yainki baĢqa
millətin dükanına təfavüt qoymayıb qarət və talan etməkdə idilər. Qətl-qarət
əsnasında rus övrətləri və çinovniklərdən baĢqa camaat hamılıqla qətl-qarət və
yandırmağa əl açmıĢdılar. Noyabrın 19, 20, 21-də havaya güllələr atılırdısa da, heç
bir tərəfə xəsarət olmadı. Bu aralıqda sərdarın müavini general Malamanın səyi ilə
bir müvəqqəti sülh edilib, ermənilər atəĢi kəsməyə söz verdilər.
23 noyabr xəbərləri. Ermənilər müharibəni kəsmək üçün general
Malamaya söz vermiĢdilərsə də, yenə noyabrın 23-ü gecəsi islamlara qəflətən gecə
basqını xəyalına düĢürlər.
*
Möhtərəm mühərririmiz ermənilərin qaçmasının üstündən pərdəli keĢmiĢdirsə də, bizə məxsusi yetiĢən
məktublarda belə əhvalat da yazılmıĢdır. Ermənilərin geri çəkilmə əsnasında olan can qorxuları o qədər
artmağa baĢlamıĢdı ki, müharibə halında olan bir geri çəkilməni həqarətli bir qaçhaqaça çevirdi.
75
Belə alçaq xəyallar ilə müqəddəs yol götürən islamlara qarĢı kəĢf qolu
göndərib onların nə tədarükdə olduqlarını bilmək istərlər.
Ermənilərin kəĢf qolları - 12 nəfərdən ibarət bir dəstə Qanjinko çayını
(Gəncə çayını - Ə.B.) keçib, fürsət tapmaq üçün Gəncə sakini Tağı Ağahüseyn
oğlunun dəyirmanında gizlənirlər. Yerdə qalan erməni dəstələri isə çayın erməni
sahilində, kəĢf qolları qayıdıb məlumat verincəyə qədər hərbə intizar otururlar.
Bərəkət versin ki, müsəlmanların mühafizə dəstəsi erməniləri layiqincə
görüb onların dar bir keçidə qaça bilmələri üçün qeyri-qabil bir yerə girmələrini
gözləyirlər. Ermənilər dəyirmana girdikdə müsəlman mühafizə dəstələri münasib
bir yerdə mövqe tutub düĢmənin olduğu yeri güllə ilə döyməyə baĢladılar.
Ermənilər bir neçə tüfəngdən cavab versələr də, müsəlman mühafizələri
sipərlərdən çıxıb hücuma baĢlayınca ermənilər əl-ayaqlarını itirib Qanjinko suyuna
tökülüb o biri sahilə keçirlər. Bundan sonra tərəflər arasında qanlı atıĢma baĢlanır.
Gecə saat üçdən alaqaranlığa qədər davam etdi. Gecənin qaranlığında tüfəng
səsləri, bomba sədaları eĢidilməsəydi, havadan qırmızı yağmur yağır xəyal edilərdi.
Hər tərəfdən böyük tələfatlar nəzərə gəlirdi. Fəqət tələfatın çoxu ermənilər
tərəfində olduğu, erməni dəstələrinin dağınıq və pəriĢan bir halda hərbə
giriĢdiyindən məlum olurdu. Ancaq tələfat heç bir tərəfdən müəyyən deyildi. Zira,
o hal elə bir hal idi ki, erməni, yainki müsəlman güllə Ģırıltısından dönüb yanında
müharibə edən yoldaĢına baxmağa belə macal və cürət etmirdi. Hər kəs canını,
daha əziz həyatını ancaq əlində olan tüfənglərin qəbzəsinə, maĢnasına həvalə
etmiĢdi.
24 noyabr xəbərləri, yaxud daimi sülh. Noyabrın 23-də baĢ verən
atıĢmadan sonra yüksək mənsəbli, ən səxavətli sərdarın müavini general Malama
cənabları hər iki tərəfin vəkillərini sülh üçün körpüyə yığılıb gəlmələrini təvəqqe
etdi.
Ayın 24-də camaat körpüyə yığılıb sülh üçün intizar otururlar. Ən əvvəl
Ģeyxülislam cənabları tərəfindən təsirli bir nitq söylənib, sonra erməni arximandriti
tərəfindən zahirdə sülhə bənzər bir xitabə oxundu. Sonra fəxri vətəndaĢlar
tərəfindən sülhə müdaxilə edilib sülh Ģərtləri bu sıra ilə oxunur:
1.
Ayın 18-dən 24-nə qədər baĢ verən müharibədə əsarətə keçmiĢ
camaatın mübadiləsi.
2.
Əsirlərin mübadiləsi üçün hər iki tərəfdən vəkillərin seçilməsi.
Üstdə qeyd edilmiĢ əsirlər mübadiləsi məsələsindən ötrü vəkillər təyin
edilib iĢ baĢına göndərilibdir. Əvvəlinci dəstədə əsirləri təhvilə götürməyə
gedənlər: Andriyans bəy Serebrakov üç müsəlman ilə, ikinci dəstədə Verdiyev
Abbas Hüseyn oğlu, Əli Əlinəği oğlu adlanan müsəlmanlar ilə, üçüncü dəstədə
Hacı Molla Nəcəfquluzadə, MəĢədi Rzaqulu Zeynal oğlu, ləzgi Səfər Məhəmməd
Mustafa oğlu. Əsirləri, erməni cənazəsini müsəlman məhləsində təhvil almağa
gedən Ģəxslərin adları:
Dostları ilə paylaş: |