17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

19

Biz necə işləyirik



Təhlükəsizlik və insan haqları 

BP-nin əməliyyatçısı 

olduğu bütün obyektlərdə təhlükəsizliyin insan haqlarına uyğun olaraq 

təmin olunması üçün biz müvafiq maraqlı tərəflərlə əməkdaşlıq edirik  



İcmalarla işimiz

Əməliyyat ərazilərimizin yaxınlığında yerləşən 

icmalarla əməkdaşlıq Azərbaycanda 

biznesimizin təhlükəsizliyinin təmin 

edilməsində çox mühüm rol oynayır. 2010-cu 

ildə BP-nin operatoru olduğu boru kəmərləri 

boyunca yerləşən icmalarla Təşkilatlararası 

Təhlükəsizlik Komitəsi (TATK) iclaslarının 

keçirilməsinə köməyimizi davam etdirmişik. BP 

sahə təhlükəsizliyi müşavirlərinin rəhbərliyi ilə 

13 rayonda İBKMİ nümayəndələri, yerli icra 

komitələri və 3 920 nəfər icma üzvünün iştirakı 

ilə 85 iclas keçirilib.

TATK iclaslarında qaldırılmış məsələlər 

2009-cu ildə təsis edilmiş yüksək səviyyəli 

regional icra orqanları nümayəndələrindən 

ibarət olan təhlükəsizlik komissiyalarına təqdim 

olunub. Bu komissiyaların başlıca vəzifəsi 

Təhlükəsizlik və İnsan Haqları haqqında Könüllü 

Prinsiplərin (KP) həyata keçirilməsini təmin 

etmək və insan haqlarının pozulması ilə bağlı 

hər hansı iddiaların BP və İBKMİ tərəfindən 

birgə araşdırılmasına kömək etməkdir. 2010-cu 

ildə insan haqlarının pozulması barədə heç bir 

iddia qaldırılmayıb.

BP-nin operatoru olduğu boru kəmərləri 

boyunca yerləşən icmaların təhlükəsizliklə 

bağlı narahatlıqlarını bildirmələri üçün 2009-cu 

ildə açılmış 114 nömrəli “qaynar xətt” 2010-cu 

ildə də fəaliyyətini davam etdirib. 2010-cu ildə 

bizə boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı 

heç bir məlumat daxil olmayıb. 



Monitorinq

 

2010-cu ildə Azərbaycan Sosial Təhlil 



Komissiyası (ASTK) KP-lərin Azərbaycanda necə 

həyata keçirdiyini qiymətləndirmək üçün 

monitorinq keçirib. Özünün dördüncü 

hesabatında ASTK bildirib: “KP-lərin monitorinqi 

üçün BP-nin daxili proseduraları, təhlükəsizlik və 

insan haqları üzrə keçirdiyi təlimlər və bu 

proseduraların həyata keçirilməsində göstərdiyi 

səyləri, həmçinin TATK-nın təsis olunmasını əla 

qiymətləndirir”.

Bununla belə, ASTK kənardan monitorinqin 

aparılmamasını bir məsələ kimi ortaya qoyub. 

BP KP-lərin kənardan monitorinqinin 

mümkünlüyünü istisna etməsə də, əminik ki, 

bizim müntəzəm olaraq həyata keçirdiyimiz daxili 

qiymətləndirmə proqramımız KP-lərin həyata 

keçirilməsini və təkmilləşməyə ehtiyacı olan 

sahələrin müəyyən edilməsini təmin edəcəkdir. 

Bu mövqeyə uyğun olaraq, biz 2010-cu ilin 

may ayında ilk dəfə olaraq KP-lərin həyata 

keçirilməsinin daxili qiymətləndirilməsini apardıq. 

Burada əsas məqsəd yalnız “qaydalara riayət 

olunan” və ya “riayət olunmayan” sahələri 

müəyyən etmək deyil, həm də şirkətləri 

təlimatlandırmaq və onlara məsləhətlər 

verməkdən ibarət idi. Yoxlama zamanı aşkar 

etdik ki, Azərbaycanda KP-lərin həyata 

keçirilməsinin bütün sahələrində BP-nin 

mövqeyi güclü olsa da, icmalarla vaxtaşırı sorğu 

keçirmək və İBKMİ təlim proqramları kimi bəzi 

sahələri daha da yaxşılaşdırmaq olar. 

Qiymətləndirmənin qısa xülasəsi və əsas 

standartlar Azərbaycan və ingilis dillərində bizim 

veb-səhifəmizdə yerləşdirilib.

SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və 

ətraf mühit) üzrə əminlik proqramının bir hissəsi 

olaraq BP 2010-cu ildə bizim təhlükəsizlik üzrə 

podratçımız olan “Titan D” şirkətinin SƏTƏM 

idarəetmə sisteminin BP və “Titan D” SƏTTƏM 

(sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və 

ətraf mühit) tələblərinə cavab verib-vermədiyini 

yoxlamaq üçün audit keçirib. Audit nəticəsində 

əldə olunan məlumatlar qeydiyyatdan keçirilib və 

növbəti addımlar üzrə tədbirlər planı işlənib 

hazırlanıb.



Dövlət və özəl təhlükəsizlik 

orqanları ilə qarşılıqlı fəaliyyətimiz

İkitərəfli təhlükəsizlik protokolunun həyata 

keçirilməsi məqsədilə 2009-cu ildə İBKMİ ilə 

razılaşdırılmış proseduralar nəzərdən keçirilmək 

üçün 2010-cu ildə Nazirlər Kabinetinə təqdim 

olundu. Buna paralel olaraq, biz dəniz 

əməliyyatlarını əhatə edən proseduraların 

razılaşdırılması üçün Azərbaycan Respublikası 

Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri və 

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ilə 

birgə işlədik. 

Nəticədə İBKMİ boru kəmərləri dəhlizi boyunca 

avtomobillərlə gündüz patrul keşiyindən istifadə 

edilməməsi üçün BTC/CQBK (Bakı-Tbilisi-Ceyhan/

Cənubi Qafqaz qaz boru kəməri) marşrutu 

boyunca silahsız atlı patrulların sayının artırılmasına 

razılıq verdi. 2010-cu ilin sonunda atlı patrulların sayı 

BP-nin nəzarət etdiyi və əməliyyatçısı olduğu 

obyekt və istehsal sahələrində çalışan 

insanların və qurğuların təhlükəsizliyi üçün 

şirkət məsuliyyət daşıyır. BP-nin quruda olan 

obyekt və qurğularının mühafizəsi subpodratçı 

“Titan D Ltd” şirkətinə həvalə olunub. BP-nin 

obyektlərindən kənarda təhlükəsizlik üçün 

məsuliyyəti ölkə hökuməti öz üzərinə götürüb. 

Boru kəmərlərinin təhlükəsizliyi üçün İxrac 

Boru Kəmərlərinin Mühafizəsi İdarəsi (İBKMİ)

a

  



məsuliyyət daşıyır. Dənizdə təhlükəsizlik 

Azərbaycan Respublikasının hərbi donanması 

və sahil mühafizəsi tərəfindən təmin edilir. 

32 idi. Məqsədimiz onların sayını 2011-ci ilin 

sonunadək 57-yə çatdırmaqdır. Patrullar boru 

kəməri dəhlizi boyunca yaşayan icma üzvləri 

arasından seçilir. 

KP-lərin həyata keçirilməsi üzrə təlimlər davam 

etdirildi. Biz təhlükəsizlik və insan haqları məsələləri 

ilə əlaqədar Hərbi Dəniz Qüvvələrinin komanda-

idarəetmə mərkəzinin işçi heyəti və gəmi 

kapitanları üçün iki ayrı-ayrı məşğələ təşkil etdik. 

Birinci məşğələdə komanda-idarəetmə mərkəzinin 

21 zabiti və ikinci məşğələdə 19 nəfər gəmi 

kapitanı iştirak etdi.

“Titan D” şirkətinin mühafizəçilərinə əsas 

təhlükəsizlik bacarıqları və əməyin təhlükəsizliyi 

üzrə təlimləri keçirildi. Əlli iki mühafizəçi 

avtomobildə axtarış və mühafizə xidmətinin 

əsasları üzrə təlimi başa vurdu, 152 mühafizəçi 

davranışların müşahidəsi üzrə təhlükəsizlik sistemi 

(DMTS) kursunu bitirdi və 34 mühafizəçi 

Azərbaycandakı 2 nömrəli Nasos Stansiyasında 

inteqrasiya edilmiş elektron təhlükəsizlik 

sistemlərinin idarə olunması üzrə texniki tanışlıq 

kursunu tamamladı. Dənizdə çalışan 

əməkdaşlarımızın istifadə etdiyi Bakı limanında 

“Titan D” şirkəti ilə qadağan edilmiş əşyaların 

aşkar edilməsi üzrə birgə təhlükəsizlik məşqi də 

keçirildi. 



Şikayətlərlə bağlı məsələlərin həlli

2010-cu il ərzində BTC/CQBK boru kəmərləri 

marşrutu boyunca şikayətlərlə bağlı 

məsələlərin həlli mexanizmi qüvvədə qaldı. 

Şikayət aldığımız məsələlərin həlli ilə məşğul 

olanların sırasına altı nəfər icmalarla əlaqə üzrə 

məsul şəxs (İƏMŞ) və boru kəməri marşrutları 

ərazilərində şikayətlərə baxan Səngəçal 

terminalındakı bir menecer daxil idi. 2010-cu 

ildə biz dörd şikayət aldıq. Şikayətlər əmlaka 

dəyən zərər, işsizlik, torpağın bərpası, 

sağlamlıq və qazın məşəldə yandırılmasının 

ətraf mühitə təsirinə aid idi. 2010-cu ildə 

bütün şikayətlər, o cümlədən terminalın 

genişləndirilməsinin çoban və naxırçıların otlaq 

sahələrinə təsiri haqqında 2008-ci ildə edilmiş 

bir şikayət də həll olundu. 

2010-cu ildə konkret şikayətlərdən başqa, 

biz BTC/CQBK boru kəmərlərinin marşrutu 

boyunca yerləşən ərazilərdə müxtəlif fəaliyyət 

növləri ilə məşğul olmaq üçün icazə 

verilməsinə dair 215 xahiş ərizəsi qəbul etdik. 

Onların 206-sı 2010-cu ildə, doqquzu isə 

2011-ci ilin yanvar ayında həll olundu.



ASTK-nın tam hesabatı: 

bp.com/caspian/asrc

a

 

İBKMİ (İxrac Boru Kəmərlərinin Mühafizəsi İdarəsi) 



Dövlət Xüsusi Mühafizə Xidmətinin (DXMD) bir şöbəsidir.


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə