17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

47

2010-cu ilin mart ayında Mikro və kiçik 



kreditlərin verilməsi və məsləhət proqramına 

Azərbaycan KOM Kredit Məsləhət Xidmətləri 

adlanan 30-aylıq təşəbbüs üzrə fonddan 1,6 

milyon dolların istifadə edilməsinə imkan 

verən düzəliş edildi. Bu layihədə əsas diqqət 

Azərbaycanda ilkin olaraq yeddi maliyyə 

institutunu texniki yardım göstərməklə 

gücləndirməyə yönəlib ki, onlar şəhər və kənd 

rayonlarında KOM kreditlərini davamlı 

səviyyədə təmin edə bilsin.

 Bu təşəbbüsə start verildikdən sonra 

Azərbaycanın altı rayonunda dörd maliyyə 

institutunu təmsil edən 34 nəfər işçi kredit 

müfəttişliyi üzrə əsas təlim kursu keçdi. 



Yerliləşdirmə istiqamətində səylər 

qarşılıqlı faydalı nəticələr verir

Əvvəllər “Metal Qaynaq Sınaq” şirkəti kimi 

tanınan MQS 1998-ci ildə Qafqaz Enerji 

Qurğuları Trestinin qaynaq və sınaq işləri üzrə 

mərkəzi əməliyyat laboratoriyasının varisi kimi 

yaradıldı. Laboratoriya keçmiş Sovet İttifaqının 

hər yerində böyük elektrik stansiyalarının 

tikintisində çox böyük təcrübə əldə etmişdi. 

Hazırda MQS Xəzər regionunun neft, qaz və 

neft-kimya layihələrinə cəlb edilmişdir. Onun 

ixtisaslaşdığı sahələrə polad konstruksiyaların, 

boru və boru kəməri sistemlərinin 

hazırlanması, şırnaqla təmizləmə, rəngləmə 

və qaynaq işləri daxildir.

MQS-nin direktoru Rasim Məmmədovun 

sözlərinə görə, şirkətin biznesdə qazandığı 

uğurlar əsasən təchizatçıların inkişaf 

etdirilməsi üzrə BP və onun tərəfdaşları 

tərəfindən təşkil edilmiş proqramlar ilə 

bağlıdır. Bu proqramlar MQS-ni keyfiyyətə 

nəzarət, sağlamlıq, əməyin təhlükəsizliyi və 

ətraf mühit, həmçinin beynəlxalq neft və qaz 

sənayesinin tələb etdiyi əminlik və şəffaf 

hesabatvermə üzrə yeni bacarıqlarla 

silahlandırıb. Rasim deyir: “Bizim məhsul və 

xidmətlərimizin keyfiyyətinə ən yaxşı sübut 

BP və onun tərəfdaşları ilə Azərbaycanda 

həyata keçirilən neft və qaz layihələrində nail 

olduğumuz uzunmüddətli əməkdaşlıqdır.”

Məsələn, 2008-ci ildə şirkət BP-nin 

milliləşdirmə strategiyası əsasında boru 

kəmərinə texniki xidmət və təmir işlərinin 

təmin edilməsi üçün dəyəri bir neçə milyon 

dollar olan uzunmüddətli bir müqavilə imzaladı. 

Daha sonra, 2011-ci ilin mart ayında BP-nin 

operator olduğu Səngəçal terminalı və onunla 

bağlı ixrac neft və qaz kəmərlərinin 

hazırlanması və texniki-təmir xidmətlərinin 

təmin edilməsi üçün üçillik kontraktın qalibi 

oldu.


Bundan üç il sonra MQS BP ilə davamlı 

tərəfdaşlığa nail oldu. BP İxrac boru 

kəmərlərinə texniki-təmir xidmətləri və 

maddi-texniki təchizat meneceri Hikmət 

Bağırovun sözləri ilə desək, “Biz MQS ilə 

əməkdaşlığımızın səviyyəsindən məmnunuq. 

MQS yüksək etibarlılıq nümayiş etdirir, boru 

kəmərinin keyfiyyətli və sərfəli şərtlərlə 

hazırlanmasını, eləcə də örtüyün təmiri 

xidmətlərini müvəffəqiyyətlə təmin edir.”

İndi MQS neft-qaz sənayesində öz 

texniki-təmir xidmətlərini Xəzər regionundan 

kənara da genişləndirməyi planlaşdırır.

Bilirdinizmi?

 Yerli şirkətlərə 

Azərbaycanda BP ilə iş görmək 

üçün tələb olunan ilkin addımlar 

haqqında məlumat vermək 

məqsədi ilə 2010-cu ilin iyun ayında 

biznes inkişaf e-mərkəzi yaradıldı: 



www.ecbaku.com

Bundan başqa, dörd rayonda yeddi maliyyə 

institutunu təmsil edən 23 nəfər “təlimatçını 

təlimatlandır” məşğələlərində iştirak etdi.  



Təchizatçı müəssisələri 

maliyyələşdirmə mexanizmi 

Təchizatçı müəssisələri maliyyələşdirmə 

mexanizmi (TMMM) 2006-cı ildə BMK ilə birgə 

Azərbaycanda neft və qaz sənayesini təchiz 

edən yerli şirkətlərə kömək etmək üçün təsis 

edilmişdir. O, BP maddi-texniki tədarük və 

təchizatın idarə edilməsi (TTİE) şöbəsinin 

tərəfdaşlar adından müqavilə bağladığı yerli 

təchizatçı şirkətlərə kreditlər təklif edir. 

2009-cu ildə TMMM vasitəsilə təxminən 2,1 

milyon dollar həcmində kredit almış dörd yerli 

şirkət – “Debet”, “AzMetco”, “Rapid Solutions” 

və “Student Travel International” – 2010-cu ildə 

öz dövriyyələrini təxminən 7,5 milyon dollaradək 

artırdı. Nəticədə onlar işçilərinin ümumi sayını 

117 nəfərdən 230 nəfərədək ikiqat artırmağa 

nail oldular.

2011-ci il üçün perspektivlər

2011-ci ildə biz yerli iqtisadiyyata dəstək 

vermək üçün bir neçə yeni təşəbbüsün həyata 

keçirilməsini planlaşdırırıq. Onlara aşağıdakılar 

aiddir:

• 

Yerli ehtiyatlardan istifadə ilə əlaqədar  



  tədbirlər keçirmək. Məqsəd yerli  

 

  sahibkarlığın inkişafına təsirimizin şəffaf  



  olmasını təmin etmək, kadrların  

 

  milliləşdirilməsi və əməliyyatların  



 

  təhlükəsizliyi üzrə öhdəliyimizə sadiq   

  olduğumuzu nümayiş etdirmək, yeni   

  imkanlar yaratmaq və yeni layihələr    

  haqqında məlumatları yaymaqdır.

• 

Azərbaycanda BP üçün yerliləşdirmənin  



  vahid proqramının işlənib hazırlanması və  

  həyata keçirilməsi. Bu proqrama  

 

  milliləşdirmə strategiyası, həyata keçirilmə  



  mərhələləri və nəzarət mexanizmləri   

 daxildir.

• 

Rəqabətədavamlı yerli təchizat sistemlərinin  



  reyestrini yaratmaq üçün yeni təchizatçı  

  keyfiyyətinin idarə edilməsi prosesini   

 başlamaq.

Cəmiyyət



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə