17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   2   3   4   5   6   7   8   9   ...   35

2

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə

regionu üzrə prezidentinin giriş sözü



Rəşid Cavanşir

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə 

regionu üzrə prezidenti

Keçən il bizim şirkət Meksika körfəzində 11 adamın ölümü və çox böyük neft dağılması ilə nəticələnən 

faciəli bir qəza ilə üzləşdi. Bu qəzanın baş verməsinə və onun Meksika körfəzinin ətraf mühitinə, oradakı 

icmaların həyatına və dolanışığına göstərdiyi təsirə görə təəssüf edirik. 

İndi bizim vəzifəmiz itirdiyimiz inamı yenidən qazanmaq və BP üçün möhkəm gələcək yaratmaqdır. 

Azərbaycan BP-nin dəniz hasilatı ilə məşğul olduğu əsas regionlarından biridir və şirkətin başqa yerlərində 

olduğu kimi biz də əməliyyatların təhlükəsizliyini, davamlılığını, etibarlılığını və bütövlüyünü təmin etmək 

üçün səylə işləyirik.



Əməliyyatların təhlükəsizliyini maksimallaşdırmaq üçün çalışırıq 

2010-cu ildə biz təhlükəsizlik göstəricilərini daha da yaxşılaşdırmaq üçün Azərbaycan, Gürcüstan və 

Türkiyə regionunda həyata keçirdiyimiz bütün əməliyyatları bir daha nəzərdən keçirdik. Biz işlərimizin 

təhlükəsizliyində hər hansı boşluğun olub-olmamasını müəyyən etmək və onları aradan qaldırmaq 

məqsədi ilə təhlükəsizlik və əməliyyatların geniş əhatəli auditinə başladıq. Biz BP qrupunun əməliyyatların 

idarə edilməsi sistemini – bizə ardıcıl, təhlükəsiz və effektiv şəkildə işləməyə imkan vermək üçün nəzərdə 

tutulan bir sistemi – tətbiq etdik. Boşluqların qiymətləndirilməsi prosesləri vasitəsilə biz təhlükəsizlik üzrə 

göstəricilərimizi yaxşılaşdırmağa davam etdik və icra göstəricilərimizin yaxşılaşdırılmasının birinci dövrəsini 

başa çatdırdıq.

Biz, həmçinin, 15 strateji, əsas podratçı şirkətimizin auditini yekunlaşdırdıq və bu audit zamanı əsas 

diqqəti onların  idarəetmə  sistemlərindəki çatışmazlıqlara yönəltdik.

Məmnunluq hissi ilə qeyd  etmək istərdim ki, bu təşəbbüslərin sayəsində əməliyyatlarımız zamanı  

xəsarətlərin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olduq, diqqəti daha çox quyu bütövlüyünün 

saxlanılması və sınaqdan keçirilməsinə yönəldə bildik.



Əməliyyatlarda nailiyyətlərimiz

2010-cu il Azərbaycandakı Səngəçal terminalından xam neftin bir milyardıncı barelinin təhlükəsiz şəkildə 

Türkiyədəki Ceyhan terminalına nəql edilməsi ilə yadda qaldı.

Gələcək perspektivlər baxımından, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Şəfəq-Asiman 

bloku kimi tanınan yataq ərazisində geoloji-kəşfiyyat və qazma işləri aparmaq üçün yeni bir hasilatın pay 

bölgüsü sazişi imzaladıq. Bundan başqa, biz Azəri-Çıraq-Dərinsulu Günəşli neft yatağından hasil etdiyimiz 

həcmləri artırmağa imkan verəcək Çıraq neft layihəsinə sanksiya verdik. Uğurlu bir ilin yekunu kimi, dekabr 

ayında biz Şahdəniz üzrə  hasilatın  pay bölgüsü sazişinin müddətinin beş il də uzadılması haqqında saziş 

imzaladıq. Bu isə hazırkı sazişin müddətinin 2036-cı ilə qədər uzadılması və hasilatın artması deməkdir.

Yerli istedad, şəffaflıq və münasibətlər bizim biznesin əsasını təşkil edir

Şəffaf işəgötürmə prosesi vasitəsilə yüksək səviyyəli istedadları cəlb etmək, çoxsaylı təlim və inkişaf 

imkanları yaratmaq bizim üçün əsas məqsəd olaraq qalır. Bu, öz əksini yüksək rütbəli əməkdaşlarımızın 

cərgəsində Azərbaycan vətəndaşlarının sayının müntəzəm olaraq artmasında tapır. 2010-cu ilin sonunda 

Azərbaycan-Gürcüstan-Türkiyə regionundakı ixtisaslı işçilərin 87%-i yerli vətəndaşlar idi.

Yerli müəssisələrin inkişafına dəstək vermək məqsədi ilə biz 2010-cu ildə 60 yerli şirkətlə dəyəri 915 

milyon dollardan çox olan uzunmüddətli müqavilələr bağladıq.

Tərəfdaşlarımızla birlikdə obyektlərimizin yaxınlığında yerləşən icmaların həyat şəraitinin 

yaxşılaşmasına yönəlmiş bir neçə yeni icma inkişaf layihəsinə maliyyə dəstəyi göstərdik. Həmçinin, 

Qafqaz Universitetində kimya mühəndisliyi fakültəsinin, Xəzər Universitetində Layihələrin İdarəedilməsi 

Məktəbinin açılması və bir sıra təqaüd proqramlarının təqdim edilməsi də daxil olmaqla müxtəlif təhsil 

təşəbbüslərinə imza atdıq. 

Özümüzün 13-cü və 14-cü Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq 

Təşəbbüsü (MHŞT)  hesabatımızı təqdim etməklə biz, Azərbaycanda səmərəli idarəçiliyə yardım etmək 

və gəlirlərdə şəffaflığı aşılamaq məqsədilə MHŞT-yə dəstəyimizi davam etdirdik.

Bunlar 2010-cu ildə bizim çoxşaxəli fəaliyyətlərimiz nəticəsində əldə etdiyimiz uğurların yalnız bir 

hissəsidir. Azərbaycanda bu il bir çox nailiyyətləri və əlamətdar hadisələri ilə BP üçün çox uğurlu il oldu. 

Həmin uğurlarla bu hesabatın digər səhifələrində daha ətraflı tanış olmaq olar.




Biz əməliyyatlarımızda təhlükəsizlik, 

etibarlılıq və qaydalara müvafiqliyə 

diqqət yetirməklə, həmçinin 

fəaliyyətimizdə təhlükəsizlik və 

riskin idarəedilməsini əsas 

götürməklə icra göstəricilərimizi 

davamlı şəkildə təkmilləşdirməyə 

çalışırıq



BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010

BP-nin 


Azərbaycanda

fəaliyyəti

Strategiyamız

Rəhbərlik strukturumuz, 

dəyərlərimiz və biznes 

strategiyamız barəsində

Səhifə 4

Nailiyyət və 

çətinliklər 

Biznesimizin ölkədə 

davamlılığı ilə əlaqədar 

məsələlərə xüsusi 

diqqət yetirməklə 

2010-cu ildə əsas 

nailiyyətlərimiz və 

üzləşdiyimiz çətinliklər

Səhifə 9

Azərbaycanda dənizdəki 

əsas karbohidrogen 

obyektlərini və qurudakı 

dünyanın ən böyük 

inteqrasiya edilmiş neft 

və qaz emalı 

terminallarından birini, 

həmçinin onu region və 

dünya bazarları ilə 

əlaqələndirən boru 

kəmərlərini necə idarə 

etdiyimiz barədə

Səhifə 10

Əməliyyatlarımız



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə