161 Ədalət tahirzadə azərbaycan cümhuriYYƏTİ HÖkuməTİ heyəTİ-MÜRƏXXƏSƏSİ



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix15.07.2018
ölçüsü2,62 Mb.
#55916
  1   2   3   4   5   6   7


Azərbaycan  MEA-nın Xəbərləri,  ictimai elmlər seriyası,  201S,  №1

161

ƏDALƏT TAHİRZADƏ

AZƏRBAYCAN CÜMHURİYYƏTİ HÖKUMƏTİ HEYƏTİ-MÜRƏXXƏSƏSİ 

MALİYYƏ HEYƏTİNİN İSTANBULDAKI FƏALİYYƏTİNƏ DAİR (1918-ci il)

Açar sözlər: 

Azərbaycan  Cümhuriyyəti,  Məhəmmədəmin  Rəsulzadə,  Heyəti-mürəxxəsə,  İstan­

bul Konfransı,  Maliyyə heyəti,  Səlim bəy Behbudov,  Əsəd bəy Rüstəmbəyov

GİRİŞ

16  iyun  1918-ci ildə Tiflisdəki  Sərdar sara­

yından Milli  Şuranın rəhbərliyi altında Gəncəyə 

köçən  Azərbaycan  hökuməti  açıq  okeanda  üz­

məyə məhkum edilmiş  sükansız gəmi kimi föv­

qəladə  ağır  durumda  idi.  Həyat  səhnəsinə  atıl­

mış,  Ənvər  paşa  və  Nuru  paşa  qardaşlarının 

qeyrətləri  sayəsində  yenicə  ayaq  açmağa başla­

mış  20  günlük  Azərbaycan  dövləti  ayaq  üstə 

durmağa  çalışırdı.  Yalmz  kağız  üzərində  m öv­

cud  olan  dövlətimizin  paytaxtı  Bakı  düşmən 

əlindəydi.  Sərhədləri  müəyyən  deyildi.  Nazir­

liklərin  quruca  adı  vardı  və  təkcə  nazirlərdən 

ibarətdi.  Ordu  yalnız  Nuru  paşaya  tabe  əsgər­

lərdən  ibarətdi.  (Azərbaycanın  xilaskarı  Nuru 

paşa da  17  iyunda təşkil edilmiş ikinci hökumət 

kabinəsində  Müdafiə Nazirliyinin mövcudluğu­

na  imkan  vermədən  onun  səlahiyyətlərini  öz 

üzərinə götürmüşdü; cəmi 21  gün müdafiə nazi­

ri  adlanmış  Xosrov  bəy  Sultanova  isə  bu  kabi­

nədə torpaq naziri vəzifəsi verilmişdi).  Dövlətin 

xəzinəsi  və  deməli,  xərcləməyə  pulu  yoxdu. 

Dörd  bir  tərəfi  düşmənlərlə  əhatələnmişdi;  üz 

tuta biləcəyi  yeganə  siyasi-iqtisadi umud  qapısı 

Osmanlı  Sultanlığı  idi.  Bu  durum  onu  ləngimə­

dən  İstanbulla  hərtərəfli  əlaqələr  qurmaq  üçün 

nümayəndə  heyəti  (ozamankı  terminlə:  heyəti- 

mürəxxəsə)  göndərməyə  vadar  edirdi.  İstanbul 

Konfransı bu məqsəd üçün ən uyğun məqam idi.

Xariciyyə  naziri  əvəzi  Xudadad  bəy  Məli- 

kaslanovun  Heyəti-Vükəla  rəisinin  (Nazirlər 

Şurası  sədrinin)  rəsmi  blankmda  Məhəmməd­

əmin Rəsulzadəyə  yazdığı  və  İstanbulda  14  av­

qust  1918-ci  ildə  alınmış  məktub  o  dönəm  du­

rumunu ən aydın şəkildə anladır:  “Çox hörmətli 

Məhəmmədəmin!  Maliyyə  vəziyyətimiz  çox 

ağırdır.  Gürcü və ermənilərlə birgə yeni bonlar 

buraxmaq  haqqında  razılaşmamız  baş  tutmadı

və tamamilə alt-üst oldu.  Etirazlarımıza baxma­

yaraq,  gürcülər ermənilərlə  birlikdə beynəlxalq 

münasibətlərin  adi  tələblərini  ən  kobud şəkildə 

pozaraq  köhnə  ümumqafqaz  nümunəli  bonları 

buraxmaqda  davam  edirlər  və  bununla  müvəq­

qəti  də  olsa  öz  maliyyə  çətinliklərini  aradan 

qaldırırlar.  Bizsə  tamamilə pulsuz  qalaraq  bü­

tün  umudlarımızı  İstanbula  bağlamışıq  və  o 

pulları,  bonları  gözləyirik  ki,  onlar  haqqında 

Sizə yazmışıq,  onlardan  ötrü Behbudov və Rüs- 

təmbəyovu göndərm işik”  [8, v.39].

İndisə  iki  ay  geriyə  dönək  və  Məhəmməd­

əmin bəyin  nə  səbəbdən  İstanbulda  bulunduğu- 

nu  öyrənək.  Azərbaycan  Rəisi-vükəlası  (Baş 

naziri)  Fətəli  xan  Xoyski  və  xariciyyə  naziri 

Məhəmmədhəsən Hacmskinin  17 həziran  1334- 

cü ildə (17.06.1918)  Gəncədə imzaladıqları  145 

saylı  sənəddə  oxuyuruq:  “Azərbaycan  Məclisi- 



Millisi  rəisi  Rəsulzadə  Məhəmmədəmin  bəy- 

əfəndi təhti-rəyasətində1  ədliyyə naziri Xəlil bəy 

Xasməhəmmədov  əfəndi  ilə  M əclisi-Milli  əza­

sından  Aslan  bəy  Səfikürdski  əfəndilərdən  mü­

təşəkkil  Heyəti-mürəxxəsənin  dövləti-əliyyeyi- 

Osmaniyyə  ilə  müttəfiqləri  bulunan  Almaniya, 

Avstriya,  Bolğariya  dövlətləri  və  Qafqasiya 

cümhuriyyətlərindən  Şimali  Qafqas  Cəbəliyyun 

İttihadı,  Gürcüstan  və Ermənistan  hökumətləri­

nin  iştirakıyla  İstanbulda  in ’iqad  edəcək2 kon­

fransa  iştirak  və  düvəli-müşarileyh  ilə  hər  növ 

müahidati-siyasiyyə,  müqavilati-əsgəriyyə,  ma­

liyyə  və  iqtisadiyyə  əqd  və  imzası  içün3 Azər­

baycan  hökuməti  tərəfindən  məmur  edildiklə­

rini mübəyyin etimadnamədir ”  [6, v.4j.

Azərbaycan  hökuməti  İstanbula  göndəri­

ləcək  Heyəti-mürəxxəsənin  əsas  tərkibini  17

1 Sədrliyi altmda.

2 Olacaq.

3 Adı çəkilən dövlətlərlə  siyasi öhdəliklər, hərbi, maliyyə 

və iqtisadi müqavilələr bağlamaq və imzalamaq üçün.

XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ



162

Известия  ИАН Азербайджана.  Серия общественных наук,  2018,  №1

iyunda  müəyyənləşdirsə  də  az  sonra  tərkibdə 

bəzi  dəyişikliklər  etdi.  Beləliklə,  İstanbula 

ümumən  bu  nümayəndələr  göndərildi:  Heyətin 

'  rəisi  (sədri) Məhəmmədəmin Rəsulzadə, mürəx- 

xəslər  (səsvermə  hüquqlu  tam  səlahiyyətli  nü­

mayəndələr)  Xəlil  bəy  Xasməhəmmədov  və 

Aslan  bəy  Səfıkürdski,  siyasi  müşavirlər  Əkbər 

ağa  Şeyxülislamov  və  Əhmədcövdət  Pepinov, 

hərbi  müşavirlər  general  İbrahim  Yusubov  və 

polkovnik Əbdülhəmid Qaytabaşı, maliyyə m ü­

şavirləri Səlim  bəy Behbudov və  Əsəd bəy Rüs- 



təmbəyov,]  katiblər Abbas  bəy Atamalıbəyov və 

Məhəmməd Məhəmmədov  [11,  69].

Heyəti-mürəxxəsə  qərarın  ertəsi  günü -   18 

iyunda  İstanbula  yola  salınıb,  Tiflis-Batum- 

Zonquldaq  yolu  ilə  gedərək  [11,  70]  24  iyunda 

İstanbula  çatıb  və  o  tarixdən  21  oktyabradək, 

yəni  geri  dönmələrinədək  Pera  Palas  otelində 

qalıb  [8,  v. 24a].

Vüqar  İmanov  yazır:  “Ümumən  heyətin 



milliyyətçi  və  sosialist  meyilli  üç  nüfuzlu  lideri 

ehtiva  etməsi  və  bunların  təcili yola  çıxarılma­

ları Nuru paşanın bu kişilərdən qurtulması kimi 

də  düşünülə  bilir.  İstanbulda  önəmli  bir  kon­

fransa göndərildikləri bilindiyi halda,  çox təcili 

hərəkət  etdirilmələri  və  hətta  yetərli  xəritə  və 

sənədlərlə  (özəlliklə,  Azərbaycanın  İstiqlal  Bə­

yannaməsi  və  s.)  belə  təmin  edilmədən yola  çı­

xarılmaları  bir  sıra  haqlı  şübhələrə  səbəb  ol­

maq daydı”  [11,  68].  Bu  şübhə  toxumunu  ilk 

dəfə  T.Svitoçovski  səpib  və  sonrakı  araşdırma­

larda  cücərib.  Onların  köksüz və  yalan  olduğu­

nu prof.  Cəmil Həsənli əsaslı şəkildə sübut etdi­

yindən  [10,  113]  biz bu məsələyə  yenidən dön­

məyi artıq saydıq.

Prof.  C.Həsənlinin  də  qeyd  etdiyi  kimi, 

İstanbul  Konfransının  çağırılması  təşəbbüsü 

Türkiyədən  deyil,  Gürcüstan  və  Almaniyadan 

gəlmişdi.  Onun  ilkin  məqsədi  Qafqazda  yeni 

yaranmış  müstəqil  dövlətlər  arasındakı  sərhəd 

problemlərini həll etməkdi, ancaq İstanbula gəl­

miş  hər  dövlətin  öz  maraq  və  niyyətləri  ortaya 

çıxmışdı.  Məsələn,  Almaniya  və  Osmanlı  döv­

ləti  Qafqazı  iqtisadi  və  hərbi  nüfuzu  altına  sal­

mağı,  Gürcüstan və  Ermənistan  Osmanlıya tərk 1

1  Hökumət  Behbudov  və  Rüstəmbəyovu  İstanbula  gön­

dərmək haqqında  11  iyul  1918-ci ildə qərar çıxarmışdı.

etdikləri  torpaqların  yerinə  Azərbaycan  torpaq­

larına  yiyələnərək  ərazilərini  genişləndirməyi 

düşünürdülər.  Azərbaycanın  isə  Konfrans  gö- 

rüşmələrindəki gözləntilərini Dr.  Mehman Ağa­

yev bu şəkildə sıralayır:

1)  Osmanlı  hökumətinin  Azərbaycana  ger­

çək  münasibətini  öyrənmək  və  diplomatik  əla­

qələr qurmaq.

2) Ermənistan və  Gürcüstan ilə olan sərhəd 

məsələlərini həll etmək.

3)  Müttəfiq  ölkələrin  təmsilçiləri  ilə  Azər­

baycanın  bağımsızlığmm  tanınmasına  cəhd  et­

mək.  Osmanlı  ictimai  rəyində  və  mətbuatmda 

Azərbaycam tanıtmaq  [1,  70].

Əlbəttə,  bunlar  Heyətin  qarşısında  duran 

strateji  önəmli  məsələlərdi  və  onları  özəlliklə 

V.İmanov  yetərincə  araşdırıb  [11].  Bizim  baş­

lıca  məqsədimizsə  Heyəti-mürəxxəsəyə  sonra­

dan  qoşulmuş  Maliyyə  heyətinin  işi,  eləcə  də 

onun üzvləri  Səlim bəy  Behbudov və  Əsəd  bəy 

Rüstəmbəyov haqqında ətraflı bilgi verməkdir.

MALİYYƏ HEYƏTİ VƏ ONUN

ÜZVLƏRİ

Azərbaycan  hökuməti  Heyəti-mürəxxəsədə 

çalışmaq  üçün  iyulun  ikinci  ongünlüyündə 

İstanbula  yeni  bir  heyət  göndərmişdi.  Yalmz 

S.b.Behbudov  və  Ə.b.Rüstəmbəyovdan  ibarət 

bu heyətin qarşısına Osmanlı dövlətindən Azər­

baycan  üçün  təcili  borc  almaq  və  İstanbulda 

Azərbaycanın  pulunu  çap  etdirmək  kimi  çox 

mühüm  vəzifə  qoyulmuş,  bu  məqsədlə  onlara 

maliyyə  müşavirləri  kimi  geniş  səlahiyyət  ve­

rilmişdi.  Baş  nazir  F.x.Xoyski  11  iyul  1918-ci 

ildə  İstanbuldakı  Məhəmmədəmin  Rəsulzadəyə 

yazırdı  ki,  Türkiyə  Hökumətinin  verdiyi  borcla 

bağlı  hər  hansı  müqavilə  bağlamaq  lazım  gə­

lərsə onu Sülh Heyətinin sədri kimi  Siz və gön­

dərdiyimiz  nümayəndələr  Səlim  bəy  Behbudov 

və  Əsəd  bəy  Rüstəmbəyov  imzalamalısınız. 

Bonlar buraxılarkən Nəzarət Komissiyasında öz 

təmsilçilərimizin  olması  gərəkdir;  onlar  Beh­

budov  və  Rüstəmbəyov  ola bilər.  Behbudov  və 

Rüstəmbəyovun  hər birinə  obaş-bubaş  üçün  iki 

min  manat  yolxərci  verilib,  yerdə  qalan  bütün 

hallarda  İstanbuldakı  Azərbaycan  Sülh  Heyəti 

üzvləri  dolanışığının  bütün  şərtləri  onlara  da



XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə