17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə1/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
  1   2   3   4   5   6   7   8   9   ...   35


BP Azərbaycanda 

Davamlı inkişaf haqqında hesabat

2010

www.bp.com/caspian/azsr



BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidentinin giriş sözü 

BP Azərbaycanda / 17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35 Ətraf mühit / 43 Cəmiyyət 

52 Beşillik icra göstəriciləri / 53 MHŞT üzrə hesabat verilənləri / 55 Hesabatın yazılması prosesi və rəylər


Qrupun davamlı inkişaf haqqında hesabatı

 

bp.com/sustainability

Hesabatın əhatə dairəsi

Bu hesabat 31 dekabr 2010-cu ildə bitən təqvim ilini əhatə edir. Dollarla 

ifadə edilən bütün məbləğlər ABŞ dollarını nəzərdə tutur. Başqa cür 

nəzərdə tutulmayıbsa, mətndə “BP p.l.c.” və onun törəmə şirkətləri və 

filiallarının əməliyyatları və fəaliyyətləri arasında fərq qoyulmur. Xüsusi 

olaraq göstərilən hallar istisna olmaqla, bu hesabatda “bizə”, “biz” və 

“bizim” sözlərinə edilən istinadlar BP Azərbaycan şirkətinə edilən 

istinadlardır. Əgər hesabatda BP Azərbaycanda deyilərək istinad edilirsə, 

bu o deməkdir ki, yalnız Azərbaycanda olan əməliyyatlarımıza istinad 

edilir. Əgər biz BP AGT-yə istinad ediriksə, onda bizim Azərbaycandakı, 

Gürcüstandakı və Türkiyədəki fəaliyyətlərimizə istinad edirik. “BP” və 

“BP qrupu”na edilən konkret istinadlar “BP p.l.c.”, onun törəmə 

şirkətləri və filialları deməkdir.

Xəbərdaredici bildiriş

BP-nin Azərbaycanda Davamlı inkişaf haqqında 2010-cu il üçün hesabatında öncədən söylənmiş

məsələn, çıxarıla bilən həcmlər və ehtiyatlara, əsaslı, əməliyyat xərcləri və digər xərclərə, 

həmçinin gələcək layihələrə aid müəyyən bəyanatlar vardır. Bir sıra amillərdən, o cümlədən tələb 

və təklifin dəyişməsindən, qiymət və işlərin gedişi məsələlərindən, həmçinin siyasi, hüquqi, 

maliyyə, kommersiya və sosial şəraitdən asılı olaraq faktiki nəticələr belə bəyanatlardakı 

göstəricilərdən fərqlənə bilər.

Üz qabığındakı şəkil

Qazma mühəndisi, gənc mütəxəssis 

Aysel Cavadova Dərinsulu Günəşli platformasında



Bu hesabat barədə

“BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010” bizim 

2010-cu təqvim ili ərzində nail olduğumuz istehsalat göstəricilərimizi, 

ətraf mühitin mühafizəsi ilə bağlı gördüyümüz işləri və 

Azərbaycandakı fəaliyyətlərimizin digər sahələrini əhatə edir. Bu 

hesabat bizim davamlı inkişaf haqqında səkkizinci hesabatımızdır və 

əvvəlki hesabatlar haqqında aldığımız rəyləri özündə əks etdirir. 

Davamlı inkişafa bizim yanaşma tərzimiz idarəçilik və risklərin idarə 

edilməsi, əməyin təhlükəsizliyi, ətraf mühit, energetikanın gələcəyi, 

həmçinin bizim yerli və qlobal sosial-iqtisadi təsirimizlə əlaqədar 

məsələləri əhatə edir. Bu məsələlər üzrə elə hesabat vermək istəyirik 

ki, o, maraqlı tərəflərin qaldırdığı əsas suallara cavab versin. 

“BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat” hər il Azəri-

Çıraq-Dərinsulu Günəşli yatağı üçün birgə əməliyyat şirkətinin 

əməliyyatçısı və idarəedicisi, həmçinin Ze Bakı-Tbilisi-Ceyhan 

Payplayn Kompani (“The Baku-Tbilisi-Ceyhan Pipeline Company”) 

şirkətinin idarəedicisi qismində çıxış edən BP Eksploreyşn (Kaspian Si) 

Limited (“BP Exploration (Caspian Sea) Limited”) ilə Şahdəniz 

yatağının əməliyyatçısı və Sauf Kokazus Payplayn Kompani (“South 

Caucasus Pipeline Company”) şirkətinin texniki operatoru qismində 

çıxış edən BP Eksploreyşn (Şahdəniz) Limited (“BP Exploration (Shah 

Deniz) Limited”) tərəfindən nəşr edilir. Bu şirkətlərin hər biri bu 

hesabatın məqsədlərinə uyğun olaraq öz layihələri üzrə müvafiq 

məlumatların verilməsini təmin etmişdir.

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

1

Beşillik icra 



göstəriciləri

Əsas icra göstəriciləri

BP-nin Azərbaycan-

Gürcüstan-Türkiyə 

regionu üzrə 

prezidentinin giriş sözü

Rəşid Cavanşir bizim 2010-cu ildə 

həyata keçirdiyimiz müxtəlif 

fəaliyyətlərin əsas məqamları 

barədə düşüncələrini bölüşür

BP-nin Azərbaycanda 

fəaliyyəti

Strategiyamız; BP Azərbaycan – 

ilk baxışda; BP AGT regionunun 

rəhbər qrupu; tarixi ekskurs; 

nailiyyətlər və çətinliklər; 

əməliyyatlarımız

2

3



17

29

35



Biz necə işləyirik

İdarəetmə sistemləri; 

təhlükəsizlik və insan haqları; 

əməkdaşlarımız; qaydalara 

riayət və etik normalar; maraqlı 

tərəflərlə dialoq və görüşlər

Ətraf mühit

Yeni layihələrin kəşfiyyat və 

işlənməsindən başlamış 

hasilat mərhələsinədək ətraf 

mühitin mühafizəsi üzrə 

fəaliyyətlərimizin idarə 

edilməsi

Əməyin təhlükəsizliyi 

və sağlamlıq

Diqqəti təhlükəsiz, etibarlı və 

qaydalara uyğun əməliyyatlara 

yönəldir, gördüyümüz hər işdə 

əməyin təhlükəsizliyi və 

əməliyyat risklərinin idarə 

edilməsini əsas götürürük

52

Cəmiyyət



Gəlirlərin şəffaflığı; 

sahibkarlığın inkişafı; icmalarla 

iş; mədəni irsin qorunub 

saxlanması və təhsil 

təşəbbüsləri

43

       “Ernst & Young” şirkətinin yoxlama prosesi ilə bağlı bildirişi

BP-nin Azərbaycanda həyata keçirdiyi davamlı inkişaf fəaliyyətlərinə dair məlumat, açıqlama 

və bəyanatların faktlara və izahlara əsaslandığı barədə BP şirkətinin rəhbərliyində əminlik 

yaratmaq məqsədi ilə biz BP-nin 2010-cu il üzrə hazırladığı Davamlı inkişaf haqqında 

hesabatı yoxlamışıq. Gördüyümüz işlərin əhatə dairəsi və əldə olunan nəticələr haqqında 

məlumatlarla səhifə 54-də tanış olmaq olar.



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə