#14sual: Şəfa



Yüklə 21,41 Kb.
tarix22.10.2018
ölçüsü21,41 Kb.
#75446

#14sual: Şəfa ...

------------------------------------------------------------------------



Özün haqda:
(ad soyad, doğum tarixi, yeri, təhsil, iş məlumatları və s.)

Şəfa Nəbili. 01.03.1993 Biləsuvar rayonunda anadan olmuşam. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində oxuyuram. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunda mühəndis-sinoptik vəzifəsində işləyirəm.


İstifadəçilərin sualları:

UAzerbaycaN✌ @KizlaRepublic : #14sual @Shefa_Nli 10ildən sonra Şəfa özünü harda görür?

- Əslində mən heç 1 il soramı fikirləşmirəm qaldı ki, 10 il sora )) Amma yaxşı bi vəzifədə görürəm özümü :D
Ruzgar Aypara @Ruzgar_Aypara : @Shefa_Nli #14sual Mars'a getsəydiniz özünüzlə aparacağınız bir əşyanız nə olardı?

-Telefonum. Selfie şərtdi :D


acrossthesea @acrossthesea3 : #14sual en sevdiyin film?

-Bəyəndiyim bir çox film var. Hamısını bura yazmıyım.

UAzerbaycaN✌ @KizlaRepublic : #14sual @Shefa_Nli Hörmətli Şəfa :) təsəvvür et sarayın həyətində qəfildən ayı görürsən :D harda gizlənərsən? Qeyd edim mənası var sualın :)

1.sarayın baxçasında 2.həyətdəki böyük daşın arxasında 3.sarayda. :D buyur seçimini izahla et.

-Bu sualın mənasını bilirəəm )) Amma hansı seçim yaxşıdı onu bilmirəm. 1. Sarayın baxçasında seçim.


Mahir Vәlizadә @MAHIR_VELIZADE : #14sual Təsadüflərə inanırsan? İnanırsansa həyatda baş verən bir təsadüfü yaz @Shefa_Nli :)

-Təsadüflərə inanıram. Yazmasam yaxşıdı )) Ətraflı izah eliyəcəm sənə )

Şəhri @student_BDU : Twitterdə tanıdığız bir insanla sonradan realda görüşmüsüzmü?və bunlar kimlərdi? @Shefa_Nli #14sual

-Bəli görüşmüşəm. Ama kim olduqlarını bura yazmasam yaxşıdı.

Firuza's @FiruzaViolove : @shefa_Nli xanım, bir mahnını ilk dəfə dinləyəndə ona ilk dinləyişdə vurulursuz ya bir neçə dəfədən sonra? #14sual

-İlk dinləyişdə vuruluram. Sonra da bezənə qədər qulaq asıram.

Tərlan Kərimli @Kerimovich_4 : Bu ölkədə nəyi etmək üçün sırf oğlan olmaq istərdin? )) #14sual

-Bütün gecə evə gəlmiyim. Tək gəzim şəhərdə.

Sənan Qocayev @aktivinsan : #14sual Sәncә göy qurşağının adı niyә "Göy" ilә başlıyır?

-Göydə göründüyünə görə ola bilər) Ya da tərkibində “göy” rəngin çalarları çox olduğuna görə (özüm fikirləşdim :D )

acrossthesea @acrossthesea3 : #14sual adivi kim qoyub?

-Babam.


vivre sa vie @vivresavie22 : #14sual tez tez xəstələndiyivə görə xəstəlikdən tez qurtulmağın da yolun bilərsən.məsləhət ver

-Bol-bol maye qəbul eləmək, çalışmaq lazımdı ki, ayaq üstə keçirəsən. Yəni xüsusi bir müalicə metodum yoxdu hələki kəşf eləməmişəm.

Əhməd @eynekliadam : Sizə desəydilərki cənnətə özünüzlə yalnız 1 nəfəri apara bilərsiz.kimi seçərdiz @Shefa_Nli ? #14sual

-Maraqlı sualdı ama heç düşünməmişəm. Birdən çox adam olduğuna görə də cavab verməyə çətinlik çəkirəm.

Şahverdiyev @VuqarAze : Əgər təyyarənin qara qutusu qəza anında parçalanmırsa, niyə görə təyyarəni qara qutunun materialından düzəltmirlər? #14sual

-Mənə elə gəlir onun materialı ağır olduğuna görə təyyarələri o materialdan hazırlamırlar.

UAzerbaycaN✌ @KizlaRepublic : #14sual @Shefa_Nli qızın olsa adın nə qoyacaqsan? :)

-Qızım olsa adını Nuruş qoyacaq :) Həvva

® ə ş a d @NcfvRsd : #14sual xoşbəxtliyin düsturu nədir sizcə?

-Sevdiklərinin üzündə gülümsəmə səbəbi olmaq.

Nicat @_Zeynalov_ : Velosiped oğurlanıbsa onu necə tapmag olar? #14sual

-Çox heyif heç bir məlumatım yoxdu.

♛Ꭿ.R♛ @Ouije_ : Düşün ki, kitab yazarısan və sevgi romanı yazırsan,ona qoyacağın ən kreativ ad nə olardı? #14sual #aztwi

-İmkan.


hagverdiyeff @hagverdiyeff : Sence en yaxşı bestseller hansıdı? #14sual

-Məlumatım yoxdu.




Müəllifin sualları:
1. Kitab yazmaq istəsən kitabın adı nə olar və kitab nədən bəhs edər?

- Həyatım. Dünya səyahətinə çıxmaq istərəm, gördüklərimi də kitab şəklində yazıb, çap etdirmək.

2. Uğur qazanacağına təminat verilsəydi, hansı işə dərhal başlayardın?

- Təminat verilsəydi yəgin ki, öz ixtisasıma uyğun bir işə. Dənizdə işləməyi çox istərəm.

3. Nəyi həmişə arzulamısan, lakin etməyə qorxmusan?

- Elə bir arzum yoxdu. Bir də ki, ürəkdən istədiyim hər şey olub həyatımda.

4. Xoşbəxtlik səninçün nədir? Həqiqi xoşbəxt olmaq üçün nələrin olması lazımdır?

- Xoşbəxtlik məncə birinin üzündə gülümsəmə səbəbi olmaqdır. Sevdiklərinin ətrafında olması yetərlidir.

5. Əgər xoşbəxtlik pul vahidi olsaydı, hansı iş (əməl) səni milyonçu edərdi?

- İnsanlara yardım etmək.

6. Uşaqlıqda ən sevdiyin oyun və oyuncaq hansılar olub?

- Yeddi şüşə. Oyuncaqla elə də çox oynayan olmamışam.

7. Uşaq vaxtı etdiyin ən ağlasızmaz hadisə nə olub?

- Qohumumuzun nişan üzüyünü daşla əzib öz barmağıma düzəltməyim. Bir də xoşum gəlmiyən uşaqları tək bir yerə aparıb döyməyim.

8. 5 yaşındakı bir uşağa verəcəyin ən birinci məsələhət nə olar?

-“Böyümək istəyirəm” demə. Sonra peşman olacaqsan. Anlamıyacaq təbii ki.

9. İndiyədək həyatında verdiyin ən gözəl qərar hansıdır?

- Elə də əsaslı bir qərar verməmişəm.

10. Keçmişə səyahət etmək imkanın olsaydı, kiminlə görüşmək istərdin?

- Babamla.

11. Dünyada dəyişmək istədiyin ən birinci şey nədir?

- İnsanlar onların düşüncələri.

12. Sehrli bir çubuğun olsaydı və bir şəxsi keyfiyyət əldə etmək imkaınn olsaydı, bu hansı olardı?

-İlk baxışda qarşımdakı insanın nə düşündüyünü, necə biri olduğunu anlamaq.

13. İnsan etdiyi səhvlər nəticəsində öyrənir və təcrübə qazanırsa, niyə səhv etməkdən qorxur?

-Çünki səhvlərin nəticələrini heç kim bilə bilmir. Sonunda nələrisə və kimlərisə itirmək qorxusu var.



14. Bir səhər yuxudan oyandıqda görünməz olsaydın nə edərdin?

-Əvvəlcə xoşlamadığım bir iki insanın yanına gedərdim. Necəsə haqqımdakı fikirlərini öyrənmək üçün.
Yüklə 21,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə