17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

26

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010



Bizim davranış kodeksimiz

BP-nin davranış kodeksi harada fəaliyyət 

göstərməsindən, vəzifəsindən və 

mənşəyindən asılı olmayaraq şirkətin biznes 

və əməkdaşlarından nələr gözlədiyini əks 

etdirir. Bu kodeks əsas sahələrdə davranışları 

istiqamətləndirir və daha müfəssəl standartlar, 

təlimatlar və proseslərə dair mənbələri 

göstərir. O, bir sıra məsələləri, o cümlədən 

hədiyyələrin verilməsi və alınması, 

əyləncələrin təşkili, maraqların toqquşması, 

rüşvətxorluq, çirkli pulların yuyulması və 

təchizatçılarla əlaqələri əhatə edir. Kodeks, 

eyni zamanda, əməkdaşları narahat edən 

məsələləri necə qaldırmağı və etika, qaydalara 

uyğunluq və davranış kodeksinin özü barədə 

sualların verilməsi yollarını izah edir.

Kodeks aydın şəkildə göstərir ki, onunla 

yerli adət, norma, qanun və ya qaydalar 

arasında fərqlər olduğu təqdirdə, davranışın 

ən yüksək standartlarına üstünlük 

verməsindən asılı olaraq ya Kodeks, ya da yerli 

tələblər tətbiq olunmalıdır. Bu göstərişə əməl 

etməmək çox ciddi pozuntu hesab edilir və 

inzibati tədbirlərin görülməsindən tutmuş 

işdən azad edilmə ilə nəticələnə bilər.



Öz fikrini bildirmək

İşçilərin məlumatlılığını daha da artırmaq, 

bütün səviyyələrdə əməkdaşları qaydalara və 

etik normalara uyğunluq barədə öz sözünü 

deməyə sövq etmək məqsədi ilə qaydalara və 

etik normalara uyğunluq haqqında yeni 

şirkətdaxili veb-sayt açılıb. Veb-sayta davranış 

kodeksinin əsasını təşkil edən prinsip və 

tələbləri BP əməkdaşlarının və podratçı işçi 

heyətin başa düşməsinə kömək etmək üçün 

nəzərdə tutulan təlim materialları, təlimatlar və 

etik davranışla bağlı digər məlumatlar daxildir. 

Əməkdaşlar “OpenTalk” (“Açıq söhbət”) 

adlanan xətdən həm informasiya mənbəyi, 

həm də etik dilemmaların həll edilməsi 

vasitəsi kimi istifadə etməklə, etik məsələlər 

barədə öz fikirlərini bildirməyə təşviq edilirlər. 

“OpenTalk” müstəqil qlobal kömək xəttidir və 

həm BP işçilərinə, həm də podratçılara 

qaydalara və etik normalara uyğunluq və 

davranış kodeksi haqqında suallar verməyə və 

məxfiliyə riayət olunmaqla narahatçılıqlarını 

bildirməyə imkan verir. “OpenTalk”la qaldırılan 

bütün məsələlər qeydə alınır və müstəqil 

üçüncü tərəf olan şirkət tərəfindən  baxılaraq 

cavablandırılır.



Biznes etikası

2010-cu ildə, Azərbaycanda BP üçün 

korrupsiyaya/çirkli pulların yuyulmasına qarşı 

yeni bir prosedura işlənib hazırlandı və bunun 

ardınca mənafelərin toqquşması və çirkli 

pulların yuyulması mövzularını əhatə edən 

elektron-təhsil modulundan istifadə edilməyə 

başladı. Bundan başqa, BP-nin və agentliklərin 

bütün yeni əməkdaşları elektron təhsil kursları 

ilə təmin edildi. İl ərzində biz, həmçinin, BP 

qrupunun dələduzluq və nizam-intizamın 

pozulması barədə hesabat vermə standartını 

qəbul edərək tətbiqinə başladıq.

Podratçılar və etik normalar

Davranış kodeksi BP üçün və ya BP ilə işləyən 

hər bir podratçı üçün davranışın minimum 

standartlarını müəyyən edir. Bütün 

podratçılarımızın bizim qayda və etik normalara 

uyğunluq tələblərimizi başa düşməsinə əmin 

olmaq məqsədi ilə biz 2010-cu ildə 

təchizatçılarla etik məlumatlılıq seminarları 

keçirdik. İl ərzində biz təchizatçılarımızdan 

rüşvətxorluq və korrupsiyaya qarşı qaydalara 

riayət etdiklərini təsdiq edən bəyannamələr 

doldurmağı tələb etdik.



2010-cu ilin göstəriciləri

2010-cu ildə Azərbaycanda BP-nin qaydalara 

və etik normalara uyğunluq attestasiyası 

keçirildi. Bu proses BP-nin işçilərindən tələb 

edir ki, fəaliyyətlərinin davranış kodeksinə 

uyğun olduğunu təsdiq etsinlər. Hər hansı 

pozuntu onlayn formada qeydə alınır. 2010-cu 

ildə BP Azərbaycanda davranış kodeksinin 

pozulması ilə əlaqədar cəmi 57 hal haqqında 

məlumat verilib. Bütün bu pozuntular hamısı 

dərindən araşdırılaraq islahedici tədbirlər 

görülmüş və ya planlaşdırılmışdı.

2010-cu ildə Azərbaycanda işləyən bir neçə 

BP əməkdaşı, podratçı və agentlik işçiləri 

tətbiq olunan qanun və qaydalara riayət 

etmədiklərinə və davranış kodeksini 

pozduqlarına görə işdən azad edilib. Pozuntu 

hallarına narkotik maddələrdən sui-istifadə, 

təhlükəsizlik proseduralarının pozulması, 

dələduzluq və şirkət resurslarından düzgün 

istifadə edilməməsi halları daxil idi.

 

1

Əməkdaş və davranış 

kodeksi kitabçası

Etik normalar və qaydalara uyğunluq 

Harada 


işləməyindən asılı olmayaraq, biz əməkdaşlarımızdan bütün tətbiq 

oluna bilən hüquqi tələblərə, eləcə də BP-nin davranış kodeksində 

göstərilən yüksək etik standartlara riayət etməyi tələb edirik 

Biz necə işləyirik




BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

27

Maraqlı tərəflərlə əlaqələr 



BP qrupunun fəaliyyət 

göstərdiyi hər yerdə biz işlərimizi yerli icmaların faydalana biləcəyi bir 

tərzdə aparırıq. Azərbaycanda biz davamlı inkişafa dəstək verir, 

gəlirlərin şəffaflığını təşviq edir və təhsil təşəbbüslərinə sponsorluq 

edirik.

İl ərzində Biz Azərbaycanda əsas maraqlı 



tərəfləri bir çox fərqli fəaliyyət sahələrində 

əməkdaşlığa cəlb etdik:



Hökumətlə

Bizə öz iri həcmli neft və qaz layihələrinin 

işlənməsini etibar edən Azərbaycan hökuməti 

ilə uğurlu və qarışıqlı faydalı tərəfdaşlığımızı 

davam etdirdik. Bu əməkdaşlıqdan maraqlı 

tərəflərin hamısı, xüsusi ilə də Azərbaycan 

xalqı bəhrələnir və gələcəkdə də 

bəhrələnəcəkdir. 2010-cu ildə bizim 

hökumətlə əlaqələrimiz kütləvi informasiya 

vasitələrinin xüsusi diqqətini cəlb edib. İl 

boyunca bəzi məsələlərlə əlaqədar hökumət 

bir neçə dəfə BP-nin Xəzər dənizində 

əməliyyatları təhlükəsiz və məsuliyyətlə 

yerinə yetirəcəyinə inamını bəyan etmişdir. 

• 

Həyata keçirdiyimiz əməliyyatları müzakirə  



  etmək üçün biz Prezident İlham Əliyev və  

  digər yüksək vəzifəli rəsmilərlə bir neçə  

  görüş keçirdik. 

• 

Mart ayında Azərbaycan Respublikası Dövlət  



  Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq  

  Abdullayev və BP AGT-nin prezidenti Rəşid  

  Cavanşir yeni Çıraq neft layihəsinə sərmayə  

  qoyuluşuna sanksiya verdilər. 

• 

Oktyabr ayında ARDNŞ-nin prezidenti  



  Rövnəq Abdullayev və BP AGT-nin    

  prezidenti Rəşid Cavanşir BP qrupunun  

  səfərdə olan baş icraçı direktoru Robert  

  Dadlinin iştirakı ilə Xəzər dənizinin  

 

  Azərbaycan sektorundakı Şəfəq-Asiman  



  strukturunun birgə kəşfiyyatı və işlənməsi  

  haqqında hasilatın pay bölgüsü sazişini  

 imzaladılar.

• 

ARDNŞ ilə hasilatın pay bölgüsü sazişləri,  



  tranzit əraziyə malik ölkə hökumətləri ilə  

  sazişlər və digər sazişlər çərçivəsində  

  qarşılıqlı maraq doğuran bir sıra məsələlər  

  üzrə birlikdə işlədik. 

• 

Biz İqtisadi İnkişaf Nazirliyində iqtisadi  



  siyasətin analizi və proqnozlaşdırma    

  bacarıqlarının inkişaf etdirilməsinə dəstək  

  verməklə, Azərbaycanda iqtisadi  

 

  planlaşdırma bacarıqlarının gücləndirilməsi  



  öhdəliyimizə sadiq qaldıq.

• 

Biz Beynəlxalq Maliyyə Korporasiyası (BMK)  



  tərəfindən həyata keçirilən biznesə imkan  

  yaradan mühit layihəsinin bacarıqların  

  yaradılması komponentini tərəfdaşlarımızla  

  birlikdə maliyyələşdirdik.



Vətəndaş cəmiyyəti ilə

 

• 



Biz müstəqil şirkətdənkənar məsləhət qrupu  

  olan Azərbaycan Sosial Təhlil Komissiyası  

  (ASTK) ilə əlaqələrimizi davam etdirdik.  

  ASTK Azərbaycandakı sosial fəaliyyətimizlə  

  bağlı əminliyin təmin edilməsi, məsləhətlərin  

  verilməsi və problemlərin müəyyən edilməsi  

  məqsədilə 2007-ci ildə BP tərəfindən təsis  

  edilib. 2010-cu ilin may ayında icra    

  göstəricilərimizlə əlaqədar məsələlərin  

  müzakirə edildiyi ASTK tədqiqatı üçün şərait  

  yaratdıq. ASTK-nın Azərbaycanda BP-yə  

  təqdim etdiyi, bir sıra  tövsiyələr verən  

  dördüncü hesabatı bizim cavablarımızla  

  birlikdə BP-nin Azərbaycan veb-saytında  

 yerləşdirildi.

• 

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan  



  Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün 

  çərçivəsində vətəndaş cəmiyyəti ilə 

  əməkdaşlıq etdik.

• 

Davamlı inkişaf təşəbbüsümüz vasitəsilə  



  qeyri-hökumət təşkilatları ilə qarşılıqlı    

  fəaliyyətləri davam etdirdik.



Əməkdaşlarla

• 

Biz aktual məsələləri müzakirə etmək üçün  



  bir neçə ümumi yığıncaqlar keçirdik.

• 

Biz daxili intranet səhifəsini müntəzəm olaraq  



 yeniləşdirdik.

• 

BP AGT prezidenti işçilərlə birbaşa əlaqəni  



  gücləndirmək məqsədi ilə aylıq informasiya  

  bülletenləri göndərdi.

• 

Biz işçi heyəti üçün 2010-cu ildə  



 

  fəaliyyətlərimizi əhatə edən “Compass”  

  jurnalının səkkiz nömrəsini Azərbaycan (çap  

  şəklində) və ingilis (onlayn versiyasında)  

  dillərində nəşr etdik. 

• 

Müxtəlif vasitələrdən, o cümlədən veb/ 



  elektron poçtu, videolar və interaktiv    

  “Dəyişiklik küləkləri” tədbirindən istifadə  

  etməklə BP-nin yeni əməliyyatların idarə  

  edilməsi sistemi əməkdaşlara izah edildi. 

• 

Bizim yerli texniki işçi qüvvəmizlə əlaqələri  



  gücləndirmək üçün il ərzində texniklər üçün  

  üç forum keçirildi. Şirkətin icra  

 

  göstəricilərindən tutmuş işçi heyətin   



  təlimləndirilməsi və inkişaf etdirilməsinə  

  kimi müxtəlif mövzular əhatə edirdi. 

• 

Biz 99 nəfər əməkdaşımızı uzunmüddətli  



  xidmət mükafatı ilə təltif  etdik. Bu proqram  

  2008-ci ildə həyata keçirilməyə başlayandan  

  bəri 600 nəfərdən çox əməkdaşı  

 

  uzunmüddətli xidmətə görə  



 

 mükafatlandırmışıq. 

• 

Qaydalara riayət və etika normaları    



  məsələlərinə xidmət edən “OpenTalk” (“Açıq  

  söhbət”) etimad telefon xətti bütün il boyu öz  

  işini davam etdirdi. 

• 

Xəzər Enerji Mərkəzində 185 nəfər BP  



  əməkdaşı və podratçısı, həmçinin onların ailə  

  üzvləri üçün beş “ailə günü” keçirdik. 

Bakıda “Dəyişiklik küləkləri” interaktiv 

məşğələsi



İcmalarla 

• 

Biz Azərbaycandakı obyektlərimizin    



 

  yaxınlığında yaşayan icmalarda davamlı  

 

  inkişaf təşəbbüslərinə dəstəyi davam etdirdik.



• 

Səngəçal terminalı yaxınlığında Səngəçal,  

 

  Əzimkənd və Ümid qəsəbələrindəki icmalarla 



  üç ictimai görüş keçirmişik. Görüşün məqsədi    

  icmaların obyektlərimizlə əlaqələrini daha da    

  gücləndirmək, sağlamlığa təsirlərinin   

 

  retrospektiv qiymətləndirilməsinin nəticələri və   



  biznesin son yenilikləri haqqında məlumatları    

  onlarla bölüşdürmək, sual və ya narahatlıq  

 

  doğuran məsələləri dinləmək idi.



• 

2010-cu ildə şikayət və narazılıqların yoluna  

 

  qoyulması mexanizmi BTC/CQBK (Bakı-Tbilisi-   



  Ceyhan/Cənubi Qafqaz qaz boru kəməri)  

 

  marşrutu boyunca işlək olub. 



• 

Azərbaycanda BP, icma üzvləri və hökumətin    

  təhlükəsizliyi təmin edən orqanları arasında  

 

  dialoqa kömək edən Təşkilatlararası Təhlükəsizlik  



  Komitəsinin forumuna göstərdiyimiz dəstəyi    

  davam etdiridik.

• 

Əməkdaşların cəlb edilməsi proqramı vasitəsilə   



  əməkdaşlarımız icma inkişafına və təhsilə öz    

  töhfələrini verdi.



Kütləvi informasiya vasitələri ilə 

• 

Azərbaycanda həyata keçirdiyimiz biznes  



 

  fəaliyyətinin bütün aspektləri üzrə nəticələr  

 

  barədə kütləvi informasiya vasitələrinə məlumat  



  vermək üçün işlərin gedişi barədə rüblük  

 

  hesabatlar buraxdıq. 



• 

Bizim Azərbaycan, Gürcüstan və Türkiyə regionu  

  üzrə prezidentimiz biznes sahəsində yazan  

 

  bir qrup yerli və xarici jurnalistlərlə mütəmadi    



  görüşərək onlara regionda BP tərəfindən həyata  

  keçirilən layihələrdə əldə olunmuş irəliləyişlər    

  haqqında məlumatlar verib.

• 

Biz cari fəaliyyətlərimiz, nailiyyətlərimiz və  



 

  planlarımız barədə televiziya müsahibələri verdik.

• 

Biz yerli və xarici ölkələrin jurnalistləri üçün  



 

Biz necə işləyirik




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə