17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

2

 



12 



15 



11 

 

 



 


22

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010

Biz necə işləyirik

Əməkdaşların iştirakı

İşçi heyətin illik məmnunluq sorğusu

2010-cu ildə BP qrupu işçi heyətin 

məmnunluq sorğusunu keçirməməyi qərara 

aldı. Buna görə də biz fəaliyyətlərimizi 

2009-cu ildə Azərbaycanda keçirilmiş 

sorğunun nəticələrinə əsaslanan tədbirlərin 

həyata keçirilməsi üzərində cəmlədik. Xüsusi 

diqqət yetirdiyimiz sahələr əməkdaşlar 

arasında açıq və səmimi dialoqun və qarşılıqlı 

mübadilə vasitəsilə rəhbərliklə əməkdaşlar 

arasında əlaqələrin yaxşılaşdırılması oldu.

Texniklərin forumları 

Bu görüşlər 2008-ci ildə şirkətin rəhbərliyi ilə 

əməliyyatlarımızın ön mövqeyində dayanan 

BP texniklərinin qarşılıqlı əlaqələrini 

yaxşılaşdırmaq üçün təsis edildi. Keçən iki il 

ərzində BP-nin Azərbaycan və Gürcüstanda 

texniklər üçün keçirdiyi səkkiz forumda 

təxminən 250 nəfər texnik iştirak edib.

2010-cu ildə Azərbaycandan və 

Gürcüstandan olan 90 nəfər texnikin iştirak 

etdiyi üç forum keçirildi. Forumların hər birinin 

gündəliyinə BP-nin Azərbaycandakı rəhbər 

qrupunun üzvlərindən birinin işlərin gedişi 

haqqında verdiyi son məlumatlar və texniklərin 

inkişafına dair müzakirə daxil idi. Daha sonra, 

biz bu yığıncaqlarda irəli sürülmüş və müzakirə 

edilmiş məsələlərin iş təcrübəmizə və 

rəhbərliyin yanaşmasına təsir etməsini təmin 

etmək üçün yolları araşdırdıq.

Sosial fəaliyyətlər

Şirkətdə komandada işləmə ruhunu 

yüksəltmək məqsədi ilə biz 2010-cu ildə 

əməkdaşların təşəbbüsü və iştirakı ilə həyata 

keçirilən müxtəlif tədbirlərə dəstək verdik. 

Belə təşəbbüslərə təxminən 500 nəfərədək 

BP işçisini bir araya gətirən və onların ailə 

üzvlərinin də iştirak etdiyi idman tədbirləri, iş 

yerindən kənarda keçirilən görüşlər, 

Azərbaycan rəhbər qrupunun əməkdaşların 

inkişafının müzakirəsinə həsr edilmiş iclasları 

daxil idi. 

İşçilərə kömək proqramı

2009-cu ildə Azərbaycanda və Gürcüstanda 

həyata keçirilməyə başlamış İşçilərə məxfi 

şəkildə kömək proqramı davam etdirildi. 

Proqramın məqsədi işçilərin müzakirə etmək 

istədikləri şəxsi problemlərin – iş və şəxsi 

həyat arasında balansın saxlanılması və ya 

münasibətlərlə bağlı problemlərin aradan 

qaldırılmasında yerli işçi heyət və onların ailə 

üzvlərinə kömək etməkdir. Belə proqramların 

aparıcı qlobal təchizatçılarından biri olan “PPC 

Worldwide” şirkəti bu proqram çərçivəsində 

işçilərə pulsuz məsləhətlər verir.



İstedad və karyeranın inkişafı

Biz işçi qüvvəmizin əsas bacarıqlarını inkişaf 

etdirmək və özümüzün rəqabətədavamlı 

üstünlüyümüzü saxlamaq üçün tədris 

proqramları hazırlayır və onları həyata keçiririk. 

Şəxsi inkişaf və liderlik bacarıqlarının inkişafı

 

2010-cu ildə biz BP AGT işçilərinin bir sıra 



təlim proqramlarında iştirakı və karyeralarının 

inkişafı üçün 4,62 milyon dollar sərmayə 

qoyduq. Rəhbərlik etmək üçün lazım olan 

əsas bacarıqlara həsr edilmiş 78 məşğələdə 

1 315 əməkdaşımız iştirak edib.

2010-cu ildə qrup rəhbərləri üçün 

“İdarəetmənin əsasları” proqramı kimi tanınan 

bir sıra təkmilləşmə kursları hazırlanaraq, 

bütün BP qrupunda istifadəyə verildi. Bu 

proqram texniki, həmçinin idarəetmə və 

davranışla bağlı elementləri özündə birləşdirir 

və qrup rəhbərlərinə fərdi icra göstəriciləri, 

komandada iş və məsuliyyətli rəhbərlik 

Dima Kirilov 

Kadrlar üzrə 

layihələrinin 

əlaqələndiricisi

BP Azərbaycanda komanda ruhunu necə 

formalaşdırır?

2010-cu ildə biz işçi heyətinin komandada 

işləmək ruhunu möhkəmləndirmək üçün bir 

sıra idman tədbirləri, o cümlədən futbol, 

basketbol və şahmat yarışları keçirdik. Bu 

yarışlarda 300 nəfərə yaxın əməkdaş iştirak 

etdi, bəlkə də bundan iki dəfə çox ailə üzvləri 

və dostlardan ibarət tamaşaçı kütləsi topladı.

     


     

 3

 



     1

  

 



    

 

       6



 

 

  2



                    6

 

 



            

      1


      

 

 



 

                                   2

 

 

 



    

                               2

          2 

                  



Yüksək vəzifəli 

azərbaycanlı menecerlər

BP-nin Azərbaycan üzrə təlim xərcləri, 2010

(min dollar)

2010-cu ildə BP AGT-nin təlim xərcləri 4,6 milyon 

dollardan çox olub ki, bunun da 4,4 milyon dolları 

Azərbaycanın payına düşür.

Qadın menecerlərin 

demək olar yarısı 

maliyyə və kadrlar 

şöbəsində, kişi 

menecerlərin 

təxminən 50%-i isə 

maliyyə, SƏTTƏM 

(sağlamlıq, əməyin 

təhlükəsizliyi, 

təhlükəsizlik və ətraf 

mühit), informasiya 

texnologiyaları və 

xidmətləri 

şöbələrində işləyir.

Kişi (cəmi 106)

Qadın (cəmi 25)

Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit

Əsas/Bazis/Liderlik

Peşəkar


Əməliyyatlar


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə