17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

37

Ətraf mühit



“Iris acutiloba”nın köçürülməsi

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin tikintisi 

marşrut dəhlizi boyunca bitki örtüyünün geniş 

şəkildə pozulmasını zəruri etdi. Bərpa prosesinin 

bir hissəsi kimi, BP şirkəti Azərbaycanın Qırmızı 

Kitabına daxil edilmiş “Iris acutiloba” süsən 

növünün çıxarıldığı yerlərə, məsələn, 

Qobustanın səhra ərazisində yenidən əkilməsinə 

başladı. 

Bu bərpa işləri 2010-cu ildə Qaradağ Sement 

Zavoduna (QSZ) məxsus daş karxanasını açmaq 

üçün qazılacaq ərazidə külli miqdarda “Iris 



acutiloba” populyasiyasının olduğunu 

öyrəndikdən sonra davam etdirildi. Nəticədə, BP 

şirkəti QSZ ilə daş karxanasının ərazisindən 

16 000 süsən bitkisinin çıxarılması və BTC 

dəhlizi ərazilərinə əkilməsi üçün qarşılıqlı razılığa 

gəldi. Bu barədə Ekologiya və Təbii Sərvətlər 

Nazirliyinə (ETSN) məlumat verildi və köçürmə 

prosesi üçün əhatəli iş planı işlənib hazırlandı. 

2010-cu ilin noyabr ayına qədər 11 000-dən 

çox “Iris acutiloba” bitkisi daş karxanası üçün 

təklif edilən ərazidən çıxarılıb. Qazılma, daşınma, 

yenidən əkilmə sürətlə yerinə yetirildiyinə və 

bitkilər yad mühitə köçürülmədiyinə görə bu işin 

uğurla başa çatacağı gözlənilir. BTC boyunca 

bitkinin yeni əkildiyi ərazilər kənar müdaxilələri 

azaltmaq üçün çəpərlənib.



Daha geniş məlumat: 

bp.com/sustainabilitymappingtool



Ətraf mühitlə bağlı göstəricilər

 

Səhifə 42-də daha geniş məlumat



İSO 14001 sertifikatı

BP qrupunun əməliyyatların idarə edilməsi 

sisteminin tələblərindən biri “əsas 

əməliyyat sahələrində kənardan İSO 14001 

attestasiyasını keçirmək”dir. 2010-cu ildə 

BP-nin Azərbaycandakı obyektlərində 

“Moody International” Attestasiya Qrupu 

tərəfindən iki dəfə uğurla İSO 14001 üzrə 

təftiş auditi aparıldı. May ayında Şərqi Azəri 

və Şahdəniz platformaları və Səngəçal 

terminalı yoxlamadan keçdi. Villa Petrolea 

ofisimizin, Səngəçal terminalındakı çirkab 

sularının təmizlənməsi qurğusunun və 

Səngəçal terminalındakı tullantıların 

mərkəzləşdirilmiş toplanması ərazisinin, 

eləcə də Şelflayihətikintinin tullantıların 

toplanması mərkəzi ərazisi və təchizat 

bazasının auditləri sentyabr ayında keçirildi. 

Bu auditin nəticəsi kimi, 11 düzəliş tədbirinin 

görülməsi tələbi irəli sürüldü ki, bunların da 

altısı bizim ilk dəfə yoxlamadan keçən Villa 

Petrolea ofisimizə aid idi.



Karbohidrogen dağılmaları

a

BP-nin hədəfi karbohidrogen dağılmaları baş 

verdikdə mənfi effektləri minimallaşdırmaq 

və sürətlə aradan qaldırılmasına kömək 

etmək üçün cavab tədbirlərinə hazırlığı 

lazımi səviyyədə saxlamaqdır. 2010-cu ildə 

Azərbaycandakı obyektlərimizdə cəmi 11 

karbohidrogen dağılması qeydə alınıb (bu 

rəqəm 2009-cu ildə 10 olub). Bütün 

dağılmalar dənizdə baş verib. 2010-cu ildə 

dağılmış 32 181 litr karbohidrogenin 

(2009-cu ildə 9 831 litr olub) təxminən 

99%-i (31 789 litri) yığılaraq təmizlənib. 

Dağılmaların həcmindəki bu artım Şərqi 

Azəridə səhv klapanın istifadəsi nəticəsində 

böyük bir dağılmanın meydana gəlməsi ilə 

bağlıdır. Bu dağılmanın həcmi cəmi 23 848 

litr olub. 2010-cu ildə baş verən 

karbohidrogen dağılmalarının ümumi 

həcminin 74%-ini təşkil edən bu dağılma 

tam yığılaraq təmizlənib. Ətraf mühitə bütün 

dağılmalar barədə ETSN və ARDNŞ-yə 

məlumat verilib. BTC -də neft dağılmaları 

haqqında BTC-nin şirkətdənxaric kredit 

qrupuna məlumat verir.

 

Biomüxtəliflik

Flora, fauna və yerli növlərə qarşı həssaslıqla 

işləmək ətraf mühitə təsirləri idarə etmək 

istiqamətində səylərimizin ayrılmaz hissəsidir.

Tısbağaların yetişdirilməsi/təbiətə buraxılması

b

Səngəçal terminalının yaxınlığındakı 



müvəqqəti qoruqda yetişdirilmiş daha 60 

tısbağanın may ayında əvvəlki illərdəki 

metodologiya istifadə edilməklə Qobustan 

ərazisinə buraxılması ilə bütün qalan 

tısbağaların təbiətə buraxılması layihəsi 

2010-cu ildə başa çatdı. Azərbaycan Bioloji 

Müxtəliflik Mərkəzinin 2010-cu ilin sentyabr 

ayında keçirdiyi monitorinq bu tısbağaların 

təbii mühitə uyğunlaşmasının qənaətbəxş 

olduğunu aşkar etdi.

a

 Karbohidrogen dağılmaları həcmi bir barel (42 ABŞ 



qallonuna bərabər 159 litr) və ya daha çox olan maye 

hidrokarbonun atılması kimi təyin olunur.

b

 

Azərbaycanda BP-nin Aralıq dənizi tısbağalarının 



(Testudo graeca) yetişdirilməsi və təbiətə buraxılması 

proqramı barədə ətraflı məlumat ötən illərin davamlı 

inkişaf haqqında hesabatlarında verilib.

 

Sənqəçal terminalında 



tısbağaların təbiətə buraxılması 

proqramının son mərhələsi




38

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010

Tullantıların idarə edilməsi 

Biz tullantıların idarə 

edilməsində ən yaxşı sənaye göstəricilərinə nail olmaq məqsədi ilə 

“beşikdən qəbrədək”

a

 yanaşmasına riayət edirik



BP tərəfindən Azərbaycanda suya atılmış qazma şlamları, 2010

(ton)


Yataqlar/Obyektlər

Çıraq


Mərkəzi Azəri (MA)

Şərqi Azəri (ŞA)

Qərbi Azəri (QA)

Dərinsulu Günəşli (DərSG)

Şahdəniz (ŞD)

Dədə Qorqud (DDQ) qazma qurğusu

İstiqlal qazma qurğusu

Cəmi


SuQM ilə qazılıb suya 

atılmış şlamlar

0

0

1 519



608

0

0



906

1 716


4 749

SiQM ilə qazılıb suya 

atılmış şlamlar 

3 308


0

0

0



0

0

0



0

3 308


Suya atılmış qazma 

şlamlarının cəmi 

3 308

0

1 519

608

0

0

906

1 716

8 057

Qazma şlamları

Suya atılmalar və yenidən laya vurulma

BP Azərbaycanda həyata keçirdiyi qazma 

əməliyyatlarında həm su əsaslı qazma 

məhlulundan (SuQM), həm də sintetik əsaslı 

qazma məhlulundan (SiQM) istifadə edir. 2010-cu 

ildə bizim atılmış qazma şlamlarının 59%-ində aşağı 

toksiklik dərəcəsinə malik və dünyada geniş şəkildə 

istifadə olunan SuQM var idi. Yerdə qalan şlamların 

tərkibinə Çıraq platformasından atılan SiQM 

olmuşdur. Hər iki atılma Azəri-Çıraq-Dərinsulu 

Günəşli (AÇG) hasilatın pay bölgüsü sazişinin və 

ilkin neft layihəsinin ətraf mühitə təsirin 

qiymətləndirilməsi tələblərinə uyğundur.

2010-cu ildə Xəzər dənizinə cəmi 8 057 ton qazma 

şlamı və onunla əlaqədar mayelər (qazma məhlullu) 

atılmışdır ki, bu, 2009-cu illə müqayisədə 10% 

azalma deməkdir. Keçən il olduğu kimi, bu azalma 

2008-ci ildə qəza ilə əlaqədar dayandırılmadan 

sonra MA platformasında qazma fəaliyyətlərinin 

azalması və İstiqlal qazma qurğusunun yalnız bir 

ildən az müddətdə BP AGT-nin sərəncamında 

olması ilə əlaqədar idi.

Bu amillər Çıraq platformasında qazma işlərinin 

artması ilə kompensasiya olundu. Orada SiQM 

istifadə olunmaqla yeni A-22 quyusunun üst 

hissələri

c

 və ŞA platformasında SuQM istifadə 



olunmaqla iki quyunun üst hissələri qazıldı.  

Bundan başqa, 2009-cu ildə yenidən laya 

vurulan 96 715 ton tullantı ilə müqayisədə Azəri və 

DərSG platformalarında yenidən laya vurulan 

tullantıların həcmi 49 591 ton oldu ki, bu da 49% 

azalma deməkdir. Bu tullantılara qazma şlamları, 

qazma məhlulu, dəniz suyu, neftli sular və 

durulducu çənin təmizlənməsindən qalan 

materiallar daxil idi.

Quruda tullantıların idarə edilməsi

Sərəncə TTİEQ 2010-cu ildə dənizdəki qazma 

əməliyyatlarında hasil edilmiş cəmi 27 809 ton 

(2009-cu illə müqayisədə təxminən 63% çox) 

emal edilməmiş qazma şlamı, eləcə də 8 348 ton 

qazma məhlulu və durulducu çənin 

təmizlənməsindən qalan materiallar qəbul etdi. 

Sahilə göndərilən qazma şlamları həcmlərinin 

artması il ərzində Çıraq neft layihəsində dəniz 

qazma fəaliyyətlərinin artmasının ardınca baş verdi.

Təxminən 25 582 ton şlam DTD qurğularından 

istifadə edilməklə emal olundu.

d

 Bunun 



nəticəsində 2 050 tona yaxın xam neft əldə olundu 

və təkrar istifadə üçün qazma podratçısına 

göndərildi. Emal edilmiş qazma şlamları (təhlükəsiz 

kimi təsnif olunmuş) sahədə yenidən istifadə/

atılma üçün toplandı.

Hasil edilmiş qazma şlamlarının ümumi 

həcminin yüksək olmasına və nəticədə sahilə 

emal üçün göndərilmiş yüksək həcmlərə görə, biz 

Sərəncə TTİEQ-də 7 000 ton şlamın bioloji 

təmizlənməsinə başladıq. Bu iş 2011-ci ildə başa 

çatdırılacaqdır. 

Təxminən 4 229 ton emal edilmiş qazma şlamı 

Təhlükəli Tullantılar MMC-nin təhlükəsiz tullantıların 

basdırılması poliqonunda tullantıların küləklə, 

2010-cu ildə biz Sərəncə təhlükəli tullantıların idarə 

edilməsi qurğusunda (TTİEQ) saxlanılan təhlükəli 

tullantıların ləğv edilməsi üçün texniki cəhətdən 

münasib podratçıların seçilməsi məqsədi ilə 

müfəssəl təchizat zənciri strategiyası işləyib 

hazırladıq. Bu iş 2011-ci ildə davam etdiriləcək. 

Seçilmiş tullantıların ləğvini əhatə edən müvafiq 

qaydalara riayət edilməsini yoxlamaq üçün BP 

mütəxəssisləri tərəfindən əminlik auditləri keçirildi.

Bizim tullantıların minimuma endirilməsi 

proqramımız xeyli irəliləyişə nail oldu. Qazmada 

daha yaxşı nəticələr qazma üçün istifadə olunan 

kimyəvi maddələrin idarə edilməsi prosesinin 

yoxlanılması və daha sonra optimallaşdırılmasından 

sonra əldə olundu. Bu, yenidən istifadəni 

maksimuma çatdırmaq və inventardan istifadəni 

yaxşılaşdırmaqla tullantı kimyəvi maddələrin 

yaranmasını aradan qaldırmağa və minimuma 

endirməyə kömək etdi. Sərəncə TTİEQ-də 

toplanmış bir sıra tullantı kimyəvi maddələr

b

  

əməliyyatlar üçün yararlı hesab olundu və yenidən 



istifadə üçün qazma əməliyyatlarına göndərildi. 

2010-cu ildə bizim Azərbaycandakı əməliyyatlar 

nəticəsində cəmi 71 659 ton tullantı hasil edildi ki, 

bunun 61 420 tonu təhlükəli, 10 239 tonu isə 

təhlükəsiz tullantı idi. 2009-cu illə müqayisədə bu 

22%-lik artım əsasən qazma şlamlarının həcminin 

artmasına görə baş verdi. Bundan əlavə, 425 936 

ton təmizlənməmiş və emal edilmiş çirkab suları 

hasil etdik (2009-cu ildəkindən 5% çox) və 

Səngəçal terminalında əhəmiyyətli həcmlərdə 

hasil edilmiş lay suları qəbul etdik.

Təhlükəsiz tullantıların təxminən 61%-i və 

təhlükəli tullantıların 4%-i yerli şirkətlər tərəfindən 

ya təkrar emal olundu, ya da yenidən istifadə edildi. 

Tullantıların qalanı ya təmizlənərək təsdiq edilmiş 

metod və marşrutlardan istifadə edilməklə ləğv 

edildi, ya müvəqqəti olaraq Sərəncə TTİEQ-də 

saxlandı və yaxud da BP-nin Sumqayıtdakı yeni 

xüsusi təyinatlı poliqonunda torpağa (yalnız 

təhlükəsiz tullantılar) basdırıldı.

a

 

Hər hansı məhsulun və ya proqramın hər bir aspektinə onun bütün 



istismar dövrü müddətində – layihələşdirilməsi və ya alınmasından 

ləğv edilməsinə və ya təklifdən xitam verilməsinədək nəzarət etmək 

məsuliyyəti.

b  


Novatin, Novamul, Novamul L, Ksanvis, tullantı neft, tullantı dizel.

Şlamların emalı – Sərəncə TTİEQ, 2010

(%)


2009-cu ilin sonunda Sərəncə TTİEQ-də 3 939 ton 

qazma şlamı anbarda saxlanılırdı. 2010-cu ildə qurğu 

36 156 ton qazma şlamı və qazma məhlulu qəbul etdi 

və bunun 25 582 tonu DTD vasitəsilə emal olundu. 

Regenerasiya edilmiş 2 050 ton xam neft və 5 509 ton 

su yenidən DTD qurğusunun soyuducu sistemində 

istifadə olundu. 2010-cu ilin dekabr ayında 5 470 ton 

bioloji bərpa sahəsinə göndərildi.

Dolayı termal desorbsiya (DTD) qurğusunda emal edilmiş

Emal edilməmiş şlamlar üçün anbar

%

24%


c

 

A-22 quyusunun üst hissələri SiQM ilə qazıldığından SiQM göstəricisi artmışdır. Çırağın bu tullantıların atılmasına icazəsi var.



d

 

Qazma şlamlarının emalı metodlarından biri. DTD metodu qazma şlamlarını təmizləyərək bərk süxur hissələrini hidrokarbon və sudan 



ayırmaq üçün şlamların dolayı isidilməsindən istifadə edir.

Ətraf mühit

76



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə