16.Süxurlar Bildiyimiz kimi süxurlar iki cür olur : təbii və süni. Təbii süxurlar insan müdaxiləsi olmadan təbiətdən bizə bəxş edilir.Onlar əsaən dağda, okean dibində, düzənliklərdə yerləşir. Onlar yerləşdiyi yerdən asılı olaraq müxtəlif olurlar : bərk, yumşaq, ağır, yüngül, suda həll olan və əksinə. Yadda saxla! Mantiya maddəsindən yaranan süxurlara maqmatik süxurlar deyilir. Dünyada ən çox yayılan maqmatik süxurlar bazalt və qranitdir. Bu gün yeni terminlə də tanış olacağıq. Bu aşınmadır. Aşınmanın mənası süxurların illər keçdikcə parçalanmasıdır. Digər termin : Çökmə mənşəli süxurlar. Bu xırdalanmış süxur qırıntıları küləyin, dalğanın və s. təsiri ilə çökəkliyə yığılır.
Çökmə süxurların faydası Qum, çaydaşı, gil, çınqıl və s. tikintidə daha çox istifadə olunan materiallardır. Kömür, daş, torf, tabaşir, əhəngdaşı isə bitki və heyvan qalıqlarından yaranmışdır. Əhəngdaşı yerin daxili qızmarlığında xüsusiyyətlərini dəyişərək mərmərə çevrilir. Mərmər metamorfik süxurdur.
Süxurlar yerin daxili qızmarlığında çevrilərək metamorfik süxur olur. Metamorfik süxurlar sarı rənglə verilib. Əhəng daşı – mərmər Qum daşı – kvarsit
Keçilən dərslər üzrə sual və tapşırıqlar. Sual 1. Maqmatik süxurlar nəyə deyilir? Sual 2. Metamorfik süxurlar nəyə deyilir? Sual 3. Çökmə süxurlar nəyə deyilir? Sual 4. Metamorfik süxurlar necə yaranır? Sual 5. Aşınma nəyə deyilir?
4- 4 düz, 1 səhv 3- 3 düz, 2 səhv 2- 2 düz, 3 səhv 1 düz, 4 səhv 1- 0 düz, 5 səhv
Diqqətinizə görə təşəkkürlər.
Dostları ilə paylaş: |