17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

30

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010

Əməyin təhlükəsizliyi və sağlamlıq

Əməyin təhlükəsizliyi üzrə göstəricilər 

2010-cu ildə 

biz qeydiyyata alınan xəsarətlərin tezliyi üzrə göstəricimizi xeyli 

yaxşılaşdırdıq. İş gününün itirilməsi hadisələrinin tezliyi və yol-

nəqliyyat qəzalarının ümumi səviyyəsi aşağı olaraq qaldı. 

2010-cu ildə Meksika körfəzində baş vermiş 

faciəli qəza biznesimizdə idarə etməli 

olduğumuz bütün mühüm riskləri bizə bir daha 

xatırlatdı.

BP AGT-də quyular üzrə mütəxəssislər heyəti 

hadisədən sonra dərhal tədbir görülməsi üçün 

hazırlanmış İlkin təlimatın tələblərini yerinə 

yetirir. Buraya dəniz dibində dağılmaya qarşı 

armatur sisteminin yoxlanması, bu sistemlərin 

təzələnməsi planı, quyuların sementlənməsinə 

tam təminat verilməsi və həlledici qərarların 

verilməsi üçün səlahiyyətlərin gücləndirilməsi 

daxildir. 

2011-ci ildə quyular üzrə mütəxəssis heyəti 

BP-nin daxili hesabatında Meksika körfəzindəki 

qəza ilə əlaqədar irəli sürülmüş 26 tövsiyənin 

yerinə yetirilməsində tam iştirak edərək, bu 

işləri qrupun qalan üzvləri ilə əlaqələndirəcək

a



Biz əməyin təhlükəsizliyini Azərbaycanda 



həmişə diqqət mərkəzində saxlamışıq və onun 

yaxşılaşdırılması üçün daim yollar axtarırıq. 

Şirkət yüksək texniki xarakteristikalara malik 

avadanlıqlardan və texnologiyalardan istifadə 

edir, biz yaxşı təlimləndirilmiş insanları işə 

götürür, təhlükəsizlik və bütövlük üzrə sənayedə 

ən dəqiq proses və sistemlərdən istifadə edirik. 

Bundan başqa, biz Azərbaycan Respublikası 

Dövlət Neft Şirkəti (ARDNŞ) və müvafiq 

nazirliklərlə sıx əlaqədə işləyir və onlara öz 

fəaliyyətlərimiz barədə məlumat veririk.

2010-cu il Azərbaycanda BP üçün əməyin 

təhlükəsizliyi üzrə göstəricilərə görə mühüm bir 

il oldu. Bizim qeydiyyata alınan xəsarətlərin 

tezliyi 0,17 oldu ki, bu da 2009-cu illə 

müqayisədə 26% azdır. İş gününün itirilməsi 

hadisələrinin tezliyi və yol-nəqliyyat qəzalarının 

ümumi səviyyəsi az olaraq qaldı.

İl ərzində quyunun planlaşdırılmış 

dayandırılması zamanı üfürmə xəttində təzyiqin 

yüksək olması, nəqliyyat vasitəsinin aşması, 

əşyanın düşməsi, su inyeksiyası manifoldunun 

nasazlığı kimi dörd yüksək potensiallı insident 

qeydə alındı. Bu qəzalarla bağlı müfəssəl 

təhqiqat hesabatları tərtib olundu və 

təcrübədən alınan dərslərin xülasələri müvafiq 

işçi heyətlərinə çatdırıldı. Eyni zamanda, əməyin  

təhlükəsizliyi haqqında məlumatları artırmaq və 

gələcək əməliyyatlar üçün tövsiyə və 

təlimatların təmin edilməsi məqsədi ilə enerji 

sisteminin təcrid edilməsi üzrə dəniz 

platformalarında yüksək/aşağı təzyiq 

interfeyslərinə diqqət yönəldən təqdimat 

keçirildi.

a

 

Bu 26 tövsiyə ilə bağlı daha ətraflı məlumatı www.bp.com veb 



saytında yerləşdirilmiş BP Davamlı inkişafın xülasəsi, səhifə 7-də 

əldə edə bilərsiniz.



BP-nin Azərbaycanda əməyin təhlükəsizliyi üzrə göstəriciləri, 2009-2010

b

Ölüm halları 

Yüksək potensiallı insidentlərin tezliyi

c

İş gününün itirilməsi hadisələrinin tezliyi



d

Qeydiyyata alınan xəsarətlərin tezliyi

e

Yol-nəqliyyat qəzalarının ümumi səviyyəsi



f

Əsas SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit) 

təlimlərinin tamamlanması faizi

g

Qət edilmiş kilometrlər (milyon) 



İşlənilmiş saatlar (milyon) 

1

0.02



0

0.23


0.92

88%


21.84

17.94


0

0.045

0.01

0.17

0.88

82% 

17.02

17.97

2009


2010

b

 



BP-də xəsarət və xəstəliyə verilmiş təriflər ABŞ Peşə Sağlamlığı və Əməyin təhlükəsizliyi İdarəsi tərəfindən müəyyənləşdirilmiş 

təriflərdən və bu təriflərin müvafiq şərhlərindən götürülmüşdür. Burada yalnız layihələrə dair məlumatlar yoxdur.

c

 

Yüksək potensiallı insidentlərin tezlikləri hər 200 000 iş saatına düşən insidentlərin sayı ilə ifadə olunur.



d

 

İş gününün itirilməsi hadisəsi (İGİH) iş ilə bağlı xəsarət və ya xəstəlik nəticəsində ziyan çəkmiş şəxsin iş qabiliyyətini itirməsinə və belə 



hadisənin baş verdiyi gündən sonrakı ən azı bir normal iş növbəsinə çıxa bilməməsinə səbəb olan hadisə deməkdir. İGİH tezliyi işlənmiş 

200 000 saat ərzində əməkdaş və ya podratçının bir və ya bir neçə gün (növbə) ərzində iş qabiliyyətini itirməsi ilə nəticələnən xəsarət və ya 

xəstəliklərin sayı ilə ifadə olunur. 

e

 



Qeydiyyata alınan xəsarət (QX) ilk tibbi yardımdan əlavə müalicə tələb edən işlə bağlı məruzə edilmiş bütün xəsarət hallarının sayıdır. QX 

tezliyi işlənmiş 200 000 saat ərzində məruzə edilmiş QX-lərin sayı ilə ifadə olunur.  

f

 

Yol-nəqliyyat qəzalarının ümumi səviyyəsi nəqliyyat vasitəsilə qət edilmiş hər milyon kilometr məsafəyə düşən  məruzə edilmiş 



yol-nəqliyyat qəzalarının sayıdır.

g

 



Əsas SƏTƏM təlimi kurslarında iştirak faizi təlimlərə olan əvvəlcədən təyin edilmiş tələbatla müqayisədə hesablanır.   

BP AGT-nin əməyin təhlükəsizliyi üzrə göstəriciləri, 2009-2010

h

Təhlükəsizliklə bağlı müşahidələr və söhbətlər (TMS

i

 ) üzrə göstəricilər



Davranışın müşahidəsi üzrə təhlükəsizlik sistemi (DMTS

j

 ) üzrə göstəricilər



    Təxminən 133%

Təxminən  171%



125% 

145% 

2009


2010

h

 



Ofis və istehsalat sahələrinin əməkdaşları üçün müəyyən edilmiş aylıq DMTS/TMS hədəfinin yerinə yetirilmə faizi.

i

 



TMS iş yerlərində sistemli şəkildə müşahidələrin aparılması üçün vasitədir. O, rəhbərliklə işçilər arasında müsbət qarşılıqlı əlaqə 

yaranmasını təşviq edir. Bu vasitədən əməliyyatların təhlükəsizliyinin qorunub saxlanmasına cavabdeh olan bütün rəhbər şəxs və 

işçilər istifadə edir.

j

 



DMTS işçiləri iş başında təhlükəsizliklə bağlı müşahidə və söhbətlərə sövq edən bir vasitədir.

Əməyin təhlükəsizliyinin auditinə 

sistemli yanaşma

BP-nin əməyin təhlükəsizliyi və əməliyyat riski 

(ƏTƏR) qrupu BP qrupu rəhbərliyini və şirkətin 

idarə heyətinin audit komitəsini əməliyyatlar 

üçün nəzərdə tutulmuş sistemli və 

strukturlaşdırılmış audit proqramı ilə təmin 

edir. Bu auditlər üç illik mərhələlərlə aparılır.

2010-cu ildə Azərbaycan-Gürcüstan-Türkiyə 

(AGT) regionunun dəniz və quyu 

obyektlərində, o cümlədən qurudakı müvafiq 

yardımçı funksiyalarda ƏTƏR qrupu tərəfindən 

hərtərəfli audit keçirildi. BP qrupundan 23 

auditorun daxil olduğu çoxixtisaslı audit qrupu 

bu auditi üç həftə müddətində yerinə yetirdi. 

BP qrupu tərəfindən müəyyən edilmiş 

praktikaya, mühəndis-texniki qaydalara və 

əməliyyatların idarə edilməsi sisteminə 

uyğunluğun auditi aparıldı

2010-cu il üçün ƏTƏR auditi bitirmə vaxtı 

bir neçə aydan altı ilə qədər dəyişən bir sıra 

tədbirlərin görülməsi ilə nəticələndi. ƏTƏR 

auditinin tövsiyə etdiyi tədbirlərin bitməsi üçün 

işlərin tamamlanmasını AGT və BP qrupunun 

auditlə məşğul olan xüsusi yoxlama qrupları 

təsdiq etməlidir. Bu proses ƏTƏR qrupunun 

aşkar etdiyi məsələlərin keyfiyyətlə və 

vaxtında həll olunmasını, biznes risklərinin 

ciddi şəkildə azalması və əməliyyatların 

təhlükəsiz və etibarlı şəkildə aparılmasını 

təmin edir.




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə