17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

23

İdarəetmə Məktəbinin həyata keçirdiyi xüsusi 



tərtib olunmuş MBA (biznesin idarə olunması 

üzrə magistr) proqramında iştirak edən 14 

əməkdaşdan ibarət idi. 2010-cu ildə altı 

əməkdaşımız bu proqramın məzunu olub.

Digər bir proqram BP AGT-də işləyən 

mühəndisləri Böyük Britaniyadakı Mühəndis-

texniki Şuradan diplomlu mühəndis sertifikatı 

almağa həvəsləndirdi. İl ərzində daha üç 

işçimiz Maşınqayırma və Texnologiya 

İnstitutunu bitirib.

Əməkdaşlarımıza Neft Mühəndisləri 

Cəmiyyətinin üzvü olmaları üçün verdiyimiz 

dəstəyi davam etdirdik. Bu təşkilat bilik 

mübadiləsi aparmaq və neft mühəndisliyi 

ixtisasına marağı artırmaqla neft və qaz 

sənayesində çalışan ixtisaslı mütəxəssisləri bir 

araya gətirir.

Biz necə işləyirik



Müvəffəqiyyətin düsturu

Hələ məktəbdə oxuyarkən Anar Vəliyev 

mühəndis atasının işi haqqında daha çox şey 

bilmək istəyirdi. Bunun üçün də o, yerli və xarici 

jurnallarda mühəndis işlərinə dair dərc edilmiş və 

atasının onunla bölüşdüyü məqalələri oxuyurdu. 

Əldə etdiyi biliklər Anarın mühəndis olmaq 

qərarına gəlməsində əsas rol oynadı.

Öz arzusuna nail olmaq üçün Anar 

Azərbaycan Dövlət Neft Akademiyasının 

istehsal proseslərinin avtomatlaşdırılması 

fakültəsinə daxil oldu. Üçüncü kursda oxuyarkən 

o, BP-nin yay təcrübə proqramını reklam edən bir 

afişa gördü. O, bu proqrama qoşulmaq üçün 

ərizə ilə müraciət etdi və Səngəçal terminalında 

yay təcrübəsinə qəbul edildi. Çox yaxşı işinə görə 

ona SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və 

ətraf mühit) qrupunun texnoloji proseslərdə 

əməyin təhlükəsizliyi mühəndisi kimi 

ixtisaslaşmaq üçün sağlamlıq və əməyin 

təhlükəsizliyi üzrə Çəllencer kimi çalışmaq təklif 

olundu. Onun ruh yüksəkliyi, inadkarlığı və daima 

öyrənmək həvəsi ona Çəllenger proqramını (üç il 

davam etməsi nəzərdə tutulan) doqquz ayda 

qurtarmağa kömək etdi. Daha sonra o, 

terminalda texnoloji proseslərdə əməyin 

təhlükəsizliyi üzrə BP-nin Azərbaycandakı ilk yerli 

mühəndisi oldu.

İndi dünyanın ən böyük neft və qaz 

terminallarının birində risklərin idarə edilməsində 

iştirak edən Anar məmnuniyyətlə müvəffəqiyyət 

düsturunu digər gənc mühəndislərlə bölüşür. O 

deyir: “Aldığın təhsildən maksimum istifadə et 

və öz ixtisasını yaxşı bil ki, imkan yaranan kimi 

ondan istifadə edə biləsən. Lakin o zaman  da 

yerində dayanma. Gərək həmişə özünü inkişaf 

etdirəsən və bunun  da məsuliyyəti sənin öz 

üzərinə düşür.”

BP liderləri necə yetişdirir?

BP-dəki liderlik təlimlərində əsas diqqət 

təşkilatın hər bir səviyyəsində fərdlərin strateji 

təfəkkürünə yönəlir. Digər qabiliyyətlərlə 

yanaşı siz ünsiyyət vərdişlərini, komanda kimi 

işləməyin əsaslarını və digər işlərlə birlikdə 

işçiləri necə inkişaf etdirməyi öyrənirsiniz. 

Keçdiyim təlimin nəticəsi olaraq, mən 

təşkilatda yaxşı rəhbər işçinin rolunun nədən 

ibarət olmasını gözəl başa düşürəm.



Eldar Qazıyev 

Maddi-texniki 

tədarük üzrə 

menecer


bacarıqlarının yaxşılaşdırılması kimi mövzular 

üzrə dərslər vasitəsilə özlərinin idarəetmə 

vərdişlərini inkişaf etdirmək imkanı verir. İl 

ərzində biz 155 qrup rəhbərinin iştirak etdiyi 

yeddi məşğələ keçirdik.

Dil təlimi

2010-cu ildə yerli işçi heyəti üçün ingilis dili 

dərslərinin keçirilməsi davam etdi. İlin 

sonunda 250 nəfər əməkdaş bu dərslərdə 

iştirak edirdi. İngilis dilində danışıq bacarıqlarını 

yaxşılaşdırmaq arzusunda olanlar üçün hər ay 

ingilis dilində danışıq klubları təşkil olunub. 

Bütün əcnəbi əməkdaşlara Azərbaycan dili 

dərsləri və yeni gələn əcnəbi əməkdaşlara 

Azərbaycanın tarixi, mədəniyyəti və adət-

ənənələri üzrə giriş kursu təklif olunub. Biz 

həmçinin Azərbaycan dili üzrə biliklərini biznes 

kontekstində təkmilləşdirmək arzusunda olan 

yerli əməkdaşlar üçün də Azərbaycan dili 

dərsləri təşkil etdik.  

Erkən peşəkar inkişaf – BP-nin İddialı gənc 

mütəxəssis proqramı 

Texniki ixtisasların geniş spektrini əhatə edən 

sahələrdən, o cümlədən təbiət elmləri, 

texnologiya, mühəndislik və riyaziyyat 

sahələrindən məzunlar işə qəbul edilir. Onların 

BP fəaliyyətlərinin müxtəlif sahələri ilə 

yaxından tanış olması və burada öz vəzifələrini 

yerinə yetirməyə davam etməsinə kömək 

etmək üçün hazırlanmış “İddialı gənc 

mütəxəssis – Çəllencer” layihəmizin bir 

hissəsi kimi daha sonra məzunlardan bəziləri 

intensiv proqramlarda iştirak edirlər. 

2010-cu ilin iyun ayında Çəllencer məzunlar 

arasında keçirilən sorğunun nəticələrinə görə

son 12 ayda Azərbaycan-Gürcüstan-Türkiyə 

regionundakı BP gənc mütəxəssislərinin 

məmnunluq səviyyəsi əvvəlki 12 aya nisbətən 

40% artıb. 2009-cu ildə keçirilmiş sorğuda 

müəyyən edilmiş narahatlıq doğuran əsas 

məsələlərdə – texniki təlimatlandırmada 

himayə, səriştəliliyin qiymətləndirilməsinin 

faydası və qrup rəhbərlərinin dəstəyində 

əhəmiyyətli irəliləyişin olduğu qeyd edildi.

Noyabr ayında Çəllencer gənclərin 

şirkətdən kənarda keçirdikləri tədbirdə gənc 

mütəxəssislər sorğunun nəticələrini 

yekunlaşdıraraq, proqramın təkmilləşdirilməsi 

yollarını müzakirə etdilər və bu barədə öz 

rəylərini qrup rəhbərlərinə və əməkdaşların 

inkişafı üçün məsul olan menecerlərə 

çatdırdılar. Elə həmin gün BP AGT-dən 24 

Çəllencerə məzun şəhadətnamələri təqdim 

edildi.


Peşə ixtisasları 

İşçilərin ixtisas səviyyəsini yüksəltmək üçün 

göstərdiyimiz səylərin bir hissəsi kimi, biz yerli 

işçi heyətinin peşəkar təhsilinə sponsorluq 

edirik. 2010-cu ilin sonunda 109 nəfər 

İdarəetmə uçotu üzrə Mühasiblər İnstitutunda 

təhsil alıb. 2010-cu ildə 15 nəfər işçi bu 

proqramı bitirib. 

Dəstək verilən digər əməkdaşlar kadrlar 

şöbəsinin Böyük Britaniyadakı Kadrların 

İnkişafı İnstitutuna qəbul olmuş 7 nəfər 

əməkdaşı və ABŞ-dakı Arizona Dövlət 

Universiteti nəzdindəki Uilyam P. Keri 



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə